Dərs vəsaiti baki nurlan 2 0 0 6


B i l g ə   x a q a n   a b i d ə s i



Yüklə 17,8 Mb.
Pdf görüntüsü
səhifə3/59
tarix07.09.2017
ölçüsü17,8 Mb.
#29251
1   2   3   4   5   6   7   8   9   ...   59

B i l g ə   x a q a n   a b i d ə s i .   Bu,  ikinci  Türk 
xaqanhğm m   banisi  İltəris  xaqanm   böyük  oğlu,  m əşhur  sərkərdə 
K ü l  tiginin  böyük  qardaşı,  716-734-cü  illərdə  ulu  xaqan  olmuş 
B ilg ə   xaqanm   (683-cü  ildə  anadan  olmuş,  24  noyabr  734-cü 
ild ə,  y ən i  it  ili  doqquzuncu  aym m  26-da  vəfat  etmiş,  22  iyun 
735-ci  ildə  dəfn  edilmişdir)  şərəfm ə  qoyulmuşdur.  Bilgə  xaqan 
a b id ə si  K ül  tigin  abidəsinin  yaxm lığm da,  ondan  bir  qədər
3 5

cənub-şərqdədir.  A bidə  K ül  tigin  abidəsi  ilə  eyni  v ax td a  -
1889-cu  ildə  N .M .Y adrintsev  tərəfm d ən   k ə şf  edilm işdir.  B ilg ə 
xaqan  abidəsi  Kü)  tigin  abidəsi  ilə  birlikdə  K o şo-S ay dam  
abidələri 
adlanır. 
Bu 
abidə 
ilk 
d əfə 
V .V .R adlov 
və 
P.M .M elioranski  tərəfm dən  1897-ci  ildə  «Orxon  ekspediyası 
əsərlərinin  tophısu,  IV»  nəşr  edilmişdir.  Topluda  h ə r  iki  K o şo- 
Saydam   abidəsinin  V .V .Radlov  tə rəlln d ən   təsv iri  verilir, 
P.M .M elioranski  isə  m ətn,  rüs  dilinə  tərcüm ə,  habelə  abidələrin  
göytürk  əlifbası  ilə  yeddi  cədvəlinin  m üəllifıdir.  B ilgə  xaqan 
abidəsinin  rus  diliııdə  nəşri  -  m ətn,  transkripsiya  və  rus  dilinə 
tərcüm ə  şəklində  --  S.Y .M alov  tərəfindən  1959-cu  ildə  n əşr 
edilmişdir.  H .N .O rkun  1936-cı  ildə  Bilgə  xaqan  abidəsini  m ətn, 
transkripsiya  v ə  türk  dilinə  tərcüm ə  şəklində  nəşr  etmişdir. 
A bidəni  ingilis  dilində  transkripsiya  və  tərcüm ə  şəklində  1968- 
ci  ildə  T ələt  Təkin  nəşr  etmişdir.  A bidənin  m ətn,  transkripsiya 
və  türk  dilinə  tərcüm ə  şəklində  nəşri  d əfələrlə  M ühərrəm   Ergin 
tərəfm dən  həyata  keçirilrnişdir.  A bidəni  A zərbaycan  dilində  ilk 
d ə lə   göytürk  əlifhıası  ilə  m ətn,  transkripsiya  və  Azərbaycan 
dilinə  tərcüm ə,  habelə  giriş  və  qcydlər  şəklirıdə  1993-cü  ildə 
Ə .Ə .R əcəbov  etmişdir.  F3undan  başqa  onun  Bilgə  xaqan  abidəsi 
haqqm da  və  Bilgə  xaqanm  şəxsiyyəti  haqqm da  m əqalələri  də 
çap edihnişdir.
M ütəxəssisləıin  fıkrincə,  Ongin,  Kül  tigin  və  Bilgə  xaqan 
abidələri  aşina  qəbiləsinə  moxsusdur.  Qcyd  etmək  lazımdır  ki, 
bu  üç  abidənin  palcoqrafiyası  və  dili  bir-birinə  çox  yaxmdır. 
M ənim   göytürk  dilinin  quruluşuna  hə.sr  etdiyim  əsərlərim də, 
Kül  tigin  abidəsi  əsas  olmaqla,  ən  çox  bu  üç  abidədən  istifadə 
edilir.  Lstifadə  intcnsiviiyinə  görə  bu  üç  abidədən  sonra 
Tonyukuk abidəsi  gəlir.
4. 
T   o  n  y  u  k  II  k   a  b  ı  d  ə  s  i.  Türk  xaqanlan  İltəris, 
K apağan  və  Bilgə  xaqan  aşina  qəbiiəsinə  m,ənsub  olmuşlar. 
Tonyukuk  isə  aşidə  qəbiləsinə  mənsubdur.  O,  yuxanda  admı 
çəkdiyim   üç  xaqamn  ayğuçusu,  yəni  baş  m əsləhətçisi,  ərəblərin 
dili  ilə  desək,  baş  vəziri  olmuşdur.  O,  türk  xaqanhğının  ən 
bacanqh  dövlət  xadimləriridən  və  qoşun  sərkvırdələrindən  biri 
olmuşdur.  A bidənin  özündə  də  göstərildiyi  kimi,  gəncliyində 
Çin  saraymda  təlim -tərbiyə  almış,  deməli,  dövrünün  savadlı
36
adamlanndan  biri  olmuş,  sonralar  düşm ənlərə  qar;;ı  uğurlu 
döyüşlərdə  və  bütövlükdə  xaqanhğm   xarici  siyasətində  əvəzsiz 
xidm ətlər göstərmişdir.
Tonyukuk 
abidəsinin 
qoyulm a  tarixi 
mübahisəlidir. 
Tədqiqatçılarm  böyük  əksəriyyəti  bu  fıkirdədir  ki,  abidə 
təxminən  716-cı  ildə  qoyulm uşdur.  V.Tomsen  abidənin  725-ci 
ildə,  A.N .K ononov  isə  712-716-cı  illər  arasm da  qoyulduğunu 
söyləyir.  A .N .K ononovun  göstərdiyi  tarixi  hcç  cür  qəbul  etmək 
olmaz.  Tonyukuk  abidəsi  716-cı  ilə  qədər,  yəni  Tonyukuk  Kül 
tigin  tərəfmdən  hakim iyyətdən  uzaqlaşdınlana  q ədər  heç  cür 
qoyula  bilməzdi,  çünki  bu  dövr  onun  şöhrət  və  qüdrətinin  zenit 
vaxtıdır  və  şikayətlənm əyə  heç  bir  chtiyac  yoxdur.  Tonyukuk 
abidəsi  isə,  bir  növ,  «şikayəlnam ədir».  İkincisi.  716-cı  ildə 
Kapağan  xaqan  holə  sağ  idi,  hətta  Çin  m ənbələrinin  yazdığma 
görə,  qocahqda  bir  qədər  çılğmlaşmış,  qəddarlaşmışdı.  İnanmaq 
olm ur  ki,  Kapağan  xaqanm  hakim iyyətinin  m əhz  bu  dövründə 
Tonyukuk  ona  rnüraciət  cdərək  bclə  sözlərı  yaza  idi;  «...İltəris 
xaqan  qazanmasaydı,  o  olmasaydı,  mən  özüm  müdrik  Tonyukuk 
qazanmasa  idim,  mən  olm asaydım ,  Kapağan  xaqamn  türk  sir 
xalqı  yerində  bir  nəfər  də,  xalq  da,  adam  da  sahib  olmayacaqlı. 
İltəris  xaqan,  müdrik  Tonyukuk  qazandığı  üçün  K apağan  xaqan, 
türk  sir xalqı  yaşamaqdadır»  (T  59-61).
Tonyukuk  abidəsi  m əşhur  səyyah  Dmitri  Alcksandroviç 
K lcm enlsin 
(I848-1914) 
arvadı 
Y ehzavcta 
Nikolayevna 
K lcınents  (1853/54  -  1914)  tərəfm dən  1897-ci  ildə  Monqolus- 
tanm  paylaxtı  Ulan-Bator  şəhərindən  66  km  cənub-şərqdə 
N alayxa  adlanan  yaşayış  m əntəqəsi  ilə  Tola  çayının  (Orxon 
çaynım   qoludur)  sağ  sahili arasında,  Bayın-Tsokto  adlanan  yerdə 
tapılm ışdır.  A bidə  m əqbərə  kom pleksinə  daxil  olan  iki  daşdan 
ibarətdir.  Daşlar  m əbədin  şərq  divarına  paralel  şəkildə  bir- 
birindən  bir ncçə  metr arah  yerə  basdırılmışdır.  Cənubdakı  daşın 
hündürlüyü  1  m  70  sm-dir,  üzərində  35  sətirlik  yazı  vardır, 
ikinci  daşnı  hündürlüyü  Im  60  sm-dir,  üzərində  27  sətirlik  (36- 
62-ci  sətirlər)  yazı  vardır.  V .V .Radlov  I7-ci  sətirlə  18-ci  sətir 
arasm da  daha  bir  sətrin  işləndiyini  söyləyir  və  onu  nöqtələrlə 
işarə  edir.  Lakin  digər  tədqiqatçılar  bu  sətri  göstərm irlər.
H .N .O rkun  yazır  ki,  Tonyukuk  abidəsinin  18-ci  sətrinə  qədər
3 7

İltəris  xaqandaıı,  oradan  48-ci  sətrinə  q ədər  K apağan  xaqandan, 
sonrakı  mətn  Tonyukukun özündən bəhs  edir.
1898-ci  ıldə  Tonyukuk  abidəsinin  estampajı  və  fotosurəti 
çıxarılmışdu'.  B unlann  əsasında  1899-cu  ildə  V .V .Radlov  onu 
alman  dilınə  tərcüm ədə  (mətn,  transkripsiya,  qeydlər  və  lüğətlə 
birlikdə)  nə^r  etm işdir  (Die  A lttürkischen  İnschriften  der 
M onqolei  Zw eite  Folqe).  Sonra  bu  abidə  K ül  tigin,  B ilgə  xaqan 
və  digər  abidələrlə 
birlikdə  V .Tom sen  tərəfm dən  nəşr 
edilmişdir. 
Sonralar  Q .Ram stedt  (1909),  B .Y .V ladim irtsev 
(1925),  P.A alto  (1957),  Y .İ.U bryatova  v ə  V .M .N adelyayev 
Tonyukuk  abidəsi  üzərində  tədqiqat  işi  aparmışlar.  1951-ci  ildə 
S.Y .M alov  Tonyukuk  abidəsini  təkm illəşdirilm iş  şəkildə  nəşr 
etm işdir.  Tonyukuk  abidəsini  türk  dilində  ilk  dəfə  m ətn, 
transkripsiya  və  türk  dilinə  tərcüm ə  şəklində  T ürkiyədə  bu 
abidələrin  m əşhur  tədqiqatçısı  H .N .O rkun  nəşr  etmişdir.  D igər 
türk  tədqiqatçısı  M ühərrəm   Ergin  də  Tonyukuk  abidəsini  bir 
neçə  dəfə  nəşr  etm işdir.  A zərbaycanda  Tonyukuk  abidəsinin  ilk 
nəşri  1976-cı  ildə  A .M .M əhərrəm ov və  Ə.C.Şükürov  tərəfm dən  
həy ata  keçirilmişdir.  M ən  Tonyukuk  abidəsini  1993-cü  ildə 
(«O rxon-Y enisey  abidələri»)  nəşr  etm işəm   və  m ətbuatda 
Tonyukukun  şəxsiyyəti  haqqında aynca m əqalə  çap etdirm işəm .
Tonyukuk  abidəsi  bir  sıra  səbəblərdən  həm   dilçi,  h əm   də 
tarixçi  üçün  m araqhdır.  Abidə  tarixçi  üçün  ona  görə  m araqhdır 
ki,  abidənin  m ətnini  Tonyukuk  özü  yazm ışdır  (yaxud  onun 
dilindən  yazılmışdır),  öz  gözləri  ilə  gördüyü,  özüniin  şahidi  və 
iştirakçısı 
olduğu 
hadisələri 
təsvir 
etmişdir. 
M cmuar 
ədəbiyyatuıda  təsvirdə  m əlum   subyektivizm i  çıxsaq,  Tonyukuk 
abidəsi  tarixçi  üçün  əvəzsiz  ilkin  m ənbədir.  Dilçi  üçün  isə  bu 
abidənin  qiym əti  o  q ədər  böyükdür  ki,  onu  qiym ətləndirm ək 
m üm kün  dcyildir.  Ə vvələn,  Ongin,  Kül  tigin  və  Bilgə  xaqan 
abidələri  aşina  qəbiləsinə,  Tonyukuk  abidəsi  i.sə 
aşidə 
qəbiləsinə  m ənsub  olduğu  üçün  həm in  abidələrlə  bu  abidənin 
dili  arasındakı  fərqi  (fərqləri)  araşdırmaq  üçün  dilçinin  əlinə 
nadir  imkan  düşür.  İkincisi,  Tonyııkuk  dövrünün  ən  savadh 
türklərindən  biri,  bəlkə  də  birincisi  olmuşdur.  Onun  özünün 
yazdtğm a  görə,  o,  Çin  elində  təhsil  və  təlim -tərbiyə  almışdır  (T 
1).  Tonyukuk  Çin  salnam ələrində  Y uançjən  (hər  iki  söz,
38
tədqiqatçıların  fıkrincə, 
in ci 
dem əkdir)  adı  ilə  məşhurdur. 
Buradan  da  abidənin  dilinin  ikinci  m əziyyəti  meydana  çıxır: 
abidəni  Tonyukukun  özünün  yazm asm dan,  yaxud  onun  diktəsi 
ilə  abidə  mətninin  başqası  tərəfındən  yazılmasından  asıh 
oimayaraq,  Tonyukuk  abidəsi  həm in  dövr  türk  ziyahsm m ,  daha 
doğrusu,  aşidə  qəbiləsindən  çıxm ış  türk  ziyahsm m   şifahi 
nitqinin  nadir  nüm unəsidir.  D em əli,  Ongin,  K ül  tigin  və  Bilgə 
xaqan  abaidələrinin  dili  aşina  qəbiləsinin  dialekti,  Tonyukuk 
abidəsinin  dili  isə  aşidə  qəbiləsinin  dialekti  kimi  dilçinin 
diqqətini  cəlb  edə  bilər.  Üçüncüsü,  bildiyim iz  kimi,  Kül  tigin və 
Bilgə  xaqan  abidələrinin  m üəllifı  Y o hğ   tigindir..  A bidələrin 
m ətninin  dil  və  üslubundan  m əlum   olur  ki,  Y ohğ  tigin  də 
dövrünün  m ükəmməl  təhsil  almış  ziyahlarm dan  biri  olmuşdur. 
Y ohğ  tiginin  dili  o  dövr  türk  əd əb i  dilinin  ən  m ükəm m əl 
üslubunu  -   türk yazıh  ədəbi  dili  üslubunu  əks  etdirir.  Tonyukuk 
abidəsinin  dili  isə  türk  şifahi  dilinin  (üslubunun)  nümunəsidir. 
Bu  baxımdan  da  Tonyukuk  abidəsi  dilçi-tədqiqatçıda  maraq  do- 
ğurm ahdır.
Burada  bir  m əsələni  də  qeyd  etm ək  lazımdır.  Göytürk 
O rxon-Y enisey  yazısı  abidələri  dilinin  tədqiqatçılarm m   böyük 
əksəriyyəti  bu  fıkirdədir  ki,  abidələrin  m ətnlərində  tez-tcz 
işlən ən   və  Tonyukukun  da  öz  adı  üçün  təyin,  yaxud  epitet  kimi 
işlətdiyi  «bilgə»  sözü  «idarə  edən,  hökm dar»  (rus  dilində  iki  söz 
işlədilir:  «npaBHTeJiı>»  və 
«npaBsıu;HH») 
m ənasınt  ifadə  edir.  Rus 
türkoloqlanndan  A .N .K ononov  bu  fıkri  ən  qızğın  miidafiə 
edənlərdən   biridir.  M ən  göytürk  dilindəki 
sözünün  «idarə 
edən,  hökm dar»  kimi  tərcüm ə  edilm əsi  ilə  razılaşmıram.  I.  Bu 
sözün  kökü  hil  «bilmək»  felidir,  -gə  morfemi  m üasir  Azərbay- 
can  dilindəki  -ici  sözdüzəldici  şəkilçisinə  uyğun  gəlir.  Göytürk 
dilinin  bilgə  sözü  Azərbaycan  dilinin  bilici  və  ya  ərəb  dilindən 
ahnm ış  m üdrik  sözünə  uyğun  gəlir;  birinci  sözə  həm   məna,  həm 
də  şək ilcə,  ikinci  sözə  m ənaca  uyğundur.  2.  Bilgə  sözü  göytürk 
yazısı  abidələrinin  m ətnlərində  tez-tez  kağcın  «xaqan»  sözündən 
əvvəl  işlənir.  A .N .K ononov  bu  söz  birləşm əsini  «npaBjnnHH 
Karaa», 
yəni  «idarə  edən  xaqan»  kim i  tərcüm ə  etm əyi  tək lif 
edir.  M ənim   üçün  bir  m əsələ  qaranhq  qalır:  görən,  göytürk

dövkıtind;)  idarə  etm əyən  xaqan  da  olmuşdıırmu?  Əlbəttə, 
m əntiqsiz  tərcü m ə  alm ır.  Bu  söz birləşm əsini  Azərbaycan dilinə 
«bilici  xaqan»  və  ya  «müdrik  xaqan»  kimi  tərcüm ə  etmək 
lazımdır.  3.  B ilgə  sözü  göytürk  yazısı  abidələrinin  mətnlərində 
xaqan  olm ayan  şəx slərin   adm m  qabağm da  da  təyin  kimi 
işlədilir;  O ngin  abidəsində  bu  sözə  altı  dəfə,  Kül  tigin 
abidəsində  bcş  dəfə,  B ilgə xaqan  abidəsində  bir dəfə,  Tonyukuk 
abidəsində  on  altı  d əfə,  Küli  çor  abidəsində  yeddi  dəfə  və  s. 
rast  gəlm ək  oiur;  Y em sey  abidələrində  də  (m əsələn,  13,  24,  32 
və  43-cü  ab id ələrd ə)  bu  sözün  işləndiyini  görürük.  Məsələn, 
Ongin  abidəsində  bilgə  sözü  iki  d əfə  kağan  (xaqan),  iki  dəfə 
Taçam,  bir  d ə fə   İşbara  Tamğan  Tarkan  sözləri  ilə,  bir  dəfə  isə 
bilgə  külıg  ə r   [külig  ər,  «m əşhur  igid»)  şəklində  işlənir.  Fərz 
edək  ki,  xaqan  doğrudan  da  idarə  edən,  hökmdardır,  onda  bəs 
qalan  dörd  hal  necə  olsun?  A xınncı  birləşm əd ə  isə  lap  gülünc 
m əna  ahm r;  «idarə  ed ən   (hökm dar)  m əşh u r  igid».  Tonyukuk 
abidəsi  bu  cürnlə  ilə  başlanır;  B ilg ə  Tonyukuk hen  özilm  Tabğaç 
ilirjə  kıhntım  (T  1).  G örəsən,  Tonyukuk  kim i  və  ya  nəyi  idarə 
edirdi?  Təbii  ki,  türk  dövlətini  idarə  etmirdi.  Onun  vəzir  olduğu 
dövrdə  türk  xaqanlığm m   hökm darı,  padşahı,  xaqam  (istədiyini 
seç)  əvvəlcə  İltəris,  sonra  ardıcıl  surətdə  Kapağan  və  Bilgə 
xaqan  ohnuşdur.  O nda  belə  çıxır  ki,  Tonyukuk  bu  xaqanlan 
idarə  etm işdir.  A bidənin  bütün  m ətni  boyu  Tonyukuk  istər 
İltəris  xaqanm,  istərsə  K apağan  xaqanm   admm  qabağında,  bir 
dəfə  də  olsun,  bü gə  sözü  işlətmir,  öz  adm m  qabağında  iso  bu 
təyini  on  altı  d əfə  işlədir.  Ən  zəif,  iradəsiz  xaqan  belə  razı 
olm azdı  ki,  v əzir  onlarm   dövləti  idarə  etməməsini,  dövləti 
özünün  idarə  etm əsm i  dəfələrlə  onlarm   üzünə  desin.  Xatırladım 
ki,  adlanm   Çv)kdiyim  xaqanlarm  üçü  də  tə k cə  taxt-tac  sahibi, 
sadəcə  başm da  tac  gəzdirib  taxtda  oturan  xaqanlar  ohnamış,  öz 
dövrlərinin  ərən lərin d ən   olmuşlar.
Bütün  bunları  n əzə rə  ahb  m ən  bu  n əticəyə  gəlirəm  ki, 
göytürk  dilindəki  bilgə  sözünü  (nəzərə  almaq  lazımdır  ki, 
göytürk dilində  ögə  sözü  də  -gə  sözdüzəldiei  şəkilçisi  ilə  əmələ 
gəlir)  A zərbaycan  dilinə  türk m ənşəli  biüci  və  ya onun  sinonimi 
ərəb  m ənşəli  m üdrık  sözü  ilə  təreüm ə  etm ək  lazımdır.  Rus
dilinə  tərcüm əyə  gəlincə,  əv vələn,  bu,  rus  türkoloqlarm m   öz 
işidir,  ikincisi,  m əncə,  bu  sözün  rus  dilinə  gah  npaeumejib,  gah 
npaem juü, 
gah  da  Mydpbiü  kimi  tərcüm ə  edilm əsinə  ehtiyac 
yoxdur,  ərəb  mənşəli Mydpbiü  sözü  rus  dili  üçün  göytürk  dilinin 
bilgə  sözünün mənasmı  tam  əhatə  edir.
5. 
K u l i   Ç o r   a b i d ə s i .   Bu  abidəni  1912-ci  ildə 
polyak  tədqiqatçısı  V .L .K otviç  (1872-1944)  U lan-Batordan  cə- 
nub-qərbdə  İhe-H uşotu  vadisində  tapmışdır.  O na  görə  də  bəzi 
tədqiqatçüar  onu  tapıldığı  ycrin  adı  ilə  İhe-H uşotu  abidəsi  də 
adlandınrlar,  Abidəni  ilk dəfə  rus  alim i  A.N.Samoyloviç  oxuyub 
fransız  dilinə  tərcüm ə  etmişdir.  1936-cı  ildə  H.N .O rkun  bu 
abidəni  türk  dilində,  1959-cu  ildə  S.Y .M alov  rus  dilində,  1971- 
ci  ildə  C.Klauson  və  E.Triyarski  ingilis  dilində,  1968-ci  ildə 
T.Təkin  ingilis  dilində  n əşr  etm işlər.  K üli  çor  abidəsini 
Azərbaycan  dilində  ilk  d əfə  1993-cü  ildə  Ə .Ə .R əcəbov  nəşr 
etm işdir  («Orxon-Yenisey  abidələri»,  Bakı,  1993).  V .L.K otviç 
m əqaləsində  Küli  çor  abidəsinin  tarixi  əhəm iyyəti  haqqm da 
m əlum at verir.
K üli  çor  abidəsi  sadə  üslubda  yazılmışdır,  lüğət  tərkibi  o 
q ə d ə r  də  zəngin  deyildir.  T əə ssü f  ki,  göytürk  əhfbası  ilə  dörd 
üzü  də  yazılmış  daşm  (hündürlüyü  190  sm,  eni  61  sm,  qahnhğı
16 
sm-dir)  bütün  üzləri  aşmmış,  tərəflərdən  birindəki  yazı 
tam am ilə  pozulmuş,  qalan  üç  tərəfdəki  yazj  isə  çox  zərər 
çəkm işdir.  Abidənin  m üəllifı  və  kimin  şərəfinə  qoyulması 
haqqm da  heç  yerdə  m əlum at  verilmir,  ancaq  m ətnin  bir  ncçə 
y erin d ə  Küli  çorun  adı  çəkilir.  M əsələn;  11-ci  sətirdə  «Beş 
balıkda  tört  süQüş  süQüşdükdə  Küli  çor  oplayu  təgip  bulğayu  -  
Beş  bahkda  dörd  döyüş  keçirdikdə  K üli  çor  hücum  edib  pərən- 
p ə rə n   edərək»  və  14-cü  sətirdə  «Bilgə  Küli  çor  tarduş  bodumğ 
iti,  ayu  olurtı  -  müdrik  K üli  çor  tarduş  xalqini  təşkil  edərək 
oturdu».  Bilgə  xaqan  abidəsində  də  (cənub  üzü,  13-cü  sətir) 
K ü li  çorun  adı  çəkilir;  «K isrə  tarduş  bəglər,  K ül  çor  başlayu  -  
Sonra  tarduş  bəyləri,  K ül  çor  başda  olmaqla».  Ancaq  burada 
K ü li  sözü  kül  şəklində  yazıhr,  Kül  çor  tarduş  bəylərinin  rəh bəri 
kim i  təqdim   edilir.  Hoyto-Təm ir  abidələrində  də  Başbahk 
ş ə h ə r in ə   hərbi  yürüşlə  əlaqədar  K uli  çorun  admı  oxuyuruq.

B ütün  bunlar  belə  bir  nəticə  çıxarm ağa  im kan  v erir  ki,  abidə 
İkinci  Türk  xaqanlığm m   ən  görkəm li  əyanlarm dan  biri,  İltəris 
xaqan,  K apağan  xaqan,  B ilgə  xaqan  və  o nlarm   vəziri 
Tonyukukun (onlarm   ham ısm m   adı  abidədə  çəkilir,  K ü i  tigin və 
B ilgə  xaqan  abidələrindən  bizə  m əlum   olan  tabğaçlar,  doqquz 
oğuzlar,  kitaylar,  tatabılar,  karluklar  və  başqaları  ilə  döyüş 
səh n ələri  burada  da  qısa  şəkildə  təkrar  ediHr)  irəii  çəkdikləri 
tarduş  rəh b əri  K üli  çorun  şərəfinə  qoyulm uşdur.  K ü li  çorun 
səksən  il  yaşadığm ı  (3-cü  sətir  «uluğ  K üli  çor  səkiz  on  yasap  -  
uiu  Küli  çor  səksən  il  yaşayıb...»)  nəzərə  alsaq,  bu  m ülahizə  ilə 
razılaşm aq  müm kündür.  Lakin  həm in  m ə səiə  ilə  əlaqədar  məni 
aşağıdakı  suallar şübhələndirir.
Birinci,  qədim   türk  xaqanlığmm  ənənəsin ə,  yazılmamış 
qanunlarm a  görə,  tarduşlarm  şadı  (rəhbəri)  eyni  zamanda 
v əliəh d   sayılırdı  və  xaqan  vəfat  etdikdə  taxta  o  çıxırdı;  deməli, 
tarduş  şadı  ya xaqanm  kiçik qardaşı,  ya da böyük oğlu  olm ah  idi. 
İkincisi,  K apağan  xaqanm  hakim iyyəti  illərində  tarduşlarm  şadı 
B ilgə  xaqan  idi  -   bunu  Bilgə  xaqanm   özü  deyir:  Eçim  xaqan 
oturtukda  özürn  tarduş  bodıın  üzə  şad  ertim  (K Tş  17).  «Əmim 
xaqan  oturduqda  özüm  tarduş  xalqı  üzərində  şad  idim».  Bu  da 
m əlum dur  ki,  Bilgə  xaqan  19  il  tarduşlarm   şadı  olmuşdur  (bunu 
da özü deyir).  Ə gər bclədicsə,  onda  həm in  iliərdə  Küli  çor  hansı 
vəzifəni  tuturdu?  Ü m um iyyətlə,  bu  illərdə  tarduşlann  şadı 
m əsələsi  bir  az  dolaşıqdır.  Tonyukuk  abidəsindən  m əlum   olur 
ki,  Bilgə  xaqanla  eyni  zamanda  K apağan  xaqanm  böyük  oğlu 
İnəl  xaqan  da  tarduşlarm  şadı  olmuşdur:  Su  başı  İn əl  kağan 
tarduş  şad  barzun  (T  31).  «Sərkərdə  (qoşunbaşı)  İnəl  xaqan  - 
tarduş  şadı  getsin».  Lakin  Küli  çor  abidəsinin  bir  neçə  yerində 
Tonyukuk  adm m   çəkilm əsi  Küli  çorun  onunla  eyni  vaxtda  yaşa- 
dığm ı və şad vəzifəsi  daşıdığını  bildirir.
A bidədə  K üli  çorun  səksən  il  yaşadığı  göstərilsə  də, 
öldüyü  və  dəfn  edildiyi  il  haqqmda  m əlum at  verilmir.  A.fon 
Q aben  10-cu  H oyto-Təm ir  abidəsinin  birinci  sətrindəki  biçin y ıl 
ifadəsinə  əsasən  K üli  çorun  721-ei  ildə  (meymun  ilində) 
Tabğaça (Çinə)  qarşı  hərbi yürüşdə  həlak olduğunu  söyləyir.
6. 
M o y u n   ç o r   a b i d ə s i .  
Bu  abidə  bəzən 
Bayan  çor,  b əzə n   də  tapıldığı  yerin  adı  ilə  «S elenqa  daşı»
42
Monqolustanın  şimahnda  Selenqa  (Sələnə)  çayı  və  Şine-usu çayı 
yaxmlığmda  -   M oğontu  çayı,  Şine-usu  çayı  və  Örgötü  dağı 
arasmda  I909-cu  ildə  Q .İ.Ram stedtin  başçıhq  etdiyi  fin 
ekspeldisiyası  tərəfindən  tapılmışdır.  Abidə  ilk  dəfə  1913-eü 
ildə  Q.İ.Ramstedt  tərəfm dən  təreüm ə  və  nəşr  edilmişdir. 
Sonralar  onu  H.N.Orkun  türk  dilində  (1936)  və  S.Y .M alov  rus 
dilində  (1959)  nəşr  etm işlər.  A bidə  Azərbayean  dilində  ilk  dəfə 
1993-cü 
ildə 
Ə .Ə .R əeəbov 
tərəfindən 
(«Orxon-Yenisey 
abidələri»,  Bakı,  1993)  nəşr edilmişdir.
Abidədə  nə  mətnin  m üəllifinin,  nə  də  şərəfinə  qoyulduğu 
şəxsin  adı  vardır.  Lakin  ilk  sətirləri  oxuyarkən  görürük  ki, 
həm in  m əchul  şəxs  «TeQridə  bolm ış  il  etmiş  B ilgə  kağan  (MÇ
1)  -  Tannda  (yaxud  Tanndan)  olmuş,  cl  yaratmış  müdrik  xaqan» 
adlandınhr.  Qədim  türk  abidələrinin  ham ısm da  xaqanm   bu 
sistemlə  m üşayiət  olunduğunu  n əzərə  alsaq,  abidənin  kimin 
şərəfinə  qoyulduğunu  m üəyyənləşdirm ək  çətindir. 
Ancaq 
abidənin  beşinei  sətrindəki  «Kat]ım   Kül  bilgə  kağan  -   Atam 
K ül  Bilgə  xaqan»  ifadəsinə  əsaslanan  tədqiqatçılar  belə  bir 
nəticəyə  gəlirlər  ki,  şərəfinə  abidə  qoyulan  şəxs  uyğurlarm 
tarixində  m əşhur  olan  Kül  Bilgənin  oğiudur.  Çin  qaynaqlarına 
görə,  həm in  şəxsin  adı  M oyun  çordur.  A bidənin  9-10-cu 
sətirlərində  yazılan  «Ozmış  tigin  kan  balmıs.  K oy  yılka 
yondım ...  Ozmış  tiginig  tutdım.  K atunın  anta  altım  -   Ozmış 
tigin  xan  olmuş.  Qoyun  ilində  (743)  qoşunla  yürüdüm ...  Ozmış 
tigini  tutdum.  Xatunumu  ond  aldım»  cüm lələri  də  bu  abidənin 
M oyun  çorun  şərəfinə  qoyulduğunu  göstərir.  Amma  burada  bir 
m əsəl  qaranhq  qalır;  Çin  qaynaqlarında  uyğurlarla  göytürklərin 
arasm dakı  m üharibənin  744-cü  ildə  baş  verdiyi,  Ozmış  tiginin 
744-cü  ildə  əsir  tutulduğu  göstərilir,  abidə  m üəllifi  isə  bu 
hadisələrin  743-cü ildə  baş  verdiyini yazır.
Bəzi  tədqiqatçılarm   fikrincə,  abidə  744-759-cu  illər 
arasında  qoyulmuşdur.  Burada  da bir m əsələyə  diqqət  yetirməyi 
lazım   bilirəm .  Moyun  çor  abidəsinin  hələ  ilk  sətirlərində 
uyğurlarla  göytürklər  arasında  gedən  m üharibədən,  göytürklərin 
m əğlubiyyətindən, 
onların 
xaqam 
Ozmış 
tiginin 
əsir 
tutulm asm dan  danışıhr.  Bu  hadisələr  744-cı  ildə  baş  vermişdir.

D em əli,  M oyun  çor  abidəsi  744-cü  ildən  əvvəi  qo yu la bilm əzdi. 
A bidənin  dalıa  sonralar  qoyulduğunu  41,  43,  44-cü  s ə tirlə r  də 
təsdiqləyir.  Bc!ə  ki,  41-ci  sətirdə  basm ıllarm   və  karluklann 
m əhv  edilm əsindən  və  qoyun  ilində  (755)  xaqanm   yaylaqda 
olm asından,  43-cü  sətirdə  toyuq  ilindən  (757)  və  n ə h a y ə t,  44-cü 
sətirdə  Selenqa  çayı  sahilində  soğdalılar  və  tabğaclar  (çiniilər) 
tərəfm dən  B aybahk  şəhərinin  sahnm asm dan  (756-757-ci  illər) 
danışılır,  Dcm əli,  Moyun  çor  abidəsi  757-ci  ildən  də  əvvəl 
qoyula  bilm əzdi.  Buna  görə  də  abidənin  qoyulduğu  tarixi  xeyli 
daraldıb  dcm ək  olar  ki,  Moyun  çor  abidəsi  757-759-cu  illər 
arasm da qoyulm uşdur.
M oyun  çor  abidəsinin  dili  K oşo-Saydam   abidələrinin 
dilindən  fərqlənir,  lakin  fərq o  qədr də  böyük deyildir.
S.Y .M alov  M oyun  çor  abidəsi  dilinin  fe!  sistemi  ilə 
«oğuz»  abidələri  dilinin  fel  sistem i  arasm da  böyük  fərq  oldu- 
ğunu  söyləyir.  Bu  m ülahizə  ilə  də  razılaşm aq  olmaz.  S.Y.M a- 
lovu  heyrətləndirən  m əsələlərdən  biri  də  uyğur  xaqanma 
qoyulm uş  abidənin  uyğur  əlifbası  ilə  deyil,  göytürk  əlifbası  ilə 
yazılmasıdır.  Ə slində  burada  qeyri-adi  bir  şey  yoxdur.  Əvvələn, 
M oyun  çor  bu  abıdəni  təkcə  uyğurlar  üçün  qoymamışdj,  o, 
qələbəsini,  taxta  oturmasını  bütün  Böyük  çölə  -  bütün  türk  qəbi- 
lələrinə  xəbər  verrnək  istəyirdi.  Böyük  çöl  isə  uyğur  əlifbası  ilə 
tamş  deyüdi,  göytürk  əlifbasmı  isə  yaxşı  m ənimsəm işdi. 
İkincisi,  m ənim   indı  şərti  olaraq  göytürk  əlifbası  adlandırdığtm 
yazj  təkcə  göytrüklərin  deyildi,  lıəmin  dövrdə  bütün  türk 
dünyası  bu  əlifbadan  ıstifadə  edirdi.  Bunu  həm in  əlifba  ilə 
yazılmış  abidələrin  təkcə  indiki  M onqolustan  ərazisində  deyil, 
San  dənizdən  M acarıstanadək,  Şimal  Buzlu  okeanmdan  Tibet 
yaylasm adək  geniş  bir  ərazidə  tapılması  da  sübut  edir. 
Uçüncüsü,  İkinci  1  ürk  xaqanhğımn  tnövcudluğu  illərində  türk 
q əb ü ə  və  taylalarm ;n  çoxu,  o  cüm lədən  uyğurlar da  kiçik  fasilə- 
lərlə  ya  xaqanlığm  vassalı  olmuş,  ya  da  tamamilə  xaqanlığa 
birləşdirilmişdi.  D cm əli,  bu  qəbüələr  arasmda  ümumi  ədəbi  dil 
də  mövcLid  imiş.  Təbii  ki,  istər  Orxon  abidələri,  istərsə  Moyun 
çor  abidəsi  həm in  dildə  yazılmışdır  (doğrudur,  bu  abidələrin 
dilində  hər  bir  qəbiləyə  məxsus  dialckt  xüsusiyyətləri,  fərdi  dil 
vahidləri  toxunulmciz  qalmışdır).  Dördüncüsü,  türk  xaqanhgm ın
-14
tərkibindəki  qəbilələrin  danışıq  dili  ilə  uyğur  qəbilələrinin  dili 
də,  görünür,  o vaxt bir-birinə çox  yaxm  imiş.
Tədqiqatçılarm  bir  qisminin  (E.Nəcib,  Ə.R.Tenişev, 
A.N.Kononov  və  b.)  haqlı  olaraq  yazdıqlan  kimi,  VIII-XVIII 
yüzilliklərdə  əksər  türk  xaqanlannm   yaşadıqları  ərazilərdə  türki 
adlanan  ümumi  ədəbi  dil  işlənm işdir  ki,  bu  ədəbi  dildə  ümumi 
cəhətlərlə  yanaşı,  h ər  sahədə  (O rta  Asiya,  Volqaboyu,  Cənubi 
Qafqaz,  Kiçik  Asiya  və  s.)  yaşayan  ayn-ayn  qəbilə  v ə  xalq  dill- 
lərinin  xüsusiyyətləri  də  özünü  göstərmişdir.  Ə vvəllər  Orxon 
abidələrində  təsbit olunmuş  bu  ədəbi  dil  m üəyyən  dəyişikliklər- 
lə  uyğur  abidələrində,  sonralar  Qaraxanilər  dövründə  yaranmış 
qaynaqlarda  əks  olunmuş.  daha  sonralar  isə  hər  sahənin  özünə- 
məxsus  adəbi  dili  kimi  ərsəyə  gəlm əyə  başlasa  da,  onlarm   hər 
biri  ümumtürk xüsusiyyətlərini  də  qoruyub  saxlamışdır.  Həm  də 
Moyun  çor  abidəsi  yazılanda,  görünür,  hələ  göytürk  əlifbası 
geniş  işlənirmiş.  Dəfn  kompleksinin  tərkib  hissəsi  olan  daşlarm 
üzərində  yazmaq  üçün  də  bu  əlifba  çox  münasib  idi.  Bu  m ənada 
bu  abidənin  göytürk əlifbası  ilə  yazılması  da,  dilcə  Orxon  abidə- 
lorinə yaxm  olması da təbiidir.
7. 
Yüklə 17,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin