Telman xəLİlov, maya zeynalova


 Az ərbaycanda taxılçılığın ekoloji şəraitinin



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix08.05.2020
ölçüsü4,42 Mb.
#31099
1   2   3   4   5   6   7   8   9   ...   14
Azf-278359


5.1. Az
ərbaycanda taxılçılığın ekoloji şəraitinin 
qiym
ətləndirilməsi 
 
Az
ərbaycan  Respublikası  qədim  əkinçilik  ölkəsidir.  Min 
ill
ər  bundan  əvvəl  Azərbaycanın  ucsuz-bucaqsız  çöllərində 
taxılçılıq  geniş  yer  tutmuşdur.  Bu  hal  Azərbaycanda  Sovet 
hakimiyy
əti qurulana qədər davam etmişdir. Sovet hakimiy-

51 
y
əti dövründə mərkəzləşdirilmiş dövlət yaradılmışdır. Azər-
baycanın bərəkətli torpaqları taxıldan əlavə başqa bitgilər, o 
cüml
ədən  qiymətli  lifə  malik  pambıq  bitkisi  yetişdirməyə 
qabil 
olduğu  üçün  mərkəzi  hökumət  pambığa  üstünlük 
verirdi. 
Pambığın  zəhmətkeşlərdən  alış  qiyməti  1  ton  üçün 
65 rubl (sovet rublu) t
əşkil edirdi. Mərkəzi dövlət isə bundan 
qat-qat  çox  g
əlir götürürdü. Azərbaycan, Özbəkistan, Türk-
m
ənistan  və  b.  bir  növ  Mərkəzi  hökumətin  xammal  baza-
larına çevrilmişdilər. Hətta pambığın yığımı Respublikamız-
da  1981-ci  ild
ə  1  mln.  tona çatdırılmışdır. Pambıq ilə taxıl 
əkinləri təqribən bərabər bölünsə də, əslində taxıla ayrılmış 
bir  çox 
ərazilərdə  pambıq  əkilirdi.  Respublika  bir  növ 
monokultura  tipli  k
ənd-təsərrüfatına  çevrilirdi.  Belə  bir 
v
əziyyət  sözsüz  ki,  torpaqların  məhsuldarlığına  mənfi  təsir 
edirdi.  Torpaq
ların  fasiləsiz  pambıq  altında  istifadəsi,  güb-
r
ələrdən  düzgün  istifadə  edilməməsi,  suvarmanın  düzgün 
aparılmaması, həm də  primitiv olması, qurulmuş kollektor-
drenaj 
şəbəkəsinin tam gücü ilə fəaliyyət göstərə bilməməsi 
torpaqların şorlaşmasına, şorakətləşməsinə, bataqlaşması və 
deqradasiyasına səbəb olmuşdur. 
Bütün  bu  v
ə  digər  səbəblərdən  Azərbaycanda  taxılın 
m
əhsuldarlığı 1950-1970-ci illərdə 7-9-s/ha, ümumi istehsalı 
600-700  min  ton 
olmuşdur. Bu göstərici təxminən 26 il ər-
zind
ə dəyişilməmişdir. 1970-1985-ci illərdə taxılın məhsul-
dar
lığı  bir  qədər  artaraq  26  sentnerə  çatmış  və  ümumi  is-
tehsal 1 mln. 400 min tona 
yaxın olmuşdur. 
Bel
əliklə  15  il  ərzində  ümumi  istehsal  iki  dəfədən  çox, 
m
əhsuldarlıq isə 3 dəfə artırmışdır. 
Torpaq 
ehtiyatları  məhdud olduğundan  dünyada taxıl is-
tehsa
lının artırılmasının əsas  yolu gələcəkdə də məhsuldar-
lığın yüksəldilməsidir. 
Az
ərbaycan  Respublikasında  suvarılan  ərazilər  1  milyon 

52 
400 min hektara 
yaxındır. Qeyd etmək lazımdır ki, Azərbay-
canda 
alınan  kənd  təsərrüfatı  məhsullarının  80-85%-i 
suvarılan  torpaqlardan  alınır. 1 mln.400  min  ha  suvarılan 
tor
pağın  təqribən  sovet  dövründə  az  bir  hissəsi  taxılçılığa 
xidm
ət  edirdi. 2009-cu  ildə  800  min  hektardan  çox  torpaq 
taxıl  altında  olmuşdur.  Məlumatlara  əsasən  2009-cu  ildə  2 
milyon  200  min  ton 
taxıl  yığılmışdır.  Bu  əvvəlki  illərə 
nisb
ətən  xeyli  artıqdır.  Kənd  Təsərrüfat  Nazirliyinin  rəsmi 
m
əlumatlarına əsasən 2012-ci ildə Respublikada 2 mln.800 
min  ton 
taxıl  məhsulu  yığılmışdır.  Son  illər  Azərbaycanda 
Dövl
ət  taxıl  fondu  yaradılmışdır.  Bu  zəhmətkeşlərə  öz 
istifad
əsindən  artıq  qalan  taxılı  müvafiq  qiymətlə  Dövlət 
taxıl fonduna satmağa imkan verir. 
BMT-nin  ekspertl
ərinin  hesablamalarına  əsasən  dünyada 
h
ər bir adam bir il ərzində 110-150 kq. arasında taxıl məh-
sulu  yey
ə bilər. Lakin hazırda bütün ölkələrdə olduğu kimi 
Az
ərbaycanda da taxıldan mal-qaraya, quşlara yem və furaj 
kimi  d
ə  istifadə  edilir.  Azərbaycanda  əhalini  öz  taxılımız 
hesabına  ərzaq  məhsulları  ilə  yaxın  illərdə  təmin  etmək 
mümkün 
olacaqdır. 
Buğda  ilə  yanaşı  Azərbaycanda  qarğıdalı,  arpa,  darı, 
paxlalı bitgilər də əkilir. 
H
ələ qədim zamanlardan Azərbaycanın əksər rayonların-
da 
taxılçılıq, xüsusilə də buğda bitkisi geniş sahələrdə əkil-
mişdir.  İqlim  və  relfey  xüsusiyyətlərindən  asılı  olaraq  res-
publikada 
buğda  suvarılan  ərazilərdə  və  dəmiyə  şəraitdə 
dağlıq rayonlarda  (xüsusilə alçaq  və orta dağlıq ərazilərdə) 
bec
ərilir. 
Bu 
baxımdan rütubətli subtropik zonanı əhatə edən Lən-
k
əran  zonasının  torpaq  örtüyü  böyük  əhəmiyyət  kəsb  edir. 
L
ənkəran  zonasının  şimalında  Cəlilabad  rayonunun  ərazisi 
yerl
əşir. Buranın qışı mülayim, yağıntılı, yayı isə isti və quru 

53 
keçir.  Bu  rayonda  v
ə  respublikamız  bir  çox  aran  və  dağlıq 
rayonlarında  taxılçılıq  inkişaf  edib.  Buna  baxmayaraq  res-
pub
likanın bu gün də xarici ölkələrdən taxıl ixrac edir. Buna 
s
əbəb  keçid  dövründə  torpaq  islahatı,  mülkiyyət  formala-
rının təzə formalaşması, taxılın keyfiyyətsiz becərilməsi, tor-
paqların  duzlaşmış  olması  respublikada  taxılçılığın  ekoloji 
şəraitini qiymətləndirməkdə çətinliklər yaratmışdır.  
 
5.2. Dünya aliml
ərinin modelləri 
 
Bir  çox  ill
ərdir  ki,  dünya  ölkələrində  əhalinin  sosial  hə-
yatını  yaxşılaşdırmaq  istiqamətində  müxtəlif  modellər 
hazırlanır. Qlobal modellərin müxtəlifliyi  yaşayışın üç əsas 
konsepsiyasını verir. 
Birinci qrup (Medoyz D. v
ə b.) alimlərin ideyaları «Sıfır-
dan 
inkişaf» və ya «Stabil vəziyyət» üzərində qurulur. Onlar 
insan 
artımının  nizamlanmasını  və  sənayenin  məhdudlaş-
dırılması istiqamətində öz ideyalarını qururlar ki, bu da tü-
k
ənməkdə olan təbii resursların saxlanılmasına və ətraf mü-
hitin  sür
ətlənməkdə  olan  çirəklənmədən  mühafizəsi  üçün-
dür.  Bu  konsepsiya 
inkişaf  etməkdə  olan  ölkə  nümayən-
d
ələrinin tələblərinə cavab vermədiyi üçün qəbul olunmadı. 
İkinci qrup konsepsiyanın tərəfdarları elan edirlər ki, əv-
v
əlcə inkişaf etməkdə olan ölkələr varlı dövlətlərin sırasına 
çatmalı, sonra isə ətraf mühitin mühafizəsi ilə məşğul olmaq 
olar.  Sözsüz  ki,  bu  halda 
inkişafın  ekoloji  aspekti  ilə 
razılaşmaq olar. 
Üçüncü qrup 
konsepsiyanı (müddəalar) təbliğ edən alim-
l
ər  elmi-texniki  tərəqqinin  vacib  olmasını  və  ətraf  mühitin 
mühafiz
ə  olunmasını  ön  plana  çəkirlər.  Bu  müddəanın  ən 
z
əif yeri sosial-siyasi sualların və təbiətdən istifadənin yetə-
rinc
ə olmamasıdır. «Klassik kompromiss» həqiqətdə inkişaf 

54 
etm
əkdə olan ölkələrin üzərinə düşür. 
Son  n
əticədə  müasir  qlobal  problemlərin  əsas  ağırlıq 
m
ərkəzi  inkişaf  etməkdə  olan  ölkələrin  üzərində  düşür.  Bu 
ölk
ələrin  hər  bir  vətəndaşı  orta  hesabla  hər  şeyi  (enerjini, 
metalı,  ərzağı)  inkişaf  etmiş  ölkələrdən  az  istifadə  edir. 
Bununla 
əlaqədar kasıb ölkələrdə ekoloji problemlər də bir 
neç
ə dəfə inkişaf etmiş ölkələrdən kəskin olur. 
Bu  ölk
ələrdə  inkişaf  konsepsiyası  daha  çox  əhalinin  ən 
aşağı  tələblərinin  yerinə  yetirilməsi  ilə  əlaqələndirirlər.  Bu 
sosial xarakterli m
əsələlərlə əhalini işlə, ərzaqla, su ilə, ibti-
dai  t
əhsillə,  tibbi  yardımla,  mənzillə  və  tələb  olunan  ele-
mentl
ərlə təmin etməyi nəzərdə tutur. 
Bel
əliklə,  bəşəriyyətin  ərzaq  problemlərinin  ekoloji  ni-
zamlan
ması ayrı-ayrı ölkələrin inkişaf xüsusiyyətlərindən və 
bu  sah
ədə  fəaliyyət  göstərən  beynəlxalq  təhkilatların  birgə 
əməkdaşlığından çox asılı olacaq. 

55 
VI 
FƏSİL 
DÜNYANIN 
ENERJİ VƏ XAMMAL 
PROBLEMLƏRİNİN HƏLLİNİN EKOLOJİ 
MAHİYYƏTİ 
 
Hazırki  dövrdə  elmi-texniki  inqilabın  davamlı  inkişafı 
enerji 
resurslarına  olan  ehtiyacın  sürətlə  artması  ilə  müşa-
hid
ə olunur. Xalq təsərrüfatının inkişafı energetikasız müm-
kün deyil. 
C
əmiyyətin  inkişafı  və  tərəqqisi  təbiətin  istifadə  olunan 
müxt
əlif sərvətlərindən və xüsusilə də yerin təkindən çıxarı-
lan  s
ərvətlərdən asılıdır. Hətta maddi nemətlərin bəzi adları 
(
daş, tunc, brünc, dəmir əsri və s.) insan həyatında mineral 
ehtiyatların təcəssümüdür. 
Mineral  s
ərvətlər  bərpa  olunmayan  sərvətlərə  aid  edil-
m
əklə  istifadə  olunduqca  onun  ehtiyatları  azalır.  Mineral 
ehtiyatların  bərpa  olunması  bəzi  mənada  nisbi  xarakter 
daşıyır, çünki onların bərpası daimi davam edir. Lakin bu o 
q
ədər zəif gedir ki, onların çıxarılma tempi və insan ömrü ilə 
müqais
ədə bərpa olunmayan sayılır. 
Hazırda  Yer  kürəsində  sərvətlərin  sürətlə  istismarı  artır. 
Bel
ə ki, son 40-50 il ərzində təkcə neftin istifadəsi 4-5 dəfə, 
qaz  5-6  d
əfə,  boksitlər  9-10  dəfə,  kömür  istehsalı  2-3  dəfə 
artmışdır. 
Yer  kür
əsində  enerjiyə  təlabat  da  durmadan  artır.  Dün-
yanın enerji balansında əsas mövqeini neft tutur. Son onillik-
l
ərdə  neft  və  qaz  istehsalında  böyük  sıçrayış  nəzərə  çarpır. 
Dünyanın  bir  çox  regionlarında  neftin  və  qazın  yeni-yeni 
yataqları tapılır və istismarı təşkil edilir. Lakin bu yataqlarda 
ehtiyatların  tükənməsi  təqdirdə  böyük  çətinliklər  ola  bilər. 
Ona gör
ə də, elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsinə 

56 
baxmayaraq,  dünya  istehsa
lının müasir texnologiyası, digər 
t
ərəfdən dünya ölkələrinin sosial-iqtisadi strukturu ətraf mü-
hitin qorunub 
saxlanılması və ekoloji durumun yaxşılaşdırıl-
masına təminat verilir. 
Bununla 
yanaşı bəşəriyyət qarşısında əhalinin sürətlə art-
ması  və  istehsalın  sürətli  inkişafı  prosesində  ətraf  mühitin 
mühafiz
əsi  kimi  vacib  həyatı  məsələ  durur.  Belə  qlobal 
m
əsələləri müsbət həll etmək yalnız bütün dövlətlərin birgə 
əməkdaşlığı sayəsində mümkündür. 
Energetika – 
İnsan tərəfindən təbiətin dəyişdirilməsi pro-
sesind
ə  vacib  amildir.  İnsanlar  tərəfindən  yaradılmış  enerji 
potensialı  kosmik  fəzanın  öyrənilməsinin  texnologiyasını 
h
əyata keçirməyə imkan verir. Buna baxmayaraq energetika 
m
əlum üstünlüklərlə yanaşı, ətraf mühitə mənfi təsir də gös-
t
ərir. Başqa sözlə desək energetika – enerji ehtiyatları, müx-
t
əlif  enerji  növlərinin  hasilatını,  dəyişməsini,  ötürülməsini 
v
ə istifadəsini əhatə edən xalq təsərrüfatı sahəsidir. Biosferin 
çirkl
ənməsi  növlərinin  80%-ə  qədərini  enerji  prosesləri,  o 
cüml
ədən yanacağın hazırlanması və istifadəsi təşkil edir. 
Son  40-50  ild
ə  dünyada  hər  bir  insanın  istifadə  etdiyi 
enerjinin 
miqdarı iki dəfədən çox, neft isə üç dəfə yarım art-
mışdır. Bunun nəticəsi isə dünyada duru yanacaq ehtiyatının 
hiss olunacaq d
ərəcədə tükənməsidir. 
Enerji 
istehsalının  iki  tipi  var: 1. Bioloji  enerji  istehsalı 
(antoprogen). 2-ci  tipin  bir  neç
ə forması mövcuddur: istilik 
energe
tikası, hidroenergetika, atom energetikası, ənənəvi ol-
mayan  enerji  növl
əri  (günəş,  termal,  dalğa  və  qabarma, 
tullantı  üzvi  maddələrin  enerjisi  və  s.).  Bunların  hamısının 
ilk m
ənbəyi günəş enerjisidir. 
Enerji 
ehtiyatlarının  müxtəlif  növlərinin  təsnifatı  onların 
geniş öyrənilməsi üçün vacib şərtdir.  

57 
6.1.1.  Enerji 
ehtiyatlarından istifadənin balanslı  inki-
şafda yeri. İstilik enerji xammalları Qlobal enerji strategi-
yası  və  problemlər,  əhalinin  sayının  artması,  cəmiyyətin 
ayrı-ayrı  təbəqələri  arasında  əmlak  fərqlərinin  yüksəlməsi, 
ərzaq və su çatışmazlığı, sağlamlığın və səhiyyənin vəziyyə-
ti, 
şəhərlərdə əlverişsiz hava, iqlim dəyişməsi, nüvə silahının 
yayılması  və  s.  kimi  ümumdünya  məsələləri  ilə  qarşılıqlı 
əlaqədədir. 
İstilik enerjisini texniki tərəqqinin əsasını, xalq təsərrüfa-
tının inkişaf tempini təşkil etməsini söyləyirlər. 
Yer  üz
ərində  enerjidən  istifadə  durmadan  artır  və  müx-
t
əlif  hesablamalara  əsasən  2000-ci  ildə  16-24  trilyon  kVt/s 
olmuşdur. Yeni enerji mənbələrinin perspektiv istifadəsinin 
v
ə enerjinin  gələcək inkişafının təbii  mühitə təsiri  müxtəlif 
enerji ehtiyat
larının qiymətləndirilməsi ilə təyin olunur. 
Ən sadə qiymətlərə əsasən əsas yanacaq – enerjisinin əsa-
sını  təşkil  edən  potensial  ehtiyatının  cəmi-kömür  və  başqa 
b
ərk yanacaq növləri, maye karbohidrogen və təbii qaz və s. 
ehtiyat
larıdır. 
Bir-birind
ən fərqlənən mineral yanacaqların müxtəlif qiy-
m
ətlərinin  cəm  potensialı  götürüldükdə  əsas  rol  yenə  də 
kömür
ə  verilir.  Öz  ehtiyatlarına  görə  kömür  neftdən  20-30 
d
əfə,  təbii  qazdan  30-50  dəfə  üstündür.  Mineral  enerjilər 

ərisində kömürün payı potensial cəmdən 72% təşkil edir. 
İnsanlar  öz  yaşadıqları  dövrdə  80-85  milyard  ton  enerji 
istifad
ə etmişdir. Bu rəqəmin yarısı son 25-30- ildə istifadə 
olunub. 
M
əlumatlara  əsasən  2000-ci  ilə  kimi  76,2  milyard  ton 
neft, 99,7 milyard ton t
əbii qaz və  70,4 milyard ton uran 
xammalı istifadə olunub. 
Keçmiş  SSR  istilik  enerjisi  alınmasının  əsasını  qoyan 

58 
ölk
ələrdən  olmuşdur.  İstilik  energetikasının  əsasını  İstilik 
Elektrik  Stan
siyaları  (İES)  təşkil  edir.  Bu  stansiyalarda 
enerjinin 70%-
ə yaxını istehsal olunur. Ona görə də bu sahə 
ətraf mühitə və ekoloji vəziyyətə mənfi təsir mənasında bi-
rinci  yerd
ədir. 500-dən  çox  qüvvətli  istilik  elektrik  stansi-
yaları və elektrik mərkəzləri gecə-gündüz işləyərək, milyon 
ton  üzvi  madd
ə  yandırırlar. Onların payına təqribən sənaye 

əssisələrindən  atmosferə  atılan  zəhərli  tullantıların  ¼-i 
düşür.  Atılan  zəhərli  tullantıların  yarıya  qədərini  kükürd-
dioksidinin 
payına, üçdə biri – azot oksidinin, 1/4- isə uçan 
külün 
payına düşür.  
Yanacaq kimi ad
ətən kömür və şist istifadə olunur. Həm-
çinin, 
neftayırma zamanı neftdən – benzin, ağ neft və başqa 
yüngül fraksiyalar 
ayrıldıqdan sonra qalıq məhsul kimi – qaz 
v
ə mazutdan istifadə olunur. 
B
ərk  yanacaq  yandırılan  zaman  atmosferdə  yanmağa 
macal tap
mamış uçan kül hissəcikləri, kükürd anhidridi, bəzi 
ftor  birl
əşmələri,  həmçinin,  tam  yanmamış  yanacağın  bəzi 
qazvari m
əhsulları daxil olurlar. 
B
əşəriyyət  tərəfindən  yaradılmış  enerji  potensialı  həm 
s
ənayeni,  həm  də  kosmosu  fəth  etməyi  təmin  edir.  Lakin 
energetika 
insanları məlum olan bütün ümumi xeyirlərlə ya-
naşı,  həm  də  ətraf  mühitə  mənfi  təzahürlər  də  mövcuddur. 
Biosferin  bütün  çirkl
ənməsinin 80%-ə  yaxını enerji proses-
l
əri vasitəsilə, o cümlədən hasilat, istehsalat və yanacaq kimi 
istifad
əsilə baş verir.  
İstilik elektrik stansiyalarının tullantı sularında vanadium, 
nikel,  ftor,  fenol  v
ə  neft  məhsulları  olur.  Onlar  su  hövzə-
l
ərinə  axıdıldıqda  suyun  keyfiyyətinə  və  su  orqanizmlərinə 
z
ərərli  təsir  göstərə  bilər.  Suyun  istiliyi  də  su  hövzəsinə 
m
ənfi  təsir  göstərməklə,  orada  çoxlu  dəyişikliklər  əmələ 

59 
g
ətirir.  İES-lər  enerjini  qızmış  buxarın  köməyi  ilə hərəkətə 
g
ətirilən  trubinin  köməyilə  alırlar.  Trubin  işləyərkən  işlən-
miş  buxar  su  vasitəsilə  soyudulur.  Ona  görə  də  İES-lərdən 
fasil
əsiz, 8-12
0
 C q
ədər qızmış su hövzəyə daxil olur.  
6.1.2. 
Hidroenergetikanın ekoloji səmərəliliyi. Su elekt-
rik 
stansiyalarından alınan enerji ətraf mühitə ziyan vurmur. 
Hidravlik  elektrik  stansiyalar 
çayın  enerjisini  istifadə  edir. 
Üzvi  yanacaqla 
işləyən  elektrik  stansiyalarına  nisbətən  su 
elektrik 
stansiyaları ekoloji nöqteyi-nəzərdən daha təmiz he-
sab  olunur.  Lakin  su  elektrik 
stansiyaları o vaxt ekoloji cə-
h
ətdən təmiz olur ki, layihədə onun tikilməsində lazımi tə-
bi
əti mühafizə tədbirləri nəzərə alınmış olsun, yəni balıqla-
rın qorunması, su altında torpağın qalması, su sızmasının və 
başqa mənfi halların qarşısı alınmış olsun. Suyun yüksəkdən 
tökülm
əsini  təmin  etmək  üçün  ən  çətin  və  ən  bahalı  olan 
b
ənd tikilməlidir. Su yuxarı səviyyədən ya truba borular və 
ya  da  b
əndin  özülündə  yaradılan  kanal  vasitəsilə  aşağı 
axaraq  böyük  sür
ət yaradır və hidrotrubinlərin pərlərini hə-
r
əkətə gətirir. Suyun yüksək şırnağı ilə trubin fırlanaraq ge-
netik  enerji 
yaradır, sonra isə hidroenerji alınır. Hidroenerji 
b
ərpa  olunan  enerji  növünə  daxildir.  Yanacaq  enerjisinə 
nisb
ətən  o demək olar ki, tükənməzdir. Bir  çox su elektrik 
stansiyalarının  yaradılması  torpaq  ehtiyatlarının  su  altında 
qalmasına səbəb olur. Bu vaxta qədər dünyada 350 min km
2
-
dan  çox 
ərazi  su  altında  qalıb.  Buraya  kənd  təsərrüfatına 
yararlı  olan  torpaq  sahəsi  də  aiddir.  Bəndlər  balıqların 
yolunu k
əsir (kürütökmə), bir çox yerlərdə onlara tərkibində 
çoxlu  biogen  element  olan  çirkab  sular 
atılır.  Su  elektrik 
stansiyalarının yaradılması hətta bəzi seysmik rayonlarda da 
z
əlzələ  yarada  bilər.  Lakin  su  elektrik  stansiyasının  işi  ilə 
əlaqədar göstərilən neqativ, onun istehsal etdiyi ətraf mühit 

60 
üçün «t
əmiz» hidroenerji istehsalı ilə əvəzlənir. Torpaq itgi-
sini yeni rayonlardan istifad
ə etməklə, balıq itgisini isə balıq 
zavodları  tikməklə  əvəz  etmək  olar.  Bir  çox  SES-də  balıq 
yetişdirilən pitomniklər tikilir. 
Keçmiş SSRİ-də Volqa, Dnepr, Bratsk, Anqara, Krasno-
yarsk  vilay
ətində  Sayan-Şuşenskidə  nəhəng  su  elektrik 
stansiyaları tikilmişdir. Azərbaycanda Mingəçevir, Varvara, 
Yenik
ənd, Şəmkir, Sərsəng, Araz və s. su elektrik stansiya-
ları tikilmişdir. Bundan başqa kiçik çayların enerjisindən də 
istifad
ə edilir.  
Elmi-texniki  inqilab 
insanın  əlinə  daha  mükəmməl  və 
qüvv
ətli  əmək  silahı  verir.  Lakin  eyni  zamanda  ondan  is-
tifad
ə  zamanı  istifadə  mədəniyyətini  və  texniki  düşüncənin 
yeni m
ərhələsini tələb edir. 
6.1.3. Atom enerjisind
ən istifadənin ekoloji məzmunu. 
XX 
əsrdə atom enerjisi insan həyatına geniş daxil olmuşdur. 
Atom  elektrik 
stansiyaları  (AES)  energetikanın  zirvəsini 
t
əşkil  edir.  Bu  bəşəriyyətin  növbəti  inkişaf  mərhələsi  üçün 
bünövr
ədir. Hazırda Yer kürəsində insanları dəhşətə gətirən 
qlobal probleml
ərdən biri də atom enerjisindən insan qırğını 
tör
ətmək cəhdləri olmuşdur. 
Dünyada ilk atom elektrik 
stansiyası 1954-cü ildə keçmiş 
SSRİ-də  Kaluqa  vilayətinin  Obninsk  şəhərində  tikilmişdir. 
Bu  gün
ə kimi  dünyada 350 enerji bloku işləmiş və onların 
gücü  250  mln.  kilovatt  olub.  AES-l
ərin  bir  çox  ölkələrin, 
enerji  sistemind
ə  rolu  böyükdür.  Fransada  istehsal  olunan 
enerjinin  65%-ni,  Belçikada  –  50%, 
İsveçdə  – 39%, İsveç-
r
ədə 35%, Bolqarıstanda isə 30%-ni atom enerjisi təşkil edir. 
Lakin atom elektrik 
stansiyalarından ətraf mühitiə yayılan 
istiliyin 
azaldılması mühüm şərtdir. Son onilliklər Çernobl-
da, 
ABŞ-da, İngiltərədə, Almaniya Federativ Respublikasın-

61 
dakı  atom  elektrik  stansiyalarındakı  qəza  və  bədbəxt  hadi-
s
ələr,  fikirləri  ciddiləşdirdi  və  hazırda  atom  stansiyalarına 
ciddi 
yanaşma tələb olunur. 
Keçmiş  SSRİ-də  10  iri  AES  olub  ki,  onlarda  40  enerji 
bloku qurulub (ümumi gücü 22 mln. kilovatt). 
Atom  enerjisi  atomsferi  çirkl
əndirmir.  Digər  tərəfdən 
onlar  eyni  güc
ə malik başqa stansiyalara nisbətən daha çox 
ərazi  tələb  etmir.  Lakin  atom  stansiyalarının  ekologiyasına 
radioaktiv 
tullantıların  saxlanılması  və  qəzaların  qarşısının 
alınması ilə əlaqədar tədbirlərin görülməsi vacibdir. AES-də 
radioaktiv  elementl
ərlə  çirklənmiş  çirkab  suların  atılması 
üçün d
ə tədbirlər görülməlidir. 
Atom elektrik 
stansiyalarında 1 stansiya üçün 1 mln. kVt/s 
enerji  istehsal  etm
ək  üçün  bir  gündə  16  kq.  nüvə  yanacağı 
lazımdır. Mazutdan istifadə olunsa isə böyük bir qatar yükü 
olmalıdır. 
Az
ərbaycan  üçün  ən  təhlükəli,  Zaqafqaziyada  yeganə 
olan, Yerevan (Mutsomor) AES-idir.  
Ukraynanın  Kiyev  rayonuna  yaxın  Çernobl  şəhərindəki, 
Atom Elektrik 
Stansiyasının 4-cü blokunda 26 aprel 1986-cı 
ild
ə  səhərin  erkən  saatlarında  baş  verən  qəza  sonrasında 
atmosfer
ə  böyük  miqdarda  uran  məhsulları  dağılmışdır. 
Bunu 30 apreld
ə bütün dünya öyrənmişdir. 
1986-
cı  ildə  Kiyevin  140  kilometrliyində  Çernobl 
şəhərində  qurulan  AES-də  meydana  gələn  qəzaya  hər  biri 
1000 meqavatt gücünd
ə 4-cü reaktordakı quruluş xətaları ilə 
reaktorlardan  birind
ə  təcrübə  etmək  üçün  təhlükəsizlik 
sisteminin 
buraxılması  nəticəsində  meydana  gələn  bəzi  xə-
talar 
seriyası  sonunda  baş  verən  qəzadır.  Təcrübənin  edilə-
c
əyi  25  aprel  1986-cı  ildə  əvvəlcə  reaktorun  gücü  yarıya 
q
ədər azaldıldı. Ardından da təhlükəsizlik sistemi buraxıldı. 

62 
26  aprel  gec
ə saat 01:00-da texniklər təcrübənin son hazır-
lıqlarını  tamamlamaq  üçün  buxar  sisteminə  su  buraxırlar. 
Saat  01:23  d
əqiqədə təcrübəni başlamaq üçün hazır olduğu 

əyyən  edildi.  Təcrübənin  məqsədi,  reaktorun  qəflətən 
dayan
ması  vəziyyətində,  buxar  turbinlərinin  nə  qədər  çalı-
şacağını və beləcə nə qədər təcili təhlükəsizlik sisteminə güc 
ver
ə  biləcəyini  öyrənməkdi.  Bunun  üçün  trubinlərə  gedən 
buxar 
çıxışı dayandırılır. Bunun nəticəsində reaktorun soyut-
ma sisteml
əri dayandırılır. Yanacaq kanallarında qəfil güclü 
isinm
ə başlayır. Təhlükəni başa düşən texniklər vəziyəti ələ 
almağa  çalışdılar.  Amma  01:24  dəqiqədə  yeni  təcrübə 
başlandıqdan 1 dəqiqə sonra 2 partlayış oldu. 3 saniyə içində 
reaktorun gücü 7%-d
ən 50%-ə qalxdı. Yanacaq parçalarının 
soyutma 
suları  ilə  qarşılaşmasıyla  suyun  bir  anda  buxara 
dönm
əsinə  yol  açdı.  Reaktordakı  sirkoniumun  yüksək 
istilikd
ə buxarla qarşılaşmasından yaranan hidrogen yanaraq 
bütün 
ətrafı alovlara bürüdü. 
AES-in 
partlamış  4-cü  enerji  blokunun  təhlükəsiz  hala 
salınması  üçün  keçirilən  «Sarkofaq»  əməliyyatında  –  129 
Az
ərbaycan  vətəndaşı  da  iştirak  edib  ki,  onların  hamısı 
müxt
əlif səviyyəli radioaktiv şüalanma almışlar.  
Hadis
ə  zamanı  7000-ə  yaxın  insan  həlak  olmuş, 25000 
insan  güclü  radiasiya  n
əticəsində ömürlük şikəst olmuş, on 
minl
ərlə insan isə sonsuz qalmışdır. Bu faciədən sonra Çer-
noblda 
doğulan uşaqların 90%-də əlillik yaranır. Hadisədən 
neç
ə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada 
özünü biruz
ə verir. Bu qəza nəticəsində həm də Belarusiya-
nın  70%  ərazisi  radiaktiv  təhlükə  altında  qaldı,  həm  də 
çoxmilyonlu  insan  köçürm
ələrinə  səbəb  oldu.  Qəzanın  toz 
dumanları  hər  iki  istiqamətdə  Piriney  yarımadası  və  İndo-
neziya 
adaları üzərində hiss olunmuşdur.  
Hazırda  nüvə  sınaqlarının  atmosferdə,  Yer  üzərində,  su 

63 
altında  və  s.  dayandırılması  mümkün  olmuşdur. 1998-ci  ildə 
Hindistan v
ə Pakistan dövlətləri eyni vaxtda dalbadal hərəsi 5 
partlayış  olmaqla  yeraltı  nüvə  sınaqları  keçirilmişdir.  Ertəsi 
gün  Pakistanla  – 
Əfqanistan  sərhəddində  çoxlu  insan  tələfatı 
il
ə  nəticələnən  güclü  zəlzələ  baş  vermişdir.  Bu  səbəbdən  də 
indi 
Şimali  Koreyada  və  İranda  atom  reaktorlarının  tikilməsi 
v
ə onların sınaqdan keçirilməsi bəşəriyyəti təşvişə salıb. 
Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin