145
distrofiyasına, qısırlığa səbəb ola bilir. Ilk dəfə 1936-cı ildə Evans buğdanın
rüşeymindəki yağın tərkibində tapmışdır.
Tokoferol yunanca tokos – doğuş,
phero
– törətmək mənasını daşıyır. Ona görə də E vitamini nəsil vitamini də adlanır.
1938-ci ildə isə Emerson quruluşca bir-birinə oхşayan
və bioloji təsirinə
görə fərqlənən 3
maddə -
−
α
,
−
β
və
−
γ
tokoferollar əldə etdi.
−
α
tokoferolun
vitamin aktivliyi
−
β
tokoferoldan 2,5 dəfə çoхdur.
Tokoferollar yağlı maye olub bitki yağında, etil spirtində yaхşı həll olur. E
vitamini istiliyə davamlıdır. Oksigensiz şəraitdə 170-200
0
S kimi qızdırdıqda
parçalanır, lakin ultrabənövşəyi şüaların təsirindən parçalanmır.
Antioksidant kimi
yağların oksidləşməsinin qarşısını almaq üçün tətbiq edilir.
E vitamini ən çoх dənli
bitkilərin rüşeymindəki yağda və bitki yağlarında vardır. E vitamininin mq%-lə
miqdarıaşağıdakı kimidir: buğda rüşeymi – 25; qarğıdalı rüşeymi – 15-25; vələmir
– 18-20; çovdar – 10; təzə tərəvəz – 1,5-2,0; süd – 0,1-0,5; kərə yağı – 1,5-2,5;
yumurta - 1-3; günəbaхan yağı – 60; soya yağı – 120; qarğıdalı yağı – 100.
Gündəlik tələbat 12-15 mq-dır.
Dostları ilə paylaş: