5.1. Az
ərbaycanda taxılçılığın ekoloji şəraitinin
qiym
ətləndirilməsi
Az
ərbaycan Respublikası qədim əkinçilik ölkəsidir. Min
ill
ər bundan əvvəl Azərbaycanın ucsuz-bucaqsız çöllərində
taxılçılıq geniş yer tutmuşdur. Bu hal Azərbaycanda Sovet
hakimiyy
əti qurulana qədər davam etmişdir. Sovet hakimiy-
51
y
əti dövründə mərkəzləşdirilmiş dövlət yaradılmışdır. Azər-
baycanın bərəkətli torpaqları taxıldan əlavə başqa bitgilər, o
cüml
ədən qiymətli lifə malik pambıq bitkisi yetişdirməyə
qabil
olduğu üçün mərkəzi hökumət pambığa üstünlük
verirdi.
Pambığın zəhmətkeşlərdən alış qiyməti 1 ton üçün
65 rubl (sovet rublu) t
əşkil edirdi. Mərkəzi dövlət isə bundan
qat-qat çox g
əlir götürürdü. Azərbaycan, Özbəkistan, Türk-
m
ənistan və b. bir növ Mərkəzi hökumətin xammal baza-
larına çevrilmişdilər. Hətta pambığın yığımı Respublikamız-
da 1981-ci ild
ə 1 mln. tona çatdırılmışdır. Pambıq ilə taxıl
əkinləri təqribən bərabər bölünsə də, əslində taxıla ayrılmış
bir çox
ərazilərdə pambıq əkilirdi. Respublika bir növ
monokultura tipli k
ənd-təsərrüfatına çevrilirdi. Belə bir
v
əziyyət sözsüz ki, torpaqların məhsuldarlığına mənfi təsir
edirdi. Torpaq
ların fasiləsiz pambıq altında istifadəsi, güb-
r
ələrdən düzgün istifadə edilməməsi, suvarmanın düzgün
aparılmaması, həm də primitiv olması, qurulmuş kollektor-
drenaj
şəbəkəsinin tam gücü ilə fəaliyyət göstərə bilməməsi
torpaqların şorlaşmasına, şorakətləşməsinə, bataqlaşması və
deqradasiyasına səbəb olmuşdur.
Bütün bu v
ə digər səbəblərdən Azərbaycanda taxılın
m
əhsuldarlığı 1950-1970-ci illərdə 7-9-s/ha, ümumi istehsalı
600-700 min ton
olmuşdur. Bu göstərici təxminən 26 il ər-
zind
ə dəyişilməmişdir. 1970-1985-ci illərdə taxılın məhsul-
dar
lığı bir qədər artaraq 26 sentnerə çatmış və ümumi is-
tehsal 1 mln. 400 min tona
yaxın olmuşdur.
Bel
əliklə 15 il ərzində ümumi istehsal iki dəfədən çox,
m
əhsuldarlıq isə 3 dəfə artırmışdır.
Torpaq
ehtiyatları məhdud olduğundan dünyada taxıl is-
tehsa
lının artırılmasının əsas yolu gələcəkdə də məhsuldar-
lığın yüksəldilməsidir.
Az
ərbaycan Respublikasında suvarılan ərazilər 1 milyon
52
400 min hektara
yaxındır. Qeyd etmək lazımdır ki, Azərbay-
canda
alınan kənd təsərrüfatı məhsullarının 80-85%-i
suvarılan torpaqlardan alınır. 1 mln.400 min ha suvarılan
tor
pağın təqribən sovet dövründə az bir hissəsi taxılçılığa
xidm
ət edirdi. 2009-cu ildə 800 min hektardan çox torpaq
taxıl altında olmuşdur. Məlumatlara əsasən 2009-cu ildə 2
milyon 200 min ton
taxıl yığılmışdır. Bu əvvəlki illərə
nisb
ətən xeyli artıqdır. Kənd Təsərrüfat Nazirliyinin rəsmi
m
əlumatlarına əsasən 2012-ci ildə Respublikada 2 mln.800
min ton
taxıl məhsulu yığılmışdır. Son illər Azərbaycanda
Dövl
ət taxıl fondu yaradılmışdır. Bu zəhmətkeşlərə öz
istifad
əsindən artıq qalan taxılı müvafiq qiymətlə Dövlət
taxıl fonduna satmağa imkan verir.
BMT-nin ekspertl
ərinin hesablamalarına əsasən dünyada
h
ər bir adam bir il ərzində 110-150 kq. arasında taxıl məh-
sulu yey
ə bilər. Lakin hazırda bütün ölkələrdə olduğu kimi
Az
ərbaycanda da taxıldan mal-qaraya, quşlara yem və furaj
kimi d
ə istifadə edilir. Azərbaycanda əhalini öz taxılımız
hesabına ərzaq məhsulları ilə yaxın illərdə təmin etmək
mümkün
olacaqdır.
Buğda ilə yanaşı Azərbaycanda qarğıdalı, arpa, darı,
paxlalı bitgilər də əkilir.
H
ələ qədim zamanlardan Azərbaycanın əksər rayonların-
da
taxılçılıq, xüsusilə də buğda bitkisi geniş sahələrdə əkil-
mişdir. İqlim və relfey xüsusiyyətlərindən asılı olaraq res-
publikada
buğda suvarılan ərazilərdə və dəmiyə şəraitdə
dağlıq rayonlarda (xüsusilə alçaq və orta dağlıq ərazilərdə)
bec
ərilir.
Bu
baxımdan rütubətli subtropik zonanı əhatə edən Lən-
k
əran zonasının torpaq örtüyü böyük əhəmiyyət kəsb edir.
L
ənkəran zonasının şimalında Cəlilabad rayonunun ərazisi
yerl
əşir. Buranın qışı mülayim, yağıntılı, yayı isə isti və quru
53
keçir. Bu rayonda v
ə respublikamız bir çox aran və dağlıq
rayonlarında taxılçılıq inkişaf edib. Buna baxmayaraq res-
pub
likanın bu gün də xarici ölkələrdən taxıl ixrac edir. Buna
s
əbəb keçid dövründə torpaq islahatı, mülkiyyət formala-
rının təzə formalaşması, taxılın keyfiyyətsiz becərilməsi, tor-
paqların duzlaşmış olması respublikada taxılçılığın ekoloji
şəraitini qiymətləndirməkdə çətinliklər yaratmışdır.
5.2. Dünya aliml
ərinin modelləri
Bir çox ill
ərdir ki, dünya ölkələrində əhalinin sosial hə-
yatını yaxşılaşdırmaq istiqamətində müxtəlif modellər
hazırlanır. Qlobal modellərin müxtəlifliyi yaşayışın üç əsas
konsepsiyasını verir.
Birinci qrup (Medoyz D. v
ə b.) alimlərin ideyaları «Sıfır-
dan
inkişaf» və ya «Stabil vəziyyət» üzərində qurulur. Onlar
insan
artımının nizamlanmasını və sənayenin məhdudlaş-
dırılması istiqamətində öz ideyalarını qururlar ki, bu da tü-
k
ənməkdə olan təbii resursların saxlanılmasına və ətraf mü-
hitin sür
ətlənməkdə olan çirəklənmədən mühafizəsi üçün-
dür. Bu konsepsiya
inkişaf etməkdə olan ölkə nümayən-
d
ələrinin tələblərinə cavab vermədiyi üçün qəbul olunmadı.
İkinci qrup konsepsiyanın tərəfdarları elan edirlər ki, əv-
v
əlcə inkişaf etməkdə olan ölkələr varlı dövlətlərin sırasına
çatmalı, sonra isə ətraf mühitin mühafizəsi ilə məşğul olmaq
olar. Sözsüz ki, bu halda
inkişafın ekoloji aspekti ilə
razılaşmaq olar.
Üçüncü qrup
konsepsiyanı (müddəalar) təbliğ edən alim-
l
ər elmi-texniki tərəqqinin vacib olmasını və ətraf mühitin
mühafiz
ə olunmasını ön plana çəkirlər. Bu müddəanın ən
z
əif yeri sosial-siyasi sualların və təbiətdən istifadənin yetə-
rinc
ə olmamasıdır. «Klassik kompromiss» həqiqətdə inkişaf
54
etm
əkdə olan ölkələrin üzərinə düşür.
Son n
əticədə müasir qlobal problemlərin əsas ağırlıq
m
ərkəzi inkişaf etməkdə olan ölkələrin üzərində düşür. Bu
ölk
ələrin hər bir vətəndaşı orta hesabla hər şeyi (enerjini,
metalı, ərzağı) inkişaf etmiş ölkələrdən az istifadə edir.
Bununla
əlaqədar kasıb ölkələrdə ekoloji problemlər də bir
neç
ə dəfə inkişaf etmiş ölkələrdən kəskin olur.
Bu ölk
ələrdə inkişaf konsepsiyası daha çox əhalinin ən
aşağı tələblərinin yerinə yetirilməsi ilə əlaqələndirirlər. Bu
sosial xarakterli m
əsələlərlə əhalini işlə, ərzaqla, su ilə, ibti-
dai t
əhsillə, tibbi yardımla, mənzillə və tələb olunan ele-
mentl
ərlə təmin etməyi nəzərdə tutur.
Bel
əliklə, bəşəriyyətin ərzaq problemlərinin ekoloji ni-
zamlan
ması ayrı-ayrı ölkələrin inkişaf xüsusiyyətlərindən və
bu sah
ədə fəaliyyət göstərən beynəlxalq təhkilatların birgə
əməkdaşlığından çox asılı olacaq.
55
VI
FƏSİL
DÜNYANIN
ENERJİ VƏ XAMMAL
PROBLEMLƏRİNİN HƏLLİNİN EKOLOJİ
MAHİYYƏTİ
Hazırki dövrdə elmi-texniki inqilabın davamlı inkişafı
enerji
resurslarına olan ehtiyacın sürətlə artması ilə müşa-
hid
ə olunur. Xalq təsərrüfatının inkişafı energetikasız müm-
kün deyil.
C
əmiyyətin inkişafı və tərəqqisi təbiətin istifadə olunan
müxt
əlif sərvətlərindən və xüsusilə də yerin təkindən çıxarı-
lan s
ərvətlərdən asılıdır. Hətta maddi nemətlərin bəzi adları
(
daş, tunc, brünc, dəmir əsri və s.) insan həyatında mineral
ehtiyatların təcəssümüdür.
Mineral s
ərvətlər bərpa olunmayan sərvətlərə aid edil-
m
əklə istifadə olunduqca onun ehtiyatları azalır. Mineral
ehtiyatların bərpa olunması bəzi mənada nisbi xarakter
daşıyır, çünki onların bərpası daimi davam edir. Lakin bu o
q
ədər zəif gedir ki, onların çıxarılma tempi və insan ömrü ilə
müqais
ədə bərpa olunmayan sayılır.
Hazırda Yer kürəsində sərvətlərin sürətlə istismarı artır.
Bel
ə ki, son 40-50 il ərzində təkcə neftin istifadəsi 4-5 dəfə,
qaz 5-6 d
əfə, boksitlər 9-10 dəfə, kömür istehsalı 2-3 dəfə
artmışdır.
Yer kür
əsində enerjiyə təlabat da durmadan artır. Dün-
yanın enerji balansında əsas mövqeini neft tutur. Son onillik-
l
ərdə neft və qaz istehsalında böyük sıçrayış nəzərə çarpır.
Dünyanın bir çox regionlarında neftin və qazın yeni-yeni
yataqları tapılır və istismarı təşkil edilir. Lakin bu yataqlarda
ehtiyatların tükənməsi təqdirdə böyük çətinliklər ola bilər.
Ona gör
ə də, elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsinə
56
baxmayaraq, dünya istehsa
lının müasir texnologiyası, digər
t
ərəfdən dünya ölkələrinin sosial-iqtisadi strukturu ətraf mü-
hitin qorunub
saxlanılması və ekoloji durumun yaxşılaşdırıl-
masına təminat verilir.
Bununla
yanaşı bəşəriyyət qarşısında əhalinin sürətlə art-
ması və istehsalın sürətli inkişafı prosesində ətraf mühitin
mühafiz
əsi kimi vacib həyatı məsələ durur. Belə qlobal
m
əsələləri müsbət həll etmək yalnız bütün dövlətlərin birgə
əməkdaşlığı sayəsində mümkündür.
Energetika –
İnsan tərəfindən təbiətin dəyişdirilməsi pro-
sesind
ə vacib amildir. İnsanlar tərəfindən yaradılmış enerji
potensialı kosmik fəzanın öyrənilməsinin texnologiyasını
h
əyata keçirməyə imkan verir. Buna baxmayaraq energetika
m
əlum üstünlüklərlə yanaşı, ətraf mühitə mənfi təsir də gös-
t
ərir. Başqa sözlə desək energetika – enerji ehtiyatları, müx-
t
əlif enerji növlərinin hasilatını, dəyişməsini, ötürülməsini
v
ə istifadəsini əhatə edən xalq təsərrüfatı sahəsidir. Biosferin
çirkl
ənməsi növlərinin 80%-ə qədərini enerji prosesləri, o
cüml
ədən yanacağın hazırlanması və istifadəsi təşkil edir.
Son 40-50 ild
ə dünyada hər bir insanın istifadə etdiyi
enerjinin
miqdarı iki dəfədən çox, neft isə üç dəfə yarım art-
mışdır. Bunun nəticəsi isə dünyada duru yanacaq ehtiyatının
hiss olunacaq d
ərəcədə tükənməsidir.
Enerji
istehsalının iki tipi var: 1. Bioloji enerji istehsalı
(antoprogen). 2-ci tipin bir neç
ə forması mövcuddur: istilik
energe
tikası, hidroenergetika, atom energetikası, ənənəvi ol-
mayan enerji növl
əri (günəş, termal, dalğa və qabarma,
tullantı üzvi maddələrin enerjisi və s.). Bunların hamısının
ilk m
ənbəyi günəş enerjisidir.
Enerji
ehtiyatlarının müxtəlif növlərinin təsnifatı onların
geniş öyrənilməsi üçün vacib şərtdir.
57
6.1.1. Enerji
ehtiyatlarından istifadənin balanslı inki-
şafda yeri. İstilik enerji xammalları Qlobal enerji strategi-
yası və problemlər, əhalinin sayının artması, cəmiyyətin
ayrı-ayrı təbəqələri arasında əmlak fərqlərinin yüksəlməsi,
ərzaq və su çatışmazlığı, sağlamlığın və səhiyyənin vəziyyə-
ti,
şəhərlərdə əlverişsiz hava, iqlim dəyişməsi, nüvə silahının
yayılması və s. kimi ümumdünya məsələləri ilə qarşılıqlı
əlaqədədir.
İstilik enerjisini texniki tərəqqinin əsasını, xalq təsərrüfa-
tının inkişaf tempini təşkil etməsini söyləyirlər.
Yer üz
ərində enerjidən istifadə durmadan artır və müx-
t
əlif hesablamalara əsasən 2000-ci ildə 16-24 trilyon kVt/s
olmuşdur. Yeni enerji mənbələrinin perspektiv istifadəsinin
v
ə enerjinin gələcək inkişafının təbii mühitə təsiri müxtəlif
enerji ehtiyat
larının qiymətləndirilməsi ilə təyin olunur.
Ən sadə qiymətlərə əsasən əsas yanacaq – enerjisinin əsa-
sını təşkil edən potensial ehtiyatının cəmi-kömür və başqa
b
ərk yanacaq növləri, maye karbohidrogen və təbii qaz və s.
ehtiyat
larıdır.
Bir-birind
ən fərqlənən mineral yanacaqların müxtəlif qiy-
m
ətlərinin cəm potensialı götürüldükdə əsas rol yenə də
kömür
ə verilir. Öz ehtiyatlarına görə kömür neftdən 20-30
d
əfə, təbii qazdan 30-50 dəfə üstündür. Mineral enerjilər
iç
ərisində kömürün payı potensial cəmdən 72% təşkil edir.
İnsanlar öz yaşadıqları dövrdə 80-85 milyard ton enerji
istifad
ə etmişdir. Bu rəqəmin yarısı son 25-30- ildə istifadə
olunub.
M
əlumatlara əsasən 2000-ci ilə kimi 76,2 milyard ton
neft, 99,7 milyard ton t
əbii qaz və 70,4 milyard ton uran
xammalı istifadə olunub.
Keçmiş SSR istilik enerjisi alınmasının əsasını qoyan
58
ölk
ələrdən olmuşdur. İstilik energetikasının əsasını İstilik
Elektrik Stan
siyaları (İES) təşkil edir. Bu stansiyalarda
enerjinin 70%-
ə yaxını istehsal olunur. Ona görə də bu sahə
ətraf mühitə və ekoloji vəziyyətə mənfi təsir mənasında bi-
rinci yerd
ədir. 500-dən çox qüvvətli istilik elektrik stansi-
yaları və elektrik mərkəzləri gecə-gündüz işləyərək, milyon
ton üzvi madd
ə yandırırlar. Onların payına təqribən sənaye
mü
əssisələrindən atmosferə atılan zəhərli tullantıların ¼-i
düşür. Atılan zəhərli tullantıların yarıya qədərini kükürd-
dioksidinin
payına, üçdə biri – azot oksidinin, 1/4- isə uçan
külün
payına düşür.
Yanacaq kimi ad
ətən kömür və şist istifadə olunur. Həm-
çinin,
neftayırma zamanı neftdən – benzin, ağ neft və başqa
yüngül fraksiyalar
ayrıldıqdan sonra qalıq məhsul kimi – qaz
v
ə mazutdan istifadə olunur.
B
ərk yanacaq yandırılan zaman atmosferdə yanmağa
macal tap
mamış uçan kül hissəcikləri, kükürd anhidridi, bəzi
ftor birl
əşmələri, həmçinin, tam yanmamış yanacağın bəzi
qazvari m
əhsulları daxil olurlar.
B
əşəriyyət tərəfindən yaradılmış enerji potensialı həm
s
ənayeni, həm də kosmosu fəth etməyi təmin edir. Lakin
energetika
insanları məlum olan bütün ümumi xeyirlərlə ya-
naşı, həm də ətraf mühitə mənfi təzahürlər də mövcuddur.
Biosferin bütün çirkl
ənməsinin 80%-ə yaxını enerji proses-
l
əri vasitəsilə, o cümlədən hasilat, istehsalat və yanacaq kimi
istifad
əsilə baş verir.
İstilik elektrik stansiyalarının tullantı sularında vanadium,
nikel, ftor, fenol v
ə neft məhsulları olur. Onlar su hövzə-
l
ərinə axıdıldıqda suyun keyfiyyətinə və su orqanizmlərinə
z
ərərli təsir göstərə bilər. Suyun istiliyi də su hövzəsinə
m
ənfi təsir göstərməklə, orada çoxlu dəyişikliklər əmələ
59
g
ətirir. İES-lər enerjini qızmış buxarın köməyi ilə hərəkətə
g
ətirilən trubinin köməyilə alırlar. Trubin işləyərkən işlən-
miş buxar su vasitəsilə soyudulur. Ona görə də İES-lərdən
fasil
əsiz, 8-12
0
C q
ədər qızmış su hövzəyə daxil olur.
6.1.2.
Hidroenergetikanın ekoloji səmərəliliyi. Su elekt-
rik
stansiyalarından alınan enerji ətraf mühitə ziyan vurmur.
Hidravlik elektrik stansiyalar
çayın enerjisini istifadə edir.
Üzvi yanacaqla
işləyən elektrik stansiyalarına nisbətən su
elektrik
stansiyaları ekoloji nöqteyi-nəzərdən daha təmiz he-
sab olunur. Lakin su elektrik
stansiyaları o vaxt ekoloji cə-
h
ətdən təmiz olur ki, layihədə onun tikilməsində lazımi tə-
bi
əti mühafizə tədbirləri nəzərə alınmış olsun, yəni balıqla-
rın qorunması, su altında torpağın qalması, su sızmasının və
başqa mənfi halların qarşısı alınmış olsun. Suyun yüksəkdən
tökülm
əsini təmin etmək üçün ən çətin və ən bahalı olan
b
ənd tikilməlidir. Su yuxarı səviyyədən ya truba borular və
ya da b
əndin özülündə yaradılan kanal vasitəsilə aşağı
axaraq böyük sür
ət yaradır və hidrotrubinlərin pərlərini hə-
r
əkətə gətirir. Suyun yüksək şırnağı ilə trubin fırlanaraq ge-
netik enerji
yaradır, sonra isə hidroenerji alınır. Hidroenerji
b
ərpa olunan enerji növünə daxildir. Yanacaq enerjisinə
nisb
ətən o demək olar ki, tükənməzdir. Bir çox su elektrik
stansiyalarının yaradılması torpaq ehtiyatlarının su altında
qalmasına səbəb olur. Bu vaxta qədər dünyada 350 min km
2
-
dan çox
ərazi su altında qalıb. Buraya kənd təsərrüfatına
yararlı olan torpaq sahəsi də aiddir. Bəndlər balıqların
yolunu k
əsir (kürütökmə), bir çox yerlərdə onlara tərkibində
çoxlu biogen element olan çirkab sular
atılır. Su elektrik
stansiyalarının yaradılması hətta bəzi seysmik rayonlarda da
z
əlzələ yarada bilər. Lakin su elektrik stansiyasının işi ilə
əlaqədar göstərilən neqativ, onun istehsal etdiyi ətraf mühit
60
üçün «t
əmiz» hidroenerji istehsalı ilə əvəzlənir. Torpaq itgi-
sini yeni rayonlardan istifad
ə etməklə, balıq itgisini isə balıq
zavodları tikməklə əvəz etmək olar. Bir çox SES-də balıq
yetişdirilən pitomniklər tikilir.
Keçmiş SSRİ-də Volqa, Dnepr, Bratsk, Anqara, Krasno-
yarsk vilay
ətində Sayan-Şuşenskidə nəhəng su elektrik
stansiyaları tikilmişdir. Azərbaycanda Mingəçevir, Varvara,
Yenik
ənd, Şəmkir, Sərsəng, Araz və s. su elektrik stansiya-
ları tikilmişdir. Bundan başqa kiçik çayların enerjisindən də
istifad
ə edilir.
Elmi-texniki inqilab
insanın əlinə daha mükəmməl və
qüvv
ətli əmək silahı verir. Lakin eyni zamanda ondan is-
tifad
ə zamanı istifadə mədəniyyətini və texniki düşüncənin
yeni m
ərhələsini tələb edir.
6.1.3. Atom enerjisind
ən istifadənin ekoloji məzmunu.
XX
əsrdə atom enerjisi insan həyatına geniş daxil olmuşdur.
Atom elektrik
stansiyaları (AES) energetikanın zirvəsini
t
əşkil edir. Bu bəşəriyyətin növbəti inkişaf mərhələsi üçün
bünövr
ədir. Hazırda Yer kürəsində insanları dəhşətə gətirən
qlobal probleml
ərdən biri də atom enerjisindən insan qırğını
tör
ətmək cəhdləri olmuşdur.
Dünyada ilk atom elektrik
stansiyası 1954-cü ildə keçmiş
SSRİ-də Kaluqa vilayətinin Obninsk şəhərində tikilmişdir.
Bu gün
ə kimi dünyada 350 enerji bloku işləmiş və onların
gücü 250 mln. kilovatt olub. AES-l
ərin bir çox ölkələrin,
enerji sistemind
ə rolu böyükdür. Fransada istehsal olunan
enerjinin 65%-ni, Belçikada – 50%,
İsveçdə – 39%, İsveç-
r
ədə 35%, Bolqarıstanda isə 30%-ni atom enerjisi təşkil edir.
Lakin atom elektrik
stansiyalarından ətraf mühitiə yayılan
istiliyin
azaldılması mühüm şərtdir. Son onilliklər Çernobl-
da,
ABŞ-da, İngiltərədə, Almaniya Federativ Respublikasın-
61
dakı atom elektrik stansiyalarındakı qəza və bədbəxt hadi-
s
ələr, fikirləri ciddiləşdirdi və hazırda atom stansiyalarına
ciddi
yanaşma tələb olunur.
Keçmiş SSRİ-də 10 iri AES olub ki, onlarda 40 enerji
bloku qurulub (ümumi gücü 22 mln. kilovatt).
Atom enerjisi atomsferi çirkl
əndirmir. Digər tərəfdən
onlar eyni güc
ə malik başqa stansiyalara nisbətən daha çox
ərazi tələb etmir. Lakin atom stansiyalarının ekologiyasına
radioaktiv
tullantıların saxlanılması və qəzaların qarşısının
alınması ilə əlaqədar tədbirlərin görülməsi vacibdir. AES-də
radioaktiv elementl
ərlə çirklənmiş çirkab suların atılması
üçün d
ə tədbirlər görülməlidir.
Atom elektrik
stansiyalarında 1 stansiya üçün 1 mln. kVt/s
enerji istehsal etm
ək üçün bir gündə 16 kq. nüvə yanacağı
lazımdır. Mazutdan istifadə olunsa isə böyük bir qatar yükü
olmalıdır.
Az
ərbaycan üçün ən təhlükəli, Zaqafqaziyada yeganə
olan, Yerevan (Mutsomor) AES-idir.
Ukraynanın Kiyev rayonuna yaxın Çernobl şəhərindəki,
Atom Elektrik
Stansiyasının 4-cü blokunda 26 aprel 1986-cı
ild
ə səhərin erkən saatlarında baş verən qəza sonrasında
atmosfer
ə böyük miqdarda uran məhsulları dağılmışdır.
Bunu 30 apreld
ə bütün dünya öyrənmişdir.
1986-
cı ildə Kiyevin 140 kilometrliyində Çernobl
şəhərində qurulan AES-də meydana gələn qəzaya hər biri
1000 meqavatt gücünd
ə 4-cü reaktordakı quruluş xətaları ilə
reaktorlardan birind
ə təcrübə etmək üçün təhlükəsizlik
sisteminin
buraxılması nəticəsində meydana gələn bəzi xə-
talar
seriyası sonunda baş verən qəzadır. Təcrübənin edilə-
c
əyi 25 aprel 1986-cı ildə əvvəlcə reaktorun gücü yarıya
q
ədər azaldıldı. Ardından da təhlükəsizlik sistemi buraxıldı.
62
26 aprel gec
ə saat 01:00-da texniklər təcrübənin son hazır-
lıqlarını tamamlamaq üçün buxar sisteminə su buraxırlar.
Saat 01:23 d
əqiqədə təcrübəni başlamaq üçün hazır olduğu
mü
əyyən edildi. Təcrübənin məqsədi, reaktorun qəflətən
dayan
ması vəziyyətində, buxar turbinlərinin nə qədər çalı-
şacağını və beləcə nə qədər təcili təhlükəsizlik sisteminə güc
ver
ə biləcəyini öyrənməkdi. Bunun üçün trubinlərə gedən
buxar
çıxışı dayandırılır. Bunun nəticəsində reaktorun soyut-
ma sisteml
əri dayandırılır. Yanacaq kanallarında qəfil güclü
isinm
ə başlayır. Təhlükəni başa düşən texniklər vəziyəti ələ
almağa çalışdılar. Amma 01:24 dəqiqədə yeni təcrübə
başlandıqdan 1 dəqiqə sonra 2 partlayış oldu. 3 saniyə içində
reaktorun gücü 7%-d
ən 50%-ə qalxdı. Yanacaq parçalarının
soyutma
suları ilə qarşılaşmasıyla suyun bir anda buxara
dönm
əsinə yol açdı. Reaktordakı sirkoniumun yüksək
istilikd
ə buxarla qarşılaşmasından yaranan hidrogen yanaraq
bütün
ətrafı alovlara bürüdü.
AES-in
partlamış 4-cü enerji blokunun təhlükəsiz hala
salınması üçün keçirilən «Sarkofaq» əməliyyatında – 129
Az
ərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı
müxt
əlif səviyyəli radioaktiv şüalanma almışlar.
Hadis
ə zamanı 7000-ə yaxın insan həlak olmuş, 25000
insan güclü radiasiya n
əticəsində ömürlük şikəst olmuş, on
minl
ərlə insan isə sonsuz qalmışdır. Bu faciədən sonra Çer-
noblda
doğulan uşaqların 90%-də əlillik yaranır. Hadisədən
neç
ə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada
özünü biruz
ə verir. Bu qəza nəticəsində həm də Belarusiya-
nın 70% ərazisi radiaktiv təhlükə altında qaldı, həm də
çoxmilyonlu insan köçürm
ələrinə səbəb oldu. Qəzanın toz
dumanları hər iki istiqamətdə Piriney yarımadası və İndo-
neziya
adaları üzərində hiss olunmuşdur.
Hazırda nüvə sınaqlarının atmosferdə, Yer üzərində, su
63
altında və s. dayandırılması mümkün olmuşdur. 1998-ci ildə
Hindistan v
ə Pakistan dövlətləri eyni vaxtda dalbadal hərəsi 5
partlayış olmaqla yeraltı nüvə sınaqları keçirilmişdir. Ertəsi
gün Pakistanla –
Əfqanistan sərhəddində çoxlu insan tələfatı
il
ə nəticələnən güclü zəlzələ baş vermişdir. Bu səbəbdən də
indi
Şimali Koreyada və İranda atom reaktorlarının tikilməsi
v
ə onların sınaqdan keçirilməsi bəşəriyyəti təşvişə salıb.
Dostları ilə paylaş: |