Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


SAFURƏ İBRAHIMOVA (27 DEKABR 1938)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə173/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   470
SAFURƏ İBRAHIMOVA (27 DEKABR 1938) 

 

Səhnə məlahəti ilə həmişə tamaşaçıları heyran qoyan Safurə Ağabala qızı İbrahimova 1938-



ci il dekabr ayının 27-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra dram dərnəyində çalışıb. 

1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu 

fakültəsinə daxil olub. Birinci kursda onu Akademik Milli Dram Teatrının repertuarında olan İslam 

Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir 

neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil 

olub. Həmin vaxtdan indiyə qədər bu kollektivdə çalışır. 

Xaraktercə lirik-dramatik aktrisadır. Komik personajlarda da məharətlə oynaya bilir. 

Səhnədə  səmimiyyəti, obrazın psixoloji xarakterini həssaslıqla duyması ilə seçilir. Mənalı sifət 

ifadələrindən və plastik emosional hərəkətlərdən istifadə etməkdə səriştəlidir. 

Safurə  İbrahimova səhnədə Kamalə,  İnci ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman),  Əsmər 

("Alov", Mehdi Hüseyn), Fernando ("Dəlilər", Lope de Veqa), Gülnar və Tamara ("Vaqif", Səməd 

Vurğun), Nazlı ("Ölülər", Cəlil Məmmədquluzadə), Ofeliya ("Hamlet", Vilyam Şekspir), Hafizə 

("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Karola ("Füsunkar qız", Mlkolaş Dyarfaş), Jasmen, 

Vəfa ("Knyaz" və "Xəyyam", Hüseyn Cavid), Daduno ("Darıxma, ana!", Nodar Dumbadze), Sona 

("Xanuma", Avksenti Saqareli), Cen ("Mariya Tüdor", Viktor Hüqo), Maral ("Sənsiz",  Şıxəli 

Qurbanov), Saşa ("Canlı meyit", Lev Tolstoy), Sevil ("Sevil", Cəfər Cabbarlı), Balaxanım ("Adamın 

adamı", Anar), Mədinə, Tubu xanım ("Sevgililərin cəhənnəmdə vüsalı" və "Hökmdar və qızı", İlyas 

Əfəndiyev), Durdensiya ("Dişi canavar", Federiko Qarsia Lorka), Zəhra bəyim ("Anamın kitabı", 

Cəlil Məmmədquluzadə), Mələk ("Köhnə ev", Əli  Əmirli) rollarında daha çox sənət uğurları 

qazanıb. 

Aktrisanın kino rolları arasında Telli ("Arşın mal alan"), Həbibə ("Qatır Məmməd"), Dilbər 

("Sevil"), Gülpəri ("Dərviş Parisi dağıdır"), Mədinə ("Alma almaya bənzər") obrazları daha 

məşhurdur. 

Safurə İbrahimova teatr sənətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar 

artisti (1 iyun 1974) və xalq artisti (24 dekabr 2002) fəxri adları ilə  təltif edilib. Mehdi 

Məmmədovun quruluşunda Hüseyn Cavidin "İblis" faciəsindəki Rəna roluna görə Dövlət mükafatı 

laureatıdır. 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin