Dərs vəsaiti baki nurlan 2 0 0 6



Yüklə 17,8 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix07.09.2017
ölçüsü17,8 Mb.
#29251
1   2   3   4   5   6   7   8   9   ...   59

UYĞUR YAZISI  ABIDƏLƏRİ
G öytürk  dilindən  fərqli  olaraq,  qədim   uyğur  dilində 
yazılmış  abidələr  m üxtəlif  qrafıkalı  əlifbalar  ilə  yazılmışdır. 
U yğur  qəbilələri  uzun  müddət  göytürklərin  siyasi  və  m ədəni 
təsiri altmda olmuşdur.  Buna görə  də əvvəllər -  uyğur  qəbilələri 
G öytürk  xaqanhğının  tərkibinə  daxil  olduğu  illərdə  və  745-ci 
ildə  öz  m üstəqil  dövlətlərini  qurduqdan  sonra  iyirmi  (bəlkə  də
70
daha  çox)  il  onlar  göytürk  əlifbasından  istifadə  etmişlər.  Hər 
halda  759-cu  ildən  sonra  yazıldığı  güman  edilən  Moyun  çor 
abidəsi  göytürk  əlifbası  ilə  yazılmışdır.  Göytürk  əlifbası  ilə 
yazılmış  və  uyğur  qəbilələrinə  mənsub  hcsab  cdilən  (başdaşmm 
sahibi  özünü  qırğız  oğlu  adlandırır,  lakin  uyğur  yerindən 
gəldiyini  deyir:  Uyğur yerindən  Yağlakar  xan  ata  gəldim.  Qırğız 
oğluyam).  Süci  abidəsi,  güman  ki,  h ələ  G öytürk  xaqanhğı 
dövründə  yazılmışdır.  Çox  sonralar  hətta  kağız  üzərində 
yazılmış  bir  sıra  abidələrdə  də  (m əsələn,  Irk  bitig  «Fahıamə») 
göytürk  əlifbasından  istifadə  edilmişdir.  Lakin  sonralar  uyğurlar 
soğd  əlifbası  əsasm da  öz  müstəqil,  nccə  deyərk)r,  milli 
əlifbalarım  -   qədim  uyğur  əlifbasını  yaradırlar.  Uyğur  yazısı 
abidələri  adlandırdığım  bu  kitabələr  qədim   uyğur  dilində 
yazılmış  abidələrin  böyük  əksəriyyətini  təşkil  edir  və  Pckinin 
qərbindəki 
Torbogcndən 
Şərqi 
Türküstanadək 
(indiki 
Uyğurustan)  gcniş  bir  ərazidə  yayılmışdır;  bu  əlifba  ilo  yazılmış 
kitabələrin  çox  hissəsi  Tıırfan  vadisində  tapılmışdır.
Tarixdən  bəllidir  ki,  uyğurlar  bir  ncçə  dəfə  dinlərini 
dəyişm işlər.  Bu  öz  əksini  onlann  yazı  m ədəniyyəlində  də 
tapmışdır;  uyğuriar  göytürk  və  qədim  uyğı.ır  əüfbasm dan  əlavə 
Çin  hcroqlinəri,  hind  brəhm i  (sillabik)  yazısı,  toxar,  soğda  və 
ncstorian  (Suriya  əlifbasım n  bir  növüdür)  əlifbaları  ilə  də  yazı 
m ədəniyyəti 
abidələri  qoyub  getmişlər.  İslam  dinini  qəbul 
etdikdən  sonra  uyğur  abidələri  artıq  təkcə  ərəb   əlifbası  ilə 
yazılmışdır.
Uyğur  yazısı  abidələri  dedikdə  yalnız  uyğur  əlifbası  ilə 
yazılmış  kitabələr  nəzərdə  tutulur.  Buna  görə  də  burada  «qədim 
uyğur  abidələri»  termini  işlədilm ir,  çünki  bu  tcrmin  qədim 
uyğur  əlifbası  ilə  yazılmış  kitabələrdən  əlavə  digər  əlilbalar  ilə, 
lakin  qədim   uyğur  dilində  yazılmış  kitabələri  də  əhatə  cdir; 
onda  X ll-X lll  əsrlərdə  (monqol  işğalmadək)  ərəb  əlifbası  ilə 
yazılm ış  bədii  ədəbiyyatı,  habelə  Mahmud  K aşğarhnın  «Divani- 
Iüğət-it-türk»  əsərini  də  uyğur  abidələrinə  daxil  ctmək  lazım 
gələrdi.
Uyğur  yazısı  abidələrinin  araşdırılması  tarixindən.
Q əd im   uyğur  əlifbası  ilə  yazılmış  abidələrin  tapılması  və 
öyrənilm əsi,  göytürk  abidələrin  kəşfı,  şifrinin  açılması  və
71

öyronilm əsinə  nisbətən  xeyli  asan  olm uşdur.  B elə  ki,  qədim  
uyğur  əlifbasınm   xələfı  olan  m onqol  əlifbası  h ə lə   bizim  
günlərədək  işk^k  olmuş,  tədqiqatçılar  ondan  b əh rələn ib   qədim  
uyğur dilinin yazı  nüm unələrini  asan  oxumuşlar.
Uyğur  xalqm m   tarixinin,  qədim   uyğur  dilinin,  habelə 
qədim  uyğur  yazısı  abidələrinin  araşdınlm asm a  h ələ  XIX 
yüziüiyin  əvvəU ərində başlanmışdır.
U yğurlar  türk  xalqları  içərisində,  qırğızlardan  sonra,  ilk 
oturaq  həyata  keçm iş  qəbilələrdən  biri,  ilk  şəh ər  m əd ən iyy əti 
yaratmış  iik  türk  xalqıdır.  Buna  görə  də  onlar  özlərindən  sonra 
zəngin 
arxeoloji 
abidələr 
qoymuşiar. 
XIX 
yüzilliyin 
əvvəllərində 
qədim  
uyğur 
şəhərlərinin 
xarabahqlarm da 
arxeoloji  qazıntıiar  apanhr,  qədim   və  qüdrəth  uyğur  dövk^tini 
yaratmış  xalqm  maddi  m ədəniyyəti  üzə  çıxaniır,  tarixi,  adət- 
ənənəsi,  dih  tədqiq  edihr.  H əm in  əsrin  əvvəllərində  apanlan 
arxeoloji  qazıntılarda  qədim   uyğur  əlifbası  ilə  yazılmış 
kitabələrə  az  təsad ü f  edilirdi,  çünki  zam an  və  təb iət  həm in 
abidələrlə  am ansız  rəftar  etmiş,  onlarm   dövrüm üzə  q ədər 
çatmasma mane  olmuşdu.
Uyğur  xalqım n  tarixinin  və  dilinin  ilk  tədqiqatçılarından 
biri  m əşhur  Azərbaycan  şərqşünası  və  dilçisi  M irzə  K azım   bəy 
olmuşdur,  O,  184I-ci  ildə  «UyğurIar  haqqında  tədqiqat»  adh 
əsərini  n əşr  etdirir.  Bu  əsərlə  Rusiyada  uyğurşünashğm  əsası 
qoyulmuşdur. 
Rusiyada  XIX 
əsrin 
sonu  və  XX  əsrin 
başlanğıcında 
qədim  
uyğur 
qəbilələrinə, 
qədim  
uyğur 
dövlətlərinin  tarixinə  və  qədim   uyğur  m ədəniyyətinə  maraq 
daha  da  artır.  M irzə  Kazım  bəyin  ardm ca  rus  alim lərindən 
N.P.Prejevalski,  M .V.Pevtsov,  V .İ.Roborovski,  P.K .  Kozlov, 
D.A .K Iem ents, 
Q .Y .Q rum m -Qrjim aylo, 
S.F.Oldenburq, 
V.V.Radlov  və  başqaları  qədim   uyğur  qəbilələrinin  tarixini 
öyrənm ək,  yazıh  abidələrini  tapmaq  və  oxumaq,  qədim   uyğur 
dilini  araşdırmaq  sahəsində  əvozsiz xidm ət  göstərm işlər.  Qədim 
uyğur  qəbilələrinin  tarixinin  öyrənilm əsi,  qədim  uyğur  yazısı 
abidələrinin  tapılmas!,  şifrinin  açılması  və  oxunması,  qədim 
uyğur  dilinin  araşdınlm ası  sahəsində  Avropa  alimlərinin 
xidm əti  də  xüsusi  qeyd  edilməlidir.  XIX  yüzilliyin  sonu  və  XX 
yüzilliyin  əvv əü ərin də  Şərqi  Türküstana  iki  elmi  ekspedisiya
72
edilir.  Bunlardan  birinə  alman  alimi  A.Qrünvedel, 
digərinə  macar  alimi  A.Lckok  rəhbərlik  edirdi.  Ekspedisiyalar 
nəticəsində  qədim  uyğur  əlifbası  ilə  yazılmış  çoxlu  kitabə  əldə 
edilir.  A.Qrünvedel  və  A.Lekok  tapılmış  əlyazm alan  qaydaya 
sahr,  transkripsiya  cdir,  oxuyur,  tərcüm ə  və  çap  etdirir. 
Beləliklə,  tədqiqatçılar  göytürk  yazısı  abidələri  ılə  m üqayisəyə 
gəlm əz  dərəcədə  zəngin  olan  çoxlu  uyğur  yazısı  abidələri  əldə 
edir,  onlann  ınətnşünashq  və  dilçilik  baxımından  tədqiqi  ilə 
məşğul  olmaq  imkanı  əldə  edirlər.  Bu  dÖvrün  qədim   uyğur 
yazısı  abidələrinin  tədqiqi  sahəsində  fəaliyyət  göstərən  əsas 
siması  akadcmik  V.V.Radlovdur.  O  həınin  dövr  üçün  tapılmış 
göytürk abidələrinin,  dem ək olar ki,  hamısım  araşdırmış,  onlann 
tədqiqindən  aralanmış,  yeni  tapılan,  dilçi  və  tarixçi  üçün  daha 
geniş  fəaliyyəl  göslərm əyə  imkanı  verən,  daha  çox  dil 
materialına 
malik 
olan 
qədim  
uyğur 
yazısı 
abidələrini 
araşdırm ağa  başlamışdı.  XIX  yüzilliyin  sonu  və  XX  yüzilliyini 
əvvəli  qədiın  uyğur  yazısı  abidələrinin  tədqiqi  və  nəşri,  dcm ək 
olar  ki,  V.V.Radlovun  adı  ilə  bağhdır.  1899-cu  ildə  V.V.Radlov
D .A .K Icm entsin  tapdığı  iki  qədim   uyğur  ya/.ısı  abidəsini  nəşr 
etdirir.  Bir  qədər  sonra o,  A.Qrünvedelin  ekspedisiyasm m   I9Ü2- 
1903-cü 
illərdə 
Turfanda 
tapdığı 
qədim  
uyğur 
yazısı 
abidələrinin  araşdınlm ası  ilə  mə.şğul  olur.  Bu  kitabələr  I928-ci 
ildə  V.V.Radlovun  vəfalından  10  il  sonra  onun  şagirdi  və 
m əsləkdaşı  S.Y.M alov  tərəfındən  «Uyğur  dilinin  abidələri» 
kitabm da  nəşr  ctdirilmişdir.  V.V.Radlov  1909-cu  ildə  qədim 
uyğur  əlifbası  ik)  yazılnuş  mani  dini  məzmunlu  «XuasUıanift» 
adh  abidəni  iranskripsiya  və  tərcüm ə  ilə  nəşr  edir.  Bu  abidə 
1951-ci  ildə  S.Y.M alov  tərəfindən  «M anixcyIərin  peşmanhq 
duası»  adı  ilə  yenidən  nəşr  ctdirilmişdir.  V.V .Radlov  1910-cu 
ildə  uyğur  dilinə  Çin  dilindən  tərcüm ə  edüm iş  «Tşastvastik» 
adh  kitabəni  n.)şr ctdirir.
Qədim  
uyğur 
dilinin 
araşdtrılmasmm 
da 
təməlini 
V .V .R adlov  qoymuşdur.  1909-1912-ci  illərd;-  onun  qədim   uyğur 
yazısı  abidv)l<ıri  dilinin  qrammatik  quruluşunun  tədqiqinə  həsr 
edilm iş  bir neçə  rnəqaləsi  nəşr edilmişdir.
«Orta  və  Şərqi  Asiyanı  öyrənm ək nam inə»  uyğurlarm,  sarı 
uyğurlarm   və  saiarlarm  dilini  (əslində  san  uyğurların  və
V3

D ünyanın  bir  çox  kitabxana  və  m uzeylərində  xeyli 
m iqdarda  qədim   uyğur  yazısı  abidəsi  vardır.  Bunlarm   xeyli 
hissəsi  üzərində  h ə lə   heç  bir  tədqiqat  işi  aparüm am ış,  bir  qismi 
heç nəşr  cdilm əm işdir.
Q ədim   uyğur  yazısı  abidələrinin  diH  ilo  ilkin  tanışhq  belə 
bir  fikir  söyləm əyə  imkan  verir  ki,  qədim   uyğur  qəbilələri 
m ənşəeə  göytürk  qəbilələrinə  yaxm  olduqları  və  uzun  m üddət 
bir  siyasi  birhyə  daxil  olduqları  üçün  bu  iki  qəbilə  ittifaqmın 
dilləri  də  yaxın 
o h T i u ş d u r . 
Bu  yaxm hq  xüsusən  daş  üzərində 
yazılmış  göytürk  və  qədim   uyğur  abidələrinin  dilində  özünü 
daha  çox  büruzə  verir.  Lakin  h ələ  daş  üzərindəki  abidələrin 
dilində  m üəyyən  fərqlər  də  özünü  göstərir.  Bu  fərqlər  müasir 
dilçilik  baxım m dan  hətta  bir  dilin  m ü x təlif  dialektlərindəki 
fərqlərdən  kiçik  olsa  da,  yenə  də  göytürk  və  qədim   uyğur 
dillərini  bir  diUn  iki  dialekti  hesab  etm əyə  əsas  vermir.  Elə 
sonrakı  qədim   uyğur  abidələrinin  -   kağız  üzərində  yazılmış 
qədim   uyğur  yazısı  abidələrinin  dili  də  daş  üzərində  yazılmış 
göytürk  və  q^idim  uyğur  abidələrinin  dilindən  bir  o  qədər  də 
fərqlənm ir.  Lakin  böyük  hissəsi  toxar,  hind  və  Çin  dillərindən 
təreüm ə  edilm iş  əsərlərdə  həm   göytürk,  həm   də  daş  üzərində 
göytürk  əlifbası  ilə  yazılmış  qədim   uyğur  abidələrinin  dilindən 
fərqlənən  ycni  xüsusiyyətiərə  rast  gəlm ək  olar.  M ərkəzi 
M onqolustandan  Şərqi  Türküstana  miqrasiya  etdikdən  sonra 
qədim   uyğur  qəbilələri  erkon 
orta 
əsrlərin  iki  böyük 
m ədəniyyətinin 
Çin  və  fars  m ədəniyyətinin  qovuşduğu  yerdə 
yerləşdiyi  üçün  qədim   uyğur  ədəbi  dili  həm   Çin,  həm   də  fars 
dilinin  təsirlərini  hiss  etm əyə  bilm əzdi.  Bu  təsir özünü  daha çox 
qədim   uyğur  ədəbi  dilinin  lüğət  tərkibində  hiss  etdirir;  qədim 
uyğur  dili,  Çin  və  fars  dillərindən  xeyli  miqdarda  söz  alır. 
B aşhca  fərqlər  isə  özünü  fonetika  sahəsində  göstərir;  1)  qədim  
uyğur  yazısı  abidələrinin  dilində  göytürk  olifbası  ilə  yazılmış 
göytürk  və  qədim   uyğur  abidələrinin  dilində  olmayan  bir  neçə 
səs  (fonem)  təzahür  edir;  2)  həm   göytürk,  həm  də  göytürk 
əlifbası  ilə  (həm   daş,  həm   də  kağız  üzərində)  yazılmış  qədim 
uyğur  abidələrinin  dilində  heç  bir  istisnaya  yol  vcrməyən 
(sözlərdə)  saitlərin  damaq  ahəngi  qədim   uyğur  əlifbası  ilə 
yazılmış 
abidələrin 
dilində 
bir 
sıra 
hallarda 
pozulur.
75
salarlarm  «dili»  uyğur  dilinin  dialektləridir),  etnoqrafıyasmı 
öyrənmək  üçün  1909-1911  və  1913-1915-ci  illərdə  S.Y.M alovu 
Şərqi  Türküstana  (Qərbi  Çinə)  və  M ərkəzi  Çinə  ezam  edirlər. 
Bu  illərdə  S.Y.M alov  Çin  dilindən  qədim   uyğur  dilinə  tərcümə 
edilmiş  «AItun  yaruk»  («QızıI  işıq»)  adh  əsərin  əlyazmasmın 
bütöv  nüsxəsini  tapır.V .V .Radlov  S.Y .M alovla  birlikdə  1913-cü 
ildən  19I7-Cİ  ilədək  həm in  əsərin  faksimile,  transkripsiya  və 
tərcüməsini  nəşrə hazırlam aqla m əşğul  olur.
V.V.Radlovun 
qədim  
uyğur 
yazısı 
abidələrinin 
araşdınlması  sahəsindəki  xidm ətləri  o  qədər  böyükdür  ki,  başqa 
tədqiqatçıların  xidm ətləri  bunun  qarşısında  kölgədə  qahr.  Lakin 
başqa  tədqiqatçılar  da  qədim   türk  yazısı  abidələrini  öyrənm ək 
sahəsində  az  iş  görməm işlər.  1908-ci  iljə  F .V .K .M üllcr  xristian 
dini  məzmunlu  «SchrkarIann  sitayişi»  və  burhan  (budda)  dini 
məzmunlu  «Altun  yaruk»  yazıh  abidələrindən  götürdüyü 
parçalan  «Uyğurika»  adh  kitabda  nəşr  etdirir.  K itabın  ikinci 
hissəsi  1912-ei  ildə  nəşr  edilmişdir.  1912-ci  ildə  macar  alimi 
A.Lekok  «Xuastuanift»  adlı  abidənin  bir  hissəsini  transkripsiya 
və  tərcüm ə  ilə  birlikdə  nəşr  etdirm işdir... 
1991-ci  ildə 
L.Y.Tuquşeva  «Süan-Tszanm  bioqrafiyasınm   uyğur  variantı» 
əsərini  faksimilc,  transkripsiya,  tərcüm ə,  qeydlər  və  iüğətlə 
birükdə  nəşr  etdirmişdir.  V .M .N asilov  qədim   uyğur  yazısı 
abidələrinin  dil  m aterialaln  əsasında  «Qədim  uyğur  dili»  adh 
əsər yazmışdır.
Qədim   ııygur  yazısı  abidələrinin  təsnifl.  Q ədim   uyğur 
yazısı  abidəiərinin  böyük  əksəriyyəti  Çinin  qərbində  -   Şərqi 
Türküstanda 
tapıimışdır. 
Bu 
abidələr 
sayca 
göytürk 
abidələrindən  xeyli  çoxdur,  lakin  kağız  üzərində  oiduğu  üçün 
bunlann  əksəriyyəti  ya  m əhv  olmuş,  ya  da  m ətnlər  xeyli 
d ərəcəd ə  zərər  görmüşdür.  Bütün  bunlara  baxmayaraq,  qədim 
uyğur  əlifbası  ilə  yazılmış  kifayət  q əd ər  əlyazm ası  dövrümüzə 
qədər  gəiib  çatmışdır.  Bunların  içərisində  «K utadğu  bilig» 
(«X oşbəxtlik  gətirən  bilib>),  «Altun  yaruk»  («Qızıl 
işıq»), 
«Süan-Tszanm   bioqrafıyası»,  «M aytnsim it»  kimi  iri  həcm li 
əsərlər,  m üxtolif  məzmunlu  yüzlərlə  şer  və  nəsr  əsərini 
g ö stərm ək   olar;  şerlərdən  bir  qisminin  hətta  m üəllifləri  də 
m əlum dur.

Qrammatika  baxımıudan  göytürk və  göytürk əlifbası  ilə  yazılmış 
qədim   uyğur  abidələrinin  dilində  ikivariantlı  işlənən  şəkilçilər 
qədim   uyğur  əlifbası  ilə  yazılm ış  uyğur  abidolərinin  dilində 
dördvariantlı 
şəkilçilərə 
çevrilir. 
Lakin 
bütün 
bunlara 
baxmayaraq,  istər  göytürk,  istərsə  göytürk  əlitbası  ikı  yazılmış 
qədim   uyğur 
abidək>rinin 
dili 
ilə 
qədim 
uyğur  yazısı 
abidələrinin  dili  arasında  lüğət  tərkibi  baxım ından  o  qədər  də 
böyük  ferq  yoxdur  qramm atik  quruluş  isə  (şəkilçilərin  fonetik 
tərkibindəki  qanunauyğun  fərqləri  çıxsaq),  dem ək  olar  ki, 
eynidir.
U yğurlar  tarixləri  boyu  sitayiş  etdikləri  dinləri  bir  neçə 
dəfə  dəyişm işlər.  Təbii  ki,  onlarm  tapm dıqlan  dinlər  uyğur 
ədəbiyyatm da 
qədim   uyğur  əlifbası  ilə  yazılmış  m ətnlərdə, 
xüsusən  dini  m əzm unkı  abidələrdə  öz  izlərini  qoymamış 
dcyildir  B əzi  tədqiqatçılar  səhv  olaraq  əlifl^a  m əsələsini  dil  və 
din  m əsələsi  ilə  qanşdırıb  guya  yad  əüfba  ik^  yazılan  uyğur 
m ətnlərinin  uyğur dilinə  heç  bir  aidliyi  olmadığm ı  iddia edirlər. 
Ə.Şükürlü  yazır:  «IJyğur  qəbilələri,  bəllidir  ki,  tapm dıqlan  dini 
ctiqadlarm  m üxtəlifliyi,  düşdükləri  tarixi-ietimai  şəraitlə  bağh 
olaraq m ü xtəlif əliföalardan  istifadə  etm işlər.  Çin  heroqlifləri  ilə 
yazılmış  qədirn  uyğur  yazısı  abidələrini  uyğur  dili  iUı  oxumaq 
mümkün  olmadığına  görə  onları  uyğur  dili  abidəsi  kimi 
öyrənm əyə  heç  bir  əsas  yoxdur.  Hindistana  yaxm  olub  budda 
dininə  sitayiş  edən  bir  qrup  uyğur  qəbiiəsi  brahm a  -   hind 
əiifbasmdan  istifadə  etmişlər.  Bu  əlifba  fonctik  (sillaboqrafik) 
yazı  olduğuna  görə  uyğur  m ətnlərini  qədim  uyğur  dilində 
oxumaq  m üm kündür».'  Tam amilə  səhv  fikirlərdir,  çünki  Çin 
heroqlinəri  ilə  yazılmasına  baxmayaraq,  bunlar  qədim  türk 
yazıh  abidələridirsə,  onlan  qədim  uyğur  dili  abidələri  kimi  də 
qəbul  ctm ək  lazımdu'.
Qədim  uyğur  qəbilələri  ayn-ayn  vaxtlarda,  şaman  dinini 
istisna  etsək,  dörd  dinə  -   atəşpərəstliyə  (mani  və  ya  manixey 
dininə),  xristian  dininə,  burhan  (budda)  dininə  və  islam  dininə 
tapmmışdır. 
N4ani 
dininə  tapman  qədim   uyğurlar  mani 
əlifbasından  istifadə  etmişlər.  Mani  dini  ınəzmunlu  qədim   uyğur
'  Əlisa  ŞükiirHi.  Oodim  liirk  vazıtı  ahidoloriniıı dili.  Bakı.  JW3.  c .^4.
76
əlifbalarından  «Xuastuanift»  kitabəsini  nüm unə  göstərm ək  olar. 
Bu  abidənin  həm  mani,  həm   də  qədinı  uyğur  əlifbası  ilə 
yazılmış  nüsxələri  bizə  m əlumdur.  Bizi  mani  əlifbası  ilə 
yazdmış  nü.sxə  yox,  qədim   uyğur  əlifbası  ilə  yazılan  nüsxə 
maraqlandırır.  Xrislian  dininə  sitayiş  edən  uyğurlar  qədim   uyğur 
əlifbasmdan  istifadə  etm işlər.  M ərkəzi  M onqolustandakı  qədim 
uyğur xaqanlığı  tənəzzülə  uğradıqdan  sonra  uyğur  qəbilələrinin 
bir  hissəsi  Şərqi  Türküstan  və  Cunqariyaya  m iqrasiya  edir.  Bu 
uyğurlar  burhan  (budda)  dininə  tapımrdılar.  Burhan  dininə 
tapınan  qədim  uyğurlarm  miras  qoyduqları  yazılı  abidələrin  bir 
qismi  brəhmi,  əksəriyyəti  isə  qədim   uyğur  əlifbası  ilə 
yazılmışdır.  Brəhmi  əlifbası  ilə  yazılmış  qədim   uyğur  abidələri 
bizi  maraqlandırmır.  N əhayət,  uyğurlar  islam  dinini  qəbul 
etdikdən  sonra  əvv əllər  qədim  uyğur,  sonralar  isə  ərəb 
əlifbasından  istifadə  etm işlər.  Ə rəb  əlifbası  ilə  yazıimış  qədim 
uyğur  abidələri  əksəriyyət  təşkil  edir,  lakin  ərəb  əlifbası  ilə 
yazılmış  qədim  uyğur  abidələri  də  bizi  maraqlandırmır. 
Bcləliklə,  qədim  uyğur  əlifbası  ilə  yazılmış  uyğur  abidəl.)rini 
dini 
mənsubiyyət, 
habelə 
üslubi 
çalanna 
görə 
bclə 
qruplaşdınnaq  o)ar;
1.  Mani  dini  m əzm unlu  qədim   uyğur yazılı  abidələri;
2.  Xristian  dini  m əzm unlu  qədim  uyğur yazılı  abidələri;
3.  Burhan dini  m əzm unlu  qədim   uyğur yazılı  abidələri;
4.  İslam  dini  m əzm unlu  qədim   uyğur yazılı  abidələri;
5.  Dünyəvi  m əzm unlu  qədim   uyğur  yazıh  abitlələri.  Bu 
ab id ələr  hcç  bir  dini  m əzm un  daşımır,  sadə  xalq  damşıq 
üshıbunda  yazılmışdır.  Ə ksərən  şerlərdən  ibarət  olan  bu 
ab id ələr  Azərbaycan  xalq  şcrlərini  xatırladır  və  müasir  Azər- 
baycan  oxucusu  lüğətdən  istifadə  etm ədən  bclə  oniarı  başa  düşə 
bilər.
M a ııi  d in i  m ə z m u n lu   q o d im   u y ğ u r   y a z ılı  abidoK ^ri.
Q əd im   uyğur  qəbilələrinin  mani  (atəşpərəstlik)  dininə  tapm- 
m alarm m   tarixi  hələ  m üəyyənləşdirilm əm işdir.  V.V.Radlov  və
S .Y .M alov  bclə  hesab  edirlt>r  ki,  uyğurlar  hələ  yeni  eranın  VII 
yüzilliyindən  vwvəl  mani  dininə  tapınmışlar.  Turk  xalqlan 
tarixinin  göz>)l  bilicisi  olan  L.N.Qumilevin  fıkrincə,  qədim 
uy ğ u r  qəbilələri  mani  dinini  VII-VIII  yüzilliklərdə  qəbul
77

etmişlər.  Sonuncu  fikir  daha  ağlabatandır.  B elə  ki,  Sasani 
İranında  atəşpərəstlik  təqib  edilm irdi.  Ə rəblər  İranı  məğlub 
ctdikdən  sonra  atəşpərəstləri  təqib  etm əy ə  başladılar,  Təqibdən 
qaçan  atəşpərəstlər  (zındıqlar)  güclü  U yğur  xaqanhgm da  -  
uyğur  qəbilələri  arasmda  özlərinə  sığm acaq  tapır.  H əm in 
atəşp ərəstlər  mani  dininin  uyğurlar  arasm da yayılm asm a  və  bəzi 
uyğur  qəbilələrinin  mani  dinini  qəbul  etm əsinə,  habelə  mani 
əüfbasm dan  istifadə  etm əsinə  səbəb  ola  bilərdi.  Mani  dini 
m əzm unlu  qv)dim  uyğur  yazılı  abidələrinin  dili,  bir  tərəfdən, 
göytürk  əlifbası  ilə  yazüm ış  qədim   uyğur  yazıh  abidələrinin 
dilindən,  digər  tərəfdən,  qədim   uyğur  əlifbası  ilə  yazılmış 
xristian,  burhan  və  islam   dini  m əzm unlu  qədim   uyğur  yazıh 
abidələrinin  dilindən  fərqlənm ir.  Bu  abidələrin  əksəriyyəti 
qədim   fars-pəhləvi  dilindən  tərcüm ə  edildiyi  üçün  m ətnlərin 
lüğət tərkibində  qədim   fars  sözlərinə tez-tez  təsadü f edilir.  Mani 
dini  m əzm unlu  qədim   uyğur  yazıh  abidələri  içərisində 
«Xuastuanift»  abidəsi diqqəti daha çox cəlb  cdir.
«Xuastuanift»  abidəsi.  S.Y .M alov  bu  abidəni  «M anixey- 
lərin  peşm anhq  duası»  adı  ilə  nəşr  etm işdir.  Ə sərin  yazılma, 
daha  doğrusu  qədim   uyğur  dilinə  tərcüm ə  edilm ə  tarixi  müba- 
hisəlidir.  A bidənin  ilk  tədqiqatçısı  V .V .Radlovun  fıkrincə,  bu 
abidə  V  əsrdə  tərtib  edilmiş  və  ya  qədim   uyğur  dilinə  tərcümə 
edilmişdir.  O  belə  bir  faktdan  çıxış  edir ki,  «Xuastuanift»  abidə- 
sinin  dili  həm   lüğət  tərkibinə,  h əm   də  qram m atik  quruluşuna 
görə  göytürk  abidələrini  xatırladır.  Lakin  qeyd  etm ək  lazımdır 
ki,  yeni  eranm  V  yüziiliyində  göytürk  yazısı  abidələrindən,  hər 
halda  böyük  Orxon  abidələrindən  dam şm aq  hələ  tezdir.  Ola 
bilər ki,  Y enisey  kitabələri nəinki  V yüzilliyə,  hətta  ondan  daha 
əvvəlki  tarixi  dövrə  aid  olsun.  Ancaq  bu  halda  göytürk  yazısı 
abidələri  dilinin  qramm atik  quruluşundan  danışmaq  h ələ  tezdir, 
çünki  kiçik  həcm li  Yenisey  abidələri  qram m atik  quruluş  haq- 
qm da m ühakim ə  yürütm ək üçün,  dem ək olar  ki,  heç  bir  material 
vermir.  H əm in  abidəni  V.V.RadlovIa  birlikdə  tədqiq  etmiş
S.Y .M alov  da  V.V.Radlovun  fıkri  ilə  razılaşır.  S.Y.Malovun 
fıkrincə,  mani  dini  Orta  Asiyaya  islam  dini  ayaq  açmazdan  əv- 
vəlki  dövrlərdə  -   V  və  ya  VI  yüzilliklərdə  Orta  Asiyada  ya- 
yılm ış  imiş  və  «Xuastuanift»  əsəri  də  həm in  dövrün  məhsu-
78
ludur.  N əzərə  alsaq  ki,  islam  dini  bu  dinin  beşiyi  olan  Ərəbistan 
yanm adasmda  VII  yüzilliyin  ortalannda  əsash  şəkildə  yayılma- 
mışdı  və  ərəblər  Orta  Asiyaya  yalmz  VIII  yüzilliyin  əvvəllə- 
rində  gəlib  çıxmışdılar  (K ül  tiginin  ərəb  qoşunlan  ilə  Buzqala -  
Təm ir  kapığ  civanndakı  döyüşünü  yada  salmaq  lazımdır),  onda
S.Y.M alovun  m ülahizələri  də  şübhə  doğurur.  L.V.Dmitriyeva- 
nm  fıkrincə,  bu  abidə  VII  və  ya VIII  yüzillikdə  fars  dilindən  uy- 
ğur  dilinə  tərcümə  edilmişdir.  Ə.Şükürlü  V .V.Radlov  və
S.Y.M alovla  razılaşaraq  yazır  ki,  «Xuastuanift»  abidəsinin  doğ- 
rudan  da  tərcüm ə  əsəri  olduğunu  təsdiq  etm ək  olur,  çünki  abi- 
dənin  dilində  əski  uyğur  ədəbi  dilinə  yad  olan  cüm lə  növləri  və 
eləcə  də  İran  sözləri  mövcuddur.  Lakin  bu  əsərin  islam  dini 
yayıhncaya  qədər  meydana  çıxması  haqda  yürüdülən  fıkir  və 
m ülahizələr  daha  çox  ağlabatandır.  Belə  ki,  islam  dini  mcydana 
çıxdıqdan  sonra  Orta  A siyada  atəşpərəstlik  m əzm unu  daşıyan 
bir  əsər  ortaya  çıxanla  bilm əz  və  nüsxələri  də  çoxaldıIm azdı».’ 
Abidərin  tərcüm ə  əsəri  olduğuna  şübhə  cdiimir. 
Lakin 
V.V.Radlov,  S.Y.M alov  və  Ə .C.Şükürlünün  abidənin  V  və  ya 
VI  əsrdə  qədim  uyğur  dilinə  tərcüm ə  edilməsi  fıkri  ilə  razılaş- 
maq  olmaz.  L.V.Dmitriyeva  və  L.N .Q um iiev  abidənin  VII-VIII 
əsrlərdə  uyğur  dilinə  tərcüm ə  cdildiyini  söyləyərkən  həqiqətə 
daha  yaxındıriar.  Ə vvələn,  yuxanda  dcyildiyi  kimi,  atəşpərəst- 
lərin  ərəblər  tərəfindən  İrandan  sıxışdırüıb  çıxarılm asınadək 
mani  dininin  uyğurlar  arasında  yayılm ası  ağlabatan  dcyildir.  V- 
VI  yüzilliklərdə  uyğurlar  Altay dağlannın  ətək iərin də  yaşayırdı- 
lar,  köçəri  həyat  sürürdülər  və  mani  dini  rahiblərinin  onlann 
arasm da  öz  diniərini  təbliğ  etm ələri  üçün  hcç  bir  şərait  yox  idi. 
M ani  dini  rahibləri  uyğurlar  yalnız  oturaq  həyat  tərzinə  keçən- 
dən  sonra  onlarm  arasında  dini  təbliğat  apara  bilərdilər.  Uyğur- 
larm  oturaq  həyata  kcçməsi  isə  VIII  yüzilliyin  ikinci  yarısında 
baş  vermişdir.  A təşpərəstlərin  ərəb  təqibindən  şərqə  -   uyğur 
qəb ilələrin in   yamna  qaçması  və  qüdrətli  Uyğur  xaqanhğm da 
sığm acaq  tapması  da  m əhz  bu  dövrə  təsad ü f  edir.  Ikincisi, 
«X uastuanift»  əsəri  V-VI  yüzilliklərdə  qədim  uyğur  dilinə  bir 
də  ona  görə  tərcüm ə  edilə  bilm əzdi  ki,  V yüzilliyin  ortalanndan
Əlisa Şiikürlii.  Qədim türl< vazılı abidələrinin  dili.  Bala,  1093,  s.  35.
79

başlayaraq  ta  745-ci  ilədək  Böyük  çöldə  hakim   qəb ilə  göytürk 
qəbiləsi  idi,  dem əii,  hakim  dil  də,  qəbiiələrarası  ünsiyyət 
vasiləsi  də  göytürk  dih  idi.  Q ədim   uyğur  qəbilələri  Birinci  və 
İkinci  Türk  xaqanhğm m   tərkibinə  daxil  olan  qəbilələrd ən  vur- 
tut  biri  idi.  «Xuastuanift»  əsəri  745-ci  ilədəlc  türk  qəbilələrindən 
birinin  dihnə  tərcüm ə  edilməli  olsa  idi,  onda  qədim   uyğur diünə 
yox,  «m illətlərarası  ünsiyyət  vasitəsi»  olan  göytürk  dılinə 
tərcüm ə  cdilərdi.  H ər  şeydən  görünür  ki,  bu  əsər  qədim   uyğur 
dilinə  U yğur  xaqanhğı  dövründə,  yəni  745-ci  illə  840-cı  il 
arasında  tərcüm ə  edilmişdir.  D aha  bir  m əsələ  bu  fikrin  xeyrinə 
zəm anət  verir.  «Xuastuanift»  əsərinin  dili,  üslubu,  tərcüm ənin 
(o  dövr  üçün)  m ükəm m əlliyi  göstərir  ki, 
tərcüm əçinin 
ixtiyarmda  nəinki  göylürk  yazısı  abidələri,  həm   də  hcç  olmasa, 
göytürk  əlilbası  iiə  yazılmış  qədim   uyğur  abidələri  kimi 
sambalh  nüm unələr  oimuş,  tərcüm əçi  onlardan  yaradıcılıqla 
bəhrəiənm işdir.
«Xuastuanitt»  əsərinin  üç  nüsxəsi  bizə  qədər  gəlib  çat- 
mışdır.  Bunlardan  ikisi  mani  əlifbası  ilə  yazılmışdır:  biri  Lon- 
donda,  digəri  Berlində  saxlanılır.  Q ədim   uyğur  əhfbası  ilə 
yazılmış  nüsxə  isə  Sankt-Peterburqda  Şərqşünashq  İnstitutunun 
kitabxanasmda  m ühafızə  edilir.  H ər  üç  nüsxə  kəsirlidir.  Mani 
əlitbası  ilə  yazılmış  Bcrlin  nüsxəsində  söz  sonunda  qapah  saitlər 
(ı,  i,  u,  ü)  qoşa  yazıhr.  M əsələn;  tetjriı,  karahıu,kənçüü,  simpii. 
Saitlərin  belə  qoşa  yazıtması,  görünür,  onlarm  uzun  tələffüz 
olunduğunu  göstərm ək  üçündür.  Lakin  digər  iki  nüsxədə, 
xüsusən  qədim   uyğur  əlifbası  ilə  yazılmış  nüsxədə  söz  sonunda 
saitlərin  qoşa  yazılmasma  rast  gəlmirik.  Yeri  gəlm işkən, 
saitlərin  qoşa  yazılması  hadisəsinə  «Irk  bitig»  («FaInamə») 
əsərində  də  (əsər  göytürk  əlifbası  ilə  yazılmışdır)  rast  gəlinir. 
Bcrlin  nüsxəsində  bir  sıra  hallarda  a,  e,  i  saitlərindən  sonra  söz 
sonunda  h  hərfı  əlavə  cdilir;  haçah,  teqriih,  yckliişh  və  s. 
Q ədim   uyğur  əlifbası  ilə  yazılmış  nüsxədə  (Sankt-Peterburq 
nüsxəsində)  d  və  t  səslərindən  başqa  kar  və  cingiltili  samitlər 
yazıda  qrafık  cəhətd ən  tərqləndirilmir;  təkcə  bu  iki  sait  qrafık 
cəh ətdən   fərqiəndirilir  -  onlar  ayrı-ayn  işarələrlə  yazıhr. 
«Xuastuanift»  abidəsinin  dili  bir  sıra  xüsusiyyətlərinə  görə
qədim   uyğur  abidələrinə  bənzəyirsə,  bir  sıra  xüsusiyyətlərinə 
görə  hələ  də  göytürk  yazısı  abidələri  ilə  eynilik  təşkil  edir. 
M əsələn,  qədim  uyğur  əlifbası  ilə  yazılmış  nüsxədə  d  samiti 
qədim   uyğur  abidələrindəki  kim i  y  və  ya  z  sam itinə  çev- 
rilməmiş,  göytürk  yazısı  abidələrindəki  kimi,  yəni  d  samiti  kimi 
işlənmişdir;  m əsələn;  aäak  «ayaq»,  edgü  «yaxşı»,  adırıl  «ayn- 
lıq»  və  s.  «Xuastuanift»  əsərind ə  uyğur ədəbi  dili üçün yad olan, 
lakin  göytürk  yazısı  abidələri  üçün  səeiyyəvi  olan  -ğma,  -gmə 
feli  sifət  forması  da  işlənir;  oluruğm a  «oturan»,  yükünügm ə 
«tapınan»,  «sitayiş  edən»  və  s.  Bu  fcli  sifət  forması  uyğurlara 
aid edilən,  lakin göytürk  əlifbası  ilə  yazılmış  «Irk  bitig»  («Falna- 
m ə»)  əsərində  də  m əhsuldar  şəkildə  işlənir.  «Xuastuanift» 
əsərində  say  sistemi  də  göytürk  abidələri  dilinin  say  sisteminə 
bənzəyir;  tərkibi  miqdar  sayları  göytürk  abidələrində,  göytürk 
əlifbası  ilə  yazılmış  uyğur  abidələrində  (Irk  bitig,  M oyun  çor) 
düzəldilən  sistemlə,  yəni  təklik  üstə  gəl  onhıq  ç  ı  x  on  sistemi 
ilə  əm ələ  golir.  «Xuastuanift»  əsərini  göytürk  əlifbası  ilə 
yazılmış  (həm   göytürk,  həm   də  qədim   uyğur)  abidələrindən 
fərqləndirən  əsas  xüsusiyyətlər  bunlardır;  a)  göytürk  əlifbası  ilə 
yazılmış  abidələrdə  işlənm əyən  x,  h,  f kimi  sam itlər  bu  əsərdə 
işlənir;  b)  göytürk  əlifbası  ilə  yazılmış  abidələrdə  saitlərin 
dam aq  ahəngi  m üntəzəm dir,  onun  pozulm asında  istisnalara  yol 
verilmir,  bu  əsərdə  isə  saitlərin  daınaq  ahəngi  qanunu  tcz-tez 
pozulur;  c)  «Xuastuanift»  əsərin d ə  fars  dilindən  ahnm a  sözlər 
(m əsələn; forzand,  «oğuI»,  dintar  «dindar»,  nıonastr  «monastr» 
v ə  s.)  çox  işlənir.  Sadalanan  xüsusiyyətlər aydın  surətdə  göstərir 
ki,  I)  «Xuastuanift»  əsərinin  tərcüm əçisi  nüm unə  kimi  göytürk 
əlifbası  ilə  yazılmış  abidələrdən  istifadə  edilmişdir;  2)  abidə 
G öytürk  xaqanhğı  süquta  uğradıqdan,  yəni  745-ci  ildən  sonra 
m eydana gəlmişdir.
Yüklə 17,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin