yarananda ikisinin arasında insan oğ-
lu yaranmış…» (Orkun, 1994, 29)
Kosmik
vaxt ölçülərini dərk
edənə qədər insanlarda doğumla ölüm
arasındakı
yaĢa,
gecə-gündüzə,
yarım
və dolu Ay görünüĢünə (aypara və
bədr), yayın qıĢla əvəzlənməsi kimi doğal olaylara köklənən vaxt duyumu
minillər boyunca təkmilləĢmiĢ, boy və budun qurumu çağında ərsəyə gə-
lən «nəsil yaĢı» ölçüsü müxtəlif xalqlarda uzun müddət davam etmiĢdir.
Özündən əvvəlki yazarlar
kimi, Herodot da 100 il
=
«üç nəsil» xronologi-
yasını qullanmıĢdır. Bioloji yaĢa köklənən fərdi vaxt duyumu da vardır.
Belə ki, eyni zaman ölçüsü tez böyümək istəyən yeniyetmələrə «uzun»,
vaxtın tez keçməsindən gileylənən yaĢlılara isə «qısa» görünür.
Kosmik ritmə uyğunlaĢan doğal durumun (təbiətin) qavranılması
təqvim, il, «yeni il», fəsil, ay, gün, gecə-gündüz kimi vaxt anlayıĢlarında
gerçəkləĢir. Səma cisimlərinin durumu ilə formalaĢan türk kosmoqoni-
yasında miladdan öncə «həftə» anlayıĢı olmamıĢdır, Azərbaycanda bu
anlayıĢ ilk xristianlığın yayıldığı çağlarda ortaya çıxmıĢdır. Ona görə də
türk dillərində günlərin adını bildirən ortaq sözlər yoxdur.
58
Ġlin dörd
fəslini yaz (bahar), yay, küz və qıĢa ayıran türk boyları ayları təsərrüfat
və hava durumu
ilə adlandırmıĢlar. Axıska türkləri kiçik-ay (fevral),
biçin-ayı (iyun), orağ-ay (iyul), bögrüm-ay (sentyabr), son küz, koç-ay,
kara-kıĢ (dekabr-yanvar) deyimlərini, azərlər boz-ay, böyük və kiçik çillə,
qırxım, oğlaq, quyruq doğan və sair sözləri iĢlədirlər. Azər dilində müəy-
yən kultlarla bağlı
Yelda gecəsi (Ģəbi-yelda),
Xızır günü və zaman anlayı-
57
Eyni qaynaq, 105; Orkun, 1994, 28-29.
58
Bu barədə M. KaĢğari yazır: «Türklərdə həftənin yeddi gününün adı yoxdur, çünki həftə
deyilən şey islamdan sonra bilinmişdir» (MK, I, 347); Azərbaycanda həftə günlərindən
yalnız 4-cü günü (cümə axĢamı) bildirən adına//adna deyimi yayğındır
(Яскяр,1987,
68).
30
Ģı bildirən gündüz, gecə, günorta, erkən, alatoran, dünən, yarın, dan üzü,
dan qaralanda//ağaranda
deyimləri
ilə yanaĢı, axĢam, səhər, sübh, sabah
kimi alınma sözlər də vardır. «Yeni il» türk xalqlarında Ülus kün (qazax),
Bahar,
Yaz,
Yeni il (azər) və erken kün (ergenekon) adlandığı halda, Yeni
il bayramının farscanın «Novruz» sözü ilə verilməsi bir yanlıĢlıqdır.
Ġli dörd fəsilə, oniki aya bölən türklər 12 añlı (heyvanlı) təqvim də
yaratmıĢlar. Ön Asiyada ilin 12 aya bölünməsinin qədim tarixi vardır,
lakin 12 illik sikl ölçüsü sonralar ortaya çıxmıĢdır.
59
M.
KaĢğari 12 illik
təqvimin yaranma səbəbini və qurultayın bu təqvimi türk xaqanının təkli-
filə qəbul etdiyini yazır: «Türk xaqanlarından biri neçə il öncə baĢ vermiĢ
savaĢı öyrənmək istərkən savaĢın tarixini müəyyən etməkdə yanılmıĢlar.
Bu səbəblə, xaqan öz ulusu ilə gənəĢir və qurultayda biz bu tarixdə necə
yanıldıqsa, bizdən sonra gələnlər də yanılacaqdır, belə isə, biz indi göyün
on iki bürcü və on iki ay sayısınca hər ilə birər ad qoyaq. Ulus xaqanın bu
önərgəsini onayladı»
60
Lakin bu olayın tarixi bəlli olmadığından 12 añlı
təqvimin
nə vaxtdan
iĢləndiyini söyləmək olmur.
61
Göytürk
yazılarında bu təqvimin iĢlənməsi göstərir ki, xalq ara-
sında geniĢ yayılan añ təqviminin yaranma tarixi daha qədimdir.
62
Astral
mifləri tədqiq edənlərə görə, qədim Babildə 12 bürc iĢarəsi yunanlara
(zodiak yunanca ζών «añ» sözündəndir), oradan da Avropa xalqlarına ötü-
rülmüĢ, Çinə isə 12 añlı təqvim batı qonĢularından (türklərdən) keçmiĢ-
dir.
63
ÇinĢünas E.
Chavannesə görə, bu təqvimi Çinə tsin (çin) adlı türk
59
Ġlin 6 ayını 30, digər 6 ayını da 29 günə bölən 12 aylıq yunan təqvimindən Misir təq-
viminin daha mükəmməl olduğunu qeyd edən Herodot yazır ki, Misir kahinlərinin ona
söylədiyinə görə, güya ilk dəfə misirlilər səma cisimlərinə uyğun ili 30 günlük 12 aya
bölüb, hər ilin sonunda 5 gün əlavə etmiĢlər (Геродот, II. 4). Tarixdən bəllidir ki, Misir
əhalisi hər
ili üç
fəsilə - daĢqın,
əkin
və
biçin
fəslinə ayırırdı və Siriusun doğuĢu
(19
iyul)
ilə
Nil
çayında suyun
artıb daĢması
arasında əlaqə gördüyündən hər yeni ili
Nilin daĢması
ilə hesablayırdı.
60
MK, I, 344-345.
61
Dünya xalqlarının təqvimlərini müqayisə edən Ramiz Əskər türk təqviminin baĢlan-
ğıcını 586-cı ilə aid edir (Яскяр, 1987, 17-18).
62
L. Bazen bu təqvimin yaranmasını türklərə bağlayan elmi ədəbiyatda geniĢ yayılmıĢ
fikrə etiraz edib onun Çindən alındığını və VIII əsrdən iĢləndiyini yazsa da, irəli sürdüyü
fikri əsaslandıra bilməmiĢdir (Базен,
1986,
370-371). Halbuki hələ VI əsrdə «Çu Ģu»
adlı çin tarixi qaynağında
qeyd
olunur
ki,
türklər illərin əvəzlənmə ardıcıllığını bilirdilər,
yeni il yaĢıl otun çıxması ilə baĢlanırdı (ТМТ, 1990, 44).
63
МНМ, I, 116.
31
boyu aparmıĢdır.
64
Bu təqvimi türklərdən alan çinlilər kimi, ondan Tibet
və Koreya xalqları da istifadə edirlər. Uyğur yazısını mənimsəyən mon-
qollar 12 añlı təqvimi də uyğurlardan alıb 1210-da (baĢqa bir tarixə görə
isə 1027-də) özəl qərarla rəsmiləĢdirmiĢlər.
65
Türk kosmonimiyasında üç vertikal və dörd horizontal məkan böl-
güsü vardır: aşağı, orta, yuxarı; ön, arxa, sağ, sol. Öncə dörd cəhəti təyin
edə
bilən prototürklərdən
sonra bəzi
türk
boyları səkkiz
bucaqlı bölgüdən
də istifadə etmiĢlər. Bunu uyğur, tatar və azər dillərində görmək olur:
66
Uyğur
öngdün-tağdın bulunq
kidin-tağdın bulunq
kidin-kündin bulunq
öngdün-küntün bulunq
Tatar
tönyak-könçıqıĢ
tönyak-könbatıĢ
könyak-könçıqıĢ
könyak-könbatıĢ
Azər
quzey-doğu
quzey-batı
güney-doğu
güney-batı
Dünyanın horizontal baxımdan 4
və
8 cəhətə
bölünməsi türk etno-
sunun çox böyük
ərazilərə yayılması və
qədim dövlət gələnəyi ilə də ba-
ğlıdır. Vertikal bölgüdə isə kainatın yeraltı, yerüstü və göyə - 3 məkana
bölünməsi və bunun simvolu olan «həyat//dünya ağacı», göyün 9 qata
ayrılması qamçılıq (Ģamanlıq) ilə bağlı ortaya çıxmıĢdır. O.
N.
Tuna sumer
dilində «sınır» anlamında olan bulug sözünü türk dillərindəki «yön, bucaq,
cəhət» anlamlı buluñ sözü ilə müqayisə edir.
67
Ancaq sumerlər dörd cə-
həti qonĢu ölkələrin yerləĢdiyi yönlərə uyğun deyimlə vermiĢlər.
68
64
Göyalp, 1977, 41.
65
Kotwicz 1928, 128; Яскяр, 1987, 21; Жуковская, 1988, 48.
66
Azərbaycan bayrağındakı ulduz, əslində, qədim Gök-Tañrı türk simvolikasıdır və
Sumer çağından tanrı, ulduz və göy anlamı daĢıyan damğa ilə eyni mənĢəli olub, Ön
Asiyada yayılmıĢdır. Bu damğa sonra elqurumu (dövlət qurumu) çağında iki dördbucaq-
lının üst-üstə çarpaz qoyulması ilə alınan səkkizbucaqlı ۞ iĢarəyə də çevrilmiĢdir.
Saxa türkləri də 8 cəhəti fərqləndirirlər (Чагдуров, 118-119).
67
Tuna, 1990,19; Lakin sumer mətnlərində bulùg (bulùñ) sözünün «becərmək»,
«yetiĢ-
dirmək» anlamı qeyd olunmuĢdur (Канева, 1996, 211).
68
Məsələn, sumer dilində belə bir mətn vardır: «O günlərdə Sumerlə eyni dildə danıĢan
və Xamazi bölgəsi ilə ġubur dağı - böyük törənlərin böyük dağı, vacib Ģeylərə malik Uri
ölkəsi,
təhlükəsiz
durumda
olan
Amurru ölkəsi - bütöv cahan və tabe xalq bir dildə En-
lilə alqıĢ deyirdi» (ХПИДВ, 1963, 270, 276, 15-ci qeyd). Bu cümlədən aydın olur ki,
sumerlər dünyanın dörd cəhətini
qonĢu
ölkələrin coğrafi durumu ilə bildirmiĢlər: quzey
-
Uri ölkəsi, özək/güney - Sumer, batı - Amurru, doğu - ġubur dağı.
32
A. N. Kononov tuva dilində yön və cəhət bildirən sözlərin monqol
dillərinə uyğunlaĢdığını,
çuvaĢ, saxa (yakut),
tofalar dillərinin isə türk
sistemini saxladığını və göytürk yazılarında əks olunduğunu yazır.
O bu
dillərdə arka
(geri) tərəfin «batı»,
Dostları ilə paylaş: |