Telman xəLİlov, maya zeynalova



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix08.05.2020
ölçüsü4,42 Mb.
#31099
1   2   3   4   5   6   7   8   9   ...   14
Azf-278359


Paleogen  dövrü.  30-35  milyon  il 
sürmüşdür.  Paleogen 
dövrünün  üzvi  al
əmi  mezozoy  erasının  üzvi  aləmindən 
k
əskin  surətdə  fərqlənir.  Belə  ki,  üst  təbaşirin  axırlarında 
mezozoyun  xarakter 
formaları  olan  ammonitlər  və  beləme-
nitl
ər  tamamilə  qırılıb  məhv  olur.  Paleogen  dənizlərinin 

27 
xarakterik  xüsusiyy
ətlərindən biri burada birhüceyrəli orqa-
nizml
ərin  nəhəng  nümayəndələri  olan  hummulitlər  olduqca 
inkişaf  etməsidir.  Hummulitlərlə  yanaşı  paleogen  gənizlə-
rind
ə  yastıqgəlsəməililər  və  qarınayaqlılar,  süngərlər,  mər-
canlar,  d
əniz kirpiləri də yaşamışlar. Dəniz fəqərəlilərindən 
balinalar  ilk  d
əfə  paleogendə  meydana  gəlmiş,  sümüklü 
balıqlar  isə  hakim  vəziyyət  tutmuşlar.  Paleogen  dövründə 
quru 
faunası  da  ciddi  dəyişikliklərə  uğramışdır.  Təbaşirin 
axırlarında  tamamilə  məhv  olmuş  dəhşətli  kərtənkələlərin 
(
dinozavrların),  uçan  kərtənkələlərin  və  qədim  quşların  ye-
rini paleogend
ə məməli heyvanlar və yeni quşlar tuturlar. Bu 
zaman 
yırtıcılar, xortumlular, dırnaqlılar o cümlədən atların, 
fill
ərin və s. qədim əcdadları, habelə gəmiricilərin, həşərat-
yey
ənlərin və primatların ilk nümayəndələri meydana gəlir. 
Orta  v
ə üst paleogendə  məməli  heyvanlar əsas etibarilə iki 
oblasta: C
ənubi və Şimali Amerikada, Avropada və Asiyada 
yayılmışlar.  Bu  ərazilərdə  məməlilərin  inkişafı  tam  başqa 
yollarla  getdiyind
ən  onların  tərkibi  bir-birindən  ciddi 
f
ərqlənir. 
Neogen dövrü. Bu dövr 25-30 milyon il davam 
etmişdir. 
Bu dövrün çöküntül
əri respublikamızda Xəzəryanı düzənlik-
d
ə, Kür-Araz ovalığında, Talış dağlarında və Naxçıvan MR-
da 
geniş yayılmışdır. 
Yuxarıda göstərdiyimiz rayonlarda və habelə respublika-
nın  bir  çox  başqa  yerlərində  neogen  çöküntüləri  içərisində 
yastıgəlsəməlilərin,  qarınayaqlıların,  bir  hüceyrəlilərin, 
balıqların və başqa fəqərəlilərin qalıqları vardır. 
Neogen  dövrünün  üzvi  al
əmindən danışdıqda hər şeydən 
əvvəl, qeyd  etmək lazımdır ki, onun xarakter xüsusiyyətlə-
rind
ən biri müasir üzvü aləmə olduqca yaxın olmasıdır. Bu 
bir  t
ərəfdən  fauna  və  floranın  tərkibinin  oxşarlığı,  digər 
t
ərəfdən isə onların  müasir qurşaqlara  yaxın qurşaqlar üzrə 

28 
paylanması şəklində özünü göstərir. 
Bir sözl
ə, neogen dövrü paleogenlə dördüncü dövr arasın-
da  üzvi  al
əmin təkamülü yolunda bir körpü təşkil edir. Xü-
susil
ə  neogenin  bitkilər  aləmi  müasir  dövrdəkinə  olduqca 
yaxındır. 
Quru 
faunasında  bu  dövrdə,  hər  şeydən  əvvəl,  məməli-
l
ərin inkişafı diqqəti cəlb edir. Neogenin əvvəllərində onla-
rın tərkibində böyük dəyişikliklər baş verir. Qədim primitiv 
yırtıcılar,  dırnaqlıların  bəziləri,  titanoteriyaların  bir  qismi, 
cütdırnaqlıların bəzi qrupları qırılırlar. 
Neogen  dövrünün 
şöbəsi  miosenin  sonu  və  alt  pliosenin 
əvvəllərində Avropa və Asiya qitələrində «hipparion fauna-
sı» adlanan xarakterik məməlilər qrupu geniş inkişaf etmiş-
di.  Bu  fauna  t
ərkibində  üçbarmaqlı  qədim  at-hipparionun 
üstünlük t
əşkil etməsinə görə belə adlandırılmışdır.  
Az
ərbaycanda  hipparion  faunası  Eldar  düzənliyində  üst 
miosen çöküntül
ərində tapılmış və öyrənilmişdir. 
Dördüncü  dövr.  Dördüncü  dövr  yer  tarixinin  son  döv-
rüdür.  O  t
əqribən  bir  milyon  800  min  il  bundan  əvvəl 
başlayıb, müasir geoloji əsri əhatə edir. 
Kür-Araz 
ovalığında  dördüncü  dövrün  dəniz  çöküntüləri 
ovalığın şərq hissəsində geniş yayılmışdır. Qərbə tərəf onlar 
Ming
əçevir şəhərinədək rast gəlinir. Lənkəran düzənliyi sa-
h
əsindhə də bu dövrün çöküntüləri terraslar əmələ gətirirlər. 
Q
ərbi  Azərbaycanda  isə  Kür  çayı  hövzəsi  ilə,  şərqdə  isə 
Uzboy  çök
əkliyi vasitəsilə müasir Aral-Sarıqamış göl dəni-
zil
ə əlaqədə olmuşdur. Belə hesab edilir ki, Xəzər dənizinin 
öz  sah
əsini genişləndirməsinə əsas səbəb buzlaq dövründən 
sonra  g
ələn  buzlaqlararası  əsrlərdə  böyük  buz  kütlələrinin 
əriyərək dənizə tökülməsi olmuşdur. 
Yeni 
buzlaşma  başlandıqda  Xəzərin  səviyyəsi  yavaş-ya-
vaş  aşağı  düşmüş  və  Qara  dənizlə  əlaqəsi  kəsilmişdir. 

29 
Dördüncü  dövrd
ə  Azərbaycan  ərazisinin  çox  hissəsi  quru 
idi.  H
əmin  sahələrin  inkişafı  respublikanın  müasir  geoloji 
coğrafi  vəziyyət  alması  istiqamətində  getmişdir.  Hələ 
neogend
ə quruya çevrilmiş Böyük və Kiçik Qafqaz və Talış 
silsil
ələri bu zaman bir tərəfdən aşınmaya, digər tərəfdən isə 
tektonik h
ərəkətlərə məruz qalır. 
Ümumiyy
ətlə, yerin dördüncü dövr tarixində bir çox geo-
loji  hadis
ələr  baş  vermiş,  yerin  fiziki-coğrafi  şəraiti  xeyli 
d
əyişmiş  və  müasir  üzvi  aləmin  təşəkkülü  prosesi  tamam-
lanmağa başlamışdır. 
Müasir  geoloji 
əsr  dördüncü  dövrdə  buzlaşmadan  sonra 
g
ələn əsrdir. Bu əsrin ümumi xarakteri buzlaqlararası əsrləri 
xatırladır.  Ərazinin  müasir  coğrafi  və  geoloji  xarakteri 
dördüncü  dövrd
ə yaranmış və bu inkişaf prosesi elə indi də 
davam edir. 
Orqanizm  al
əminin  inkişafında  dördüncü  dövr  üçün  in-
san
ların meydana gəlməsi çox əlamətdar bir hadisədir. Odur 
ki, dördüncü dövrü aliml
ər antropogen, yəni insanların mey-
dana  g
əlməsi dövrü də adlandırırlar. İnsana çox  yaxın olan 
primatlar  bu  dövrün 
əvvəlində  meydana  gəlmiş,  sonrakı 
müdd
ət  ərzində,  əvvəl  qədim  və  nəhayət,  müasir  insanlar 
inkişaf edərək Yer üzərində hakim olmuşlar. 

30 
III 
FƏSİL 
BƏŞƏRİYYƏTİN  SÜLH VƏ TƏRKSİLAH 
PROBLEMLƏRİNİN  EKOLOJİ  MAHİYYƏTİ 
 
Hazırki dövrdə bütün qlobal problemlər içərisində ən əsa-
sı sülh və tərksilah problemləridir. İnsan yer üzərində peyda 
olduqdan  sonra  min  ill
ərlə  müxtəlif  silah  növlərilə  saysız-
hesabsız müharibələr etmişlər. Bu müharibələr əsas etibarilə 
torpaq  tutmaq,  t
əbii  sərvətlərə  yeyələnmək,  ərazi  genişlən-
dirm
ək, din və ərazi ayrıseçgilikləri əldə etmək və s. səbəb-
l
ərdən baş vermişdir. Təkcə XX əsri götürsək bu əsrin I ya-
rısında iki dünya müharibəsi tarixdə misli görünməmiş təbii, 
ekoloji,  siyasi  v
ə  iqtisadi  nəticələrilə  tarixə  düşmüşdür.  
II  Dünya  müharib
əsində  bəşəriyyətin  bu  vaxta  kimi 
görm
ədiyi silah və sursatdan istifadə edilmişdir. Görünür elə 
bu 
aramsız müharibələr, kütləvi xəstəliklər, irili-xırdalı müx-
t
əlif dağıdıcı təbii hadisələr (vulkan püskürmələri, zəlzələlər, 
sell
ər,  okeanlarda  sunami  dalğaları,  fırtınalar,  qasırğalar, 
tornado, s
əhralaşma kimi problemlər) hər bir ictimai forma-
siyada  özün
əməxsusluğu  ilə  seçilmiş  və  öz  təsirini  göstər-
mişdir. Heç təsadüfi deyil ki, dünya əhalisinin sayı bütün bu 
tarix boyu, y
əni XIX əsrə kimi 1 milyardı keçə bilməmişdir. 
1820-27-ci  ill
ərdə  dünya  əhalisinin  sayı  cəmi  1  milyard 
olmuşdur.  Son  130-140  ildə  Dünya  əhalisi  bütün  bəşər 
tarixind
ən 5-6 dəfə artmışdır. Bu artıma həm də yüksək elm 
v
ə texnikanın inkişafı səbəb olmuşdur.  
İkinci Dünya müharibəsindən sonra, elmin və texnikanın 
sür
ətli  inkişafı  yeni-yeni  silah  növlərinin  yaradılmasına 
s
əbəb oldu. Artıq bu silahlar qısa vaxt ərzində çoxlu milyon-
larla in
sanları məhv edə bilər. 
1.  Bu  gün  çoxlu  qlobal  ekoloji  probleml
ərin  içərisində 
xüsusi «fövq
əladə» yeri sülhün qorunub saxlanılması, müha-
rib
ənin  qarşısının  alınması,  tərkisilah,  xüsusilə  də  qlobal 

31 
nüv
ə  konfliktlərinin  qarşısının  alınması  durur.  Birinci 
növb
ədə bu mexaniki nüvə dalğasıdır. Bu dalğa təbü və süni 
obyektl
ərin qüvvətli dağılmasına səbəb olur. 
İkinci effekti – qüvvətli istilik şüalanmasıdır ki, onlar da 
yan
ğın törədir, bütün canlıları yandırıb məhv edir. 
2. F
əlakətli radioaktiv qamma şüalanması baş verir ki, bu 
da  400-1000 (
əsas  məhvedici  efekt)  BER  dozası  ilə  baş 
verir, bu da 
ətraf mühiti 10 küriyə qədər radioaktiv olan izo-
topla,  y
əni  1  km
2
-d
ə  10  küri,  bu  da  canlılar  üçün  ölümcül 
olan 
dozadır. 
3.  Nüv
ə  parlayışının  ikinci  təhlükəsi  –  yüksək  dozada 
çirkl
ənməsidir. 
Bel
əliklə  XX  əsrin  II  yarısından  başlayaraq  sülh  və 
t
ərksilah bəşəriyyətin ən əsas probleminə çevrildi. 
II Dünya müharib
əsi atom silahlarının (nüvə partlayışları) 
tezl
əşməsinə  səbəb  oldu.  Belə  ki,  mütəxəssislərin  fkirincə 
müharib
ədə  atom  silahından  istifadə  olunmaması  bir  növ 
Hitlerin fanatizmi il
ə əlaqələndirənlər var. Guya 1944-cü ilin 
əvvəllərində alman alimləri Hitlerə yeni, çoxlu insan tələfatı 
tör
ədəcək  silah  haqqında  məlumat  verdikdə,  o  silahı  təcili 
ist
əsə  də  bu  mümkün  olmamış  və  Hitlerin  ona  həvəsi  azal-
mışdır.  Almaniyada  bu  sahədə  tədqiqatlar  aparılırdı.  Artıq 
FAO-1, FAO-2 reaktivl
əri sınaqdan keçirilirdi və bu silah ilk 
olaraq  almanlarda 
olsaydı,  müharibənin  sonu  başqa  ola 
bil
ərdi.  Tarixi  həqiqətlər  Hitlerin  bu  silahı  təcili  istəməsinin 
s
əbəblərini də izah edir. Belə ki, 1944-cü ildə müharibə artıq 
bitm
əyə doğru gedirdi. Cəsarətli sovet ordusu qəfil hücumdan 
xeyli  gec  olsa  da 
ayılaraq  əks  hücuma  keçdi  və  nəticədə 
Avropa  qit
əsini  basmış  faşist  ordusunu  keçmiş  SSRİ  ərazi-
sind
ən  qovmağa,  ətraf  ölkələrin  ərazilərinin  təmizləməsinə 
nail 
olmuş  və  artıq  alman  torpaqlarında  onları  sıxışdırır, 
Berlin 
yavaş-yavaş  mühasirəyə  alınırdı.  O  biri  tərəfdən  də 
ikinci c
əbhə adlandırılan qərbin müttəfiq dövlətlərinin qoşun-

32 
larının qərbdən hücuma keçməsi Hitlerçiləri çətin vəziyyətə 
salmışdı.  Hitlerin  isə  gözləməyə  heç  vaxtı  qalmamışdı.  Bu 
söz-söhb
ətlər sözsüz ki, okeanın o tayında – ABŞ-da toplan-
mış antifaşist alimlərin də qulağına çatmış və onlar bəşəriy-
y
əti  təhlükədən  qorumaq  bəhanəsilə  Amerika  hökumətinə, 
onlara  atom 
bombası hazırlamaq imkanı verilməsini istəmiş-
l
ər.  Xeyli  tərəddüddən  sonra  Ruzvelt  hökuməti  onlara  bu 
icaz
əni  verir  və  dərhal  –  R.Opengeymer,  Hils  Bor,  Riçard 
Fermi,  Rezerford,  Teller  v
ə  başqa  görkəmli  alimlər  isə  baş-
layırlar. Artıq 1945-ci ilin fevral-mart aylarında atom bomba-
sının  20  meqotonluq  ilk  nümunələri  hazırlanmışdı.  Sınaqlar 
davam  edirdi.  Lakin  bu  vaxt  dünyada  çox 
şey  dəyişmişdi. 
Əsas  isə  o  idi  ki,  müharibə  bitmək  üzrə  idi.  Şərqdən  Sovet 
qoşunları, qərbən isə qərb dövlətləri Almaniyanı məğlub edib 
müharib
əni  qurtarmaq  üzrə  idilər.  Bunu  görən  və  hiss  edən 
h
əmin görkəmli alimlər atom bombasının istifadəsi nəticəsin-
d
ə  bəşəriyyətin  hansı  dəhşətli  bəla  ilə  üzləşəcəyini  başa 
düşdükləri  üçün  cəmi  bir  ildən  sonra  yenidən  ABŞ  höku-
m
ətinə  müraciət  edərək  hazırlanmış  atom  bombasının  məhv 
edilm
əsi və sınaqların dayandırılmasını xahiş edirdilər. Lakin 
artıq  gec  idi.  ABŞ  hərbi-sənaye  kompleksi  bu  layihəyə  50 
milyon dollardan 
artıq vəsait qoymuş, bu işlə milyonlarla işçi 
qüvv
əsi  məşğul  idi,  mühəndislər,  alimlər,  fəhlələr  işsiz  qala 
bil
ərdilər. Bu isə kapitalistlərə heç cür əlverişli ola bilməzdi. 
Dig
ər  tərəfdən  ən  vacib  məsələ, 1945-ci  ilin  əvvəlində 
müt
ərəqqi  fikirli  və  görkəmli  amerika  prezidenti  T.Ruzvelt 
ölür v
ə onun yerinə hərbi-sənaye kompleksinin nümayəndəsi 
olan vitse-prezidenti (H.Trumen) keçir v
ə beləliklə də işlərin 
dayandırılması çətinləşir. 
Başqa bir maraqlı məsələ isə kapitalist-sosialist mövqelə-
rinin 
toqquşması  oldu.  Belə  ki,  Sovet  hakimiyyəti  yaranan 
ilk günl
ərdən imperialist dövlətlər onu məhv etmək fikrində 
olur  v
ə  buna  bir  neçə  dəfə  cəhd  də  edirlər.  İkinci  dünya 

33 
müharib
əsi ərəfəsində faşist Almaniyasının qüvvətlənməsin-
d
ən və bütün Avropanı növbə ilə zəbt etməsindən qorxuya 
düşmüş  ABŞ,  İngiltərə  və  başqa  qərb  dövlətləri  SSRİ  ilə 
mütt
əfiq olmaq məcburiyyətində qalırlar. 
İmperialistlər  müttəfiqlik  etsələr  də  uzun  müddət  qərb 
t
ərəfdən 2-ci cəbhəni açmırdılar. Bu gözləməyə əsas səbəb – 
imperialist-dövl
ətlər gözləyirdilər ki, bu ölüm-dirim mühari-
b
əsində bu iki nəhəng dövlət bir-birini qücdən, əldən salsın, 
sonra  is
ə  onlar  üstünlüyü  ələ  alsınlar.  Nəticə  də  isə  əksinə 
oldu, Sovet dövl
əti möhkəmləndi, müharibədə qalib gəldi və 
sosialsit  dövl
ətləri  çoxalmağa  başladı.  Bunu  gözləməyən 
ABŞ və başqa dövlətlər hərəkətə gəldilər və dünyanı qorxut-
maq  fikrin
ə düşdülər. Beləliklə müharibənin tam bitməsinə, 
yapon ordusunun 
darmadağın edilməsinə baxmayaraq, ABŞ 
1945-ci  il  avqustun  4  v
ə  8-də  Yaponiyanın  iki  şəhəri  – 
Xirosima  v
ə  Naqasaki  üzərnə  atom  bombası  atdı. Nəticədə 
30-40  saniy
ə  içərisində  Xirosima  şəhəri  yerlə-yeksan  oldu 
v
ə 300 min əhali fəlakətlə üzləşdi. 
Bu Dünya 
xalqları və dövlətləri tərəfindən birmənalı qar-
şılanmadı. İnsanlar ABŞ-dan bu sınaqların təkrar olunmama-
sını tələb etdilər. Lakin keçən 60 il ərzində mütərəqqi dövlət 
xadiml
əri  və  insanların  səyi  nəticəsində  üçüncü  dünya 
müharib
əsinin qarşısını almaq mümkün olmuşdur. 
Doğrudur,  ikinci  Dünya  mühairbəsindən  keçən  60-65  il 
ərzində  dünyada  xeyli  irili-xırdalı  münaqişələr  olsa  da,  bir 
neç
ə  dəfə  müharibəyə  yaxınlaşılsa  da  müharibənin  qarşısı 
alına bilinmişdi. Ayrı-ayrı ölkələr arasında tərksilahla əlaqə-
dar 
çoxsaylı  müqavilələr bağlanmış,  strateji silahların azal-
dılması  haqda  müqavilələr  bağlanmış,  atom  sınaqlarının 
atmosferd
ə,  dəniz  üzərində  və  Yer  üzərində  sınaqdan 
keçirilm
əsinin qarşısı alınmışdır. Hazırda hidrogen bombası, 
lazer 
silahları  və  çoxsaylı  silah  növləri  mövcuddur.  Lakin 
b
əşəriyyət yeni müharibənin qarşısını almalıdır.  

34 
IV 
FƏSİL 
DEMOQRAFİK PROBLEMLƏRİN EKOLOJİ 
NƏTİCƏLƏRİ 
 
4.1. Qlobal demoqrafik prosesl
ərin mahiyyəti  
 
M
əlumdur ki, əhali cəmiyyətin başlıca məhsuldar qüvvə-
sidir.  Tarixi 
baxımdan  dünya  əhalisinin  sayı  çox  dinamik 
ol
muşdur.  Bir  qayda  olaraq  planetimizdə,  onun  ayrı-ayrı 
regionlarında  və  ölkələrində  də  demoqrafik  vəziyyət  bu 
dinamiklikd
ən asılı olmuşdur. 
XX 
əsrin ikinci yarısından başlayaraq milli azadlıq hərə-
kat
larının  zərbələri  altında  Afrika, Asiya  və  Latın  Amerika-
sının  əksər  dövlətləri  öz  müstəqilliklərini  əldə  etdilər.  Bax-
mayaraq  ki,  bu  müst
əqillik ilk mərhələdə bu ölkələrdə yeni-
yeni 
işçi  qüvvələrinin  yaranmasında,  əmək  ehtiyatlarının 
artmasına və s. kömək etdi, doğumun sayı yüksəyə qalxsa da, 
ölümün 
sayı xeyli azaldı və deməli təbii artım çoxaldı və s. 
Keç
ən əsrin ikinci yarısında, xüsusilə də 60-70-ci illərdə 
yuxarıda qeyd olunan regionlarda və ölkələrdən bir çoxunda 
müşahidə  olunan  «Demoqrafik  partlayışlar»  bir  tərəfdən 
yeni 
işçi  qüvvələrinin  əmələ  gəlməsini  təmin  edir,  digər 
t
ərəfdən isə insanların qida və işlə təmin olunmasını, savad-
sızlığın və xəstəliyin qarşısını almağı ləngidirdi. 
Bu  üç  regionda  yer  kür
əsinin  əhalisinin  əsas  və  böyük 
əksəriyyətinin artımı qeydə alındığı üçün, demoqrafik prob-
leml
ər də qlobal xarakter daşıyır. Həm də ki, qabaqcıl icti-
maiyy
ət belə hesab edir ki, demoqrafik siyasət əhalinin artı-
mı sürətini aşağı sala bilər. Lakin demoqrafik problemlərin 
h
əllinin əsas yolu inkişaf etməkdə olan ölkələrdə iqtisadi və 
sosial  h
əyat  şəraitinin  dəyişdirilməsidir.  Keçmiş  SSRİ-nin 
demoqrafiya il
ə məşğul olan alimləri qeyd edirdilər ki, əhali 

35 
artımının  ən  yüksək  mərhələsi  (zirvəsi)  keçilmişdir.  Onlar 
bel
ə  bir  nəzəriyyə  irəli  sürmüşlər  ki,  Yer  kürəsinin  əhalisi 
XXII-ci 
əsrdə 10-12 milyard səviyyəsində stabilləşəcək. 
XX 
əsrin  80-ci  illərinin  ortalarında  dünyada  əhalinin 
artımı təqribən belə olmuşdur: 28-11=17. Müxtəlif ölkələrdə 
bu  r
əqəmlər arasında böyük fərqlər olur. Buna baxmayaraq 
insan 
artımının 2 tipini göstərmək olar: 
Birinci tip
ə doğum az, ölüm az olan (12-6=6) ölkələr (bu 
əsasən  inkişaf  etmiş  ölkələrə  aiddir), 2-ci  tipə  isə  doğum 
çox,  ölüm  az  v
ə  təbii  artım  çox  olan  (36-12=24)  ölkələr 
(
əsasən inkişaf etməkdə olan ölkələr) daxildir. Burada 12 və 
36  h
ər  min  nəfərə  doğulanların  sayı,  6  və  12  rəqəmi  isə 
öl
ənlərin sayıdır. 6 və 24 isə təbii artımı göstərir. 
 
4.2. 
Əhali artımının nizamlanmasının ekoloji nəticələri 
 
Yer kür
əsi əhalisinin dinamikasının onun təbii hərəkətləri, 
yeni 
doğum  və  ölüm  göstəricilərinin  müqayisəsi  ilə  təyin 
edilir. Dünya 
əhalisinin yüksək sürətlə artması Böyük Vətən 
müharib
əsindən sonrakı dövr üçün demoqrafik problemlərin 
ən böyük fenomenidir. 1820-ci ilə kimi dünya əhalisinin sayı 
c
əmi  1  milyard  olmuşdur.  Təxminən  1  əsrdən  sonra  yəni, 
107  il  sonra  –  1927-ci  ild
ə  artaraq  2  milyarda  çatmışdır. 
1959-cu  ild
ə yəni 32 il sonra dünya əhalisinin sayı 3 mlrd., 
14 il sonra 1974-cü ild
ə 4 mlrd., 1987-ci ildə – 5 mlrd. Ol-
muş, 1999-cu  ilin  yayında  Bosniya  və  Hersoqovinanın 
paytaxtı  Sarayevo  şəhərində  6  milyardıncı  körpə  dünyaya 
g
əlmişdir.  Həmin  il  Azərbaycanda  8  milyonunçu  uşaq 
doğulmuşdur. 2011-ci ilin sonlarında Dünya əhalisinin sayı 
7  milyarda 
çatmışdır.  Gecə  yarısı  01-02  dəqiqələrdə  Filip-
pind
ə,  Türkiyədə  və  Rusiyada  üç  uşaq  dünyaya  gəlmişdir. 
Bunlar 7 
milyardıncı uşaqlardır. 

36 
Bu  dövr 
əzində  Latın  Amerikasının  (6,1  dəfə)  və  Afri-
kanın əhalisi daha çox artmışdır. Ən az artan Qərbi Avropa 
ölk
ələrinin (1,7 dəfə) əhalisi olmuşdur. İkinci dünya mühari-
b
əsindən  sonra  başlamış  qlobal  demoqrafik  partlayışın  kə-
miyy
ət və keyfiyyət nöqteyi-nəzərindən bütün əvvəlki tarix-
l
ərdən  fərqi  burasındadır  ki,  ikinci  dünya  müharibəsindən 
sonra  insan  ölümünün 
sayı  kəskin  azalmağa  başlamış  və 
h
əm  də  bu  azalma  əksər  dünya  ölkələrində  baş  vermişdir. 
Əhali  artımının  böyük  əksəriyyəti  inkişaf  etməkdə  olan 
ölk
ələrin payına düşür. Belə ki, bu ölkələrdə 1950-ci illərdə 
artım  –  78,8%, 1960-cı  illərdə  –  83,8%, 1970-ci  illərdə 
87,8% v
ə artıq 1980-ci illərdə 91,8% olmuşdur. Hazırda 76-
100 milyon illik 
əhali artımının, yenə də 70,5-75 mln. nəfəri 
bu  ölk
ələrin  payına,  6,3-10  milyon  nəfəri  isə  inkişaf  etmiş 
ölk
ələrə  düşür.  Bu  artım  Latın  Amerikası  ölkələri  üçün  iki 
d
əfə  olmuş,  Qərbi  Avropa  ölkələrində  isə  2/5  dəfə  azal-
mışdır. Qlobal demoqrafik partlayış nəticəsində demək olar 
ki, 
əhali  artımı  bütün  ölkələrində  baş  vermiş  və  1960-cı 
ill
ərin ortalarında dünya üzrə 2%, Mərkəzi Cənubi Amerika-
nın,  Afrikanın  və  Asiyanın  bəzi  ölkələrində  3%-dən  çox 
olmuşdur. Bunun da nəticəsində 1950-ci illərdən 1983-cü ilə 
kimi çoxlu ölk
ələrin və hətta regionların əhalisi iki dəfə art-
mışdır.  Qərbi  Avropa  ölkələrində  isə  əksinə  doğumun  sayı 
sür
ətlə azalmış və deməli, əhalinin təbii artımı da azalmışdır.  
Yaponiyada, 
ABŞ-da, Kanadada, Avstraliyada, Yeni Zel-
landiyada 
əhalinin təbii artımı aşağı düşmüşdür.  
M
əsələn Avropanın iri dövlətlərindən olan Böyük Brita-
n
iyanın  əhalisi  (1-ci  qrup) 56  il  ərzində  cəmi  10  milyon 
artmışdır  (1949-cu  ildə  50,5  milyon  olubsa, 2005-ci  ildə 
60,4  mln.  olub). H
ər 1000 nəfərə doğum – 10,7 uşaq, ölüm 
is
ə 10,8 nəfər olmuşdur. 
Almaniya  is
ə  –  1914-cü  ildən  (67,8  mln.  nəfər) 2005-ci 

37 
il
ə kimi cəmi 15 milyon artmışdır (2005-ci ildə 82,43 mln. 
n
əfər). 90 ilə 15 milyon nəfər. Bu ölkədə doğum – 8,33 uşaq 
(h
ər 1000 nəfərə), ölüm isə 10,44 nəfər olmuşudr. 
Avropanın iri dövləti  olan Fransada da vəziyyət belədir: 
əhalinin sayı bu ölkədə 1964-cü ildə – 48,1 mln. nəfər olsa 
da, 2008-ci ild
ə cəmi 64,47 mln. nəfər olub. Deməli 43 ildə 
c
əmi  16  mln.  nəfər  artım  olmuşdur.  Burada  doğum  –  12,3 
uşaq, ölüm – 9,1 uşaq olub. 
II  qrupa  daxil  olan  Çind
ə isə əhalinin say 1971-ci ildə – 
787  mln.  n
əfər, 2005-ci  ildə  isə  1  mlrd., 306  milyon  nəfər 
olub.  Y
əni  35  ildə  təqribən  500  milyon  nəfər  artmışdır. 
Hindistanda  –  1971-ci  ild
ə  əhalinin  sayı  547  milyon 
olmuşsa, 2005-ci  ildə  1  milyard  800  min  nəfər  olub.  Bu 
ölk
ədə doğum 22,32 uşaq, ölüm 8,28 uşaq olub. 
İndoneziyada  –  1958-ci  ildə  86,9  mln.  əhali  olmuşsa, 
2005-ci  ild
ə – 241 mln. nəfər olub. 45–47 il ərzində – 150 
milyona 
yaxın artım müşahidə olunub. 
Afrikada 
əhalisinin sayına görə ən iri dövlət olan Nigeriya-
da – 1973-cü ild
ə – 59,6 miloyn nəfər əhali yaşayıb. 2005-ci 
ild
ə  isə  –  128,7  mln.  nəfər  olub. 30 ildə  iki  dəfədən  çox 
artmış və 60-70 milyon əhali artıb və s. İnkişaf etməkdə olan 
ölk
ələrdə əhalinin 1950-1970-ci illərdəki sürətli artımı uşaq 
ölümünün  sür
ətlə  azalması  ilə  yanaşı  doğumun  da  çox 
yüks
ək  olması  şəraitində  keçmişdir.  Bütövlükdə  dünyada 
kişilərin  sayı  qadınların  sayından  25,9  mln.  nəfər  çoxdur. 
Lakin 
əgər  əhali  cəhətdən  iki  ən  iri  dövlətlər  olan  Çin  və 
Hindistani 
çıxsaq  bu  münasibət  kəskin  dəyişər  və  onda 
qadınların  sayı  kişilərdən  29,7  mln.  nəfər  çox  olar. 209 
ölk
ədən 101-də qadınlar, 84-də kişilər çoxluq təşkil edir, 24-
d
ə isə bu saylar təxminən bərabərdir. 
Hazırda  hər  il  şəhər  əhalisnin  sayı  50  mln.  nəfər  artır. 
Urbanizasiya  s
əviyyəsinə görə inkişaf etməkdə olan ölkələr 

38 
f
ərqlənir.  Onların  payına  səhər  əhalisinin  illik  artımının 
80%-i 
düşür. 
Dünyanın  inkişaf  etməkdə  olan  ölkələrində  demoqrafik 
part
layışla  yanaşı  «demoqrafik  siyasət»də  mövcuddur.  Çin, 
Hindistan  v
ə  s.  kimi,  əhalisi  çox  böyük  sürətlə  artan 
ölk
ələrdə  müxtəlif  yollarla  əhali  artımının  qarşısının 
alınması  və  ya  məhdudlaşdırılması  bunun  əksinə  isə,  əhali 
artımı  azlığından  narahat  olan  bəzi  Avropa  ölkələrində  isə 
onun 
artması uğrunda siyasət aparılır. 
Dünya 
əhalisinin artımı barədə müxtəlif ölkələrin alim və 
müt
əxəssisləri  daim  müxtəlif  proqnozlar  verirlər.  Məsələn, 
XX 
əsrin  60-70-ci  illərinin  proqnozlarına  əsasən  XX  əsrin 
sonuna  kimi  dünya 
əhalisinin  9  milyard  olacağı,  gözlənsə 
d
ə, 1999-cu ildə bu rəqəm 6 milyarda çatdı. 2011-ci ildə isə 
7 milyarda. Dem
əli əhali artımı obyektiv və subyektiv, həm 
d
ə təbii amillərdən asılıdır. Məsələn: İngilis alimi R.Maltu-
sun  fikriinc
ə insan artımı,  cəmiyyətin ərzaq  ehtiyatlarından 
daha  tez  v
ə  sürətlə  artır  ki,  bu  da  fəlakətə  səbəb  ola  bilər. 
Tarixin 
inkişafı  isə  bu  faktın  doğru  olmadığını  sübut 
etmişdir.  Maltus  qeyd  edirdi  ki,  ətraf  mühitin  vəziyyətinin 
pisl
əşməsi  hər  şeydən  əvvəl  texniki  və  ekoloji  siyasətlərin 
hesabatlarından,  texniki  inkişafın  aşağı  səviyyəsindən, 
antropogen  t
əsirlərin  nəticələrinin  zəif  öyrəniləsi,  eyni 
zamanda  t
əbii  mühitdə  istifadə  olunan  zərərli  maddələrin 
yayılması və s. səbəblərdən asılıdır. 
D.Medouz  v
ə tərəfdarları təklif etdikləri modeldə cəmiy-
y
ətin  inkişafı  beş  qlobal  amilə  ayrılmışdır:  sənayeləşmə; 
ətraf  mühitin  çirklənməsi;  əhali  artımı;  qida  məhsullarının 
istehsalı; bərpa edilməyən təbii sərvətlərin istifadəsi. C.For-
rester  v
ə  D.Medouz  öz  modellərində  planetin  əhali  sayının 
artımını və sənaye istehsalını müvəqqəti dayandırmağı, yəni 
konservl
əşdirməni  təklif  edirlər.  D.Medouzun  fikrincə  bir 

39 
müdd
ətdən sonra əhalinin artımı elə həddə çatacaq ki, milli 
s
ərvətlər  fəlakət  vəziyyətində  mənimsəniləcək:  ətraf  mühit 
çirkl
ənəcək, təbii sərvətlər tükənəcək, nəticədə əhalinin sayı 
azalmağa  başlayacaq.  Bu  vəziyyətdən  yeganə  çıxış  yolu 
«qlobal 
tarazlıq»  və  ona  keçiddir.  Bu  yolla  təbii  ehtiyat-
lardan istifad
ə 8 dəfə, ətraf mühitə atılan zəhərli maddələrin 
tullantıları isə 4 dəfə azalar. Sonradan alimlər birinci mode-
lin real 
olmadığını anladılar. 
H
ələ XX əsrin 60-70-ci illərində hesab edilirdi ki, bütün 
b
əşəriyyət  üçün  ekoloji  problemlər  ümumi  ola  bilməz. 
Qlobal  ekoloji  probleml
ərin  yaranması  təbii  resurslardan 
istifad
ə  tempinin  güclənməsi  və  texniki  proqreslə, «demo-
qrafik 
partlayışla»  və  s.  ilə  əlaqədardır.  Belə  ki,  axırıncı 
yüzillikd
ə bizim planetin əhalisinin sayı 7 milyard nəfərədək 
artmışdır. 210-dan çox dövlət yaranmış, ərzaq istehsalı 120 
d
əfə artmış,  meşə əraziləri isə  2 dəfə azalmışdır. Bütün bu 
probleml
əri  ayrı-ayrılıqda  həll  etmək  mümkün  deyil, 
aliml
ərin tələsik qərarı bütün planetin gələcəyini təhlükə al-
tına  ala  bilər.  Bütün  bu  problemlər  planetin  ekoloji  duru-
munu pisl
əşdirir. Bunun üçündə Dünyanın bütün ölkələrində 
əhali artımının nizamlanmasına diqqəti artırmalıdırlar. Əhali 
artması  və  ayrı-ayrı  ölkələrdə  aşağı  düşməsinin  ekoloji 
n
əticələri  hər  iki  halda  öz  vacibliyini  saxlamaqdadır.  Əgər 
iqtisadi  c
əhətdən  zəif  ölkələrdə  əhali  artımının  belə  sürətlə 
artması və onun çətin nizamlanması ekoloji tarazlığın pozul-
masına  səbəb  olursa,  əhali  artımının  azalması  və  yaxud  da 
durqunluğu  da  tamamilə  başqa  ekoloji  problemlərin  yaran-
ma
sına  səbəb  olur.  Ona  görə  də  əhali  artımı  dinamikasının 
nizamlanması  XXI  əsrin  ən  vacib  ekoloji  problemlərindən-
dir.  Çünki 
Dünyanın torpaq ehtiyatları günü-gündən sürətlə 
azalır.  Bu  isə  ərzaq  məhsullarının  azalmasına  və  bu  günki 
ağır ekoloji durumun daha da ağırlaşmasına səbəb ola bilər.  

40 
Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin