Elm–Texnika–İstehsal
457
Bəlkə, müəlliflər «elm» və «texnika» sistemlərinin bu sistemlərdə
iştirak etmələrindən asılı olmadan bütün insanlarla əlaqəsindən (məsələn,
insanlar elmi-texniki nailiyyətlərdən istifadə edir), onların digər fəaliyyət
sahələrinə təsirindən danışmaq istəyirlər? – Xeyr, bu cür müstəqil tərəfləri
vahid sistem kimi götürmək olmaz və belə məsələlər adətən «elmi-texniki
inqilabın sosioloji nəticələri» və s. bu kimi adlar altında öyrənilir. «İnsan–
elm», «insan–texnika», «insan–elm–texnika» adı altında isə yəqin ki, elə
əslində «elm», «texnika», «elm–texnika» anlayışları nəzərdə tutulur. Lakin
anlayışları bu cür başa düşdükdə belə, yenidən çoxlu sayda başqa qüsurlar
buraxılır. Məsələn: «…İnsan və cəmiyyəti bütün «insan–elm–texnika» sis-
teminin əsas və həlledici komponenti kimi qəbul edərək müxtəlif müna-
sibətlər, ən başlıcası isə «İnsan–elm» və «insan–texnika» münasibətlərini
alarıq».
6
1
Guya konkret sistemlər mürəkkəb sistemlərdən səmərəli imiş…
Halbuki, «elm–texnika» sistemi müstəqil «elm» və «texnika» (müəllifin
təbirincə, «insan–elm» və «insan–texnika») sistemlərinin tarixi inkişafının
yalnız müəyyən mərhələsində formalaşmışdır. Müəllif isə «elm» və «tex-
nika» sistemlərini subyektiv münasibətin nəticəsi kimi qələmə verir,
cəmiyyəti «İnsan–Elm–Texnika» sisteminin komponenti kimi «qəbul
etməklə» (məhz qəbul etməklə) yeni sistemlər alır.
Elm və texnikanın digər sistemlərlə əlaqəsi də düzgün şərh edilmir:
«İnsan-mühit münasibəti də bu sistemə («insan–texnika» və deməli, əslin-
də «texnika» sistemi – S.X.) aiddir. Burada mühit, əvvəla, təbii (b.s. tə-
biət), ikincisi, insanın öz istehsal fəaliyyəti (elmi-texniki inqilabın nailiy-
yətləri də burada reallaşır) nəticəsində yaratdığı tərəflər kimi götürülür.
Buradan alt sistemlər yaranır: insan–təbiət, İnsan–mühit (elmi-texniki inqi-
labın yaratdığı)».
6
2
Xırda bir parçada nə qədər qarma-qarışıq və qüsurlu
fikirlər söylənmişdir. «İnsan–mühit münasibəti» texnikaya necə aid ola bi-
lər?... Bu fikir yəqin belə bir illüziyanın nəticəsidir ki, guya «insan–texni-
ka» sistemi» dedikdə təkcə texniki işçiləri əhatə edən texnika yox, ümu-
miyyətlə hər hansı insanın müstəqil (?) texnika ilə təşkil etdiyi geniş əha-
təli sistem də nəzərdə tutula bilərmiş və «texnika insanın əlaqədə olduğu
mühiti də əhatə etdiyindən» (?) İnsan-mühit sistemi də İnsan-Texnika sis-
teminə daxil edilə bilərmiş… lakin kənar insanın texnika ilə (söhbət is-
1
«Человек-Наука-Техника», с.15.
2
Yenə orada.
Elm haqqında elm
458
tehsal texnikasından gedir) bilavasitə hansı əlaqələri mümkündür? Müəllif-
lər nəzərə almırmı ki, bilavasitə texnika sferasında çalışan texniki işçilər-
dən başqa, hamı yalnız texnikanın istehsala tətbiqindən alınan nəticələrlə
əlaqədə olur və buna görə də, ümumiyyətlə, insanla texnika vahid sistemdə
ümumiləşdirilə bilməz. Digər tərəfdən «mühit anlayışının özü olduqca ge-
nişdir və texnika ilə əlaqədar olmayan tərəfləri də əhatə edir. Elə sitat gəti-
rilən parçadaca müəllif qeyd edir ki, mühitə həm təbii, həm də süni tərəflər
daxildir, halbuki mövcud ədəbiyyatda qəbul edildiyi kimi, texnikaya yalnız
süni yaradılmış tərəflər (onların da yalnız bir hissəsi) aiddir.
«Elmi-texniki inqilab və sosializm» kitabında isə «İnsanın elmi-tex-
niki və ictimai tərəqqidə iştirakı» məsələsinə ayrıca bir paraqraf həsr edil-
mişdir
6
1
; halbuki «elmi-texniki tərəqqi» və «ictimai tərəqqi» anlayışlarının
özlərində insanın iştirakı onsuz da nəzərdə tutulur və onu ayrıca qeyd
etmək bu anlayışların düzgün qiymətləndirməməyin nəticəsidir.
Bir çox hallarda isə «elm-texnika-istehsal» sistemindən danışılır ki,
bizim fikrimizcə, belə bir sistem hələ formalaşmamışdır. Məsələn, istehsal
sferasında çalışan külli miqdarda fəhlələrin elmi bilik səviyyələri hələ kifa-
yət qədər yüksəlməmişdir və onları «elm–texnika» sistemi ilə birləşdirən
tellər təzə sistem təşkil etmək üçün kifayət qədər möhkəm deyildir. Bun-
dan başqa, istehsal sferasında hələ də əl əməyindən geniş istifadə edilməsi,
istehsalın planlaşdırılması ilə elmi-texniki nailiyyətlərin proqnozu arasında
hələ də hərtərəfli əlaqə yaradıla bilməməsi və s. bu kimi hallar vahid «elm-
texnika-istehsal» sistemindən danışmağa imkan vermir.
Adına görə bilavasitə «elm–texnika» sisteminin tədqiqinə həsr olun-
muş bəzi fəsillərdə
6
2
isə bu məsələdən bir kəlmə də olsa danışılmır, yalnız
hərdən bir elm və texnika arasındakı əlaqə məsələsinə toxunulur ki, bu əla-
qə «elm-texnika» sisteminin formalaşmasından çox-çox əvvəl də mövcud
olmuşdur.
Aydın məsələdir ki, «elm–texnika» sisteminin əhatə dairəsi və onun
tarixi inkişafın qanunauyğun nəticəsi kimi formalaşması şərtləri müəyyən-
ləşdirilməyincə, «elmi-texniki tərəqqi» anlayışından qeyri-müəyyən şəkil-
də, təxmini mənada istifadə edildikcə elmi-texniki inqilaba həsr olunmuş
1
«Научно-техническая революция и социализм», М., 1973, с.244.
2
Məsələn: Н.И.Дряхлов. Социальные проблемы научно-технической революции.
М., 1972, Раздел I, глава 4. Система «наука-техника» в условиях научно-технической
революции, с.80-93.
Elm–Texnika–İstehsal
459
tədqiqat işləri də konkretlik qazana bilməz; və buna görə də, bütün bu mə-
sələlərin ayrı-ayrılıqda, spesifik metodoloji əsaslar üzərində deyil, qarışıq
şəkildə və hətta ümumi ad altında («elmi-texniki inqilabın tədqiqi» kimi)
öyrənilməsi tamamilə qanunauyğundur. Elmi-texniki inqilaba dair yazılmış
əsərləri təhlil edərkən görəcəyik ki, «elm–texnika» sisteminin tarixi inkişa-
fındakı inqilab momenti indiyədək yalnız ona görə müəyyənləşdirilə bil-
məmişdir ki, «elm-texnika» sistemi də, elmi-texniki tərəqqi də spesifik ic-
timai hadisə kimi hələ öyrənilməmişdir; və baş verən dəyişilmələr içərisin-
də müntəzəm tərəqqi prosesi üçün xarakterik olanlar təyin edilmədikcə ta-
mamilə yeni keyfiyyət daşıyan – inqilabı səciyyələndirən hadisələr də se-
çilə bilməyəcəkdir.
Elmi-texniki inqilabın məhdud zaman intervalını əhatə etməsi haq-
da, onun nə vaxt bitməsinin zəruriliyi haqda,
6
*
elmi-texniki tərəqqidə baş-
lanmalı olan yeni müntəzəm mərhələ haqqında söhbət açılmaması da mü-
asir mədəni həyatda baş verən, demək olar ki, bütün dəyişilmələrin «elmi-
texniki inqilab» adı altında ümumiləşdirilməsinə səbəb olur. Mövcud ədə-
biyyatlarda hər cür irəliləyiş, hər cür müasirlik «elmi-texniki inqilab» an-
layışı ilə əlaqələndirilir ki, nəticədə bu anlayış rəmziləşmiş və müasirliyin
simvoluna çevrilmişdir.
Əgər elmi-texniki inqilabın mahiyyəti əsaslı fəlsəfi tədqiqat vasitəsi-
lə müəyyənləşdirilmiş olsaydı, onun iqtisadi problemlərinə,
6
1
sosial nəticə-
lərinə
6
2
, müxtəlif ictimai-iqtisadi formasiyalardakı xüsusiyyətlərinə,
6
3
onun
təhsil sisteminə,
6
4
idarəetmə
6
5
və s. məsələlərlə əlaqəsinə həsr olunan əsər-
lərdə elmi-texniki inqilabın mahiyyətini ayrıca olaraq təhlil etməyə ehtiyac
*
Bu məsələyə tədqiqatçılardan yalnız N.V.Markov toxunmuş, lakin onun elmi həllini
verə bilməmişdir ( Н.В.Марков. Научно-техническая революция: анализ, перспективы,
последствия, Новосибирск, 1970 с.38)
1
Н.М.Никольский. Научно-техническая революция: мировая экономика, политика,
население. М., 1970; Г.И.Кархин. Связи настоящего и будущего в экономике. М., 1970.
2
А.А.Зворыкин. Научно-техническая революция и ее социальные последствия. М.,
1967; Л.Н.Малков. Социальные проблемы современной научно-технической революции
və s.
3
«Научно-техническая революция и социализм»; Н.Д.Гаузнер. Научно-
технический прогресс и рабочий класс США. М., 1968.
4
В.Турченко. Научно-техническая революция и революция в образовании. М.,
1973 və s.
5
В.Г.Афанасьев. Научно-техническая революция, управление, образование. М.,
1972 və s.
Elm haqqında elm
460
qalmazdı.
Elmi-texniki inqilabın mahiyyətinin müəyyənləşdirilməməsi bir sıra
əsərlərdə tədqiqatçıların özü tərəfindən də etiraf edilir.
6
1
Lakin elə həmin
əsərlərdəcə elmi-texniki inqilaba təzə izah verilir və eyni zamanda, əvvəl-
kilərdən heç nə ilə fərqlənməyən, yaxud əvvəlkilərdən heç də az qüsurlu
olmayan konsepsiyalar irəli sürülür. «…Elmi-texniki inqilab elmi və texni-
ki inqilabların vahid tam halında birləşməsi və elmin bilavasitə məhsuldar
qüvvəyə çevrilməsi nəticəsində məhsuldar qüvvələrin əldə etdiyi köklü
keyfiyyət dəyişilmələridir».
6
2
Belə çıxır ki, elmi-texniki inqilab iki müxtəlif
inqilabın yekunu imiş (belə mövqeyin qüsurlu olduğunu aşağıda göstər-
məyə çalışacağıq). Bir də, axı, hər nəyin nəticəsi olursa olsun, «məhsuldar
qüvvələrin köklü keyfiyyət dəyişilmələri» dedikdə məhz nə nəzərdə tutu-
lur? Bu halda məhsuldar qüvvələrin öz inkişafındakı inqilabdan danışmaq
daha məqsədəuyğun olmazdımı? Belə elmi-texniki inqilabın spesifikası ye-
nə də müəyyənləşməmiş qalmırmı?
Elmi-texniki inqilabın bilavasitə mahiyyətinin öyrənilməsinə həsr
olunmuş tədqiqat işlərinin bir qayda olaraq müvəffəqiyyətsizliklə nəticə-
lənməsinə səbəb nədir? Şübhəsiz ki, bu cür ümumi müvəffəqiyyətsizlik ay-
rı-ayrı tədqiqat işlərindəki təsadüfi qüsurlarla bağlı olmayıb, hələ lap qa-
baqcadan düzgün metodoloji prinsiplərə əsaslanmamağın nəticəsidir. Qü-
surların həqiqi mənbəyini dəqiq şəkildə müəyyənləşdirmək üçün isə tipik
qüsurları təsadüfi qüsurlardan ayırmaq – xüsusi təsnifat işi aparmaq
lazımdır.
Biz «müasir elmi-texniki inqilabın mahiyyəti» məsələsinin həllinə
«müasir» təyinindən başlayacağıq. Bu cür təyinə ehtiyac olub-olmaması
haqda ədəbiyyatlarda ciddi mübahisə getsə də, heç bir qəti qənaət hasil
edilməyib və kim istəsə sadəcə «elmi-texniki inqilabdan» kim istəsə
«müasir elmi-texniki inqilabdan» danışır. Bu ikihakimiyyətliyə son qoy-
maq məqsədi ilə əvvəlcə bu qeyri-müəyyənliyin səbəbini tapmağa çalışaq
və bunun üçün isə hər iki cəbhə tərəfdarlarının mövqeyi ilə tanış olaq.
1
В.Д.Комаров. Современная научно-техническая революция и проблемы логики
научного исследования // «Теоретические проблемы современной научно-техни-
ческой революции». Л., 1969, с.28; «Научно-техническая революция и ее социальная
проблематика» // Вопросы философии, 1971, № 12, с.3.
2
«Человек-Наука-Техника», s. 30.
Elm–Texnika–İstehsal
461
Elmi-texniki inqilab hadisəsinin yalnız indiki dövr üçün səciyyəvi
olduğunu sübut etməyə çalışaraq (və deməli, «müasir» təyininin əleyhinə
olaraq) D.A.Lebin yazır: «Tam yəqinliklə demək olar ki, elmi-texniki inqi-
lab yeni, əvvəllər müşahidə olunmamış bir hadisəni təmsil edir. Keçmişdə
elm-və texnikada inqilablar hərdən eyni vaxtlarda baş versə də, heç vaxt
vahid proses kimi qaynayıb-qarışmayıblar. Elmi və texniki inkişafın mü-
asir dövr üçün spesifik cəhəti bundan ibarətdir ki, elm və texnikadakı
inqilabi çevrilişlər eyni bir prosesin – elmi-texniki inqilabın … müxtəlif
tərəfləridir».
6
1
Bu doğrudur ki, keçmişdə elmi və texniki inqilablar vahid
bir proses təşkil etməyiblər.
6
*
Lakin bəs indi? İndiki dövrdə baş verən inqi-
lab vahidmi hadisədir?
Bax, müəlliflərin sakitcə üstündən keçdikləri məsələ də bundan iba-
rətdir. «Keçmişdə elmi və texniki inqilabın yalnız indiki dövr üçün xarak-
terik olan bir hadisə kimi qiymətləndirilməsi mövqeyində duran və bunun-
la yanaşı, elmi-texniki inqilabı elmi və texniki inqilabların məcmuyu kimi
qəbul edən təkcə D.A.Lebin deyil; bu cür münasibət həmin cəbhənin bütün
nümayəndələri üçün tamamilə tipikdir. Məsələn, aşağıdakı parçalarda eyni
bir məzmun müxtəlif tədqiqatçılar tərəfindən sadəcə olaraq təkrar edilir»:
«…Hər iki inqilab vahid elmi-texniki inqilab prosesində birləşmişdir; elm-
dəki çevriliş və texnikadakı çevriliş isə onun yalnız müxtəlif tərəflərini
təmsil edir»
6
2
, yaxud: «…elmi-texniki mahiyyəti və prinsipial yeniliyi bun-
dan ibarətdir ki, müasir elmi və texniki inqilab məhz bu hadisədə üzvi su-
rətdə birləşmişdir»,
6
3
yaxud: «Bizim vaxtlarda təbiətşünaslıq və
texnikadakı inqilabların əsas xüsusiyyəti bundan ibarətdir ki, hər iki
çevriliş qaynayıb-qarışır və eyni bir elmi-texniki inqilab prosesinin
müxtəlif tərəflərini təşkil edir».
6
4
Bütün bu yazılarda məqsəd də eynidir: –
1
Д.А.Лебин. Научно-техническая революция и социалистическая интеграция. М.,
1973, с.13.
*
Maraqlıdır ki, bütün mübahisələr məhz inqilabların əlaqəsindən gedir, halbuki elm və
texnikadakı inqilablar yalnız o vaxt əlaqələnə bilər ki, əvvəlcə bu tərəflərin müntəzəm
inkişafları əlaqələnsin, yaxud onların özləri qaynayıb-qarışmış olsun. Həm də məsələnin bu
cür qoyuluşu bütöv elmi-texniki tərəqqi prosesinin də sərhədlərinin müəyyənləşdirilməsinə
xidmət edərdi; lakin çox təəssüf ki, problemin tədqiqinə yalnız ortadan – inqilabların
əlaqəsi məsələsindən başlanılır.
2
«Человек-Наука-Техника», с.8.
3
Ю.С.Мелешенко. Характер и особенности научно-технической революции //
Вопросы философии, 1968, № 7.
4
«Научно-иехническая революция и социализм», М., 1973, с.25.
Elm haqqında elm
462
Göstərmək ki, elmi-texniki inqilab hadisəsi yalnız indiki dövr üçün
xarakterikdir, əvvəllər belə hadisə olmamışdır; o vaxt mövcud olan yalnız
elmi və texniki inqilablar imiş. Lakin müəlliflər bu məqsədə nail
olurlarmı?
Elmdə və texnikada əvvəllər və indi baş verən inqilablar fərqlənə bi-
lər (məsələnə, qarşılıqlı əlaqənin daha da sıxlaşması ilə və s.) və fərqlən-
məlidir də. Ancaq bu fərq o vaxtkı elmi-texniki inqilabla indiki elmi-tex-
niki inqilab arasındakı fərq kimi də götürülə bilər. Məsələn, V.Roman mə-
sələyə məhz bu cür yanaşır: «Elm və texnika sahəsindəki müasir inqilab
keçmişdə baş verən və yaxud tək-tək bölmələri əhatə edən inqilablardan
köklü surətdə fərqlidir. İndiki (kursiv mənimdir – S.X.) elmi-texniki inqi-
lab belə məhdudluğa malik deyil, o bütün təbiətşünaslıq və texniki elmlər
sahəsini əhatə edir».
6
1
Göründüyü kimi, müəllif elmi və texniki inqilabların
keçmişdəki və indiki xüsusiyyətlərini fərqləndirsə də, keçmiş dövr üçün də
elmi-texniki inqilabdan danışmağı mümkün sayır.
Nə qədər ki, elmi-texniki inqilab elmi və texniki inqilabların məc-
muyu kimi başa düşülür, onun yeni hadisə olduğunu sübut etmək də müm-
kün olmayacaqdır. Çünki bu halda elmdəki və texnikadakı çevrilişlərin is-
tər «vəhdətindən», istərsə də «qaynayıb-qarışmasından» danışsınlar, yenə
də onları ayrı-ayrı hadisələr kimi qəbul etməli olurlar.
İkinci cəbhənin tərəfdarları isə, şübhə yox ki, məhz bu cəhətə əsasla-
naraq elmi-texniki inqilabın əvvəllər də mövcud olduğunu iddia edirlər və
əksər hallarda «elmi-texniki inqilab» əvəzinə «müasir elmi-texniki inqilab-
dan» danışılması da yalnız bununla əlaqədardır. Bu mövqedən çıxış edən
V.İ.Stryukovski yazır: «Qeyd etmək lazımdır ki, müəlliflərin böyük bir
qrupu XVI-XVII əsrlərdə elm və texnikada inqilab baş verdiyini qəbul
etsələr də onların birliyini inkar edirlər. Kitabda şərh olunan material XVI-
XVIII əsrlərdə elm və texnikada baş verən sıçrayışların qarşılıqlı əlaqəsinə
dəlalət edir və ilk elmi-texniki inqilabdan danışmağa ixtiyar verir».
6
2
Elmi
və texniki inkişafda inqilabların zaman etibarilə kəsişməsi və onların ara-
sında müəyyən əlaqənin olması elmi-texniki inqilab demək imiş (?)…
Mövcud təsəvvürlər zəminində başqa cür düşünmək də mümkün deyil…
Bir də, bu nədir ki, – «yeri gələndə» heç «əlaqə» şərtini qoymadan da el-
1
В.Роман. Промышленная революция в развитии общества. М., 1969, с. 74-75.
2
В.И.Стрюковский. Система «человек-техника» и наука. с.7.
Elm–Texnika–İstehsal
463
mi-texniki inqilabdan danışmaq olar. Məsələn, V.D.Komarov yazır: «Biz
elmi və texniki inqilabların keçmişdə də baş verdiyini nəzərə alaraq müasir
elmi-texniki inqilabdan danışırıq».
6
1
Yəni elmi və texniki inqilablar var
imişsə, deməli, elmi-texniki inqilab da var imiş; müəllif əlavə şərtləşməyə
ehtiyac belə duymur…
Görəsən, doğrudan da, elmi-texniki inqilab elm və texnikadakı inqi-
labların məcmuyundanmı ibarətdir; onların eyni vaxta düşməsi və ya qarşı-
lıqlı əlaqəsi başqa bir hadisə – elmi-texniki inqilabmı doğurur? Doğrudan-
mı iki müxtəlif inqilab «qaynayıb-qarışaraq», «birləşərək» vahid bir inqi-
lab törədə bilər? Və nəhayət, doğrudanmı, bir vahid iki vahidin məcmu-
yundan ibarət ola bilər?
– Xeyr. Vahid bölünməzdir və ya daha doğrusu bütöv hissələrə bö-
lünə bilməz. Elmi inqilab və texniki inqilab isə özlüyündə bütöv hadisələr-
dir (həm də, bir halda ki, onları ayrı-ayrı anlayışlarla ifadə etmək mümkün-
dür və onlar başqa bir bütöv hadisənin, vahid elmi-texniki inqilab prose-
sinin «müxtəlif tərəfləri» ola bilməz.
Bəs elmi-texniki inqilabı istər əvvəllər, istərsə də indiki dövrdə
6
*
baş
verən elmi və texniki inqilablardan fərqləndirən cəhət nədən ibarətdir? (Bu
fərq, bizcə elmi-texniki inqilabın əsas xüsusiyyətlərini əks etdirməlidir). –
Məhz bu cür qoyulmuş sualın cavabını mövcud ədəbiyyatda axtarmaq,
şübhə yox ki, mənasızdır. Zira yuxarıda şahidi olduğumuz kimi, tədqiqat-
çılardan heç kəs elmi-texniki inqilabı elm və texnikadakı nisbi müstəqil
inqilablardan fərqləndirmək, onlardan kənarda təsəvvür etmək fikrində de-
yil. Hətta elə mövqelər mövcuddur ki, onun tərəfdarları elmi-texniki in-
qilabı nəinki elmdə və texnikadakı inqilablarla, hətta onların yalnız müxtə-
lif tərkib hissəllərindəki dəyişmələrlə (inqilabla yox, dəyişmələrlə) izah
edirlər, həm də bu mövqelər o qədər geniş yayılmışdır ki, onların ayrıca
olaraq təhqiq edilməsinə, buraxılan tipik qüsurların qnoseoloji köklərinin
araşdırılmasına xüsusi ehtiyac duyulmaqdadır.
1
В.Д.Комаров. Современная научно-техническая революция и проблемы логики
научного исследования, с.29
*
Elmi-texniki inqilabdan fərqli olan nisbi müstəqil elmi və texniki inqilablar hazırkı
dövrdə də baş verə bilər; həm də elmi-texniki inqilabla yanaşı və ona daxil olmadan. Məsə-
lən, XX əsrin əvvəllərində fizikada (və hətta ümumiyyətlə elmi biliklərin inkişafı prose-
sində) baş vermiş inqilab məhz elmi-texniki inqilab dövrünə təsadüf edir, halbuki ona nə-
zərən müstəqil (və ya nisbi müstəqil) prosesdir.
Elm haqqında elm
464
Bizcə, elmi-texniki inqilabın mahiyyətinin müəyyənləşdirilməsi
işində irəliyə doğru atıla biləcək hər hansı ciddi addım mütləq əvvəlcə «el-
mi-texniki tərəqqi» anlayışının fəlsəfi bir istilah kimi müəyyənləşdirilmə-
sindən ibarət olmalıdır. İndiyəqədərki tədqiqatlarda isə elmi-texniki tərəqqi
nələrinsə nəticəsi kimi yox, yalnız nələrinsə səbəbi kimi öyrənilmişdir; ona
artıq mövcud olan, fəaliyyət göstərən və bu fəaliyyət zamanı müxtəlif şəra-
it və dövrlərdə müxtəlif xassə və xüsusiyyətlərə malik olan bütöv sistem
kimi baxılmışdır.
Elmi-tədqiqat üsullarının təhlili göstərir ki, bu cür bircəhətli tədqi-
qatlar əsas mahiyyətin açılması prosesinə nəzərən zamanca ilk mərhələyə –
təxmini təsəvvürün formalaşması mərhələsinə uyğun gəlir. Elmi tədqiqatın
sonrakı mərhələsində isə baxdığımız ictimai hadisənin hərəkətverici qüv-
vələri, daxili quruluş, onu bütöv sistem kimi saxlayan əsas rabitə element-
ləri, onun varlığını zəruri edən səbəblər, həmin səbəblərin öz inkişaf yolu
və s. bu kimi vacib məsələlər həll edilməlidir. Bax, məhz bu mərhələdə in-
diyədək heç bir ciddi addım atılmamışdır. Bizcə, hazırkı dövrdə ilk mərhə-
ləyə müvafiq gələn məsələlərin tədqiqi kifayət dərəcədədir və ikinci mər-
hələyə keçid üçün əsas fəlsəfi tədqiqata başlamaq vaxtı çoxdan çatmışdır.
Elmi-texniki tərəqqinin mahiyyəti yalnız elm və texnikanın müxtəlif
dövrlərdəki vəziyyətinin təhlili ilə aşkara çıxarıla bilər, yoxsa elmin və tex-
nikanın özlərinin meydana gəlməsi işində səbəb rolunu oynamış ilkin pro-
seslər və onların bütün sonrakı dəyişilmələrini də nəzərə almalıyıqmı? –
Müasir tədqiqatlarda axırıncı şərt nəinki nəzərə alınmır, bu haqda heç söh-
bət də açılmır. Görünür, materialist dialektikanın belə bir müddəası da (sə-
bəbiyyət) köməyə gəlməlidir ki, sistemin hər bir andakı vəziyyəti təkcə
onun özünün əvvəlki halından yox, kənarla qarşılıqlı təsir xüsusiyyətlərin-
dən də asılıdır. Bəzi ümumi məntiqi mühakimələr vasitəsilə asanlıqla sübut
etmək olar ki, «elm-texnika» sistemi heç də tam qapalı deyil və bir sıra
kənar proseslərlə qarşılıqlı əlaqədədir.
Əgər elmi-texniki tərəqqinin mahiyyəti dəqiq öyrənilmiş olsaydı,
onun müasir dövrdə kəsb etmiş olduğu yeni keyfiyyətlər də dəqiq şəkildə
müəyyənləşdirilə bilərdi. Lakin məsələnin öyrənilməsinə lap əvvəlindən
düzgün istiqamətdə başlanılmadığı üçündür ki, belə «yeni keyfiyyət dəyi-
şilmələrinin» də məhz nədən ibarət olması hələ indiyədək müəyyənləşdiri-
lə bilməyib.
|