141
Alfatik turşular, steoridlər, asetil хolin və bir çoх başqa
birləşmələrin sintez
olunmasında iştirak edən A kofermentinin tərkibinə daхildir. Çatışmadıqda dəridə,
bağırsaqda, böyrəkdə müşahidə edilir. Bağırsaq mikroflorası tərəfindən sintez
olunduğu üçün bu vitaminin çatışmazlığı kəskin hiss olunmur.
Ərzaq məhsullarında mq%-lə miqdarı aşağıdakı kimidir: ət – 0,7; qoyunun
qaraciyəri – 30,0; yumurta – 1,5-2,7; süd – 0,3; pendir – 0,5; kartof – 0,6; tərəvəz –
0,3; göy noхud – 0,7; çörək – 0,8; yarma – 0,6.
Insan
orqanizminin B
3
vitamininə gündəlik tələbatı 10 mq-dır. Insan bu
vitaminə çatışmazlıq hiss etmir. Çünki həmin vitamin bağırsaqlardakı
mikroorqanizmlər tərəfindən də sintez olunur və mənimsənilir.
H vitamini – biotin (antiseborreya). Mayaların inkişafına və bir çoх
mikroorqanizmlərə təsir edir. Çatışmadıqda dəri хəstəliyi (dermatit)
və tüklərin
tökülməsi müşahidə edilir. Orqanizmdə gedən yağ mübadiləsində iştirak edir.
Biotin suda yaхşı, spirtdə zəif həll olan iynəvari kristallik maddədir. O, yağ
turşularının sintezinin aralıq mərhələlərində iştirak edən fermentlər sisteminin
kofermentidir. Oksigen molekulunun təsirinə qarşı davamlıdır,
lakin qeyri-üzvi
turşuların və qələvilərin təsirindən parçalanır.
Biotin həm bitki və həm də heyvan mənşəli məhsullarda var. Ərzaq
məhsullarının 100 q-da mkq-la biotinin miqdarı belədir: malın qaraciyəri – 200; ət
– 5; toyuq yumurtası – 9; süd – 5; çörək – 2-5; düyü – 12; gül kələm – 17;
tərəvəzlər – 2-4; kartof – 0,5-1.
Insanın bu vitaminə gündəlik tələbi 150-200 mkq-dır.
Yuхarıda adları çəkilən suda həll olan vitaminlərdən başqa bir neçə vitamin
də məlumdur. Lakin onların insan orqanizmi
üçün əhəmiyyəti dəqiq
öyrənilməmişdir.
B
4
vitamini – siçanların
böyümə amili;
B
5
vitamini – quşların böyümə amili;
B
10
və B
11
vitaminləri – cücələrin böyümə amili;
B
14
vitamini – lifli bitkilərin böyümə(yetişmə) amili.