«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə7/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   2   3   4   5   6   7   8   9   10   ...   149
«Doqquz Bitik» s-ras-

 
 Biosfer 


 
17 
da,
 
o dövrün geosiyasi
 
durumunda aktiv
 
olan  yunan etnosunun passionar
 
çağını əks etdirir. 
Ətraf mühitin, təbii çevrənin insan xarakterinə təsiri danılmazdır. 
Hətta eyni bölgədə dəmiryolu dayanacağı olan kəndin cavanları ilə kənar-
dakı kəndin dəliqanlıları arasında fərq vardır, «stansiya uĢağı» diribaĢlığı 
ilə seçilir. Gəncliyini kənddə keçirən adam sonra Ģəhərdə əlli il yaĢasa 
da,  yenə  «kəndçi»  olaraq  qalır,  Ģəhərdə  formalaĢıb  kənddə  yaĢayan  da 
Ģəhərli  özəlliyini  saxlayır.  Dilimizdəki  «tərəkəmə»,  «dağ  adamı»,  «aran 
adamı»  deyimləri  biosferın  insanlara  aĢıladığı  özəlliyin  dildə
 
əks
 
olun-
masıdır.
 
Bu gerçək durumun fərdlər toplusu olan boylarda və etnosda da 
axtarılması təbiidir. YaĢam tərzi müxtəlif coğrafi duruma köklənmiĢ bir 
oturaq  boyun  yarımköçəri  boydan  və  onun  da  köçəri  boydan  xaraktercə 
fərqlənməsi bunların biosferdən aldığı enerjinin müxtəlifliyi ilə bağlıdır. 
Etnosla  çevrənin  doğal  Ģəraiti  və  landĢaftı  arasında  olan  əlaqədən 
bəhs  edən  Lev  Qumilyova  görə,  landĢafta  bağlılıq  insanlarda  Ģüuraltı 
saxlanır,  genetik  koda  çevrilən  bu  bağ  yeni  yurd  seçimində  ortaya  çıxıb 
gerçəkləĢir.
31
 Güney
 
Sibirə köçən türklər yaĢam üçün Sayan-Altay
 
dağla-
rında  daha  çox  alp  çəmənliklərini,  bura  gələn  ukraynalılar  bozqırları, 
ruslar isə meĢə suyu  yaxalarını seçib məskunlaĢmıĢlar. Əski  yurdda for-
malaĢmıĢ bu genetik kod uyğun çevrədə rahat davam edir, əski çevrənin 
landĢaftından kəskin fərqlənən yeni çevrədə isə insanlar yeni Ģəraitə alı-
Ģana qədər bir neçə nəsil əziyət çəkir, ölənlərin sayı xeyli artır, necə ki, 
Ġrəvan mahalının dağlıq bölgələrindən Muğan çölünə deportasiya olunan-
ların xeyli hissəsi az bir zamanda məhv oldu. 
Azərbaycanın dağ silsilələri, bu dağlardan baĢlayıb
 
ovalıqlara axan 
suları, sərin bulaqları, tamlı meyvələri, çılpaq qayaları, susuz çölləri, otlu-
çiçəkli  biçənəkləri,  alp  çəmənləri,  kollu-meĢəli,  dərəli-təpəli  landĢaftı 
və münbit-Ģoran torpaqları bütövlükdə ölkənin coğrafi durumuna müxtə-
lif  görkəm  verir.
 
Subtropik  mühitdən  buzlaqları  əriməyən  dağlara  qədər 
ayrı-ayrı
 
doğal durumu, müxtəlif iqlim Ģəraiti olan belə çoxçeĢidli coğrafi 
Ģəraitdə formalaĢan bitki (flora) və heyvanat (fauna) aləmi quzey ölkələrin 
soyuq  iqlimində  və  ya  güney  ölkələrin  səhralarında  olan  flora-faunadan 
fərqləndiyi kimi,
 
Azərbaycanda  yaranan etnos da həmin ölkələrdə forma-
laĢan xalqlardan fərqlənir.  
                                                 
31
 Гумилев, 2001, 373. 


 
18 
Zəngin
 
mənzərəli
 
çevrə-ekologiya
 
etnosa  gözəl  görkəm,  kübar mə-
nəviyat, yetkin dil, çeĢidli musiqi, poetik duyum aĢılayır. Sağlam bədən-
də sağlam ruh olduğu kimi, sağlam çevrədə də Böyük xalq yetiĢir. Minil-
lərlə  pozulmadan
 
yaĢayan
 
qüdrətli
 

 
yetkin  quruluĢlu  dili,
 
Ģifahi
 
yolla 
nəsildən-nəsilə ötürülən oğuznamələri, zəngin musiqisi, mətbəx və geyim 
kulturu,  gözəl  görkəmi,  kiĢi  xarakteri,  kübar  davranıĢı  olan  Böyük  Türk 
etnosu məhz bənzərsiz Azərbaycan coğrafiyasında yarana bilərdi.  
Çevrəyə  köklənən  qədim  coğrafi  adların  öyrənilməsi  paleotopo-
nimlərin
 
«dilini
 
açır»,
 
yurd yerləri,
 
çaylar,
 
dağlar «danıĢmağa» baĢlayır, 
bu adı ona verən etnosun tarixinə iĢıq tutur. Qədim onomastika sırasında 
özəl yeri olan uruq-soy və boy adları ilə yaranmıĢ genotoponimlər türk 
etnosu demoqrafiyası üçün önəm daĢıyır. Krımda türk genotoponimlərini 
tədqiq edən Ġ. N. Lezina
 
ümumi
 
etnik
 
toplum üzvlərinin qutsal sayıb sax-
ladığı özəl soyadını nəsildən-nəsilə ötürməsini və bu gələnəyin uzun za-
manları  aĢan
 
böyük
 
yaĢarı
 
gücü
 
olduğunu qeyd edir
 

 
bu  səbəbdən bəzi 
genotoponimin qədim tarixi olduğunu yazır.
32
 
   
Doqquz iqlimi ilə seçilən Azərbaycanda doğal olayların çeĢidləri də 
çoxdur.  Belə  ki,  azər  dilində  hava-iqlim,  yel-külək  və  yağıĢ-qar  növünü 
bildirən onlarla söz vardır.
33
 
Azərbaycanda zəlzələ (dəprəm) və vulkanlar 
kiçik
 
miqrasiyalara,
 
kəskin  iqlim  dəyiĢməsi  isə  böyük  miqrasiyalara 
səbəb olmuĢdur. Kəskin iqlim dəyiĢməsi ilə yaranan quraqlıq nəticəsində 
belə  böyük  köçlərdən  biri  5500,  digəri  isə  3500  il  öncə  baĢ  vermiĢdir. 
Həmin çağlarda Azərbaycandan çoxlu prototürk boylarının quzey və doğu 
yöndə  miqrasiyası  arxeoloji  bəlgələrdə  əks  olunmuĢdur.  Ġdil  yaxalarına 
kurqan kulturu da həmin çağlarda aparılmıĢdır.  
Etnosun  yaĢam tərzi oykumenin fauna-flora özəlliyini tənzimləyən 
biosferdən asılıdır. Dünyada ilk əkinçilik və heyvandarlıq mərkəzlərindən 
biri olan Ön Asiyada  prototürk etnosu  hələ  yığım  yaĢamında  əldə  etdiyi 
yabanı
 
bitki
 
və  meyvələrə,
 
ovladığı
 
quĢa
 
və  heyvanlara  verdiyi  adlardan 
                                                 
32
  
Лезина, 1988, 145. 
33
  Hava-iqlimə  aid  sözlər:  ayaz,  sazaq,  boran,  bora  (sırsıra),  qara-qıĢ,  tufan,  qasırğa, 
tufan, Ģaxta, sıcaq, yayın cırhacırı, bürkü, boğanaq, pəlmə (bürkü), duman, çən, çiskin, 
tutulu.  Yel  adları:  ağyel  (külək),  qarayel  (külək),  bürküyeli,  xəzri,  qaraxəzri,  dağyeli, 
dəlikülək,  elqovan,  yarpaqtökən,  meh,  giləvar,  keçiqıran,  gündoğuĢ,  purçaçan,  san, 
Ģilyan  (silhan),  soqqar,  tərsə,  tozkülək,  tozanaq,  Ģahvar,  çovğun.  Yağmur  adları:  dolu, 
yağmur,  yağıĢ,  quzuyağıĢı,  günyağıĢı,  peydəri,  püsküntü,  sağanaq,  selləmə,  Ģıdırğı, 
tozankı,  qurdyağıĢı,  törəmə,  çiləmə,  Ģıdrama.  Qar  adları:  lopa,  kəpək,  dolça,  əlçim, 
quĢbaĢı, qanadlı, dımırcıq, topi, piĢikbaĢı, xəĢələ, heyvagülü, çobanyarması, Ģəpə. 


 
19 
bəzisi bugün
 

 
türk
 
dillərində qalır.
 
Çevrəsində mövcud meĢələr,
 
dağlar, 
sular və bu çevrənin fauna-florası qədim türklərin yaĢamında önəmli yer 
tutduğundan  «türk  və  təbiət»  mövzusu  türkün  dilində,  mifologiya  və 
folklorunda
 
silinməz
 
izlər
 
buraxmıĢdır.
34
 
Türk
 
etnosunun
 
Atayurdunda
 
meĢələr,  dağlar
 

 
suların  olması ağac-əri,

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin