Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə175/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   470
 

KAMAL XUDAVERDİYEV (3 MAY 1938) 

 

Akademik Milli Dram Teatrının aparıcı aktyorlarındandır. Geniş  mənada lirik-psixoloji 



üslublu aktyor məktəbinə  məxsusdur. Daha parlaq rollarını bu üslubda hazırlanmış tamaşalarda 

yaradıb. Romantik ruhlu tamaşalarda, məişət komediyalarında da müxtəlif surətlər ifa edib. Hətta 

yaşının ahıl vaxtında bütün tamaşa boyu səhnədə olan, lakin bircə cümlə deyən Süpürgəçi ("Ah! 

Paris... Paris!..", Elçin) rolunda da səhnəyə çıxaraq uğur qazanıb. Aktyor xeyli filmə çəkilib. 

Kamal Ağahüseyn oğlu Xudaverdiyev 1938-ci il mayın 3-də Bakıda doğulub. Gecə 

məktəbində oxuya-oxuya müxtəlif işlərdə çalışıb. Mirzağa  Əliyev adına ADTİ-də professorlar 

Mehdi Məmmədovla Rza Təhmasibin rəhbərlik etdiyi kursda aktyor ixtisasma yiyələnib (1961-

1965).  İnstitutu bitirən il oktyabr ayının 1-də baş rejissor Tofiq Kazımovun dəvəti ilə AMDT-yə 

aktyor götürülüb. 

İndiyədək kollektivdə çalışan bu aktyor Azərbaycan Respublikasının  əməkdar artisti (1 

dekabr 1982) və xalq artisti (22 may 1991) fəxri adları ilə təltif olunub. 

Kamal Xudaverdiyevin bədii yaradıcılıq məziyyətlərinə, estetik tamlığına görə daha dəyərli 

rollarını  aşağıdakı kimi ümumiləşdirmək olar. Klassik dünya dramaturgiyası nümunələrində ifa 

etdiyi rollar: Raul ("Orlean qızı", Fridrix Şiller), Murov ("Günahsız müqəssirlər", Aleksandr 

Ostrovski), Riçard Dacen ("Şeytanın  şagirdi", Bernard Şou), Demetr, Makduf, Layert, Kral Lir 

("Antoni və Kleopatra", "Maqbet", "Hamlet" və "Kral Lir", Vilyam Şekspir), Afremov ("Canlı 

meyit", Lev Tolstoy), Kral ("Yatınış gözəl və yeddi qardaş", Aleksandr Puşkin), Vaska Pepel 

("Həyatın dibində", Maksim Qorki), Braun ("Üç quruşluq opera", Bertolt Brext və Kurt Vayl), Şah 

Edip ("Şah Edip", Sofoki), Dolbanezo ("Kəllə", Nazim Hikmət). 

Aktyorun milli klassiklərin və çağdaş dramaturqların pyeslərinin tamaşalarında oynadığı 

səhnə surətləri: Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman), İbad, Surxay, İzzət Paşa ("Almaz", "Aydın" və 

"Ədirnə  fəthi", Cəfər Cabbarlı),  İbn Yəmin ("İblis", Hüseyn Cavid), Ədalət, Otar, Bahadır, Səlim 

Babayev, Kərəm bəy ("Məhv olmuş gündəliklər", "Qəribə  oğlan", "Mahnı dağlarda qaldı", 

"Sevgililərin cəhənnəmdə vüsah" və "Tənha iydə  ağacı",  İlyas  Əfəndiyev), Fəxrəddin ("Qılınc və 




qələm", Məmməd Səid Ordubadinin eyniadlı romanı üzrə  işləyəni Tofiq Kazımov), Aqşin ("Dar 

ağacı", Bəxtiyar Vahabzadə). 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin