Dərs vəsaiti baki nurlan 2 0 0 6



Yüklə 17,8 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix07.09.2017
ölçüsü17,8 Mb.
#29251
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

HECA
Türk  dillərində  heca  problemi  elmi  baxımdan  geniş  şəkildə 
araşdınlmamışdır.  Qədim  türk  yazısı  abidələrinin  dilində  isə  heca 
haqqında  elmi  ədəbiyyatda  ümumiyyətlə  heç  bir  məlumat  veri- 
Imir.  Buna  görə  də  türkologiyada  hecaya  ınünasibət  subyektiv  sə- 
ciyyə  daşıyır;  tədqiqatçılann  hecaya  münasibəti  bir-birindən  fərq- 
lənir.  Fərqli  münasibətlərə  baxmayaraq,  təkcə  türkoloqlar  deyil, 
ynıumiyyətlə,  bütün  dilçilər  bu  fıkirdədirlər  ki,  tələffuz  zamanı 
sözün  və  ya  sözformanm  asanhqla  ayrılan  hissəsinə  heca  deyilir. 
Bəzi  dilləri  istisna  etsək,  dünya  dillərində  sözlər  saitlərə  görə 
hecalara  bölünür;  sözdə  neçə  sait varsa,  o qədər də  heca  olur.  Dil- 
çilikdo  hecanm  əsasını  təşkil  edən  səsə  hecadüzəldən  səs  deyilir. 
Deməli,  türk  dillərində,  o  cümlədən  qədim türk yazısı  abidələrinin 
dilində saitlər hecadüzəldən səslərdir.
Bütün  türk dillərində  olduğu  kimi, qədim türk yazısı  abidələ- 
rinin  dilində də hecamn əsasmı sait səs  təşkil edir:  sait səs  təklikdə 
də,  samitlərlə  birləşmədə  də  heca  təşkil edə  bilər.  Saitin  təklikdə, 
yaxud  samitlərlə  birlikdə  heca  təşkil  ctməsindən  asılı  olaraq 
hecanın iki növü vardır:  saf heca və qovuşuq heca.
Təkcə  saitdən  ibarət  olan  hecaya  saf  heca  deyilir.  Qədim 
türk yazısı  abidələrinin  dilində  təkcə saitdən ibarət olan  və ayrılıq- 
da  heca  əmələ  gətirən  /  «kol»,  «göndərmək»,  ö  «öyrətmək»,  u 
«yuxu»,  «bacarmaq»,  ü «bölmək»,  «toplamaq»  sözlərindən  əlavə 
saf 
h e c c '. 
iki  və  daha  artıq  hccah  sözün  yalnız birinci  hecası  şəklin- 
də  ola  bilər:  a  ~  ta,  «ata»,  ö -   g ə  «müdrik»,  a  -  na  «ana»,  ö-küz 
«öküz»,  ü-güz «çay»,  i  
l/« ik i» ,  e 
p/«böyük  qardaş»,  /   -  ni 
«kiçik  qardaş»,  ə  -   rən  «ərən,  igid»,  c  -  ş iJ  «eşitmək»,  u  -  !uğ 
«ulu»,  i  diş «qədəh»,  ə -  Iig « ’d\\ı» və s.
Sait  və  samit birləşməsindən  ibarət olan hecaya  isə  qovuşuq 
heca  deyilir.  Məsələn, 
«doqquz»  sözü  iki  hecadan  {to-kuz) 
ibarətdir:  birinci  heca  bir  samit  və  bir  saitdən,  ikinci  heca  bir 
samit,  bir  sait  və  bir  samitdən  ibarətdir.  Hər iki  heca  qovuşuq  he- 
cadır.  Qədim  türk  yazısı  abidələrinin  dilində  qovuşuq  hecalar  sö- 
zün  hər  yerində  işlənə  bilər.  Sait  və  sanfidtin  hecadakı  mövqeyinə 
göro  də  hecalarm  müxtəlif növlərini  göstərirlər.  Saitlə  bitən  he-
191

caya  açıq  heca,  samitlə  bitən  hecaya  qapah  heca,  saitlə  başlanan 
hecaya  örtüsüz  heca,  samitlə  başlanan  hecaya  örtülü  heca  deyilir. 
Bu  baxımdan  qədim  türk  yazısı  abidələrinin  dilində  qovuşuq 
hecaları sait və samitin mövqeyinə görə belə qruplaşdırmaq olar:
1.  Saitin  mövqeiynə  görə  qovuşuq  hecanm  iki  növü  vardır;
1)  saitlə  başlamb  samitlə  bitən  örtüsüz  heca  {al  «al-maq»),
2) samitlə başianıb saitlə bitən örtülü heca {bu «bu»);
2. 
Samitlərin  mövqeyinə  görə  qovuşuq  hecanm  üç  növü 
vardır:  1)  samitlə  başlanıb  samitlə  bitən  örtülü-qapah  heca;
2) samitlə  başlanıb  saitlə  bitən  örtülü  heca;  3)  saitlə  başlanıb 
samitlə bitən qapah heca.
BeləHklə,  qədim  türk  yazısı  abidələrinin  dilində  hecanm 
dörd tipi vardır:
1.  Saitlə  başlamb  saitlə  bitən,  yəni  təkcə  saitdən  ibarət  olan 
hecaya örtüsüz açıq heca deyiUr." /, ö,  u,  ü.
2.  Saitk^  başlamb  samitlə  bitən  hecalara  örtüsüz  qapah  heca 
deyihr:  a/ «almaq»,  ur «vurmaq»,  ö/ «ölmək»,  ay «dem-ək»,   
«açmaq»,  a/«ad»,  of«od»,  o/«o»,  aş«xörək» və s.
3.  Samitlə  başlanıb  saitlə  bitən  hecalara  örtülü  açıq  heca 
deyilir:    «demək»,  y i  «yeməb>,  bu  «bu»,  ba  «bağlamaq»,  sa 
«saymaq»,  to «doymaq»,   «smdırmaq» və s.
4.  Samitlə  başlanıb  samitlə  bitən  hecalara  örtülü  qapah  heca 
deyilir:  sub «su»,  tağ «dağ»,  /cüz «payız»,  kış «qış»,  /cuş «quş»,  ti/ 
«dil»,  öe/«bel», /cöz  «göz»,  te« d iz»  və s.
Bundan başqa,  heca təşkil etməyən səslərin küylü samitlərlə 
və  ya  sonorlarla  ifadə  edilməsindən  asıh  olaraq  hecalan  bir  daha 
tam  örtülü,  yarımörtülü,  tam  qapalı,  yanmqapalı  deyə  dörd  qrupa 
bölürlər.  Nəhayət,  dilçilik  ədəbiyyatında  hecaduzəldən  səsdən, 
yəni  saitden  əvvəl  və  sonra  neçə  samitin  işlənməsinə  görə  də 
hecalan  təsnif edirlər.  Burada  hecalann  təsnifini  belə  xırdalamaq 
məqsədəuyğun deyildir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  iki  və  daha  artıq 
hecası olan sözlərin aşağıda göstərilən heca quruluşu vardır: 
ikihecah sözlərdə:
V-CV:  a-ta «ata»
V-CVC:  ə-hg «əlli»
VC-CV:  aş-nu «əw əl»
CV-CV: 
ki-şi 
«adam»
VC-CVC:  uy-ğur  «uyğur»
CV-CVC:  to-kuz «doqquz»
CVC-CV:  baş-la  «başlamaq»
CVC-CVC:  toğ-sık  «doğuş» 
üçhecaiı  sözlərdə:
V-CV-CVC:  a-dı-rıl  «ayrılmaq»
V-CVC-CV:  i-gir-mi  «iyirmi»
CV-CVC-CV:  yi-gir-mi  «iyirmi»
VC-CV-CV:  iç-rə-ki  «içindəki»
CV-CV-CV:  kü-də-gü  «kürəkən»
CVC-CV-CV:  yar-lı-ka «fərman  vermək»
CVC-CV-CVC:  tiz-li-gig «dizlini»
VC-CVC-CVC:  i)r-dəm-lig «igidlik»
VC-CVC^CV:  əz-gən-ti  «əzgənti»
VC-CV-CVC':  ər-sə-gün  «ərsogün»
C V-C V C -C VC :  sö-kür-müş  «çökdürmüş»
Üçdən  artıq  hecası  olan  sözlərin  fonctik  quruluşu,  heca 
bölgüsü  daha  rəngarəngdir.  Dörd  və  bcş  hecalı  sözlərin  heca 
quruluşLi 
haqqmda  təsəvvür  yaratmaq  üçün  bir-iki  nümunəni 
nəzordən  kcçirək:
VC-CV-CV-C'VC":  il-si-rə-m iş  «clsizləşmiş»
VC-C'V-CVC^  C'VCJ:  el-si-rət-m iş  «elsizləşdirmiş/:> 
CVC'-VC-CVCJ-C'VC:  kaz-ğa-nur-mən  «qazaııırarn» 
C'VC'-CVC-C’V-C'VC:  kaz-ğan-ma-sar «qazanmasa» 
CV-CVC>C"V-CVC-CVC:ka-ğan-sı-rat-mış  «xaqansız  ctmiş»
VURĞÜ
Sözlərdəki  hccalardan,  cüm lədəki  sözlərdən  birinin  daha 
güclü  tələffüz  edilm əsinə  vurğu  deyilir.  Vurğunun  sözdəki  yerini 
dəyişm əklə  sözün  lcksik  və  qramm atik  mv>nasında  dəyişiklik 
etmək  mümkün  olduğu  üçün,  fonem  kimi,  vurğu  da  sözləri 
fərqləndirm ə  və  tanınma  vasitələrindəndir.  D ildə  vurğusuz  söz 
olmur,  ancaq  cüm lə  daxilində  əvəzliklər və  köməkçi  nitq  hissələri 
çox  vaxt  vurğusuz  və  ya  ikinci  dərəcəli  vurğu  ilə  ğələffiiz  olunur 
«...  dünya  dillərində  fonetik  cəhətdən  m üxtəlif  vurğu  növləri
193

vardır.  M əsələn,  melodik  ^oırğu,  tonik  vurğu,  xromatik  vurğu 
terminləri  ilə  də  adlandırıian  müsiqili  vurğu;  müsiqili  nəfəsli 
(qanşıq)  vurğu,  monotonik  (təktonlu),  politonik  (çoxtonlu) 
vurğular,  kvantitativ,  uzunluq  vurğuları,  cützirvəli  vurğu  və  s. 
müxtəlif  vurğu  növləri  mövcuddur».‘  Müasir  türk  diilərində 
olduğu  kimi,  qədim  türk  yazısı  abidələrinin  dilində  də  vurğu 
ekspirator  (dinamik)  vurğu  olmuş  və  ikihecalı  sözlərin  ikinci 
hecasma  düşmüşdür.  Ümumiyyətlə,  müasir  türk  dillərində  olduğu 
kimi,  qədim  türk  yazısı  abidələrinin  dilində  də,  vurğu  qəbul 
etməyən  şəkilçiləri  istisna  etsək,  çoxhecah  sözlərdə  vurğu, 
adətən,  sözün  son  hecası 
üzərinə  düşür,  həm  də  bu  zaman 
çoxhecah  sözdə  köməkçi  vurğu  da  əm ələ  gəhr.  Köməkçi  vurğu 
Bsas  vurğudan  əvvəl  olur  ve  hər  hansı  bir  hecanm  üzərinə  düşə 
bilər:  b,odunımı'n «xalqımm».
Qədim  türk  yazısı  abidələrinin  dihndə  istifadə  edilən 
dinamik  (ekspirator)  vurğu  vurğulu  hecanın  vurğusuz  hecalardan 
gərgin  və  hava  axmmın  uzun  tələffüz  edilməsi  ilə  fərqlənir. 
Qədim  türk  yazısı  abidelərinin  dihndə  vurğulu  hecadakı  sait 
vurğusuz hecadakı  saitdən bir sıra xüsusiyyətləri ilə  fərlənir:
1.  Vurğulu  hecanın  saiti  vurğusuz  hecanm  saitindən 
kəmiyyətcə uzun olur.
2.  Vurğulu  hecadakı  saitin  tonu  vurğusuz  hecalardakı  saitin 
tonundan uca olur.
3.  Vurğulu  hecadakı  saitin  intensivliyi  vurğusuz  hecalardakı 
saitin  intensivliyindən qüw ətli  olur.
Dilçilik  ədəbiyyatında  fonfoloji  baxımdan  vurğunun  bu 
növlərini  göstərirlər:  sabit  vurğu,  sərbəst  vurğu,  müxtəlif  yerli 
vurğu,  əsas  (baş)  vurğu,  ikinci  dərəcəli  (köməkçi)  vurğu,  məşrut 
vurğu  və  s.  Qədim  türk  yazısı  abidələrinin  dilində  sabit  vurğu 
mövcud  olmuşdur.  Sabit  vurğu  elə  bir  vurğuya  deiylir  ki,  onun 
sözdə  müəyyən,  «onun  üçün  ayrılmış»  yeri  olur.  Dünyada  elə 
dillər  mövcuddur  ki,  onlarda  vurğunun  sabit  yeri  olmur:  vurğu  bir 
sözdə  birinci,  digər  sözdə  ikinci,  o  biri  sözdə üçüncü və  s.  hecaya
'  AAxundov. Azərbaycan dilinin fonetikası.  Bakı,  1984,  s. 275.
düşür  -   bu,  sərbəst  vurğu  adlanır  (məsələn,  rus  dilində  olduğu 
kimi).  Sözün  tərkibində  həm işə  müəyyən  hecaya  təhkim  edilmiş 
vurğvya sabit vurğu deyilir.  M əsələn,  vurğu  fın və eston dillərində 
birinci,  gürcü  və  polyak  dillərində  sonuncudan  əvvəlki,  fransız 
dilində sonuncu heca üzərində olur.  Qədim türk yazısı  abidələrinin 
dilində,  artıq  deyildiyi  kimi,  vurğu  qəbil  etməyən  bəzi  şəkilçiləri 
çıxsaq,  vurğu  sözün  son  hecası  üzərinə  düşür.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  felin  əm r  şəklinin  şəkilçisi  və  -ma,  -m ə inkar 
ədatı  vurğusuz  işləndiyi  üçün  felin  əmr  şəklində  və  felin  inkar 
aspektində  vurğu  felin  əm r  şəklinin  şəkilçisi  və  -ma,  -mə  inkarhq 
ədatmdan  əvvəlki  hecanm  üzərinə  düşür.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  ismin  alət-birgəlik halınm şəkilçisi  və  -ça,  -çə 
ədatı da vurğu qəbul etmir.
Qədim  türk  yazısı  abidələrinin  dili  şifahi  nitq  şoklində 
mövcud  deyildir.  Buna  görə  də  müasir  canh  dillərdə  işlənən 
müxtəlif məqsədli  vurğu  növlərinin  qədim  türk  yazısı  abidəİərinin 
dilində  işlənib-işlənmədiyi,  mövcud  olub-olmadığı  haqqmda  qəti 
hökm  vcrmək  olmaz.  Lakin  qəti  əminliklə  demək  olar  ki,  dilin 
müxtəlif  vahidlərinə  görə  vurğu  növlərindən  heca  vurğusu  və 
məqsəd  və  münasibotə  görə  vurğu  növlərindən  məntiqi  vurğu 
qədim  türk  yazısı  abidələrinin  dilində  mövcud  olmuşdur.  Heca 
vurğusu  haqqında  Ə.M.Dəmirçizadə  yazır:  «Heca  vurğusu  əsasən 
sözün  də  ölçüsüdür,  çünki  hər  bir  sözdə  ancaq  bir  əsas  heca 
vurğusu  olur.  Buna  görə  də  nitq  axımnda  neçə  əsas  heca  vurğusu 
varsa,  o  qədər  də  əsas  nitq  hissəsi  hahnda  işlənən  söz  vardır 
demək olar.
Vurğulu  hecanı  müxtəlif çalarhqda  tələffiiz  etmək  olur.  EIə 
buna  görə  də  heca  vurğusu  müxtəlif təzahürlərə  malikdir.  Bəzən 
bir  hecanı  təşkil  edən  sait  digər  hecalan  təşkil  edən  saitlərdən 
daha  güclü  və  daha  gərgin  məxrəcdə  tələffüz  edildiyinə  görə 
həmin  sait ilə formalaşan heca da bütövlükdə güclü tələffüz olunur 
ki,  belə  vurğu güclü vurğu (dinamik vurğu) adlanır.
Bəzən  də  avazın  -   tonun  yuxan  dərəcəyə  qaldırılması 
nəticəsində  bir  heca  digərinə  nisbətən  yüksək  avazla  tələffiiz 
olunur ki, belə vurğu avazh vurğu (tonik vurğu) adlanır».*
‘  O.M.Dəmirçizadə.  Müasir Azərbaycan diH,
  /., 
Bakt,  1984,  s.  15!
195

Nitq  prosesində  bir  sözvə  və  ya  söz  birləşməsinə  diqqəti 
daha  çox  cəlb  etmək  üçün  həmin  söz  və  ya  söz  birləşməsi  daha 
güclü  dinamik  vurğu  ilə  tələffüz  edilir  ki,  buna  da  məntiqi  vurğu 
deyihr.  Şifahi  nitqdə  məntiqi  vurğunun  yeri  sərbəstdir;  cümlədə 
hər  hansı  bir  mövqedə  işlənən  söz  və  ya  söz  birləşməsi  məntiqi 
vurğu  ilə  deyilə  bilər.  Lakin  yazıda  üzərinə  məntiqi  vurğu  düşən 
söz  mütləq  xəbərin  yanında  işlənməlidir.  Qədim  türk  yazısı 
abidələrinin  dili  şifahi  ünsiyyət  vasitəsi  olmadığı,  yalnız  yazıh 
mətnlər  şəkhndə  bizə  qədər  gəUb  çatdığı  üçün  üzərinə  vurğu 
düşən  söz  mütləq  mətnlərdə  xəbərin  önündə  işlənməhdir.  Lakin 
məntiqi  vurğunun  işləndiyi  obyektiv  hallar  da  vardır.  Qədim  türk 
yazısı 
abidələrinin 
dih  üçün  müqayisə 
və  qarşılaşdırma 
məqamlannda  məntiqi  vurğunun  obyektiv  halda  işlənməsindən 
danışmaq olar.
İNTONASİYA
İntonasiya  termini  əvəzinə  Azərbaycan  dilində  bəzən 
avazlanma  termini  də  işlənir.  Lakin  Azərbaycan  dilində  bəzən  ton 
termini əvəzinə avaz termini də işləndiyi üçün intonasiya terminini 
işlətmək m əqsədə daha müvafıqdir.
İntonasiya  nitqdə  avazın  dalğavari  qalxıb-enməsinə  deyihr. 
Nitqdə  cüınlənin  təkcə  məzmunu  deyi',  həm  də  məqsədlə 
deyilməsi  onun  necə  səslənməsinə  təsir  göstərir.  Nitqdə  səs  gah 
ucahr,  gah  enir,  gah  sözlər  sürətlə  deyilir,  gah  sözlər  arasmda 
fasilə  yaranır  və  s.  Bütün  bunlar  nitqin  intonasiyasını  təşkil  edir. 
A.A.Axundov  intonasiyaya  belə bir tərif veir:  «FövqəIxətti  fonetik 
vahidlərin,  başqa  sözlə,  prosodik  ünsürlərin  (melodika,  ritm, 
intensivlik,  vurğu,  temp,  fasilə  və  s.)  kompleksindən  ibarət  olub, 
müxtəlif sintaktik  məna  və  kateqoriyalar,  ekspressiv  və  emosional 
münasibətlər  ifadə  etməyə  xidmət  göstərən  fonoqrammatik 
vasitəyə intonasiya deyiHr».’
İntonasiya  haqqmda  aydm  təsəw ürə  malik  olmaq  üçün 
onun tərkiblərini nəzərdən  keçirək.
' A.Axundov. Azərbaycan diUnin fonetikası,  Bakı,  1984, s. 292.
196
Melodika. 
Melodika  intonasiyanm  əsas  tərkib  hissəsidir. 
Melodika  nitqdə  səsin  yüksəlməsi  və  alçalması  yolu  ilə  ifadədə 
yaranan  ahənglir.  Melodika  əsas  səs  tonunun  qalxıb-enməsini 
nəzərdə  tutur.  Əsas  səs  tonunun  qalxıb-enməsi  səs  tellərinin 
gərilmə  dərəcəsindən  asıhdır.  Əsas  səs  tonunun  dünyanm  bütün 
diüərində,  o  cümlədən  qədim  türk  yazısı  abidələrinin  dilində  iki 
növü vardır:  qalxan ton və enən ton.  Lakin melodika birxətli proses 
olmadığı  üçün  nitqdə  qalxan  və  enən  tonların  kombinasiyasından 
da geniş şəkildə istifadə olunur.
Qədim türk yazısı  abidələrinin  dilində ən yüksək ton vurğulu 
hecadır.  Ton vurğusuz  hecalardan vurğulu  hecaya doğru  yüksələn 
xətdə,  vurğulu  hecadan  vurğusuz  hecaya  doğru  isə  enən  xətlə 
gedir.  Cümlədə  sonuncu  olan  vurğulu  hecadan  sonra,  cümlənin 
növündən asılı olaraq, ton ya qalxır, ya da  tamamilə enir.
Ritm.  «İzahh  dilçilik  terminləri»  adlı  əsərdə  ritm  beiə 
müəyyənləşdirilir:  «Ritm 
nitq  zamanı  sürətlənmə  və  yavaşıma, 
gərginlik  və  zəiflik,  uzunluq  və  qısahq,  oxşarhq  və  fərqlərin  bir- 
birini  müntəzəm  şəkildə  izləməsi,  əvəz  etməsi».  Rus  dilində  nəşr 
cdilmiş  dilçilik terminləri  lüğətində  ritmin  daha  ətraflı  izahı  verlir: 
«Sürəılənmənin  və  ləngimənin,  gərginləşmənin  və  zəifləşmənin, 
uzunluğun  və  qısahğm,  bənzərliyin  və  çeşidliliyin,  nitqdə  bir 
bərabərdə  avəzlənməsi.  Bu  fonetik  kateqoriya  nitqin  prosodik 
üzvlənməsinə  və  modifikasiyasına,  yəni  müxtəlif  qəbildən  olan 
sintaktik 
əlaqələrin, 
mənalarm 
və 
konnotasiyalarm 
ton 
yüksəkliyinin,  intensivliyinin,  uzunluğunuh  hər  cür  dəyişməsi  və 
qarşı-qarşıya  qoyulması,  fonetik  cəhətdən  müxtəlif  (yaxud  cyni) 
hecalann,  ritmin  əvəzlənməsi  vasitəsilə  ifadəsinə  aid  olan  bütün 
hadisələri əhaltə edir».
İntensivlik.  Bu,  səslərin (xüsusilə saitlərin) məxrəcinin  güclü 
və  ya  zəif  tələffüzünü,  nəfəsalmanm  güclənmə  və  ya  zəifləmə 
dərəcosini nəzərdə tutur.
Vurğu.  Vurğu  haqqmda  artıq  məlumat  verilmişdir.  İnto- 
nasiya  ilə əlaqədar olaraq vurğudan danışdıqda göstənnək lazımdır 
ki,  «adi  nitq şəraitində yalnız əsas nitq hissələri  (şəxs əvəzliklərin- 
dən  başqa)  vurğulu  olur.  Bütün  köməkçi  nitq  hissələri,  xüsusi 
emosional  şərait  yoxdursa,  vurğusuz  işlənir.  Intonasiyada  ibarə 
vurğusunun  böyük  əhəmiyyəti  vardır.  İbarə  vurğusu  deyərkən,
197

vurğusuz  sözün vurğulu  sözə qoşularaq,  sintaktik-semantik  cəhət- 
dən  vəhdətdə  olan  bir  fonetik bütöv  kimi toləffuz edilməsi  nəzər- 
də  tutulur.  Xüsusən qoşmalar özlərindən ə w ə l  gələn  sözlərlə  bir- 
ləşərək  bir  ibarə  vurğusu  ilə  deyilir.  Bir ibarə  vurğusu  ilə  deyilən 
sintaktik  vahidlərə  təyini  söz  birləşmələri  misal  ola  bilər.  Müəy- 
yən  ekspressiv  və  emosional  çalarhqla deyilən  cümlələrdə  isə  biz 
vurğunun  tonik  xüsusiyyətləri  ilə  qarşılaşmq.  Bu  şəraitdə  vurğu, 
bir  qayda  olaraq,  əsas  səs  tonunun  kəmiyyət  və  keyfiyyət  dəyiş- 
mələri  ilə ifadə olunur».'
Temp.  Temp  ritmlə  əlaqədardır,  nitqin  davam  müddətinə 
əsaslanır,  nitqin  sürətlə  və  ya  ləng  apanlmasraı  nəzərdə  tutur. 
Temp  üçün  danışıq  üzvlərinin  gərginliyinin və  deyim  aydmiığmm 
da əhəmiyyəti vardır.
Tembr.  Nitqə  müəyyən  ekspressivlik-emosionalhq  verən 
superseqment  mahiyyətli  əlavə  çalarhq  verən  vasitədir.  Hiss- 
həyəcan,  sevinc,  kədər,  qəzəb,  məhəbbət,  nifrət  kimi  daxili 
hisslər nitqdə yalnız tembr vasitəsilə ifadə olunur.
D tır^ .  Durğu  (fasilə)  də  intonasiyanm  tərkib  hissələrindən 
biridir.  Danışıq  zamanı  nitq  axmmda  müxtəlif  fasilələr  əm ələ 
gəlir.  Bu  fasilələr akustik cəhətdən səsin,  fızioloji  cəhətdən  tələf- 
füzün  kəsilməsidir.  Ə.M.Dəmirçizadə  durğuya belə  bir  tərif verir; 
«MüxtəIif  dərəcəli  fasilələr  nitq  axmı  parçalarram  bitkinliyini 
təyin  edən  mənah  səslənmənin  bir  növüdür  ki,  buna,  yəni  mənah 
səslənmənin  fasilələr  hahnda  təzahür  edən  növünə  durğu 
deyilir».2  A.A.Axundov  durğunun  vəzifələri  haqqrada  yazır  ki, 
durğu  «müxtəlif sintaktik vahidləri  (həmcins üzvləri,  xitablan,  ara 
sözləri,  tərkibləri,  tabesiz  mürəkkəb  cümlə  komponentlərini,  baş 
və budaq cümlələri və s.) bir-birindən aymr, sərhədləndirir.  Lakin 
bu  onun  yeganə  vəzifəsi  deyildir.  Durğu,  eyni  zamanda,  sözlərin 
bir-birinə  münasibətini,  bu  münasibətin  səciyyəsini  müəyyən- 
ləşdirir.  Durğunun  ernfatik nitqdə  ekspressiv çalarlıqlan  da  vardır. 
Onun  vasitəsilə  müxtəlif  hissi  münasibətlər  (təəccüb,  kədər.
sevinc  və  s.)  ifadə  oluna  bilər.  Semantik  vəzifə  də  durğunun  əsas 
funksiyalarmdandır». ‘
tntonasiyanm növləri.  Qədim türk yazısı  abidələrinin dilində 
intonasiyanm bu növləri vardır:
1.  Məqsəd  intonasiyası.  Eyni  söz,  ifadə  və  cümlənin  arzu, 
xahiş,  əmr,  hökm,  təsdiq,  sual,  şübhə,  kinayə  və  s.  məqsədi  ilə 
deyildiyi xüsusi intonasiya ilə təmin edilir.
2.  Sadalama,  qarşılaşdırma  intonasiyası.  İntonasiya  həm 
cümlənin tərkibindəki  söz və  ifadələrin,  həm də mürəkkəb cümlə- 
nin  komponentlərinin  məna  əlaqələrini  fərqləndirməyə  xidmət 
edir.  Burada iki hah göstərmək olar:
a)  həmcins  üzv  və  cümlələrin  sadalanmasında  birinci 
komponentin intonasiyası  sonrakmda da təkrar edilir.
b)  cümlələrin  qarşılaşdınlmasmda  birinci  cümlə  uca 
intonasiya  ilə,  sonrakı  cümlə nisbətən  alçaq  intonasiya  ilə  tələffüz 
olunur.
3.  Cümlədə  xitab,  nida,  əlavə,  xüsusiləşmə,  ara  söz  və  ara 
cümlələr cümlə üzvlərindən fərqli  intonasiya ilə söylənir.
İntonasiyanra  vəzifələri.  Dilçilik  ədəbiyyatmda  intonasiya- 
nm vəzifələrinin üç əsas növündən  danışıhr:
1.  Semantik vəzifə.
2.  Məntiqi vəzifə.
3.  Emosionalhq çalan  ifadə etmək vəzifəsi.
Birinci  vəzifədən  gündəlik  adi  danışıqda,  ikinci  vəziiədən 
məntiqi  vurğulu  cümlələrdə,  üçüncü  vəzifədən  isə  emosional  nitq 
(hiss,  həyəcan,  sevinc,  kədər  və  s.  ifadə  edəndə)  prosesində 
istifadə edilir.
A.A.Axundov intonasiyanın beş vəzifəsini  göstərir:
1.  Nitq axraınm üzvlənməsini  təşkil etmək;
2.  Üzvlənmə vahidlərini paradiqmatik qarşılaşdırmaq;
3.  Üzvlənmə  vahidləri  arasmdakı  münasibət  və  əlaqələri 
ifadə etmək;
4.  İntonasiya  vahidləri  ünsürləri  arasındakı  münasibətləri 
ifadə etmək;
5.  Emosional məna və çalarlar ifadə etmək.2
Ə.Ə.Rəcəbli  «Göytürk  dilinin  fonetikası»  adh  əsərində
intonasiyanm bu  vəzifələrini göstərir:
' A.Axundov. Azərbaycan dilinin fonetikası.  Bakı,  1984, s. 293.
^ Ə.M.Dəmirçizadə. 
M ü a s ir  
Azərbaycan diii,
  /., 
Bakı,  J984,  s.  168.
198
‘ A.Axundov.  Azərbaycan dilinin fonetikası. Bakı,  1984, s. 294. 
'  Venə orada,  s. 295.

1.  İntonasiya  modal  mənalar  ifadə  edir  -   cüralənin  m əqsəd 
və  intonasiyaya görə növləri.
2.  Gümlə  daxilində  fasilə  cümiə  üzvlərinin  qmplaşmasma 
xidmət cdir.
3.  Cümlə  daxilində  fasilə  cümlənin  sadə,  yaxud  m ürəkkəb 
cümlə  olmasmı müəyyənləşdirməyə xidmət edir.
4.  İntonasiya  tabeli  mürəkkəb  cümlə  ilə  tabesiz  m ürəkkəb 
cümlələri  fərqləndirməyə xidmət edir.
5.  İntonasiya  cümlədə  bu  və  ya  digər  sözə,  yaxud  söz 
birləşməsinə diqqəti cəlb etməyə xidmət edir -  məntiqi vurğu.
II  HİSSƏ
L E K S I K A
IV 
FƏSİL 
LEKSİKOLOGİYA
QƏDİM  TÜRK YAZISI  ABIDƏLƏRİ  DİLİNİN  İŞLƏNMƏ 
DAİRƏSİNƏ  GÖRƏ  LÜĞƏT TƏRICİBİ
Qədim  türk  yazısı  abidələri  dilinin  leksikası  (lüğət  tərkibi) 
m üasir  türk  dillərinin  lüğət  tərkibindən  dəfələrlə  kiçikdir,  lakin 
m üasir  türk  dillərində  işlənən  ümumtürk  sözlərinin  böyük  bir 
qism i  abidələrin dilində  işlənmişdir.
Qədim  türk  yazısı  abidələrinin,  xüsusən  göytürk  yazısı 
abidələrinin  dil  xüsusiyyətləri  elədir  ki,  bu  abidələrdə  istər 
göytürk  dilinin,  istərsə  qədim  uyğur  dilinin  lüğət  tərkibinin  cüzi 
bir  hissəsi  təsbit elilmişdir.  Göytürk yazısı  abidələri  həcm cə  kiçik 
olduğu  üçün  onun  lüğət  tərkibi  daha  məhduddur;  göytürk  yazısı 
abidolərinin  mətnlərində,  təxminən,  dörd  minə  yaxm  söz  işlənir. 
Q odim   uyğur  yazısı  abidələrinin  həcm i  isə  xeyli  böyükdür.  Bu 
abidələrin  içərisində  hətta  böyük  həcmli  bədii  əsərlər  də 
mövcuddur.  Buna  görə  də  qədim uyğur  ədəbi  dilinin  lüğət  tərkibi 
də  dövrümüzə qədər yaxşı qorunub saxlanmışdır.
Qədim  türk  yazısı  abidələri  dilinin  Jüğət  tərkibi  istər 
göytürk,  istərsə  qədim  uyğur  dilinə  nisbətən  xeyli  məhdud 
xarakter  daşısa  da,  müasir  canh  türk  dillərıni  tarixi  aspektdə 
öyrənm ək,  tədqiqi  etmək  üçün,  müasir  türk  dillərindəki  həqiqi 
üm um türk  təbəqəsini  təyin  etmək  üçün  külli  miqdarda  material 
verir.  Qədim  türk  yazısı  abidələrinin  leksikası  o  qədər  zəngindir 
ki,  ondan  nəinki  müasir  türk  dillərinin  leksikasını  öyrənmək  üçün 
əla v ə  material kimi istifadə etmək olar,  hətta onu müstəqil  bir dilin 
leksikası  kimi  tədqiqi  etmək  olar.  İndiyədək  qədim  türk  yazısı 
abidoləri  dilinin  leksikası,  lüğət  tərkibi  müstəqil  tədqiqat  obyekti 
kim i  araşdırılmamışdır.

Qədim  türk  yazısı  abidələri  dilinin  leksikasını  işlənmə 
dairəsinə  görə  belə  qruplaşdırmaq  olar;  1.  Antroponimlər  (xüsusi 
insan  adlan);  2.  Toponimlər  (yer  adlan);  3.  Etnonimlər  (tayfa, 
qəbilə  və  xalq  adları);  4.  Rütbə  və  vəzifə  adlan;  5.  Ümumişlək 
sözlər.
Ümumişlək  sözlər  də  məna  baxımından  müxtəlif  qruplara 
bölünür.
Antroponimlər.  Qədim  türk  yazısı  abidələrinin  dilində, 
sözün  müasir  mənasmda,  xüsusi  şəxs  adlarmdan  danışmağm  nə 
qədər  düzgün  olduğunu  söyləmək  çətindir.  Ehtinıal  ki,  qədim 
türklər  anadan  olmuş  uşağa  ad  qoymazmışlar,  sonralar  uşaq  yaşa 
dolduqda  müəyyən  bir  igidlik  göstərdikdə,  bu  və  ya  başqa  bir 
hadisə  ilə  əlaqədar  fərqləndikdə  həm in  hadisə  və  ya  göstərdiyi 
qəhrəm anhqla əlaqədar olaraq ona ad qoyularmış.
Qədim  türk  yazısı  abidələrinin  dilində  bu  fıkri  sübut  edən 
faktlar  yoxdur.  Lakin  XI  əsrin  ədəbi  abidəsi  olan  «Kitabi-Dədə 
Qorqud»  dastarlarmda  bu  fikri  sübut  edəcək  faktlar  kifayət 
qədərdir.  M əsələn,  Buğac  haqqmdakı  boyda Buğaca  ad qoyulması 
mərasimini xatırlamaq yersiz olmazdı,
Qədim  türk  qəbilələrinin  də,  ehtimal  ki,  belə  bir  adəti 
olmuşdur.  Bu  fikri  sübut  etmək  üçün  İkinci  Türk  xaqanhğının 
birinci  hökmdarı  Iltəris  xaqanın  adına  müraciət  edək.  İltəris 
xaqanm  uşaqhqda  hansı  adı  daşıdığı  haqqmda  nə  Çin  qaynaqlan, 
nə  digər m ənbələr, nə  də  qədim göytürk yazısı  abidələri  -  Orxon- 
Yenisey  kitabələri  heç  bir  məlumat  vermir.  Lakin  onun  türk 
taxtma  çıxmazdan  əvvəl  Kutlığ  (Qu-du-lu)  xan  adı  daşıdığı 
haqqmda  Çin  və  qədim türk mənbələri  yekdil  rəy  söyləyir.  K uthğ 
sözü  iki  hissədən  ibarətdir:  k u t  göytürk  dilində  bəxt,  tale 
deməkdir;  -Iığ  şəçilçisi  isə  müasir  Azərbaycan  dilinin  -h 
şəkilçsininin  qədim türk variantıdır,  daha doğrusu,  qədim türk  -lığ 
şəkilçisi  sonuncu  quttural  samitini  itirərək  müasir  Azərbaycan 
diiində  -//  şəklində  işlənir.  Deməli,  İltəris  xaqanın  (bizə  gəlib 
çatan)  birinci  adı  Bəxtli  (bəxti  olan,  xoşbəxt)  imiş.  Bhtimal  ki,  bu 
ad  onun  qəbilə  başçısı  olarkən  bəxtinin  gətirməsi  ilə  əlaqədardır. 
Kutluğ  qəbilə  başçısı  olduqdan  sonra  qısa  bir  müddətdə  öz 
qəbiləsini  yüksəldə bilmişdi,  Çin mənbələri xəbər verir ki,  Kutluğ 
başqa  qəbilələri  talamaq  hesabına  öz  qəbiləsinin  var-dövlətini,
202
habelə  qəbiləsinə  daxil  olan  adamların  saymı  xeyli  artırmışdı, 
Kutluğ  xan  xaqan  olduqdan  sonra  yeni  ad  qəbul  edir: 
İltəns/İltənş/E ltəris.  Bu  ad  onun  yeni  ictimai  vəziyyəti  ilə 
əlaqədar  idi.  lltəris  sözü  üç  tərkib  hiissədən  ibarətdir:  il/e l sözü 
müasir  Azərbaycan  dilində  indi  də  öz  semantik  məzmununu 
saxlayır;  tərı  >  töri  >  törü  sözü  göytürk  Orxon-Yenisey  yazısı 
abidələrinin  dilində  müasir  Azərbaycan  dilindəki  qanun,  qayda, 
adət-ənənə  sözlərinə  uyğun  gəlir;  -s/-ş  morfemində  nə  isə  bir 
qayıdışhq  (hərəkətin  qayıdışlığı)  məzmunu  vardır.  Beləliklə, 
İltəris/İltəriş  xüsusi  şəxs  admı  Azərbaycan  dilinə  tərcümə  etsək, 
E1  üçün  qanun  qoyan,  EI  üçün  qanun  yaradan,  Eldə  qanun-qayda 
yaradan,  Xalq  üçün  milli  dövlət  yaradan,  Elin  qanununu  özündə 
təcəssüm  etdiıən ifadəsi ahnır.  Bu ad keçmiş qəbilə başçısı  Kutluğ 
xanm  yeni  mövqeyini,  ictimai  vəziyyətini  tam  ifadə  edirdi.  İltəris 
sözünün  belə  bir məzmun  daşıdığmı  hələ keçən əsrdə  V.V.Radlov 
göstərmişdi.  M əhz  buna görədir ki,  bəzi türk xaqanları  iki  və daha 
çox  ada  malikdir.  M əsələn,  Birinci  Türk  xaqanhğmm  birinci 
hökmdarı  həm   Bumın  xaqan,  həm   Yamı  xaqan,  həm  də  İI  (EI) 
xaqan 
(Çin  dilində: 
Tumın  xan)  adlanırdı. 
M oçur  (Çin
mənbələrində:  Moçjo)  xaqanm  adı  göytürk  Orxon-Yenisey 
abidələrində  Kapağan  (xasiyyəti  qapmaq  olan)  xaqan  kimi  təsbit 
edilir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  işlənmiş  xüsusi  şəxs 
adlarmm,  demək olar ki,  hamısı belə  səcijo'ə daşıyır.  Lakin  burada 
qədim   türk  yazısı  abidələrində  işlənmiş  xüsusi  şəxs  adlan  öz 
m ənbələrinə  və  daşıdıqlan  leksik-semantik  mənaya  görə  təhlil 
edilməyəcəkdir.  Oxucuda  qədim  türk  yazısı  abidələrində  xüsusi 
şəxs  adları  haqqında  təsəvvür  yaransm  deyə  bir  neçə  şəxs  adı 
nəzərdən  keçiriləcəkdir.
Bilgə  kağan  (KT  c  1)  -   Bilgə  xaqan  (683-734);  ikinci  adı 
M ogilyan  (Çin  dilində)  xaqandır.  Ikinci  Türk  xaqanhğmm  banisi 
İltəris  xaqanm  böyük  oğludur.  İltəris  və  Kapağan  xaqanlardan 
sonra  üçüncü türk xaqanıdır.
Tarduş  İnançı  Çor  (KT  şm  13)  -   Tarduş  qəbiləsindən  olan 
Etim adh Çor (çor çinlilərdə ən böyük hərbi rütbədir).

Tonyukuk  (T  31)  -   Tonyukuk  (inci,  min/ari);  İkinci  Türk 
xaqanlığında  üç  hökmdarın  -   İltəris,  Kapağan  və  Bilgə  xaqanın 
baş vəziri  olmuşdur, tam adı Bilgə Tonyuloık Boyla Tarkandır.
Kül  tigin (KT ş 26) -   Şahzadə Kül (685-731); İltəris  xaqanm 
kiçik  oğlu,  Bilgə  xaqanm  kiçik  qardaşıdır.  Bilgə  xaqanm 
hakimiyyəti  illərində  türk  qoşunlarmm  baş  komandanı  olmuşdur. 
Dünya 
tarixində 
ən 
igid 
şəxsiyyətlərdən 
və 
bacanqlı 
sərkərdələrdən  biri  olmüşdür.  K ül  tigin  abidəsi  onun  şərəfmə 
qoyuhnuşdur.
Küli  çor  (yaxud:  çur)  (KÇ  2)  -   Tarduş  qəbilə  ittifaqmm 
başçısıdır.
Bumm kağan  (KT  ş 
1) 
-  Bumm xaqan;  Yamı  xaqan  da,  İl/El 
xaqan  da  adlanır;  Çin  qaynaqlarmda  Tumm  xaqan  adlandınlır. 
Birinci  Türk xaqanhğmın ilk xaqanıdır.
İstəmi  kağan  (KT  ş  1)  --  İstəmi  xaqan;  Bumm  xaqanm  kiçik 
qardaşıdır.  Qısa müddətdə  Altay dağlannın  qərbindən  Don  çayma, 
Azov  dənizinə, Qərbi  Sibir düzənliyindən  Əfqanıstana,  İrana  çatan 
qüdrətli  bir  dövlət  düzəltmişdi,  daha  doğrusu,  bu  əraziləri  tutub 
özünə dövlət yaratraışdı.
İlbilgə  katun  (KT  ş  11)  --  İlbilgə  xatun;  Elin  müdrik  xatunu; 
İltəris xaqanm arvadı, Bilgə  xaqan və  Kül tiginin anasıdır.
İ.A.Batmanovun  hesablamasına  görə,  Yenisey  kitabələrində 
70  xüsusi  şəxs  adırıa rast  gəlmək  olar.  Orxon  kitabələrində  isə  58 
kişi  və 2 qadm adı işlənmişdir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  işlənmiş  xüsusi  şəxs 
adlarmm  müasir  türk  dillərində  tamamilə  mühafızə  ediləcəyini 
düşünmək  səhv  olardı.  Həmin  abidələrin  təmsil  etdiyi  dövrdən, 
təxminən,  min  üç  yüz  il  keçınişdir.  Bu  müddət  ərzində  qədim 
türklərin  nəsilləri  dövrün  ictimai-siyasi  və  təbii  tələbləri  ilə  bəzən 
ünsiyyət, bəzən  isə çarpazlaşma nəticəsində çoxlu yeni adlar qəbul 
etmiş,  təbii  ki,  qədim  adlan  unutmuşlar.  Bu  məsələdə  dinin 
təsirini  də  unutmac(  olmaz.  Bu  böyük  tarixi  dövrdə  türk  qəbilələri 
bir  neçə  din  dəyişmişlər.  Din  isə  ad  məsələsində  insanların 
həyatmda  çox  mühüm  rol  oynamışdır;  insan  adlarmm  əksəriyyəti 
dini m ənbələrdlən alınmışdır.
Hazırda  türkdilli  xalqlann  istifadə  etdiyi  xüsusi  şəxs  adlarını 
iki böyük qrupa ayırmaq olar;  1) əcdadlan  islam dinini  qəbul etmiş
204
türk  xalqlan,  əsasən,  müsəlmanlıqla  əlaqədar  olan  xüsusi  şəxs 
adlan  işlədirlər;  2)  əcdadları  xristian  dinini  qəbul  etmiş  türk 
xalqları,  əsasən,  xristianhqla  əlaqədar  xüsusi  şəxs  adları  işlədirlər. 
Birinci  qrupa  türk  xalqlarınm  əksəriyyəti,  ikinci  qmpa  isə 
çuvaşları,  qağauzları  və  Sibirdəki  türk  xalqlanm  aid  etmək  olar. 
Bundan  başqa,  yəhudi  (musəvi)  dininə,  şamanizmə  tapman  türk 
xalqlan  da  mövcuddur.  Təbii  ki,  onların  adlarmda  da  tapmdıqlan 
dinlərin təsiri  özünü göstərir.
Son  zamanlar,  xüsusən  son  yüz  ildə,  əsasən,  islam  dinini 
qəbul  etmiş  türk  xalqlanmn  Rusiyaya  ilhaq  edilməsi  (birləş- 
dirilməsi)  ilə  əlaqədar  olaraq,  birinci  qrupa  aid  edilmiş  türk 
xalqlarmm  xüsusi  şəxs  adları  işlətməsində  ikibaşh  yeni  bir 
təmayül  özünü  göstərir;  bir  tərəfdən,  türk  dillərinin  öz  daxili 
vəsaitləri  hesabma  miniərlə  yeni  şəxs  adlan  (Sevil,  Güiər,  Sevər, 
Elçin,  İlkin,  Gündüz,  Yaşar,  Ulduz,  Güllü  və  s.  və  i.a.)  düzəldilir, 
digər tərəfdən,  başlıca  olaraq,  rus  dili  və  mədəniyyətinin  təsiri  ilə 
xristian  adlan  (Ofeliya,  Elmira,  İzabella,  Amalya,  Esmira,  Valeri 
və  s.)  türk  xalqları  tərəfmdən  tez-tez  işlədilir.  Bir  faktı  da  qeyd 
etm ək  lazımdır;  türk  diUərində  işlədilən xristian şəxs  adlan  özünü 
ən  çox  qadm  adlannda  göstərir.  XX  əsrin  sonunda  bir  qmp  türk 
xalqmm  milli  müstəqillik  qazanması,  öz  müstəqil  dövlətini 
yaratması,  güman  ki,  həm  bu  dövlətlərdə yaşayan,  həm də hələ də 
öz  müstəqil  milli  dövləti  olmayan  türk  xalqlannm  milli  şüurunun 
yüksv^hməsinə  səbəb  olacaq,  bu  da  özünü  şəxs  adlannm 
verilməsində büruzə verəcəkdir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  işlənmiş  xəsusi  şəxs 
adlarmm cüzi  bir qismi müasir türk dillərində mühafızə edilmişdir. 
Bu  özünü  xüsusən Sibirin  türk xalqlarmda  göstərir.
Azərbaycan  dilinin  yazıh  abidələrində  bəzən  qədim  türk 
yazısı  abidələrinin  mətnlərində  işlənmiş  xüsusi  şəxs  adlarına  rast 
gəlm ək  olar.  Məsələn,  M.S.Ordubadinin  «Qıhnc  və  qələm»ində 
rast  gəldiyimiz  Qütlüq  İnanç  adınm  hər  iki  tərəfı  göytürk  yazısı 
abidələrində  işlənmiş  K u tlu ğ  və  İnanc  sözlərinin  azacıq  fonetik 
dəyişikliyə uğramış variantıdır.
Müasir  Azərbaycan  dilində,  az  da  olsa,  göytürk  Orxon- 
Y enisey  yazısı  abidələrinin  mətnlərində  işlənmiş  xüsusi  şəxs 
adlanndan  istifadə  edildiyinə rast gəlirik.  M əsələn,  gözəllik rəmzi
205

kimi  işlədilən  və  çox  geniş  yayılmış  qadm  adı  Humay  göytürk 
yazısı  abidələrində  qadm  ilahəsi Umayın əvvəlinə  h  nəfəsh  boğaz 
samitinin  əlavə  edilmiş  variantmdan  başqa  bir  şey  deyildir. 
C.Cabbarhnm  «Yaşar»  pyesindən  sonra  geniş  şəkildə  işlənm əyə 
başlamTiış 
Toğrul  adı  göytürk  yazısı  abidələrində  (İA  1)  təsadüf 
edilən  Torğul  sözünün  metatezaya  uğramış  (rğ  >  ğr)  şəkhndən 
başqa bir şey deyildir.
Qədim  türk yazısı  abidələrində  öz  əksini  tapmış  xüsusi  şəxs 
adları  qədim  türk  xalqlannm  işlətdiyi  xüsusi  şəxs  adlannı  tam 
əhatə  etmir;  abidələrdə  yalmz  hakim  təbəqədən  olan  adamlann 
adı  əbədiləşdirilmişdir,  xalqın  adət-ənənəsini  özündə  əks  etdirən 
zəhmətkeş  kütlələrinin  xalqa  məxsus  sırf  milli  adlan  qədim   türk 
yazısı  abidələrinin  mətnlərində  öz  əksini  tapmamışdır.  Buna  görə 
do  qədim  türk  qəbilələrinin  dilində  işlənən  şəxs  adlarmm  müasir 
türk  xalqlarmm  dillərində  nə  dərəcədə  qorunub  saxlandığı 
haqqmda mühakimə yürütmək çətin, bəlkə də qeyri-mümkündür.
Toponimlər.  Qədim  türk  yazısı  abidələrinin  mətnlərində 
işlənmiş  toponimik adlar qədim türk qəbilələrinin yaşadıqlan,  türk 
qoşunlarmra  hərbi yürüşlərə  getdikləri yerlərlə,  habelə  qədim türk 
qəbilələrinin  qonşularmm,  qədim  türk  qəbilələri  ilə  təmasda  olan 
xalqlarm  yaşadıqları  ərazilərdə  olan  yer  adları  ilə  əlaqədardır. 
Deməli,  qədim  türk  yazısı  abidələrinin  mətnlərində  işlənmiş  yer 
adlan  Monqolustan,  Cənubi  Sibir,  Orta  Asiya,  Çin,  Şərqi  Türküs- 
tan,  Qazaxıstan  ərazisində  yerləşən  çay,  göl,  meşə,  dağ,  düzən, 
keçid,  şəhər və s.  adlarmı əks etdirir.
Burada  qədim  türk  yazısı  abidələrinin  mətnlərində  işlənmiş 
yer  adlannı  xüsusi  olaraq  araşdırmağa  ehtiyac  yoxdur.  Buna  görə 
də  oxucuda  qədim  türk  qəbilələrinin  yaşadığı  yerlər  haqqmda 
müəyyən  təsəvvür  yaratmaq  üçün  bir  neçə  toponim  nəzərdən 
keçirihr;
İdil (Y 39) -  İdil/İtil/Edil; Volqa çaymm qədim adı.
Tüpüt  (K T  şm  12)  -   Tibet;  VIII  yü/illikdə  qüdrətli  dövlət 
olmuşdur; 
Himalay  dağlarmda  ölkə  adıdır,  indi  Çinin  muxtar 
rayonlanndan biridir.  Müasir türk.dillərində rus dilinin təsiri  ilə  bu 
söz  təhrif  edlmiş  şəkildə  işlənir.  Monqol  dilində  Tuvd  şəklində 
işlənir.
Altun  yış  (KT  c  5) -  Altun  (qızıl)  meşəi  dağlar;  indiki  Altay 
dağlarmm qədim türk adı.
Yer Bayırku (KT c  4) -  Y er Bayırku yeri;  indiki Çita vilayəti 
və  Buryat  respublikasmm  şimahm  -   Baykal  gölünə  bitişən 
hissəsini əhatə edən ərazini  qədim türklər Yer Bayırku adlandınr- 
dılar.
Bökli (KT ş 4) -  Bökli çöllük eli;  indiki K oreya yanmadası.
Bahkhğ  (MÇ  34)  -   Bahqhq  çayı,  Orxon  çaymm  qolu 
Cirmantu çaymm (Monqolustandadır)  qədim türk adı.
Baybalık  (MÇ  44)  -  Baybahk  (Varhşəhər)  şəhəri,  qədim 
U yğur  xaqanlığmm  paytaxtıdır,  759-cu  ildə  birinci  uyğur  xaqanı 
M oyun çor tərəfmdən  Sələnə çayı  sahilində sahnmışdır.
Gögmən  (KT  ş  17)  -   Gögmən  dağları,  indiki  Qərbi  Sayan 
dağları, qırğızlar qədimdə burada yaşayırdı.
K em   (BK  ş  26)  -   Kem  çayı.  Tuva  respubhkasmda  Xem 
adlanan  çoxlu  çay  vardır.  K a  Xem  və  Bi  Xem  qovuşaraq  Uluq 
(böyük)  Xem  çayını,  yəni  Yenisey  çayını  əm ələ  gətirir.  Kökü 
X e w  sözü olan daha bir neçə çay (Xemçik) vardır.
İrtis (BK ş 27)  -  İrtış çayı.
Yinçü  ügüz  (KT  ş  39)  -  İnci  çayı.  M ənbələrdə  bu  ad  Sır- 
D ərya çayının qədim adı  kimi  izah edihr.  Lakin güman etməyə hər 
cür əsas  vardır ki,  Yinçü ügüz  (İnci  çayı)  Özbəkistandakı  Zərəfşan 
çaym m   qədim  adıdır;  çünki  Zərəfşan  >  z ə r   əfşan  «zər  saçan» 
sözünün mənası  //7cy sözünün  mənasma,  təxminən uyğundur.
Orkun  (MÇ  3)  -   Orxon  çayı;  Monqolustanda  çay  adıdır, 
S ələnə  çayma  tökülür,  türk  xaqanhğmm  paytaxtı,  daha  doğrusu, 
türk  ordası  Tola  çaymm  bu  çaya  qovuşduğu  yerdə  olmuşdur, 
Q odim   türk  tələffüzü  türk  dillərinin  fonetik  qanununa  daha 
uyğundur.  Müasir türk  dillərində  rus  dilinin təsiri  ilə  təhrif edilmiş 
şəkildə  işlənir.
Örpən (BK  ş 26) -  Örpən, indiki Yrbün.
Ötükən  yış  (KT  ş  23)  ~  Ötükən  meşəli  dağlan;  Ötükən yışın 
harada  yerləşməsi  məsələsi  hələ  mübahisəlidir.  Bir  qisim 
tədqiqatçılar onun  Şimali Monqolustanda,  digər qisim tədqiqatçılar 
( L . P . P o t a p o v )  
isə  Tuvada  olduğunu  güman  edirlər.  Güman  ki.

birincilər  haqlıdır.  Qüdrətli  türk  xaqanlığınm  özəyi  Ö tükən  yışda 
yerləşirdi,
SələQə  (MÇ  16)  ~  Sələnə  çayı,  indiki  Selenqa  çayı;  Monqo- 
lustandan  başlanır,  Rusiya  (Buryatiya)  ərazisində  Baykal  gölünə 
tökülür.  Qədim  türk  dilində  yazılışı  və  tələffüzü  türk  dillərinin 
fonetik  qanunlanna  daha  uyğundur.  Rus  dihnin  təsiri  ilə  müasir 
türk dillərində təhrif edilmiş  şəkildə işlənir.
Şantui] yazı (KT c  3) -  Şandun düzü, Çində düzənhk adı.
Tabğaç  (KT  c  5)  ~  Tabğaç,  Çin,  lakin  müasir  mənada 
işlənmir.
Yaşıl ügüz (KT ş  17) -  Yaşıl  çay,  Çindəki  Qoanq-qo  çayının 
qədim türk adı.
Apa  Urum  (KT  ş  4)  -   Böyük  Roma;  tədqiqatçılarm  böyük 
əksəriyyəti bu sözü Purum kimi oxuyur.
Toğla  ügüz  (BK  ş  30) 
Toğla  çayı,  Orxon  çaymm  qoludur, 
indi  Tola çayı adlamr.
Təmir  kapığ  (KT  ş  4)  -  Dəmir  qapı.  Şantun,  Yinçü  ügüz  və 
Təmir kapığ toponimlərinin  lokallaşdınlması  haqqmda P.M.Meho- 
ranski  yazır:  Şandun  yazı  türklərdən  şərqdə  yerləşən  Çin  əyaləti 
Şan-Dundur;  o,  Qoanq-qo  (abidədə  Yaşıl ügüz)  çayı  ilə  suvanhr... 
V.BartoIda görə, Yinçü ügüz, çox güman ki, Urunqu çayma,  Təmir 
kapığ  isə  Monqolustandan  İü  vadisinə  gedən  Talka  dağ  keçidinə 
uyğun  gəlir.  V.V.Bartolddan  asıh  olmayaraq  Aristov  da  «Təmir 
kapığ»m  belə  izahma  gəlib  çıxmışdır.  Aristov  Çü  çaymı  Yinçü 
ügüz  kimi  qəbul  edir.  Q.Qrumm-Qrjimaylo  Yünçü  ügüzün  Sır- 
Dərya  çayı  olması  haqqmda  fıkir  söyləyir.  İ.Markvart  da  bu 
fıkirdədir.  İ.Markvart  deyir  ki,  Sır-Dəryanm  ilk  Çin  adı  İnci 
olmuşdur;  onun  digər  adı  Yaksart  da  Çin  dilində  həqiqi  inci 
sözünə  uyğun  gəlir  {yinçii  Azərbaycan  dilində  inci  deməkdir  - 
Ə.R.).  Daha  sonra P.M.Meüoranski  yazır ki,  əgər Yinçü  ügüz  Sır- 
Dəryadırsa,  onda  Təmir  kapığ  da  Bəlxdən  Səmərqəndə  gedən 
yolun üstündəki Buzqala dağ keçididir.'
Daha  bir  Dəmir  qapı  Yuqoslaviya  ilə  Rummiya  arasmda 
Dünay  çayı  üstündədir.  Dördüncü  Dəmir  qapı  Qafqazdadır: 
Dəmirqapı  Dərbənd.  Lakin  bu  Dəmirqapmm  göytrük  Orxon-

n .M .M e m o p a H C K u ü .  U oM nm H U K e  n e c m b   K m n b-T ezu H a. 
Cn6.  1899, 
c. 
85-86.
Yenisey  yazısı  abidələrinin  mətnlərində  işlənən  Təmir  kapığ  ilə 
heç bir əlaqəsi  yoxdur.
Ak Tərməl (T 25) -  Ağ Tərməl çayı,  indiki Xua-Kem çayı.
Bukarak uhs (KT şm  12) -  Buxara ölkəsi.
Qədim  tiirk  yazısı  abidələrinin  mətnlərində  işlənmiş 
toponimlərin əksəriyyəti  hələ  lokallaşdırılmamışdır.  Son  zamanlar 
milli  türk  respublikalarmda,  habelə  xaricdə  qədim  türk  yazısı 
abidələrinin  araşdınlmasma  artan  maraq  ümid  etməyə  imkan  verir 
ki,  qədim  türk  yazısı  abidələrinin  mətnlərində  işlənən  lokallaşdı- 
rılmamış toponimlər yaxm zamanlarda lokallaşdınlacaqdır.
Etnonimlər.  Qədim  türk  yazısı  abidələrinin  məmlərində  o 
dövrdə yaşamış bir sıra qəbilə  və xalqlann adları  da təsbit edilmiş- 
dir.  Həmin  qəbilə  və  xalqlardan  bir  qismi  sonralar  tarix  səhnəsin- 
dən  çıxsa  da,  adlan  bizə  qədər  gəlib  çatmış,  bir  qismi  öz  adlarmı 
dəyişmiş,  bir qismi isə  o vaxtkı adlannı mühafizə edib saxlamışdır.
Az  bodun  (KT  ş  19)  ~  az  xalqı;  bu xalqm  mənşəyi  haqqmda 
elmə  bir  şey  məlum  deyildir.  Azlar  Kögmən  dağlarmda  çiklər  və 
qırğızlarla qonşuluqda yaşamışlar.
Altı  çub  soğdak bodun  (KT ş  31)  -  altı  tayfah  soğd  xalqı;  bu 
soğdlar  Soğda  dövlətinə  daxil  olanlar  deyil,  aynca  yaşayan  altı 
taytadan ibarət qəbilə ittifaqıdır.
Apar  (KT  ş  4) 
avar xalqı;  türklərdən  qərbdə  yaşayan  xalq, 
bəzi  qaynaqlara görə avarlar  Şimali Qafqazda yaşamışlar.
Apa Urum (JCT şm 4) -  romahlar.
Bayırku  (KT  ş  35)  -   türklərdən  şimalda  yaşayan  xalq, 
türkdilli  qəbilədir, Çin dilində pa-ye-ku adlanır.
Basmıl  (BK   ş  25)  ^  Beşbalık  şəhəri  yaxmhğmda  yaşamış 
türkdilli  qəbilənin  adıdır,  onlar  uyğur  qəbilə  ittifaqma  daxil 
olmuşlar; Çin dilində pa-si-mi adlanır.
Berçəkər  (KT  şm  12)  -   berçəkər;  güman  ki,  peçeneqlərin 
qədim adıdır.
Bukarak  (KT  şm  12)  -   buxarah;  güman  ki,  soğddiHi 
olmuşlar.
İzgil  (KT  şm 4) ~  bu etnosun mənşəyi elmə  məlum deyildir; 
güman ki, türkdilli  xalqdır.
Karluk  (KT  şm  1)  -   Altay  dağlan  və  İrtış  çayı  arasında 
yaşamış  türkdilli  qəbilənin  adıdn;  N.A.Baskakovun təsnifinə  görə,
209

müasir  özbək  və  uyğur  dillərinin  karluk  qrupuna  daxildir.  Qədim 
türk  yazısı  abidələrinin  mətnlərində  üç  karluq  xalqmdan  söhbət 
gedir.
KəQərəs  (KT  ş  39)  -   S.Q.Klyaştomı  qeyd  edir  ki,  göytrük 
Orxon-Yenisey  kitabələrində  işlənən  kənərəs  etnonimi  elm 
aləmində  kanq  (kanqyu)  kimi  qəbul  edilmiş  dövlətdə  yaşayan 
(Kanqyu  dövləti  Orta  Asiyada  mövcud  olmuşdur)  qəbilə  və  ya 
qəbilələrlə  eyniyyət 
təşkil  edir.  Eyni  fıkri  S.V.Kiselyov  da 
söyləyir.  Əminliklə  demək  olar  ki,  göytürk  yazısı  abidələrinin 
mətnlərində  işlənən  bu  söz  kəngər  qəbilələrini  bildirir.  Cənubi 
Azərbaycanda,  Naxçıvanda  və  Şirvanda  kəngər  qəbilələrinin 
yaşadığmı qeyd etmək pis olmazdı.
Kıbçak  (MÇ  44)  -   qıpçaq;  ərəb  dilinin  təsiri  ilə  müasir 
Azərbaycan  dilində  qıpçaq (b>p)  kimi  işlənir;  rusdilli  ədəbiyyatda 
geniş  surətdə  işlənən p o lo ve s tQrmım  ilə sinonimdir.  Qərbi Avropa 
alimləri  kuman  terminini  işlədirlər.  Kıpçaklar  böyük  türkdilli 
qəbilərlərdən  biridir  və  müasir  türk  xalqlarmm  çoxunun  təşəkkü- 
lündə mühüm rol o\Tiamışdır.
Kırkız  (KT  ş  4)  -  qırğız;  Kögmən  dağlarmda  yaşayan 
türkdilli  qəbilənin  adıdır.  Güman  edildiynə  görə,  kırkızlar  indiki 
qırğız  və  xakas  xalqlannm  əcdadlan  olmuşlar.  Qədim  türk  yazısı 
abidələrinin  mətnlərindəki  kırkız sözü  Çin  mənbələrində  xyakas 
termini  ilə  verilir.  Kırkızlar  göytürklərdən  şimalda,  çik  və  az 
qəbilələri  ilə  qonşuluqda  yaşamış  və  840-cı  ildə  qüdrətli  dövlət 
yaratmışlar.
Kıltay  (K T  şın  II)  -  kıtaylar;  Mancuriyada  yaşamış  tunqus 
və  ya  monqol  irqli  qəbilələrin  adıdır.  Rus  dilində  kidan  sözü  ilə 
ifadə  ediHr.  Rus  dilinin  təsiri  ilə  Azərbaycan  dilində  də  bu  söz 
işlənir.  Bu sözü  kitayiÇ m )  lermini  ilə  qarışdırmaq  olmaz:  kıtaylar 
və çinlilər ayrı-ayn  xalqlardn'.
Kurıkan  (KT  ş  14) 
kunkan  qəbi’ələri  türk  dövlətindən 

Yüklə 17,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin