Dərs vəsaiti baki nurlan 2 0 0 6



Yüklə 17,8 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix07.09.2017
ölçüsü17,8 Mb.
#29251
1   2   3   4   5   6   7   8   9   ...   59

T  e  r  X  i  n  a  b  i  d  ə   s  i,  F3u  abidəni  1957-ci  ildə  monqol 
arxeoloqu  T.Dorjuren  Terxin  çayı  vadisində  (Xanqay  dağlarmm 
şim al-qərbində)  çaym  Terxin-Saqan-nor  gölünə  töküldüyü 
yerdən  12  km  qərbdə,  çaydan  bir  km  şimalda  və  Tarbaqatay 
(şim ali-qərbi  Xanqay)  dağmm  sıldınm   yam aclanndan  iki  km 
cənubda  tapmışdır.  Abidə,  dcm ək  olar  ki,  tam am iiə  torpağın 
altm da  olmuş,  təkcə  təpəsi  bir  q əd ər  görünmüşlür.  Bu  abidə 
b əzən  tapüdığı  yerin  adı  ilə  Taryat  abidəsi  də  adlanır.  Abidənin 
öyrənilm əsi  ilə  monqol  alimləri  M .Şinəxu  və  B.Bazilxan,  rus 
alim i  S.Q .K lyaştornı,  türk  alimi  T ələt  Təkin  və  qazax  alimi 
Q ubaydulla  Aydarov  m əşğul  olmuşlar.  M .Şinəxu  1975-ci  ildə 
abidəni  nəşr  edir,  lakin  abidənin  oxusunda  o,  monqol  dilinin 
leksika  və  qrammatikasma  isnad  etdiyi  üçün  onun  oxusu  və 
tərcüm əsi  çox  qüsurludur.  A bidəni  S.Q.KIyaştom ı  1980-ci  ildə 
gcniş  şərh,  transkripsiya və rus  dilinə  tərcüm ə  ilə  nəşr ctmişdir.
Paleoqrafık  baxımdan  Terxin  abidəsini  göytürk  əlifbası  ilə 
yazılm ış  erkən  qədim  uyğur  dövrünə  aid  etmək  olar.  T arixcə  bu

abidə  M oqon  Şinə  U su  (M oyun  çor)  və  Sərvəy  ab id ələri  ilə   bir 
dövrə düşür.
Terxin  abidəsinin  xronologiyası  üzdədir.  M ətn in   əsas 
hissəsi  Çin  qaynaqlarmda,  adətən,  M oyan-çjo  (B ayan  çor)  ad- 
landırılan  Eletm iş  B ilgə  xaqanm   (747-759)  admdan  yazılm ışdır. 
A bidənin  m üəlüfı  Eletm iş  B ilgə  xaqanm   oğlu  B ilg ə  K u tlu ğ  
tarkan  sənündür  (14-cü  sətir).  A bidədə  onun  başqa  a d la n   da 
vardır:  B ilgə  tarkan,  K utluq  B ilgə  yabğu  (12-ci  sətir).  O, 
uyğurlarm   g ələcək   xaqanıdır.  Ç in  qaynaqlan  onu  İdigən  M ö yü n 
(İgidən  Bögü?),  Tenri  kağan,  Tenri  Eltutmuş  Alp  K ü lü g   İni 
B ilgə  kağan  (C.Ham ilton  bu  xaqanm   daha  tam  adlarm ı  da 
göstərir)  adlandırır.  Sərvəy  abidəsində  o,  İni  Y ağlakar  (759- 
779)  da  adlanır.  M ətnin  bir  hissəsini  B ilgə  tarkan  öz  ad ıd an  
yazmışdır.
Terxin  abidəsi  qəbirüstü  yazı  deyildir.  Burada  E letm iş 
B ilgə  xaqanm  (M oyun  çorun)  hakim iyyətinin  ilk  illərində  baş 
verm iş  hadisələrdən  danışıhr.  Bu  h adisələr  xronoloji  baxım dan 
M oqon  Şine  Usu  (M oyun  çor)  abidəsindən  (757-759)  əv v əl 
gəlir.  Terxin  abidəsinin  753-760-cı  illərdə  qoyulduğu  təxm in  
cdilir.  Terxin  abidəsindəki  sonuncu  xronoloji  m əlum at  «ilan  ili»
-  
753-cü 
ildir. 
D em əli,  abidə  bu 
ildən  azacıq 
sonra
qoyulm uşdur.  A bidənin  dili  göytürk  O rxon-Yenisey  yazısı 
abidələrinin  dilinə,  üslubca  xüsusən  M oyun  çor  abidəsinin 
dilinə  çox  yaxmdır.  Terxin  abidosi  irihəcm li  abidələrdəndir  -  
abidədə  30  sətirlik nisbətən  yaxşı  qorunm uş  mətn  vardır.
S . Ç o y r a a b i d ə s i .   A bidə  1928-ci  ildə  M onqolustan 
E lm lər  Akademiyasmm  ekspedisiyası  tərəfm dən  Qobu  səhra- 
smm  lap  sərhədində  -   Sansar  U la  dağlarm m   cənub  yam acla- 
rm da,  Ulan-Batordan  180  km  cənub-şərqdə  bir  kurqanda 
tapılmışdır.  1933-cü  ildə  S.Y .M alov  abidənin  əllə  çəkilm iş 
şəklini  almış  və  1936-cı  ildə  onu  ilk  dəfə  transkripsiya  və  rus 
dilinə  tərcüm ədə  nəşr  etmişdir.  H .N .O rkun  həm in  nəşrdən 
istifadə  edərək  qədim   türk  m ətnini  rus  dilindən  türk  dilinə 
çevirərək  nəşr  etm işdir  («Bir  balbal  abidəsi»).  Lakin  sonralar 
m əlum   olm uşdur  ki,  şəkil  keyfıyyətsiz  çəkilmişdir.  1971-ci  ildə 
S .Q .K lyaştom ı  abidəni  yenidən  nəşr  etmişdir.  A dətən,  göytürk 
O rxon-Y enisey  yazısı  abidələrində  bir  dam ğa  olur,  Çyora
4 6
abidəsində  isə  beş  dam ğa  vardır;  dam ğalardan  biri  (yuxarıdan 
üçüncüsü)  xaqan  dam ğasıdır,  dördüncü  v ə  beşinci  aşidə 
qəbiləsinə  məxsusdur.  S .Q .K ly aşto m m m   fikrincə,  abidənin 
müəllifı Tonyukukdur,  abidə  İltəris  xaqana  həsr edilm iş  və onun 
sağhğmda,  688-691-ci  illər  arasm da  qoyulm uşdur.  Abidənin 
raətni  Tonyukukun  dilindən  yazılm ışdır.  O,  qohum larm a 
müraciət edib onlan İltəris  xaqana sadiq olm ağa çağınr.
9.  T e s   a b i d ə s i . B u   abidəni  1915-ci  ildə  B .Y .V la- 
dimirtsev  M onqolustanm  şim al-qərbində  Tes  çayı  vadisində 
tapmış  və  nəşr  etmişdir.  İşarələrin   qazılması  Terxin  və  Moyun 
çor  abidələrində  olduğu  kim idir.  A bidədəki  yazı  xeyli  aşmmış 
və  bizə  22  yanm çıq  salam at  qalm ış  sətir  gəlib  çatmışdır.
S.Q.Klyaştomı  belə  hesab  edir  ki,  Tes  abidəsi  uyğur  sülaləsinə 
mənsubdur  və  VIII  əsrin   ikinci  yarısı  -   IX  əsrin  əvvəlində 
qoyulmuşdur.
10.  Q u r v a l j i n   -   u l a   a  b  i d ə s  i  ,  A bidə  1975-ci 
ildə  S.Q.KIyaştomı  tərəfm d ən   Q urvaljin-ula  dağ  m assivində 
Tarana-kol  çaymm  şərq  sah ilind ə  (Bulqan  aym akı)  Qurvan- 
bulakdan cənubda tapıimış  və n əşr edilmişdir.
11.  X ə n t ə y  
a b i d ə s i .   Bu  abidəni  1895-ci  ildə 
D.A.Klements  tapmışdır.  A bidə  Burqasm -bulak  çayı  vadisində 
qayaya  yazılmışdır.  1949-cu  ildə  K .V .V yatkina  abidəni  ikinci 
dəfə  k əşf  etmiş  və  I958-ci  ildə  çəkdiyi  şəkil  əsasm da  nəşr 
etmişdir.  Abidə  I978-ci  ildə  S.Q .K lyaştornı  tərəfm dən  ycnidən 
nəşr edilmişdir.
12.  X a n q ı t a - x a t   a b i d ə s i .   A bidə  ilk  d ə fə   1968- 
ci  ildə  B.Rinçinin  atlasında  nəşr  cdilmişdir.  A bidə  Daşançilen 
somonundan  27  km  cənub-qərbdə  Xanqıta-xat  adh  qayanın 
cənub  tərəfındə  həkk  edilm iş  yazıdan  ibarətdir.  A bidənin  VII 
əsrin  sonu  VIII  əsrin  əvv əllərində  yazıldığı  güman  cdilir.  Abidə 
I978-Cİ  ildə  S.Q .K lyaştom ı  tərəfm dən nəşr cdilmişdir.
13.  S ə v r ə y   a b i d ə s i .   Abidə  1948-ci  ilin  yaymda 
İ.A .Y cfrem ov  tərəfındən  M onqokıstanda  Qobu  səhrasm m   cə- 
nub  qurtaracağmda  Səvrəy-som onun  12  km  cənub-şərqində 
tapılm ış,  Rançen  tərəfm dən  1968-ci  ildə  fotosu  nəşr  edilmiş, 
1969-cu  ildə  S.Q .K lyaştom ı  və  V.A.Livşis  tərəfındən  mətn, 
transkripsiya və rus  dilinə  tərcüm ə  şəklində nəşr edilmişdir.
4 7

14.  İ h e - A s h e t e   a b i d ə s i .   A bidəni  K o şo -S ay d am  
gölü  ətrafm da N .P.Levin  tapmışdır.  1893-cü  ildə  N .M .Y ad rin t- 
sev  və  D .M .K lem ents  onun  üzünü  çıxanb  V .V .R adlova  ver- 
m işlər.  A bidənin  ilk  nəşrini  V.V .Radlov  həyata  keçirm işdir. 
Ondan  sonra  H.N.Orkun  v ə  S.Y .M alov  da  İhe-A shete  ab id əsin i 
nəşr  etmişdir.  A zərbaycan  dilində  İhe-A shete  abidəsi  ilk  d ə fə  
1993-cü  ildə  Ə .Ə .R əcəbov  tərəfm dən nəşr edilmişdir.
İhe-A shete  abidəsinin  şrifti  K oşo-Saydam   ab id ələrin in  
şriftinə yaxmdır.
15.  H o y t u - T ə m i r a b i d ə l ə r i ,   On  kitabədir.  Bu 
abidələr  1893-cü  ildə  D .A .K lem ents  tərəfm dən  tapılmış  v ə  üzü 
köçürühnüşdür.  A bidəni  D .A .K lem entsin  yazısı  əsasm da  ilk 
dəfə  V.V .Radlov  oxumuş  və  nəşr  etmişdir.  Sonra  S.Y .M alov  v ə
H.N.Orkun  da  bu  abidələri  nəşr  etmişlər.  S.Y .M alov  öz 
nəşrində  H oytu-Təm ir  abidələrinin  həm   çap  şəklini,  h əm   d ə 
V.V.Radlovun  nəşrində  D .A .K lem ents  tərəfindən  üzü  yazıya 
köçürülmüş  variantm  surətini  verir.  H .N.Orkun  isə  V .V .R adlo- 
vun  əsərində  verilmiş  surətləri  nəşr  edir.  H ortu-Təm ir  abidələri 
Azərbaycan  dilində  ilk  d əfə  1993-cü  ildə  Ə .Ə .R əcəbov  tərə- 
fmdən nəşr edilmişdir.
H.N .O rkun  Hoytu-Təm ir  abidələrinin  tarduş  türklərinə  aid 
olduğunu və VIII yüzillikdə  qoyulduğunu söyləyir.
H oytu-Təm ir  abidələrinin  m əzm unu  o  qədər  də  maraqlı 
deyildir.  Bu  abidələrin  elm  üçün  ən  böyük  əhəm iyyəti  bundadır 
ki,  onlar  göytürk  Orxon-Yenisey  əlifbasmmm  kursiv  variantı  ilə 
yazılmışdır.
16.  S ü c i   a b i d ə s i .   Süci  abidəsi  M onqolustanm  şima- 
hnda  Süci  m əntəqəsinin  yanmda  Ar-Ashatu  dağmda  Dolon 
Huduk  ətrafm da  Sücin-Davan  deyiiən  bir  təpədə  Q.İ.Ram stedt 
tərəfm dən  1900-cu  ildə  tapılmışdır.  Abidə  1909-cu  ildə 
Q .İ.Ram stedt  tərəfindən  tərcüm ə  və  nəşr  edilmişdir.  Q.İ.Rams- 
tedtdən  sonra  Süci  abidəsi  1936-cı  ildə  H.N.Orkun  tərəfm dən 
türk  dilində,  1951-ci  ildə  S.Y .M alov  tərəfm dən  rus  dilində  nəşr 
edilmişdir.  S.Q .K lyaştom ı  bu  abidəyə  «Suci  abidəsinin  tarixi- 
m ədəni  əhəm iyyəti»  (1959)  adh  m əqalə  həsr  etmişdir.  Suci 
abidəsi  A zərbaycan  dilində  ilk  dəfə  1993-cü  ildə  Ə .Ə .Rəcəbov 
tərəfm dən nəşr edilmişdir.
17. 
Ü ç ü n c ü   O r x o n   a b i d ə s i .   Bu abidə  Kül  tigin 
və  Bilgə  xaqan  abidələrinin  yaxm hğında,  Koşo-Saydam   gölün- 
dən cənubda  K okşin-O rxon çaymm  sağ sahilində,  K arabalqasun 
şəhərinin  xarabahqlarm m   şərqində  tapılmışdır.  Üçüncü  Orxon 
abidəsi  adlandırılan  həm in  abidəniıı  yazısı,  dem ək  olar  ki, 
tamamilə  aşmmışdır.  A bidə  uyğurlara  aid  edilir.  O rxon-Yenisey 
əlifbası  ilə  yazılmış  hissənin  (abidədə  Çin  heroqliflori  ilə  Çin 
dilində  yazılmış  böyük  bir  m ətn  də  vardır  və  həm in  məto 
nisbətən  yaxşı  m ühafızə  edilmişdir)  yalnız  üst  tərəifhdə  beş 
sətirlik  ifadə  oxunur,  lakin  sətirlərin  ilk  hərfləri  oxunmur. 
V.V.Radlov  həm in  hərfləri  bərpa  edib  yazını  oxumuşdur.  Əsas 
m ətndə  tək-tük  sözlər  oxuna  bilir.  Bu  sözlər  isə  yazmm  mətni 
haqqmda hcç bir təsəvvür yaratmır.
Üçüncü  Orxon  abidəsi  Azərbaycan  dilində  ilk  dəfə  1993- 
cü  ildə  Ə.Ə .Rəcəbov tərəfm dən nəşr cdilmişdir.
I S . U l a n - B a t o r k i r ə m i d   a b i d ə s i .   1934-cü 
ildə  Monqolustan  Rcspublikasmda  işləyən  D.D.Bukiniç  adh  bir 
n əfər  Ulan-Batorun  50  kilom ctrliyində  bir  rnaldardan  kirəm id 
parçasmı  ahb  rus  dilçisi  A .N .Sam oyloviçə  göndərir.  A.N.Sa- 
moyloviç  həm in  kirəm id  parçası  üzərində  göytürk  əflibası  ilə 
yazılmış  və  çox  hissəsi  pozulmuş  (daha  doğrusu  qırtlmış)  mətni 
oxuyub nəşr edir.  Bu,  IJlan-Bator  kirəm id abidəsi  adlanır.
Ulan-Bator  kirəm id  abidəsi  A/.ərbaycan  dilində  ilk  dəfə 
1993-cü  ildə  Ə .Ə .R əcəbov  tərəfm dən nəşr cdilmişdir.
19.  G  ü  r  b  e  1  ç  i  n  a  b  i  d  ə   s  i.  M onqolustan  Respub- 
likasmda  işləyən  Yam çarano  1929-cu  ildə  M unke-Oçir  adh  bir 
m onqolun  Hüqunu-xan  dağlarmda  Gürbelçin  m əntəqəsinin 
yanm da  tapdığı  abidənin  surətini  rus  dilçisi  A.N.Sam oyloviçə 
göndərir.  Abidə  1935-ci  ildə  A.N.Sam oyloviç  tərəfindən  nəşr 
edilmişdir.  A bidə  üç  sətir  -   üç  cüm lədən  ibarətdir.  Q əribə  də 
olsa,  cüm lələrin  üçü  də  eynidir:  Teljıi  kulı  hitidim.  «Tann  qulu 
yazdım».  C üm lələrin  birincisi  kiçik  hərflərlə,  sonra  gələn  ikisi 
böyük  hərflərlə yazılmışdır.
Gürbelçin  abidəsi  Azərbaycan  dilində  ilk  dəfə  1993-cü 
ildə  Ə .Ə .R əcəbov  tərəfindən  nəşr edilmişdir.

YENISEY ABIDƏLƏRI
Bu  abidələrin  böyük  əksəriyyəti  Yeniscy  çayı  hövzəsində
-  Ycniscy  çayınm  yuxarı  axannda  -   Tuva  və  Xakas  respub- 
likalarmda,  K rasnoyar  diyarmm  M inusinsk  rayonunda  tapıldığı 
üçün  bunlara  Yenisey  abidələri  deyilir.  Bu  abidələrin  sayı  artıq 
120-ə çatır.
Göytürk  Orxon-Yenisey  yazısı  abidəlorinin  araşdırılması 
tarixi 
Y enisey 
abidələrinin 
öyrənilm əsindən 
başlanır. 
Tədqiqatçılann  böyük  əksəriyyəti  bu  fıkirdədir  ki,  Yenisey 
abidələri  O rxon  abidələrinə  nisbətən  daha  qədim dir.  Yenisey 
abidələrinin  heç  birində  onlarm  qoyulm ası  (yazılması)  tarixinə 
kiçikcik bir  işarə  belə  yoxdur.  Yenisey  abidələri  dil  baxımmdan 
Orxon  abidələrinə  nisbətən  daha  bəsitdir.  M ən  bir  az  qaba 
yazıimış  Y enisey  abidəlri  ilə  m üqayisədə  Orxon  abidələrindəki 
hərflərin  daha  m ükəm m əl,  daha  qaydah  ohnasm ı  Yenisey 
abidələrinin  daha  qədim   olm asma  şahid  çəkm ək  istəməzdim. 
Çünki  Orxon 
abidələrinin  yazıhşm da  dövlət  siyasətinin, 
dövlətin  m addi  və  m ənəvi  qüdrətinin  əks-sədası  durur.  Ycnisey 
abidələrinin  sahibləri  və  müəUifləri  isə  nə  qədər  varh  olsalar 
da,  hər  halda  imkanlan  xaqana,  onun  yüksək  rütbəh  əyanlarma 
nisbətən  az  idi.  Yenisey  çaymm  yuxan  axannda  m ü x təh f vaxt- 
larda  tapılmış  və  M inusinsk və  K ızıl  şəhərlərindəki  muzeylərdə 
saxlanan  Y enisey  abidələri  arasmda  cilalanmış  m ərm ər  üzərində 
yazılm ış  kitabə  yoxdur;  Yenisey  abidələrinin  hamısı  üzərində 
işlənilm əm iş,  çöldə  təsadüfən  tapıhb  üzərində  yazı  yazılmış 
daşlar  təsiri  bağışlayır.  Buna  görə  də  Yenisey  abidələrinin 
qədim liyini  sübut  etm ək  üçün,  əsasən,  bu  abidələrm   diunin 
bəsilliyini  sübut  kimi  göstərm ək lazımdır.
Göytürk  yazısı  abidələrinin  ilk  tədqiqatçılarm dan  olan 
V .V .Radlov  Y eniscy  abidələrinin  VII  yüzilliyin  sonu  -   VIII 
yüzilliyin  əv vəllərində  yazıldığmı  göstərirdi.  P.M .Melioranski 
Orxon  abidələrindəki  yazıya  nisbətən  Yenisey  abidələrindəki 
yazmm  qrafik  baxmadan  daha  köhnə,  bəsit  olmasmı  nəzərə  ahb 
Yenisey  abidələrinin  Orxon  abidələrindən  əvvəl  -  VI  -   VIII 
yüzilliklərdə 
yazıldığını 
söyləyir. 
S.Y.M alov 
abidələrin 
qoyulm a  tarixini  bir  qədər  də  dərinə  -  V-VI  yüzilliklərə  apanr.
Mən  də  əsərlərim dən  birində  «oIa  bilsin 
ki, 
Yenisey 
abidələrinin  tarixi  h ətta  IV-V  yüzilliklərə  gedib  çıxır»,  -  deyə 
yazmışam.  Lakin  son  zam anlar  bəzi  tədqiqatçılar  Yenisey 
abidələrinin  Orxon  abidələrindən  əvvəl  yazılması  fıkrinə  qarşı 
çıxırlar.  Arxeoloq  L.R .K ızlasov  Yeniscy  abidələrindəki  dalğa 
işarələrini  tipoloji  baxımdan  təhlil  edərək  Y enisey  yazısı 
abidələrinin  əsas  hissəsinin  IX  əsrin  ikinci  yarısm da  və  X 
yüzillikdə  qoyulduğunu  söyləyır  və  qeyd  edir  ki,  bu  abidələri 
qədim   xakas  əyanlan  yazdırmışlar.  İ.V .K orm uşin  də,  təxm inən, 
eyni  nəticəyə  gəlir.  O,  göytürk  paleoqrafiyasım  təhlil  edərək 
yazır  ki,  «istinasız  olaraq  Yenisey  abidələrinin  hamısı  IX 
yüzilliyin  birinci  qərinəsindən,  yaxud  h ətta  birinci  yansm dan 
sonra  yazılm ışdır».'  İ.A .Batm anov  Yenisey  abidələrinin  Orxon 
abidələrindən  sonra  yazısm asınm   əleyhinə  çıxır.  İ.A.Batm anov 
haqh  olaraq  yazır  ki,  Y enisey  abidələrinin  heç  biri  arxeoloji 
qazmtı  aparılan  kurqanlarm  üstündə  tapılm amışdır,  bütün 
Yenisey  abidələri  kurqanlarm  yanında  tapılm ışdır  və  yazıh  daşın 
altmda  heç  bir  qəbir  olmamışdır.  Y azıh  daşm  altmda  qəbir 
tapılarsa,  qəbirdəki  əşyalann  tarixi  m üəyyənləşdirilərsə,  onda 
Yenisey  abidələrinin  dəqiq  yazılma  tarixindən  danışm aq  olar. 
İ.A.Batm anov  L.R.K ızIasovun  Yenisey  abidələrini  qədim   xakas 
əyanlarm a  aid  ctm əsinin  də  əleyhinə  çıxır  və  göstərir  ki,  yazıh 
daşın  altmda  qəbir  tapılm aym ca  və  onun  əşyalarının  milli  mən- 
subiyyəti  aydm laşdırılmayınca  Y cnisey  abidələrinin  milli  mən- 
subiyyətindən  danışmaq  tezdir.  Göytürk  yasızı  palcoqrafiyasma 
xüsusi  əsər  (doktorluq  dissertasiyası)  həsr  ctmiş  qazax  alimi 
A.S.AmanjoIov  da  Y enisey  abidələrinin  Orxon  abidələrindən 
sonra  yazılması  fıkrinin  əleyhinə  çıxıb  yazır  ki,  «Ycniscy  və 
Talas  türk  run  yazısınm  Orxon  yazısından  sonra  təzahür  etməsi 
haqqm dakı  fıkir  kifayət  qədər  əsaslandırılm ış 
d e y i l d i r » . 2  
M əş- 
hur  türkoioq  A .N .K ononov  Yenisey  abidələrinin  XI  X  yüzil- 
liklərə  aid  edilm əsinin  tərəfdarıdır.  O  yazır;  «Biz  bclə  güman
l'I.B.KopMyuııııı. 
K  
ocııoenbiM 
nonHmuH.M 
mıopKCKOİı 
pyıııi'iecKOÜ 
na.neoppa(f)uu.  nCoaemcKcm  mıopK
0jıosuR»  OKypn.  1975,  Nq2,  c.  45.
^  A.C.A.\ıaıijıcojıo(i.  K  ^enem cy 
mıopKCKux  pvH. 
«Bonpocbi 
fiJhiK03HaHun» 
.7Kypıı.,  1978,  M>2,  c.  76.

edirik  ki,  Y cnisey  hövzəsində  tapılmış  kifayət  q əd ər  çoxlu  epi- 
tafıyalara  əsasən  türk  Yenisey  abidələrinin  IX-X  y ü zillik lərd ə 
yazıldığm ı  qəbul  etm ək  lazımdır;  tarixi  nöqteyi-nəzordən,  ən 
böyük ehtim al,  onlar (əsas kütləsində)  IX yüzilliyə  aiddir», ’
ŞƏRQİ  TÜRKÜSTAN  ABİDƏLƏRİ
Bu  abidələrdən  ən  erkən  tapıiam  1898-ci  ildə  Turfanda 
Y .N .K İem cntsin  qaya  üzərində  aşkar  etdiyi  Y  a  r  -  X  o  t  o  abi- 
dəsidir.  A bidəni V .V .Radlov oxumuşdur.
Şərqi  Türküstan  abidələri  içərisində  1907-ci  ildə  m acar 
tədqiqatçısı  Aurel  Steynin  Bin  Buda  (Tun-Huanq)  m əbədində 
əld ə  ctdiyi  kağız  üzərində  yazılmış  əlyazm alardır,  cəm i  dörd 
əlyazm adır.  Bu  əlyazm alardan  dilçilik  elmi  üçün  ən  əhəm iy- 
yətlisi  «Irk  bitig»  («B əxt  yazısı»,  yaxud  «Falnam ə»)  adlanan 
ikinci  əlyazm asıdır.  Ə lyazm alann  dördünü  də  1912-ci  ildə 
V.Tomson  ingilis  dilində  nəşr  etmişdir.  Sonralar  bu  əlyazm aları
H .N .O rkun  türk  dilində,  S.Y .M alov  rus  dilində  nəşr  etmişlər. 
Əlyazm aları  A zərbaycan  dilində  ilk  dəfə  1993-cü  ildə  Ə.Ə .Rə- 
cəbov  tərəfm dən nəşr edilrnişdir,
T  u r  f a  n  a  b  i  d  ə  s  i  1909-cu  iklə  İdikut  şəhərinin  15  km 
şərqində  Toyot  vadisində  A,Lekok  tərəfindən  tapılmış,  1910-cu 
ildə  V.Tomsen  tərəfındən  nəşr  edilmişdir.  Azərbaycan  dilində 
ilk  dəfə  1993-cü  iklə  Ə .Ə .R əcəbov  tərəfindən  nəşr edilmişdir.
Toyok  ab id ələn   I909-cu  ildə  İdikut  şəhərinin  15  kilometr- 
liyində  Toyot  vadisində  bir  budda  m onastnnda  A.Lckok  tərəfın- 
dən  tapılmış  və  həm in  ildə də  A.Lckok onlan  nəşr etmişdir.
Bunlardan  başqa,  Turfanda  qədim  binanın  divarm da  tapıl- 
mış  dörd yazı  (abidə)  də  Şərqi  '1 ürküstan  abidələrinə  daxildir, 
«Orxon-Yenisey  abidə!əri»  (1993)  adh  kitabda  Şərqi  Tür- 
küstan  abidələri  «Turfan  abidələri»  başhğı  altında  təqdim 
cdilmişdir,  Göytlirk  dilinin  tədqiqinə  həsr  edilrniş  əsərlərdə  (fo- 
nctika,  leksika,  morfologiya,  sinlaksis)  Turfan  abidələrindən  ən 
çox  «Irk  bitig»  adlı  abidədən  istifadə  edilmişdir.  Digər  abidələr-
'  A.H.KcnıoHOd. 
r p a w .i u m u K a   mıopKcu.x  pyıru'iecK U X  na.MHmııuKoa 
V Il-lX m ., 
Jleııuıı,.’pad,  I9S0.  c.  20.
dən  epizodik  şəkildə  istifadə  edilmişdir.  l ’oyok  və  Yar  Xoto 
abidələrinin  dil  faktlaruıdan  istifadə edilməmişdir.
ORTA ASİYA  ABİDƏLƏRİ
Orta  Asiyada  tapılmış  göytürk  yazısı  abidələrini  şərti  ola- 
raq  iki qrupa ayırmaq olar;
1.  T  a  I  a  s  a  b  i  d  ə  1 ə r  i.  Bu  ad  şərtidir,  Çünki  indi  göyt- 
ürk  əlifbas!  ilə  yazılmış  əbidələrin  coğrafi  areah  Talas  çayı  höv- 
zəsindən  xcyli  uzaqlara,  Qırğızıstan  Respublikasımn,  dcm ək  olar 
ki.  bütün  ərazisinə  yayılmışdır.  Bu  abidələr  içərisində  elm  üçün 
ən  əhəm iyyətlisi  ağac  üzərində  yazılan  və  hələlik  dünyada  ye- 
ganə  nüsxə  olan  Talas  çubuğudur,  İndiyədək  Qırğızıstanda  iyir- 
m idən  çox  göytürk yazısı  abidəsi tapılmışdır.
2.  F  ə  r  q  a  n  ə  a  b  i 
d  
ə  1  ə 

i.  Bu  abidələr  Fərqanə 
vadisinin  m üxtəlif  yerlərində  tapılmış  keramika  və  mctal  üzə- 
rindv) 
yazılmış  bir ncçə  qısa abidələrdən  (yazıdan)  ibarətdir.
BAŞQA  AREALLARIN  ABİDƏLƏRİ
Göytürk  yazısı  abidələri  Sarı  dəııizdən  M acarıstana  qədər 
geniş  bir ərazidə  tapılır,  hıdiyədək  qcyd etdiyim  ərazilər göytrük 
yazısı  abidələrinin  daha  çox  aşkar  cdildiyi  ərazilərdir.  Qcyd 
ctdiyim   ycrlərdən  başqa  aşağıdakı  ərazilərdə  də  göytürk  yazısı 
abidələri  aşkar  cdilnüşdir,
1.  D  u  n  a  y  ç  a  y  ı  h  ö  v  z  ə 

i.  Buraya  M acanstanın 
N adscnlm ikloş 
( Mü q v i d d i i s  
Nikolay)  kəndində  tapılmış  gümüş 
qablar  üzərindəki  yaznlar  («Atillanın  dəfinəsi»)  və  mctal 
üzərindəki  kiçik yuzılar  daxildir.
2.  D  o  n  e  t  s  ç  a  y  ı  h  ö  v  z  ə  s  i.  Donets  çayı  hövzəsində 
apanlan  arxcoloji  qazıntılarda  üzərində  göytürk  əlifbası  ilə  yazı 
olan  bir  sıra  vtşyalar  aşkar  cdilmişdir,  Bunlardan  Novoçcrkassk 
şəh əri  yaxınlığında  iki  kiçik  su  qabı  üzərindəki  yazını,  Sarkcl 
kurqanında 
tapılmış 
kərpic 
üzərindəki 
yazını, 
Mayask 
qazıntısında  tapılmış  abidəni  göst;>rmək olar.
3.  Ş i m a l i   Q a f q a z   a r e a l ı .   Şimali  Qafqazda 
göytürk  yazısına  bənzər  xeyli  abidə  aşkar  edilmiş  və  hətta

S.Y .Bayçorov  bu  abidələr  haqqm da  nam izədlik  və  doktorluq 
dissertasiyaları  m üdafıə  etmiş,  böyük  bir  kitab  da  n əşr  etm işdir. 
Lakin  bütün  bu  şəkilləri  böyük  bir  güzoşt  və  güclü  fantaziy a  ilə 
göytürk  yazısı  adlandırmaq  olar.  Bu  abidəkor  üraum iyyətlə 
türkologiya  üçün  əhəm iyyətli  olsa  da,  türk  dilçihyi  üçün  onlann 
heç bir əh əm iy y əti yoxdur.
4.  A  !  t  a  y  a  b  i  d  ə  1  ə  r  i.  Son  zam anlar  A ltay  dağlarm da 
Ç anş  və  Karn  kol  adlanan  yerlərdə  (iki)  qrup  h ah n d a  yeddi 
abidə  aşkar  edilmişdir.
5.  L e n a   a b i d ə l ə r i .   Lena çayı  hövzəsində  də  göytürk 
əHibası  ilə  yazılmış  bir neçə abidə  aşkar ediimişdir.
6.  Baykalyanı  abidələr.  Baykal  gölü  ətrafm da,  g öldən  cə- 
nubda  Buryat  Respublikasm m   ərazisində  göytrük  əlifbası  ilə 
yazüm ış bir neçə  abidə  tapümışdır.
GÖYTÜRK YAZISI  ABİDƏLƏRİNİN 
TARİXİ-SİYASİ  TƏSNİFİ
G öytürk  yazısı  abidələrinin  m ə h əlli  (lokal,  regaional) 
qruplaşdırılması  onlann  tarixi-siyasi  (və  ya  etnik)  qruplaşdm l- 
masına  uyğun  gəlir.  S.Q .K Iyaştom m m   fikrincə,  bu  abidələri 
tarixi-siyasi  baxımdan belə qruplaşdırm aq  (təsnif etmək)  olar:
1 . Ş ə r q i   t ü r k   x a q a n l ı ğ ı   a b i d ə l ə r i .   Buraya 
M onqolustanm   şimalmdakı  abidələrin  (Orxon  kitabələri)  böyük 
hissəsi  (VII-VIII  yüzilliklər)  və  m üm kündür  ki,  Altay  abidələri 
(VIII  yüzillik;  bəzi  abidələrin  VII  yüzillikdə  yazıldığmı  istisna 
etm ək  olmaz)  daxildir.  Bütün  bu  abidələr  m əxsusi  türk 
abidələri,  daha  dəqiq  dcsək,  türk  qəb ilə  ittifaqmm  abidələri 
kimi  m üəyyənk)şdirilə  bilər.  Ü zərində  bu  və  ya  digər  şəkildə 
yazılma  tarixi  göstərilən  abidələr  VII  yüzilliyin  sonu  VIII 
yüzilliyə  aiddir.
2. 
Q ı r ğ ı z   x a q a n l ı ğ ı n ı n   a b i d ə l ə r i .   Buraya 
Y enisey  çayı  hövzəsində  tapılmış  bütün  abidələr  (Yenisey  abi- 
dələri)  və  ayrıca  Süci  abidəsi  daxildir.  L.R.K ızIasova  görə,  bu 
abidələr  VII-XII  yüzillikləro  aiddir  (bu  haqdakı  m übahisələr 
haqqm da irəlidə danışılmışdır)
3.  K u r ı k a n   q ə b i l ə   i t t i f a q ı n ı n   a b i d ə l ə r i  
(VIII-X  yüzilliklər)  Lena-Baykalyam  abidələr  qrupunu  əhatə 
edir.
4.  Q ə r b i   T ü r k   x a q a n l ı ğ ı   a b i d ə l ə r i .   Bütün 
Cetısu  və  Fərqanə  abidələri  buraya  daxildir.  Bu  abidələrin  son 
xronoloji  tarixi  kifayət  q əd ər  aydm  şəkildə  m üəyyənləşdirilir:
VIII  yüzillik.  Bu  abidələrin  crkən  tarixi  hələ  qaranhqdır.  A.  fon 
Qaben  onlann  erkən  tarixini  VI-VII  yüzilliklərin  hüdudunda 
götürm əyi  təklif cdir.
5.  M o n q o l u s t a n d a k ı   U y ğ u r   x a q a n l ı ğ ı  
a b i d ə l ə r i .   Buraya  M oyun  çor  (Selenqa  daşı),  Terxin  və 
K arabalqasun  abidələri  daxildir.  Bu  abidələr  VIII  yüziiliyin 
ikinci  yansı -IX  yüzilliyin əvvəllərində yazılmışdır.
6 .  Ş ə r q i   T ü r k ü s t a n d a k ı   U y ğ u r   x a q a n l ı ğ ı  
a  b  i  d  ə  1  ə  r  i.  Buraya  Şərqi  Türküstanda  tapılmış  kağız  üzə- 
rindəki  abidələr  və  Turfanda  divarda  yazılmış  dörd  abidə 
daxüdir.  Bu  abidələr IX-X yüzilliklərə  aiddir.
7.  P e ç e n e q   q ə b i l ə   i t t i f a q ı n ı n   a b i d ə l ə r i  
geniş  ərazidə  yayılmışdır,  Buraya  Şərqi  Avropa  (Dunay  və  Do- 
netsk  çayları  hövzəsi)  göytrük  yazısı  abidələri,  Talas  çubuğu, 
ola bilər ki,  Şimali  Qafqaz göytürk  abidələri  daxildir.
Göytürk  yazısı  abidələri  janr  xüsusiyyətlərinə  görə  də 
rəngarəngdir.  S.Q .K Iyaştom ıya'  görə,  janr  xüsusiyyətlərinə 
görə  göytürk yazısı  abidələrini  altı  qrupa ayırmaq  olar:
I . 
T  a r  i  X  i  -  b  i  o  q  r a  f  i  k  m  ə  t  n  I  ə  r.  Belə  mətnk)rdə 
göytürk,  uyğur  və  qırğız  xaqanları,  onların  qohum lan  və 
əyanlan  təriflənir,  onların  h əyat  və  fəaliyyəti  təsvir  cdilir. 
A dətən,  belə  abidələr  m ərhum un  qohum lan  tərəfm dən  yazıhr 
(tərtib  edilir).  Kül  tigin,  Bilgə  xaqan,  Ongin,  Tonyukuk,  Kül i  
çor,  Tcrxin,  Moyun  çor,  Süci,  Karabalqasun  abidələri  bclə 
abidələrdəndir.  Bu  abidələrdə  şərəfinə  abidə  qoyulmuş  şəxsin 
h əy at  və  fəaliyyəti  onun  bu  və  ya  digər  dərəcədə  iştirak  ctdiyi 
tarixi  hadisələr  fonunda  təsvir  edilir,  əcdadları,  xidm əti  qeyd 
edilir,  müəllifin  (mətni  yazan  şəxsin)  sosial  və  siyasi  baxışlan
‘  C .r.K jım u m o p H b iü .  ffp ea n em ıo p K C K iıe  p y n m e c K iıe   noM H m nm u,  M ocK ea, 
1 9 6 4 ,  c.  5 3 -5 4 .

şərh  olunur.  Bu  tip  abidələr,  bir  növ,  siyasi  proqram   səciyyəsi 
daşıyır,  indiki dildə  desək,  təbü ğat plakatıdır.
2.  E p i t a f i   l i r i k a s ı   -   Y enisey  və  C etısuda  qəbir 
başdaşları.  S.Y .M alov  bu  abidələri  qədim   türk  dövrünün 
«qəbiristanlıq  poeziyası»  adlandınr.  B elə  ab id ələr  qısa  olur. 
O niarda m ərhum un  adı  və  titulları,  yaşı,  həyatm da baş  v erən  bir 
neçə  əlam ətdar  hadisə  və  dünyadan  ay nlarkən  n ələrd ən  
doymadığı  göstərilir.  Bunlar standart abidəiərdir.
3.  Q a y a l a r d a ,   d a ş l a r d a   v ə   t i k i l i l ə r d ə  
y a z ı l m ı ş   y a d d a ş y a z ı l a r ı .   Belə  abidələr  m üəllifin 
həyatm ın  hansısa bir  hadisəsinə  həsr ediiir.  Belə  ab id ələrə Hoy- 
to-Təm ir,  Çoyra,  Çarış,  X entey  abidələrini,  Tonyukukun 
m avzoleyindəki  yazm ı,  bəzi  kiçik  abidələri  nüm unə  göstərm ək 
olar.  B əzən  belə  abidələrdə  bir  neçə  söz,  yaxud  ad,  b əzən   də 
m üəlhfin  bu  və  ya  digər  d ərəcədə  m ünasibəti  olduğu  əşyanm  
adı  olur.  B elə  abidələrə  Gürbelçin  tiph  abidələri  misal 
göstərm ək olar.
4.  M a g i k   ( o v s u n )   v ə   d i n i   m ə t n l ə r .   Bunlara 
Şərqi  Türküstanda  tapılmış  kağız  üzərindəki  m ətnlər  -   «Irk 
bitig»  («Falnam ə»),  Turfan  abidəsi,  m anixey  m əzm unlu  trak- 
tatdan parçalar daxildir.
5.  D u n x u a n   v ə   T u r f a n d a n   t a p ı l m ı ş   k a ğ ı z  
ü z ə r i n d ə k i   h ü q u q i   s ə n ə d l ə r .
6.  M ə i ş ə t   ə ş y a l a r ı   ü z ə r i n d ə k i   n i ş a n l a r .  
B elə  yazılar  metal  qablarda,  güzgülərdo,  keramikada  pul  üzə- 
rində  yazıhr.  A dətən,  belə  yazılar  əşyanm   sahibinin  və  ya  us- 
tanm   admdan  ibarət  olur,  ya  da  əşyanm   nəyə  xidm ət  etdiyini 
göstərir.
Yüklə 17,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin