24
Türk xalqlarının astroloji biliyi dilində, mifologiya
və folklorunda dərin iz qoysa da, bugünə qədər bu
gərəkli və həm də maraqlı sahə sistemli Ģəkildə
öyrənilməmiĢdir.
43
Halbuki
qamçılıq (Ģamanizm)
dünyagörüĢü baĢdan-baĢa astroloji biliyə köklənmiĢ-
dir. Türklərin kosmonimiya görüĢlərinə köklənən zaman və məkan ölçü-
ləri, «dünyanın» cəhətlərə bölünmə prinsipi sosiolinqvistik təhlildə aydın
görünür. Azərbaycanda Aya, GünəĢə tapınma «Gün haqqı» andında və
Ay çıxanda salavat çevirmə gələnəyində saxlanmıĢ, Ay kultu məbədinin
izləri bir neçə bölgədə qalmıĢdır. Bu bəlgələr mifologiyaya aid bitikdə
geniĢ Ģərh olunacaq, burada yalnız etnologiya ilə bağlı bir-iki detal üzə-
rində dayanmağı uyğun bildik.
Yaranma zamanı neolit, yaranma ocağı Ön Asiya olan
Samanyolu
deyiminin sonrakı yayılma arealı isə türk boylarının sonrakı köçləri ilə
bağlıdır. Belə ki, Samanyolu deyiminin Monqol sınırınacan uzanması do-
ğuya miqrasiyanı əks etdirir. Bunu aydın
görmək
üçün
V. A.
Nikonovun
tərtib etdiyi aĢağıdakı xəritəyə baxmaq kifayətdir:
44
43
L. Bazin, Sir G. Klauson və F. Nemetin bu sahəyə həsr etdikləri məqalələr özlüyündə
çox qiymətli tədqiqatlar olsa da, bütövlükdə türk kosmonimiyasının deyil, daha çox hind,
çin və sair xalqların dilindən keçən ulduz adlarının doğu türk dillərində buraxdığı izi
ortaya çıxarmaq yönündə yazılmıĢdır. Təbii ki, prototürk dünyagörüĢündən fərqlənən
xristian, manixey, buddizm terminologiyası doğu türklərdə sonrakı hadisədir. Təəssüf
ki, Armin Vamberinin XIX əsrdə yazdığı «Türk-tatar boylarının əski kulturunda səmavi
cisimlər» (A török-tatar nep primitiv culturájábar az égi tester. Budapest, 1879) adlı 14
səhifəlik kitabçanı əldə edib oradakı izahlarla tanıĢ ola bilmədim.
44
Никонов. 1980, 251.
Dostları ilə paylaş: