Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə184/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   470
AKADEMİK MİLLİ DRAM  

TEATRINDA AKTYOR YARADICILIĞI  

(1960-2004) 

 

Ücüncü dərs 

 

SƏYAVUŞ ASLAN (5 SENTYABR 1935) 

 

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan Səyavuş 



Məmmədağa oğlu Aslanov (Aslan) 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa 

həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada 

truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1954-1957-ci illərdə hərbi xidmətdə 

olub. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir 

müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996). 

O, 1984-cü ilin oktyabrından Akademik Milli Dram Teatrının aktyorudur (qısa fasilə ilə). 

Səyavuş Aslan AMDT-də Mindilli ("Nişanlı qız", Sabit Rəhman), Luka ("Həyatın dibində", 

Maksim Qorki), Arif ("Kərgədan buynuzu", Maqsud İbrahimbəyov), Ağəli ("Günah", Rəhman 

Əlizadə), Romul Avqustul ("Böyük Romul", Fridrix Dürrenmatt), Oddamdı ("Od gəlini", Cəfər 

Cabbarlı), Vəzir Mirzə  Həbib ("Lənkəran xanının vəziri", Mirzə  Fətəli Axundzadə), Fəriş, Vano 

Koxa, Cabbar, Ağamusa Fərəcov, Ağayi  Əşrəfi ("Bizim qəribə taleyimiz", "Hökmdar və  qızı", 

"Sevgililərin cəhənnəmdə vüsalı", "Dəlilər və  ağıllılar" və "Tənha iydə  ağacı",  İlyas  Əfəndiyev), 

Qərib Qulam ("Mənsiz dünya", Nəbi Xəzri), Abış Surxayeviç ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), 

Əsədulla, Baş redaktor, Kişi, Yoldaş  tək ("Ah, Paris... Paris!..", "Mənim sevimli dəlim", "Mənim 

ərim dəlidir" və "Poçt şöbəsində  xəyal", Elçin), Poloni ("Hamlet", Vilyam Şekspir), Jeront 

("Skapenin kələkləri", Jan Batist Molyer), Sarı ("Varlı qadın", Əli Əmirli) rollarını oynayıb. 

Azərbaycan Respublikasının  əməkdar artisti (1 iyun 1974) və xalq artisti (1 dekabr 1982) 

fəxri adları var. 

"Romeo mənim qonşumdur" (Səməd), "Əhməd haradadır?" (Saqqal Ramiz), "Bəyin 

oğurlanınası" (Filmin direktoru), "Ulduz" (Şubay), "Evlənmək istəyirəm" (Hacı Kamyab), "Yol 

hadisəsi" (MİS rəisi) filmlərinə çəkilib. Televiziya tamaşalarında, irili-xırdalı, yüzdən çox obraz ifa 

edib. 


Aktyor xalq oyun-tamaşa estetikasının prinsiplərindən həssaslıqla istifadə edir. Səhnədə 

çevikliyi, hazırcavablığı, gözlənilməz qrotesk dönüşləri,  şux gülüşü və bol yumoru ilə çox canlı, 

məlahətli və cazibəli görünür. Zəngin ifadə vasitələri, mənalı hərəkətlər kompleksi, məzmunlu sifət 

ifadə cizgiləri oynadığı obrazlara təravət və canlılıq verir. 

Dramatik və hətta faciə xarakterli obrazları oynamağa da meyillidir. Sənətinin lətafəti həmin 

rollarda yeni prizmadan, təzə psixoloji rakursdan təcəssüm tapır. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin