Telman xəLİlov, maya zeynalova



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix08.05.2020
ölçüsü4,42 Mb.
#31099
1   ...   6   7   8   9   10   11   12   13   14
Azf-278359


8.2.1 
Quraqlıq.  Quraqlıq  –  səhralaşma  prosesində  daha 
mühüm  rol 
oynayır.  Məsələn, 1968-ci  ildə  Saheldə  20  il 
sürən  quraqlıq  nəticəsində  tarlaların  və  otlaqların  məhsul-
darlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axınları 
azalmış,  Çad  gölünün  səviyyəsi  aşağı  enmişdir.  Quraqlığın 
ilk 
dalğası  zamanı  (1968-1973-cü  illər) 250 mindən  artıq 
yerli 
əhali acından ölmüş, mal-qaranın 40%-i məhv olmuş-
dur. 
Malidə  və  Mavritaniyada  mal-qaranın  90%-i  qırılmış-
dır. 1980-ci  ilin  ortalarında  Saxaradan  cənubda  quraqlıq 
nəticəsində 3 mln-a yaxın adam ölmüşdür. 
Quraqlıq – yağıntıların çatışmaması ilə yüksək buxarlan-
manın  elə  birləşməsidir  ki,  aqrotexnikanın  lazımi  səviyyə-
sinin 
olmaması  halında  bitkilərin  rütubətə  tələbatı  və  onun 
torpaqdan 
alınması arasında uyğunsuzluq  yaradır ki, bunun 
da 
nəticəsində kənd təsərrüfatı və otlaq bitkilərinin məhsul-
darlığı aşağı düşür. 
Quraqlıq – yazda və yayda yağıntının normadan çox aşağı 
və  hava  temperaturunun  xeyli  artıq,  hava  rütubətliyinin  isə 
xeyli 
aşağı  olduğu  uzun  dövrdür.  Quraqlıqda  torpaqdakı 
rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf oluna-
raq 
qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan 
şərait  yaranır,  normal  fotosintez  şəraiti  pozulur,  nəticədə 
tarla,  otlaq 
və  biçənəklərdə  məhsul  azalır,  yaxud  tamamilə 
məhv olur. 
Statistik 
məlumatlara  görə  Yer  şarının  ərazisinin  85%-i 
quraq
lığa məruzdur. Quraqlıq 3 növ olur: torpağın quraqlığı, 
yəni rütubətsizliyi, havanın nisbi rütubətliyinin kəskin sürət-

108 
də azalması, hava quruluğu ilə torpağın quruluğudur. Hər üç 
növ 
quraqlıq  kənd  təsərrüfatına  böyük  tələfat  verməklə 
bitkilərin məhsuldarlığını azaldır.  
Havalar  quraq 
keçən  zaman  quru  isti  küləklər  də  müşa-
hidə olunur. Bunlar ilin fəsillərində respublikamızın düzən-
lik  rayon
larına  şərq  və  cənubi-şərq  tərəfdən  əsir.  Quru  kü-
ləklər  havanın  temperaturunu  yüksəldir  və  nisbi  rütubətliyi 
çox 
aşağı  salır.  Quraqlığın  nəticəsində  dünyanın  taxıl  ehti-
yatları  160  milyon  t-dan  9  milyon  tona  qədər  azalıb.  Nəti-
cədə  hər  ton  taxılın  qiyməti  120  dollardan  220  dollara 
qalxıb. 
Bəzi alimlərə görə, səhralaşma arid, yarımarid və yarım-
rütu
bətli ekosistemlərin insan fəaliyyəti və quraqlığın təsiri 
ilə qüvvədən düşməsi və məhsuldarlığını azaldan, mikro və 
makro 
faunanın  və  floranın  bioloji  kütləsində  dəyişikliklər 
yaradan, torpaq örtüyü strukturunun 
pozulmasını sürətləndi-
rən, insanın təsərrüfat fəaliyyətini məhdudlaşdıran, nəhayət, 
ekosistemdə ciddi mənfi dəyişiklik yaradan prosesdir. Səhra-
laşma təbii və antopogen proses olub, quraq ərazilərdə arid-
ləşmə  istiqamətində  torpaq  və  bitki  örtüyündə  dönməyən 
dəyişikliklər yaradır. Bioloji məhsuldarlığı azaltmaqla, bəzi 
hallarda  biosferin 
imkanlarını  tamamilə  pozur  və  ərazini 
səhraya çevirir. 
Quraqlığa qarşı mübarizə tədbirləri aqrotexniki tədbirlərin 
sistemi 
respublikamızın  düzənlik  rayonlarında  həyata 
keçirilir. 
Sahələrdə  su  balansını  nizama  salmaqla,  tarlaları 
quraqlıqdan  və  quru  isti  küləklərdən,  torpağın  səthindəki 
münbit 
təbəqəni  külək  vasitəsilə  sovrulub,  yağış  suları  ilə 
yuyulub 
aparılmaqdan qorumaq işində tarla-qoruyucu meşə 
ağaclarının əkilməsinin böyük rolu vardır. 
 

109 
Cədvəl 8.2.1 
Quraq torpaqlar, mln.ha (
BMTİP/QRİD), 1991 
 
 
Afrika Asiya Avstraliya Avropa 
Şimali 
Amerika 
Cənubi 
Amerika 
Bütün 
dünya 

Ekstra 
arid 
672  277 




26 
16 
Arid 
504  626 
303 
11 
11 
82 
45 
26 
Yarım 
arid 
514  693 
309 
105 
105 
419 
265  37 
Quraq 
subhumid 
269  353 
51 
184 
184 
232 
207  21 
Cəmi  1259  1349 
663 
300 
300 
736 
543  100 
Ümumi 
sahədən 

32 
32 
11 

12 
12 

 
 
8.2.1.-ci 
cədvəldə ayrı-ayrı materiklərdə və bütün dünya-
da 
müxtəlif  iqlim  zonalarında  quraq  torpaqların  sahəsi 
milyon  ha 
ilə verilmişdir. Cədvəldən göründüyü kimi ümu-
mi 
sahədən Afrikada – 32, Asiyada – 32, Avstraliyada – 11, 
Avropada  –  5, 
Şimali  Amerikada  –  12,  Cənubi  Amerikada 
isə 12 milyon ha, bütün dünya üçün isə – 8 mln. ha torpaq 
sahəsi quraqlığa məruz qalmışdır.  
 
8.2.2. 
Səhralaşmanın tipləri və səhralaşma indikatorları 
 
FAO-YUNEP  (1982) 
təşkilatı  yer  kürəsində  8  tip  səh-
ralaşma fərqləndirir. 
1. Bitki örtüyünün 
deqradasiyası 
2. 
Külək eroziyası 
3. Su 
eroziyası 
4. Torpaq 
strukturasının pozulması 
5. Torpaqda humusun 
miqdarının azalması 
6. 
Şoranlaşma, şorakətli və şorakət torpaqlar 

110 
7. 
Torpağın bataqlaşması 
8. Torpaqda toksiki 
maddələrin çoxalması 
 
Əsas təbiət hadisələri arasında quraqlıq və külək eroziyası 
xüsusi  yer  tutur.  Yer  kür
əsi  əhalisinin  təxminən  750  mln. 
nəfəri (12,5%) arid ərazilərdə, 90 mln-u isə güclü səhralaş-
maya 
məruz  qalan  ərazilərdə  yaşayırlar.  Azərbaycanda 
əhalinin  60%-i  Kür-Araz  çökəkliyində  yaşayır  ki,  bu  ərazi 
də əsasən arid və yarımarid qrupa aid edilir. 
Üç 
səhralaşma  indikatoru  bir-birindən  fərqləndirilir. 
Bunlara fiziki, bioloji 
və sosioloji indikatorlar daxildir. 
Fiziki indikatorlar – (torpaq, 
geokimyəvi və hidrolitik). 
1. Toz 
və  qum  tufanlarının  miqdarı  və  digər  əlverişli 
olmayan iqlim 
prosesləri; 
2. Qrunt 
sularının miqdarı, səviyyəsi və keyfiyyəti; 
3. Eroziya 
və  defilyasiya  proseslərinin  inkişafı  və 
formaları; 
4. 
Köklər  yerləşən  torpaq  qatının  qüvənliyini  və  onda 
olan humusun 
miqdarı; 
5. 
Torpağın şoranlığı və şorakətliyi; 
6. 
Müxtəlif qaysaqların əmələ gəlməsi; 
7. 
Yeraltı sular. 
Bioloji indikatorlar – Bitki örtüyü: 1. 
Yayılan bitki növlə-
rinin 
nisbəti; 2. Bitki  örtüyündə  olan  kserofil  və  mozofil 
növ
lər; 3. Torpağın  üst  hissəsinin  bitkilər  tərəfindən  örtül-
məsi; 4. Bioloji  məhsuldarlıq  və  yem  bitkilərinin  məhsul-
darlığı. Heyvanlar aləmi: 1. Əsas növlər; 2. Ev heyvanlarının 
sayı, cinsi; 3. Heyvanların çoxalması; 4. İkinci məhsul. 
Sosioloji – qruplar 
arasında aşağıdakılar fərqləndirilir:  
1.  Torpaqdan 
istifadə  sistemi  (suvarılan  əkinlik,  dəmyə, 
heyvandarlıq,  bitkilərin  xammal  məhsullarının  toplanması 
və daşınması, turizm və s.); 2. Əhalinin yerləşmə strukturası; 

111 
3. Sosial 
proseslərin parametrləri. 
Geniş  ərazidə  səhralaşma  üzrə  monitorinq  keçirilən  za-
man  yerüstü  üsullarla  bu 
işi  görmək  üçün  çoxlu  miqdarda 
ixtisasa  malik 
mütəxəssislər  tələb  olunur.  Kosmosdan  və 
aeroçəkilişdən istifadə etdikdə monitorinq sadə, sürəltə asan 
mənimsənilən yolla həyata keçirilir və ucuz başa gəlir.  
 
8.3. 
Azərbaycanda səhralaşma problemi 
 
Hazırda dünyada həllini gözləyən vacib ekoloji məsələlər 
sırasında  yer  almış  başlıca  problemlərdən  biri  də  səhralaş-
madır.  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  (ETSN)  mü-
təxəssisləri bu fikirdədirlər ki, quru iqlim şəraitində yerləşən 
Azərbaycan  üçün  də  səhralaşma  problemi  son  dərəcə 
aktualdır. 
Nazirliyin 
məlumatına  əsasən,  hazırda  ölkəmizdə  erozi-
yaya 3,7 milyon, 
şoranlaşmaya isə 1,2 milyon hektara qədər 
torpaq 
məruz qalıb. Təxminən 300 kv.km ərazi sel sularının 
təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıla-
rın  istismarı  nəticəsində  yararsız  hala  düşüb.  Səbəblər  isə 
çoxdur. 
Torpaqların  ekstnesiv  istifadəsi,  heyvandarlığın  ki-
fayət  qədər  yem  bazası  ilə  təmin  olunmaması,  mal-qaranın 
sürətlə  artması  səbəbindən  mövcud  otlaqların,  meşə  ərazi-
lərinin  həddən  artıq  otarılması  səhralaşmaya  səbəb  olur. 
Bundan 
başqa, suvarma rejiminə düzgün riayət edilməməsi, 
hidrotexniki 
qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, 
şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel suları-
nın  təsirinin  artması  da  səhralaşmanı  yaradan  əsas  amil-
lərdəndir. 
Nazirlik 
mütəxəssislərinin rəyi belədir ki, torpaqların ya-
rarsızlaşmasının  əsas  amillərindən  biri  də  onların  kimyəvi 
çirklənməyə  məruz  qalmasıdır.  Bundan  başqa, 264 min 

112 
hektar 
meşə sahəsi erməni işğalı altındadır və həmin ərazi-
lərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv 
edilir.  Bu  da 
Azərbaycan  ərazisində  meşələrin  azalmasına, 
səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. 
Səhralaşma probleminin qlobal xarakter alacağını çoxdan 
başa  düşən  ekoloqlar  bəşəriyyətin  gələcək  bəlalardan  xilas 
edilməsi  üçün  təcili  tədbirlərin  həyata  keçirilməsi  tələbilə 
çıxış etmək məcburiyyətində qalıblar. Buna görə, Azərbay-
can 
ölkənin  ekoloji  durumunun  yaxşılaşdırılmasını,  təbii 
ehtiyatlardan 
səmərəli  və  ziyansız  istifadə  olunmasını,  o 
cümlədən milli maraqları nəzərə alaraq «Səhralaşmaya qarşı 
mübarizə»  Beynəlxalq  konvensiyasına  qoşulub. 1994-cü  il 
17 iyun 
tarixində Parisdə səhralaşmaya qarşı mübarizə kon-
vensiyası qəbul olunmuş və 1996-cı ildə qüvvəyə minmişdir. 
Azərbaycan  Respublikası  Konvensiyanı  1998-ci  ildə  imza-
lamış və Respublika Prezidentinin 24 aprel 1998-ci il tarixli 
fərmanı ilə qüvvəyə minmişdir. 
Problemlə mübarizə işlərinə gəlincə, ölkəmizdə səhralaş-
manın  qarşısının  alınması  məqsədilə  müvafiq  dövlət  proq-
ramları  işlənib  hazırlanıb. «Azərbaycan  Respublikasında 
yay-
qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması 
və  səhralaşmanın  qarşısının  alınmasına  dair  Dövlət  Proq-
ramı», «Meşələrin artırılması və bərpa olunmasına dair» və 
«Ekoloji 
cəhətdən  dayanıqlı  sosial-iqtisadi  inkişafa  dair» 
milli 
proqramları  təsdiq  olunub.  Bu  proqramlara  əsasən, 
ümumilikdə,  hər  il  ölkə  ərazisində  10  min  hektardan  artıq 
meşə-bərpa işləri aparılır. 
Yay 
və  qış  otlaqlarının  mövcud  vəziyyətinin  araşdırıl-
ması,  şiddətli  eroziüyaya  və  şoranlaşmaya  məruz  qalmış 
ərazilərin  dəqiqləşdirilməsi  və  xəritələşdirilməsi,  eləcə  də 
torpaq 
kadastrı  və  qeydiyyat  sisteminin  yaradılması  üzrə 
işlər  də  davam  etdirilir.  Ölkəmizin  təbii  örtüyünün  olduğu 

113 
kimi  toxunulmaz 
vəziyyətdə  saxlanması  və  səhralaşmaya 
qarşı mübarizənin gücləndirilməsi üçün antropogen təsirlərin 
azaldılması  məqsədilə  xüsusi  mühafizə  olunan  təbiət 
ərazilərinin  genişləndirilməsinə  də  xüsusi  diqqət  yetirilir. 
Belə ki,  ölkə başçısının  müvafiq fərmanları ilə 2003-2009-
cu 
illərdə ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin 
ümumi 
sahəsi qısa müddət ərzində 4,5 faizdən, yəni 478 min 
hektardan  778  min  464,7  hektara 
çatdırılıb.  Bu  da  ölkə 
ərazisinin təqribən 9 faizini təşkil edir.  
BMT-nin 
İnkişaf  Proqramının  Azərbaycan  nümayəndə-
liyinin 
və  Qlobal  Ekoloji  Fondun  texniki  yardımı  əsasında 
2006-
cı  ildən  başlayaraq  «Torpaqdan  birgə  və  davamlı 
istifadə  üçün  potensialın  yaradılması»  layihəsi  də  həyata 
keçirilir.  Bu 
isə  öz  növbəsində,  Azərbaycanda  səhralaşma 
problemlərinin  həlli  üzrə  işlərin  canlanmasına  təkan  verib. 
Layihə  çərçivəsində  Kürdəmir  və  Göygöl  rayonlarında  qış 
və  yay  otlaqlarının  vəziyyəti  öyrənilib  və  konkret  olaraq 
Göygöl rayonunda 200 hektar 
qış otlağı bərpa olunub. 
Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi mütəxəssisləri tor-
paq
ların  səhralaşmasının  qarşısını  almaq  məqsədilə  dövlət 
proqram
larına və xarici donorlarla əməkdaşlıq çərçivəsində 
tədbirlər  həyata  keçirdiklərini  söyləyirlər.  Amma  nədənsə, 
ilbəil  yararsız  hala  düşmüş  torpaqların  hektarı  dəyişilməz 
olaraq 
qalır.  Deyəsən,  mütəxəssislər  səbəbi  deyil,  nəticəni 
aradan 
qaldırmaqla məşğuldurlşar. Yəni heyvandarlığın yem 
bazası  olmadığından  mal-qaranın  meşə  ərazilərində  otarıl-
ma
sı  davam  edir.  Sirr  deyil  ki,  suvarma  sisteminin  dəyiş-
dirilməsi də milyonlar tələb edir. Beləliklə də, torpaqlarımız 
yararsızlaşır. 
Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi, düzən-
lik 
və ovalıq ərazilərdə  təbii, xüsusən antropogen amillərin 
təsiri  nəticəsində  baş  verir.  Bu  ərazilərdə  yağıntıların  orta 

114 
illik 
miqdarı  150-400  mm  arasında  tərəddüd  edir,  səthi 
buxarlanma 
yağıntının miqdarından 3-4 dəfə artıqdır. İqlim 
yarımsəhra və quru bozqır yarımtipinə aiddir. 
Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyə-
vidir.  Burada  son 
illər  əhalinin  artması,  ərazidə  qaçqın  və 
köçkünlərin  məskunlaşması,  kənd  təsərrüfatı,  o  cümlədən 
heyvandarlığa  olan  tələbatın  çoxalması,  həmçinin  təbii  qaz 
və  elektrik  enerjisinin  çatışmaması  ilə  əlaqədar  torpaq  və 
bitki  örtüyünün  ekstensiv  isti
fadəsi  nəticəsində  antropogen 
səhralaşma prosesi güclənmişdir.  
Kür-Araz 
ovalığında  səhralaşma  prosesi  Şirvan  düzündə 
daha güclü gedir. Burada 
apardığımız tədqiqatlar göstərir ki, 
bitki 
və  torpaq  örtüyünün  səhrlaşamasının  (və  ya  deqrada-
siyası) istiqaməti və intensivliyini yaradan səbəblər ərazinin 
ekoloji 
şəraiti  (relyefi,  bitki  örtüyü,  torpağı)  və  antropogen 
amillərin  müxtəlifliyi  ilə  əlaqədardır.  Bu  baxımdan  ərazini 
aşağıdakı sahələrə bölmək olar: 
1. Kür 
çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, 
orada olan 
meşələrin məhv edilməsi, hədsiz mal-qara otarıl-
ması  və  meşə  torpaqlarından  kənd  təsərrüfatında  istifadə 
edil
məsi  ilə  əlaqədar  baş  vermişdir.  Bu  ərazidə  səhralaşma 
qu
raqlaşma,  bataqlaşma və bəzən şoranlaşma istiqamətində 
gedir. 
2. Regionun 
ovalıq hissəsində suvarılan ərazilərdə səhra-
laşma prosesini yaradan əsas səbəblər orada drenaj-kollektor 
şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. Bu 
ərazidə  səhralaşma  prosesi  torpağın  şorlaşması,  şorakətləş-
məsi və bataqlaşması istiqamətində gedir. 
3. Regionun 
dağətəyi hissəsində səhralaşma prosesi bitki 
örtüyünün 
pozulması,  məhv  edilməsi,  hədsiz  mal-qara 
otarılması,  aqrotexniki  qaydalara  riayət  olunmaması  ilə 
əlaqədardır.  Bu  ərazidə  səhralaşma  prosesi  bitki  örtüyünün 

115 
deqradasiyası,  səthi  və  yarğan  eroziyası,  suvarma  aparılan 
sahələrdə  isə  irriqasiya  eroziyası,  bəzən  şorlaşma  və 
sürüşmə hadisəsinin yaranması istiqamətində gedir.  
Səhralaşma  əsasən  Abşeron  yarımadasında  torpağın  neft 
və neft tullantıları ilə çirklənməsi ilə əlaqədar da baş verir. 
Neft 
məhsullarının və çoxlu miqdarda buruq sularının səthə 
axıdılması, həm də qrunt sularının səviyyəsinin qalxmasına 
və torpağın təkrar şorlaşmasına  səbəb olur. Abşeronda neft 
yataqlarının düzgün istifadə edilməməsi 10 illər ərzində ətraf 
mühitin 
mühafizəsi üzrə elementar qaydalara riayət etmədən 
neft 
çıxarılması, neft, qaz, kimyəvi maddələr, güclü mineral-
laşmış  və  radioaktiv  çirkli  suların  yerin  səthinə  axıdılması 
Abşeron yarımadasının ayrı-ayrı təbii və antropogen landşaft 
sahələrinin çirklənməsinə və pozulmasına səbəb olmuşdur. 
 
8.3.1. 
Respublikanın düzən və dağətəyi düzən ərazilərdə 
deqradasiyaya 
və səhralaşmaya səbəb olan amillər 
 
I.
Təbii 
(fiziki-
coğrafi) 
1. 
Yüksək  günəş  radiasiyası  (bu  göstərici  üzrə  Muxtar 
Respublika 
ölkənin başqa ərazilərdən fərqlənir). 
2. 
Yüksək  hava  temperaturu  (yay  aylarında  42-43S
0
 
çatır). 
3. 
Yüksək torpaq temperaturu. 
4. Torpaq 
və havada rütubətin azlığı. 
5. Bitki örtüyünün 
seyrəkliyi. 
6. Torpaq 
əmələ  gətirən  süxurların  duzlu  və  karbonatlı 
olması. 
7. 
Torpaqların  şorlaşma  və  şorakətləşməyə  məruz  qal-
ması. 
8. 
Külək eroziyanın (deflyasiya) şiddətli olması (xüsusilə 

116 
Culfa rayonunda). 
9. 
İrriqasiya eroziyanın geniş yayılması. 
10. 
Səthi  və  xətti  eroziyanın  geniş  arealda  olması  (Res-
publika 
ərazisinin  41,8%-dən  çox  hissəsi  bu  və  ya  digər 
dərəcədə  eroziya  prosesinə  məruz  qalmışdır).  Naxçıvan 
Muxtar 
Respublikasının  bəzi  rayonlarında  70%-dən  çoxu 
qədər ərazi yuyulmuşdur. 
11. 
Cənub baxarlı yamacların çox yüksək olması. 
12. 
Səthi buxarlanmanın çox yüksək olması. 
13. 
Qışın  çox  soyuq  olması  (bəzi  hallarda  30-35  dərəcə 
soyuq olur). 
14. 
İqlimin kontinentallığı. 
15. 
Yayın  çox  isti  keçməsi  (bəzi  hallarda  hərarət  40-42 
dərəcəyə çatır). 
16.  Efemer örtüyünün 
zəif olması. 
17.  Çay
ların suyunun azalması. 
18. 
Yeraltı suların minerallaşması. 
19. 
Quraqlıq indeksinin yüksək olması. 
20. 
Günəş enerjisinin səthi buxarlanmaya sərfi. 
21.  Yer 
səthində  vəziyyətdən  asılı  olaraq  torpağın 
albedosu. 
22.  Yerin radiasiya 
balansı. 
23. 
Ərazinin yaşı (landşaftı). 
 
II. Antropogen: 
(sosial-iqtisadi) 
24.  a) 
Meşə qurşağında. 

nəzarətsiz odun tədarükü və mal-qaranın otarılması 
(
geniş tətbiq edilir). 

meşə ərazilərinin yaşayış məntəqələrinə və təsərrüfatlara 
çevrilməsi. 
b) 
Dağlıq torpaqda: Təbii otlaqlarda həddindən artıq və 

117 
sistemsiz 
otarmanın aparılması, otlaqların şiddətli eroziyaya 
uğraması və deqradasiyası. 
c) 
Əkinlərdə: Səmərəli irriqasiya (müasir texnologiyası) 
tədbirlərinə riayət edilməsi. 
25. 
Torpaqların fiziki və kimyəvi deqradasiyası. 
26. 
Sənaye qazmaları. 
27. 
Yaşayış məntəqələri və sənaye ərazilərinin 
genişlənməsi. 
28. 
Yeraltı su ehtiyatlarının azalması. 
29. 
Daşğın və sellərin güclənməsi. 
30. 
Təkrar şorlaşma. 
 
III. 
Səhralaşmanın texnogen amilləri 
 
1. Troposferin 
aşağı  qatlarının  qızmasına  səbəb  İstixana 
səmərəsi qazların (CO
2
 v
ə başqaları) toplanması. 
2. 
Troposferdə aerogül (aerozol) maddələrin toplanması. 
3. Torpaq 
və suların kimyəvi çirklənməsi. 
4. 
Torpaqların texnogen pozulması, çirklənməsi və s. 
Analoji 
amillərin  Orta  Asiyada  səhralaşmaya  səbəb 
olması haqda A.Q.Babayev (1990) məlumat vermişdir. 
Göstərilən  amillər  Respublikanın  ərazilərində  aridləş-
məyə, bitki və torpaq örtüyünün deqradasiyasına səbəb olur 
və bu da səhralaşma üçün əlverişli şərait yaradır. 
Azərbaycanda  ekologiya  elminin  banisi,  dünya  şöhrətli 
alim, akademik 
Həsən Əliyev «Həyəcan təbili» əsəri ilə res-
publika
mızın bütün əhalisini sanki qəflət yuxusundan oyan-
mağa  çağırdı,  onları  ekoloji  durumun  qorunub  saxlanması 
üçün 
ayağa qaldırdı. Gəlin biz də heç bir gözəlliyi bizlərdən 
əsirgəməyən ana təbiətə, onun bütün sərvətinə qayğı, sevgi 
və məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq. 
 

118 
8.4. 
Səhralaşmaya qarşı mübarizə yolları 
 
Səhralaşmanın ən əsas səbəbi: meşə sahələrinin azalması, 
torpaqdan  düzgün 
istifadə  edilməməsi,  hədsiz  mal-qara 
otarılması, quraqlıq və s.-dir. 
1977-ci 
ildə Kenyanın paytaxtı Nayrobi şəhərində BMT-
nin  keçirdiyi 
Beynəlxalq  Konfransda  «Səhralaşmaya  qarşı 
mübarizə» planı qəbul olundu. 
Rio-de-Janeyroda (1992) 
keçirilən Beynəlxalq konfransda 
gündəliyə «XXI əsrdə səhralaşmaya və quraqlığa qarşı mü-
barizə»  məsələsi  salınaraq  bütün  bəşəriyyətin  mühüm  mə-
sələsi müəyyən edildi. 
Səhralaşmaya qarşı hökumətlər aşağıdakılaı etməlidirlər: 
1. Torpaqdan 
səmərəli istifadə haqqında milli plan qəbul 
etməli; 
2. 
Quraqlığa  davamlı  tez  böyüyən  yerli  və  digər  ağac 
cins
lərindən istifadə edərək, meşə əkini proqramının həyata 
keçi
rilməsini tezləşdirmək; 
3. Oduncaqdan  yanacaq  kimi 
istifadə  olunmasını  məh-
dudlaşdırmaq. 
Səhralaşma – qlobal ekoloji və sosial-iqtisadi problemdir. 
Bununla 
əlaqədar  1994-cü  ildən  170  dövlətin  imzaladığı 
səhralaşma  ilə  mübarizə  haqqında  Konvensiya  qüvvədədir. 
17  iyunda  qeyd  olunan  «Ümumdünya 
quraqlıq və səhralaş-
ma 
ilə mübarizə günü» 1994-cü ildə BMT-nin Baş Assamb-
leyası  tərəfindən  elan  olunmuşdur.  Elə  həmin  il  Birləşmiş 
Millətlər  Təşkilatı  tərəfindən  səhralaşma  ilə  mübarizə  haq-
qında  Konvensiya  qəbul  edilmişdir.  Konvensiyada  dövlət-
lərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əmək-
daşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin 
artırılması təklif olunur. 
Səhralaşmaya  qarşı  mübarizə  üzrə  fəaliyyələr  planı  – 

119 
Səhraların  hücumuna  qarşı  mübarizə  və  2000-ci  ilə  qədər 
səhralaşmanın  qarşısının  alınması  üzrə  əhatəli  qlobal  proq-
ram – 
Səhralaşmaya qarşı mübarizə üzrə BMT Konfransında 
qəbul  edilmiş  və  1977-ci  ildə  BMT  BA-nın  32-ci  sessiya-
sında təsdiq olunmuşdur. Səhralaşmaya qarşı mübarizə planı 
uzunmüddətli siyasətin rəhbər prinsiplərindən ibarətdir. 
Planın birbaşa məqsədi – səhralaşma prosesinin qarşısının 
alınması  və  dayandırılması  və  mümkün  olan  yerlərdə  səh-
ralaşan  torpaqların  məhsuldarlığını  bərpa  etmək.  Son  məq-
sədi  «əhalinin  həyat  səviyyəsinin  artırılması  məqsədilə, 
ekoloji imkanlar daxi
lində səhralaşmaya qarşı taqətsiz olan, 
arid, 
yarımarid  və  kifayət  qədər  rütubət  çatızmamazlığına 
malik 
ərazilərin qorunması və inkişafı». Planın əsas məqsədi 
– 
qərar  qəbul  edilməsi  sahəsində  mövcud  biliklərin  və 
texnologiyaların dərhal mənimsənilməsi və təcrübədə tətbiqi 
və səhralaşmaya  qarşı  mübarizə  üzrə tədbirlərin bu region-
ların əhalisi tərəfindən onların daha yaxşı anlamaları məqsə-
dilə təxirəsalınmaz icrası. Səhralaşmaya qarşı uğurlu müba-
rizənin zəmini torpaqdan istifadənin yaxşılaşdırılmasıdır. 
Plana 
aşağıdakı qruplar üzrə birləşmiş 28 tövsiyə daxildir: 
1) 
Səhralaşmanın  qiymətləndirilməsi  və  torpaqdan  isti-
fadənin yaxşılaşdırılması. 
2) 
Sənayeləşmə  və  urbanizasiyanın  kənd  təsərrüfatının 
inkişafı  ilə  uyğunlaşdırılması  və  onların  arid  ərazilərin 
ekolo
giyasına təsiri 
3) 
Səhralaşmaya qarşı mübarizə üzrə düzgün tədbirlər. 
4)  Sosial-iqtisadi 
aspektlər. 
5) 
Quraqlıq  riskləri  və  onun  nəticələrinə  qarşı  sığor-
talanmaq. 
6)  Milli elmi-texniki 
potensialın möhkəmləndirilməsi. 
7) 
Səhralaşmaya  qarşı  mübarizə  proqramlarının  ümumi 
inkişaf planlarına inteqrasiyası. 

120 
8) 
Beynəlxalq əməkdaşlıq əlaqələrində tövsiyələr. 
9) 
İlk  növbəli  təxirəsalınmaz  fəaliyyətlə  əlaqələrində 
töv
siyələr.   
Fəaliyyətlər  planı  tövsiyə  xarakteri  daşıyır  və  ona  gələ-
cəkdə səhralaşmaya qarşı mübarizə üzrə konkret milli və re-
gional 
proqramların  hazırlanması  üçün  əsas  kimi  baxılma-
lıdır. 
Ümumilikdə  səhralaşma  probleminin  qarşısını  almağa 
şüurlardan  başlamaq  lazımdır.  Əhali  arasında  ekoloji 
maarifləndirmə  tədbirləri  daha  da  genişləndirilməlidir.  Bu 
təbliğat  prosesinə,  mətbuat,  QHT-lər,  təhsil  sistemi,  ayrı-
ayrılıqda  hər  bir  vətəndaş  qoşulmalıdır.  Amma  istər  yazılı 
mətbuatda, istərsə də televiziya ekranlarında maarifləndirmə 
xarakterli 
belə  məlumatlara  çox  az  rast  gəlinir.  Halbuki 
səhralaşma  hər  birimizin  həyatında  öz  sarı  və  kədərli  izini 
buraxa 
bilər. (şək. 8.2.) 
 
 
 
Şəkil 8.2. Səhra 
 

121 
Səhralaşmaya  qarşı  aparılan  kompleks  tədbirlər  hər  bir 
ərazinin  regional  xüsusiyyətləri  nəzərə  alınmaqla  aparılma-
lıdır.  Bu  zaman  bitki  örtüyünün  saxlanılması,  təbii  otlaq-
lardan 
istifadənin tənzimlənməsi, torpaq qoruyucu zolaqların 
salınması və digər tədbirlərin aparılması vacibdir. Məs. Bö-
yük 
Səhranın şimalında Tunisdən Mərakeşə  qədər Əlcəzair 
tərəfindən  həyata  keçirilən  «yaşıl  zolaq»  adlanan  meşə 
zolaqlarının  salınması  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  eni 
10-15  km,  uzunu  1500  km  olan 
meşə  zolağı  səhranı  quru 
küləklərdən qoruyacaq. Böyük səhranın cənubunda (Seneqal 
çayının  üzərində)  iki  su  qovşağı  tikilir,  belə  ki,  bu  su 
qovşaqları 1,2 mln.ha ərazini suvara biləcək. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  səhralaşmanın  ən  əsas 
səbəbi: meşə sahələrinin azalması, torpaqdan düzgün istifadə 
edilməməsi, hədsiz mal-qara otarılması, quraqlıq və s.-dir. 
 

122 
Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin