«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə4/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   2   3   4   5   6   7   8   9   ...   149
«Doqquz Bitik» s-ras-

 
 
Oykumen        
 


 

tarixi-coğrafi  qaynaqlardan  istifadə  edərkən  qaynaq  müəllifinin  imkan 
dairəsini
 
nəzərə  almaq  lazım  gəlir.  Antik  müəlliflərdə  oykumenlər  haq-
qında  biliklər  durulaĢdıqca  informasiya  gerçəkliyi  artır.  Bu  baxımdan, 
m.ö. I minilin yunan-latın qaynaqlarına nisbətən, III-I minillərə aid əra-
zicə daha yaxın olan sumer, akad, miladdan sonra hay, gürcü, ərəb, fars 
yazıları
 
Azərbaycanın
 
tarixi
 
coğrafiyası
 
üçün
 
daha
 
gerçək
 
məlumat verir. 
Strabon özünün «Coğrafiya» kitabında Homerin coğrafi görüĢlərini 
geniĢ Ģərh edəndən sonra yazır ki, ilk xəritəni m.ö. VII-VI əsrdə filosof 
Anaksimandr
 
çəkmiĢdir,
 
ilk
 
coğrafiya kitabını isə tarixçi-səyyah Hekatey 
yazmıĢdır.

Əgər m.ö.VIII-II əsrlərdə Hesiod, Hekatey, Herodot, Demok-
rit,  Eratosfen  və  baĢqa  yazarların  oykumenlər  haqqında  təsəvvürlərini 
m.s. II  əsrdə Klavdi Ptolemeyin xəritəsi ilə müqayisə etsək,
 
minil ərzində
 
antik  dövr müəlliflərinin  oykumen haqqında  biliklərinin  nə  qədər  zəngin-
ləĢdiyini  aydın  görmək  olar.
4
   
Ġstəxri  (
950
)  ilə  Ġdrisinin  (
1154
)  xəritələri 
arasındakı fərq də ərəb coğrafi biliyinin inkiĢafını əks etdirir.
5
 
 
Ġbn  Havqəlin  (X  əsr)  Azərbaycan,  Ərməniyə,  Aran  və  Xəzərə  aid 
aĢağıdakı xəritələrində qədim yolların keçdiyi məntəqə və toponimlər ol-
duqca gərəkli bəlgələrdir. Burada Kür-Araz çaylarının qovuĢması və ayrı-
ayrılıqda  Xəzərə  tökülməsi  əks  olunmuĢdur.  Dairəvi  xəritədə  «Azərbay-
can»  ölkəadı  Dərbənddən  baĢlanıb  Kürü,  Arazı  keçir,  Muğanın  üstündən 
güneyə uzanır, o biri xəritədə isə bu ad Arazın sağında verilir: 
 
                                                 
3
 Страбон, I. I. 11. 
4
 Дитмар, 1980, 38-39, 44-45, 71 və 97-ci səhifələrdəki xəritələr. 
5
 Атлас Азербайджанской ССР. Б.- М. 1963, 202-203. 


 

Ġkiçayarasında yaranmıĢ Nuh əfsanəsi uzun müddət xalqların oyku-
menlər üzrə  yayılması haqqında bilginin əsasını  təĢkil etmiĢ və bu bilgi 
m.ö. I minildə dövrün durumuna uyğunlaĢdırılıb yəhudi Bibliyasında yeni 
çalarlarla
 
əks
 
olunmuĢ,
 
bu qutsal kitabda verilən «xalqlar
 
Ģəcərəsi»
 
baĢqa 
dillərə tərcümədə,
 
özəlliklə yunan dilinə çevriləndə müəyyən dəyiĢmələrə 
uğramıĢdır.
 
Quranda  Nuh  motivi  sonrakı  Ġslam
 
qaynaqlarına,
 
ərəb, fars 
və türkcə yazılan tarixi və çoğrafi əsərlərə keçmiĢdir. Hər iki qutsal kitab 
qoq-maqoqları (yəcuc-məcuclar)
 
quzey oykumendə verir və bu ad
 
altında 
Bibliyada
 
saqa-qamər türkləri,
 
Quranda
 
isə bozqır
 
xalqı təsəvvür edilir. 
Yəhudi dinini qəbul edən Xəzər xaqanı da xəzərlərin soykökünü və 
soydaĢları  olan  türk  boylarını  Bibliya  gələnəyi  ilə  sadalayır.  Azərlərin 
tarixi coğrafiyası
 
baxımından
 
həmin məktubun böyük əhəmiyəti vardır. 
Lakin Nuhla bağlı xalqların yayılma oykumeni əfsanədir, həm də xalqların 
yaddaĢında
 
dərin
 
iz buraxan bir mifdir.
 
Yunan əsatirlərində
 
də ucqar
 
oy-
kumen  kimi  Qafqazın  qeyd  olunması,  Prometeyin  Qafqaz  dağlarında 
çarmıxa çəkilməsi, Heraklın
 
«ölüm
 
Ģahlığının
 
qapısı»
 
sayılan bu bölgəyə 
gəlib  onu  xilas  etməsi,
 
arqonavtların
 
qızıl  əldə
 
etməyin
 
sirri  yazılmıĢ 
«Dəri»  kitab  üçün  Güney  Qafqazın
 
Kolxida
 
bölgəsinə
 
gəlməsi  barədə
 
miflər
 
ilkin
 
türk-yunan kontaktlarının nəticəsi idi. Belə mənbələrdən is-
tifadə  edərkən,  sadəcə,  oradakı  yarımgerçək  faktları  seçib,
 
sinxron  qay-
naqların verdiyi bəlgələrlə uzlaĢan məqamları nəzərə almaq lazım gəlir. 
Azərbaycan
 
tarixĢünaslığında
 
Skandinav
 
qaynaqları nəzərə
 
alınmır. 
Halbuki bu quzey german xalqlarının soykökü yaddaĢından süzülüb onla-
rın Ģifahi ədəbiyatında formalaĢan saqa və eddalarda qədim Azərbaycanla 
əlaqəli  çox  qiymətli  bəlgələr  vardır.  Burada  təkrar-təkrar
 
verilən  qədim 
asların köçü,
 
onların
 
Troya ilə əlaqəsi,
 
Qaradənizin quzey yaxalarına gəlib 
oradan
 
Quzey
 
Avropaya,
 
oradan da Ġslandiya
 
adasına keçməsi haqqındakı 
məlumatlar olduqca gərəkli
 
bəlgədir.
6
 
Skandinav saqalarında
 
saqa türkləri, 
hunlar və xəzərlərlə əlaqələr də geniĢ yer tutur. 
Tarixi-coğrafiya
 
haqqında  bilgi  müxtəlif  mənbələrdən  əldə
 
olunur. 
Belə qaynaqlardan biri antik dövrdən üzübəri qədim xəritələrə köçürülən 
toponimiyadır. KeçmiĢdə tərtib olunan xəritələr primitiv olsa da, bir çox 
tarixi  adları  əks  etdirdiyi  üçün  qiymətlidir.  Bu  baxımdan,  qədim  yol-
lardan bəhs edən  itinerariya (yollar  bilgisi)  adlı  sxem-kartlar  da  böyük 
önəm daĢıyır

belə
 
ki

burada  bölgə-ölkə
 

 
ayrı-ayrı  yaĢayıĢ məskənləri

                                                 
6
 Ъялилов, 1988 a, 101-102. 


 
10 
dağ-çay  adları,
 
keçidlər  ilə  yanaĢı,
 
məntəqələr  arasındakı  məsafə  ölçüləri 
də  var.
7
  Antik  dövr  müəllifləri  yollar  bilgisini  tərtib  edərkən  Doğu  ilə 
Batı
 
arasında ticarət-karvan  yollarını,
 
müharibə edən qoĢunların marĢru-
tunu,  Ġpək  yolu  haqqındakı  bəlgələri,  səyyahların  yol  qeydlərini  nəzərə 
almıĢlar.  Xristianlıqdan  sonra  müxtəlif  yönlərdən  Qüdsə  ziyarət  yolunu 
əks
 
etdirən xeyli yol sxem-kartları yaranmıĢdır.
 
Makedoniyalı Ġskəndərin 
yürüĢündən sonra (m.ö. IV əsr) Asiya haqqında batı xalqlarının biliyi 
xeyli  artdı.  Dəniz  yolları
 
haqqındakı
 
əvvəlki
 
biliklər Kolumbdan neçə əsr 
öncə Amerikaya qədər gedib çıxan, Ġslandiya
 
və Qrenlandiyaya üzən
 
vi-
kinqlərin dövründə xeyli artmıĢ oldu. Ġslamdan sonrakı ərəbdilli qaynaq-
larda da iqlimlər,
 
ölkələr və yollar
 
haqqında çoxlu yeni bilgilər toplanırdı. 
Azər
 
xalqının  tarixi-coğrafiyası  türk  etnosunun
,
 
o
 
da
 
öz
 
növbəsində
 
bəĢəriyətin
 
ümumi
 
coğrafiyasının 
tərkib hissəsidir.
 
Türklərin
 
tarixi
 
demoqrafiyası ay-
rılıqda yox, dünya xalqlarının tarixi demoqrafiyası 
fonunda aydın görünür. Bugün bir ucu Batıda Bal-
kan-Anadolu,
 
digər ucu da saxaların yaĢadığı Uzaq 
Doğu bölgələrinə qədər uzanan və Avrasiyanın böyük bir qurĢağını tutan 
türk  məskənləri,  əlbəttə,  sonrakı  miqrasiyaların  nəticəsidir.  Belə  yayılma 
təkcə türk etnosunun deyil, əksər dünya xalqlarının müxtəlif istiqamətlərə 
olan köçlərində özünü göstərir. Lakin köçdən köçə də fərq vardır: uzaq-
yaxın köçlər, böyük-kiçik köçlər, kütləvi
 

 
kiçik
 
qruplarla
 
yerdəyiĢmə-
lər. Hər bir konkret köçün
 
də öz
 
səbəbi olur: zəlzələ, doğal durumun
 
qə-
fil
 
pozulması, savaĢ
 
və epidemiya,
 
kəskin
 
iqlim
 
dəyiĢməsi,
 
yeni məhsul-
dar torpaq axtarıĢı
 
kimi
 
müxtəlif
 
səbəblər
 
insanları
 
yerdəyiĢməyə məcbur
 
etmiĢdir. 
Qədim demoqrafiya fonunda baĢ vermiĢ bu
 
yerdəyiĢmə sistemində 
türk  etnosunun
 
yerini  müəyyən  edib,  türklərə  aid  bəlgələri  ayırmaq  lazım 
gəlir.
 
Bu prosesin tarixi isə yalnız son 
25-30
 minilin payına düĢür,
 
daha ön-
cəki
 
dövrlər isə etnosöncəsi çağları əhatə  edir. Oykumenlərin çoxalması 
iqtisadiyatla  bağlı  yığımdan  istehsala  keçid  nəticəsində
 
sürətləndi
 

 
Yer  kürəsində  əhalinin  sayı
 
15  dəfə  artdı:  əgər  əvvəllər  Ön  Asiyada 
insan  sıxlığı  hər  100  km
2
  sahə  üçün  5-6  nəfər  idisə,  artıq  maldar-əkinçi 
təsərrüfatı çağında bu rəqəm minə çatdı.
8
 
Yer  üzünə 
 
insanların
 
yayılma 
tarixi  çox  qədimdir,  hələ  paleolit  çağında  bir-birindən  uzaq
 
bölgələrdə
 
                                                 
7
 Elter, 1908; Miller, 1916; Markwart, 1928. 
8
 Массон, 1989, 47. 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin