Telman xəLİlov, maya zeynalova


. Sunamilərin gəlməsi haqqında xəbər edilməsi



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix08.05.2020
ölçüsü4,42 Mb.
#31099
1   ...   6   7   8   9   10   11   12   13   14
Azf-278359


9.4
. Sunamilərin gəlməsi haqqında xəbər edilməsi 
 
Bu hadisələri xəbər verən sistemlər əsasən seysmik məlu-
matlar
ın  araşdırılması  nəticəsində  mümkün  olur.  Əgər  zəl-
zələ 7.0 və çox maqnitudaya malik olarsa (zəlzələ prosesin-

152 
də bu Rixter şkalasına əsasən balla adlandırılır) və zəlzələ-
nin episentri su altındadırsa, onda bu sunamilərin olacağını 
xəbər  verir.  Regionlarda  və  sahillərdə  əhalinin  yayılması 
şəraitindən asılı olaraq həyəcan siqnalının verilməsi müxtəlif 
ola bi
lər. Bu işdə Azərbaycan alimlərinin də əməyi çoxdur 
(E.N.Xəlilov və b.) 
Sunami
lərin  xəbər  verilməsinin  ikinci  imkanı  daha  eti-
barlı olan «faktla» xəbərdarlığın edilməsidir, çünki bu halda 
sözsüz  ki,  yalan  xəbərlər olmur,  amma  belə  xəbərdarlıqlar 
çox  gec  hazırlanmış  olur.  Baş  vermis  fakta  əsasən  xəbər-
darlıq  telesunamilər  üçün  qiymətlidir.  2004-cü ilin dekab-
r
ında  baş  vermis  İndoneziyadakı  sunamilər  bir  neçə  saat 
ərzində  Afrikaya  çatmış,  1960-cı  ildəki  Çili  yaxınlığındakı 
zəlzələ  nəticəsində  yaranmış  sunamilər  bir  neçə  saatdan 
sonra Havay adalarına çatmış, daha altı saatdan sonra 6 metr 
hündürlüyə  çataraq  Yapon  adalarına  çatması  telesunamilər 
vastəsilə xəbər verilmişdir (şəkil 14, 16). 
Klassik misal kimi -  Aleut suna
misini  göstərmək  olar, 
çünki Aleut 
adalarında  baş  verən  ləpələr  Havay  adalarında 
özünü  göstərir.  Sunami  dalğalarını  okeanda  təyin  etmək 
üçün hidrostatiq təzyiqlə işləyən təbii siqnalvericilərdən isti-
fadə  olunur.  Belə  siqnalvericilərə  əsaslanan  xəbərvericilər 
süni peyk
lərlə əlaqə saxlayan ABŞ-da hazırlanan və DART 
(en.Deep Ocean Assessment and Reporting of Tsunamis) 
adlandırılan cihazdır. Real dalğanı gördükdə onun haraya nə 
vaxt çatacağını müəyyən etmək olar. Bu məlumatlara əsasən 
ölkələr bu fəlakətin təsirinin azaldılmasına nail ola bilərlər. 
Xəbərdaredici  sistembrin  əsas  əhəmiyyəti  əhali  arasında 
aktual informasiyanın yayılmasıdır. Ən vacibi odur ki, əhali 
özü üçün sunamilərin necə təhlükəli olmasını təsəvvür etmiş 
olsun. Yapon
lar təbii  kataklizmalar haqqında çoxlu ümum-
təhsil proqramlarına malikdirlər, amma İndoneziya və başqa 

153 
sahil dövlətlərinin əhalisi əsasən sunami dalğaları haqda çox 
az  məlumatlara  malik  olmuşlar  ki,  bunun  da  nəticəsində 
çoxsaylı  insan  tələfatı  baş  vermişdir.  Çünki  bu  zonalarda 
be
lə hadisə çox az rast gəlinəndir. Həmçinin, Sahil zonala-
rının  tikilməsi  möhkəm  qanunvericilik  bazasına malik ol-
malıdır.  Yuxarıda  göstərilən  hadisələrlə  əlaqədar  Azərbay-
can
ın  sahil zonalarında  yaşayan  əhalinin  kifayət  qədər 
məlumatlı  olması  vacibdir.  Əgər  Xəzər  dənizində  bu  vaxta 
qədər  belə  təbii  fəlakət  baş  verməmişsə  də,  bu  əhaliyə 
sunami
lər haqda geniş məlumatlar verməməyə əsas vermir. 
Heç vəchlə unutmaq olmaz ki, Xəzər dənizinin xeyli hissəsi 
aktiv tektonik zona olan Alp-
Himalay  dağəmələgəlmə  qur-
şağında  yerləşir.  Hesab  edirik  ki,  Azərbaycan  əhalisi  üçün, 
xüsusilə  sahil  zonalarında  yaşayan  insanlar  üçün  bu  təbii 
katoklizmlər  haqda  geniş  informasiyanın  (lakin  artıq 
qorxusuz) olması çox vacibdir. 
AMEA-
nın Geologiya institutlarında alimlər Cənub-Şərqi 
Asiyada  baş  vermis  dəhşətli  zəlzələnin  əmələ  gəlməsi  və 
nəticələri  barədə  öz  mülahizələrini  söyləyirlər.  Onlar  qeyd 
edirlər  ki,  «belə  qüvvətli  sunami  hətta  Yerin  ətrafında  fır-
landığı oxa da təsir edir». Yuxarıda qeyd etdiyimiz kimi İta-
liyan
ın  Milli Geofizika  və  Vulkanologiya  İnstitutunun  di-
rektoru Ent
so Boş yazır ki, əgər bizim planetin ölçülərini və 
kütləsinin böyüklüyünü nəzərə alsaq bu inanılmazdır. Onun 
sözlərinə əsasən belə dəhşətli hadisənin əsasında böyük küt-
lənin yerdəyişməsi durur ki, bu da Yer üzərində dəyişikliyin 
əmələ  gəlməsinə  və  yer  oxunun  azda  olsa  yerdəyişməsinə 
səbəb olur. 
Son  100  ildə  belə  hadisələri  11  dəfə  müşahidə  etmək 
müm
kün olmuşdur. Lakin bu halda hər şeyi düzgün hesab-
lamaq çox çətindir, çünki, Yerə Günəş və Ay xeyli təsir edir. 
Bundan  başqa  bizim  planetin  oxu,  26  min  il  müddətində 

154 
konusvari  hərəkət  edir.  Amma  xətti  istiqamətdə  yox, 
dalğavari istiqamətdə olur. 
Lakin  sunamilərin  bir  anlıq  dağıdıcılıq  fəaliyyətini  hiss 
etməmək olmaz. Ekologiya institutunun əməkdaşı Alessand-
ro 
Montemogjori  qeyd  edir  ki,  «Sahilə  çatdıqda  dalğalar 
mütləq sahildə yaşayan dəniz quşlarının yuvalarını dağıdır». 
Bir  çox  növ  quşlar  bu  zaman  nəsil  artırırlar.  Sunamilər 
gəldikdə iri növlər xilas olsalar da, körpə balalar məhv olur 
və bu da onu göstərir ki, bu il burada yeni nəsil olmayacaq. 
Filippin pelikanlar
ına  daha  böyük  ziyan  dəymişdir,  bu  çox 
az  rast  gəlinən  növdür.  Onlar  indi  məhv  olmaq  ərəfəsində-
dirlər. Hazırda onların cəmi 11 min ekzemplyarı qalmışdır. 
Belə  fəlakətli  hadisələrdən  bitki  aləmi  çox  ziyan  çəkir. 
Qüvvətli dalğa xırda faunanı dağıdır. Onların populyasiyası 
yalnız 40-50 ildən sonra bərpa oluna bilərlər. Bundan əlavə 
duz  torpağa  hopmuş  olur  və  yağışın  yağmasını  gözləmək 
lazımdır  ki,  onu  yusun.  Buralarda  yalnız  kakos  palması 
(qozu)  dalğalara  dözür,  çünki  o,  hətta  okeanda  üzə-üzə 
yaşaya  bilir.  Mərcan  adaları  sunamilərdən  daha  çox  ziyan 
çəkirlər.  Onların  nazik  və  incə  bədənləri  onsuz  da  iqlim 
dəyişikliklərinə və insan təsirinə məruz qalırlar.Yalnız sahil 
zonaları  geoloji  prosesləri  nöqteyi-nəzərdən  qüvvətli 
dalğalardan çox az zərər çəkmişlər. 
Bəs insanları bu fəlakətdən necə xilas etmək olar? 
Əgər bu dəhşətli dalğanın gəlməsi barədə insanlar heç ol-
masa 1 saat əvvəl xəbər tuta bilsələr, qurunun dərinliklərinə 
gedə bilər, gəmilər isə açıq dənizə çıxa bilərlər. Sunamilərin 
gəlməsini xəbər verməyə başqa dalğalar – Seysmik dalğalar 
kömək edir. Bu  dalğalarla birlikdə  yaranır, lakin  yerin təki 
ilə, həm də sunamilərdən xeyli sürətlə hərəkət edirlər. 
Novosibirsk  alimləri  yerin  təki  ilə  yayılan  dalğaların 
köməyi  ilə  təhlükənin  istiqamətini  təyin  etməyi  öyrənmiş, 

155 
Nijni Nov
qorod  şəhərindəki  Tətbiqi  Fizika  İnstitutunun 
mütəxəssisləri  isə  hesablama  üsulu  ilə  sunamilərin  sahildə 
özünü  necə  aparacağını  müəyyən  edirlər.  Buna  əsasən  sa-
hillərdə «böyük dalğanın» hansı yerdə daha təhlükəli olma-
sını aydınlaşdırmaq olar. 
Məlumdur ki, hər 1000 sunami hadisəsinin 100-dən çoxu 
fəlakətli nəticələri ilə fərqlənərək hər şeyi məhv edir, tikililər 
və torpaq-bitki örtüyü  dağılır (məs.  1993-cü  ildə Yaponiya 
sahillərində,  1952-ci  ildə  Kamçatkada  və  b.).  Sunamilərin 
80%-i Sakit okean
ın  kənarlarında  baş  verir.  Ən  çox  da 
Kuril-
Kamçatka çökəkliyində olur. 
İndoneziyada 26 dekabr 2004-cü il sunamiləri nəticəsində 
ö
lənlərin sayı 173 min 981 nəfərə çatıb. İndoneziyada suna-
mi  d
alğaları ətraf mühitə 675 mln. ABŞ dolları məbləğində 
zərər vermişdir. 
Uzaq Şərqdə sunami əmələgələn rayon əsasən dar bir sa-
hədə  Kuril  Kamçatka  çökəkliyinin  qərb  yamacları  hesab 
olunur. Bu ərazi sahildən 70 km məsafədə uzanmış, 90 km 
enində  zolaqdır.  Bir  çox  fəlakətli  sunamilər  burada  baş 
verərək Kuril adalarına doğru irəliləyirlər. 
Kuril  adalarında  sunamilər haqqında  ilk  məlumatlar  17 
oktyabr 1737-ci i
lə  aiddir.  O  vaxt  dalğaların hündürlüyü 
onlarla metr olmuşdur. Sonrakı illərdə bu ərazilərdə 75 dəfə 
suna
mi hadisələri baş vermişdir. 
Keçən  yüzillikdə  ən  nəhəng  sunamilərdən  biri  5  noyabr 
1952-
ci  ildə  Kamçatka  yarımadası  sahillərində  baş  vermiş-
dir. Ən çox zərər çəkmiş ərazi Paramuşir adasındakı Severo-
Kurilsk  şəhəri  olmuşdur.  Şəhərə  hücum  etmiş  dalğaların 
hündürlüyü 10-
15  m  olmuşdur.  Bəzi  məlumatlara  əsasən  o 
za
man şəhərdə 13 nəfər həlak olmuşdur. Bu dağıdıcı suna-
midən  sonra  Uzaq  Şərqdə  Rusiyanın  sunamilərlə  mübarizə 
xidməti yaradılmışdır. 

156 
1960-
cı il mayın 23-də Çili sahillərində yaranmış sunami 
16 min km-d
ən çox məsafə qət edərək, 21-22 saatdan sonra 
Rusiyanın Uzaq Şərq sahillərinə çatmışdır. 
Dalğanın hündürlüyü 4,7 m olmuşdur. Sunami həmçinin 
Oxot dənizinə keçmişdir. 
 
9.5
. Təbiətdə sunami dalğalarının vurduğu zərərlər 
iqtisadi, ekoloji, mənəvi mahiyyət kəsb edir 
 
Sunami
lər  əsasən  dənizin  titrəyişi  və  vulkan  fəaliyyətin-
dən törənən, saatda 600-700 km sürətlə hərəkət edən,  hün-
dürlüyü 30-
40 m, bəzən daha artıq olan uzun dövrlü dalğa-
lardır  (şəkil  13). Onlar Sakit okeanın  hər  iki  sahili  boyu 
Kamçatkan
ın, Kuril adalarının, Saxalin adasının, Havay ada-
larının, Çilinin, Alyaskanın əhalisi üçün çox böyük təhlükə 
yaradır (şək. 14, 16). 
1996-
cı  ildə  Yaponiyada  hündürlüyü  29  m  olan  sunami 
dalğaları San Riqo şəhəri sahillərinə çırpılmış və nəticədə 28 
min adam həlak olmuşdur. Ümumiyyətlə, sunami yaponlara 
yaxşı məlum olsa da 1993-cü ildə baş vermis sunami nəticə-
sində əhali qaçmağa  macal tapmamış  və Yapon adaları sa-
hil
lərində  200  nəfər  ölmüş,  500-dən  çox  ev  dağılmışdır. 
Ölənlərin əksəriyyəti uşaqlar və yaşlılar olmuşdur. 1933-cü 
iidə  Akudzizi  adasının  cənub  qurtaracağından 320 km 
cənubda Toqo şəhərində dağıdıcı sunami baş vermis və xeyli 
insan tələfatına səbəb olmuşdur. İndi həmin şəhər ətrafında 
sunami dalğalarının qarşısını almaq məqsədi ilə 10 m 40 sm 
eni, 24 m 
hündürlüyü  olan  divar  tikilmişdir.  Yayda  divar 
qızır, evlər bərk isti olur. Toqo şəhərində də Havay adaların-
da  olduğu  kimi  tədqiqat  obyekti  vardır  ki,  orada  gecə-
gündüz nəzarət aparırlar. Toqo şəhəri ətrafındakı divarlarda 
6 iri qapı vardır. Həmin qapılar nəzarət postlarından verilən 
xəbərlərə əsasən sunami dalğalarından 4 dəqiqə əvvəl bağla-

157 
nır. Hazırda Akudzizi adasında da bənd tikilir. 
9.5-ci c
ədvəldə ayrı-ayrı illərdə Dünya okeanında baş ver-
mis  sunamilərin  fəlakətli  dalğalarının  bəşəriyyətə  vurduğu 
ziyanlar haqq
ında  bəzi  məlumatlar  verilmişdir.  Burada 
göstərilir ki, bunun nəticəsində 100 minlərlə insan tələf olur, 
sunamidən dəyən zərərin miqdarı milyardlarla, dağılan evlərin 
sayı  minlərlə,  batan  gəmilərin,  yaralananların  sayı  minlərlə 
hesabla
nır. Sunami dalğalarının fəlakətlərindən ölən insanların 
xatirəsini  yad  edərək  həmin  ölkələrin  bəzilərində  (xüsusilə 
Amerika  qitəsi  sahillərində)  suya  işıq  yanan  kağız  fənərlər 
buraxılır və bu böyük bir ərazidə qəribə bir mənzərə yaradır. 
1946-
cı  il  aprelin  1-də  Havay  adaları  ətrafında Xilas  bux-
tas
ına saatda 640 km yol qət edən, hündürlüyü 30 m olan su-
nami dal
ğaları hücum etmişdir. Bu dalğalar 3800 km yol qət 
edərək  sahilə  çırpılıb.  Nəticədə  buxta  ətrafındakı  bütün 
rayonlar dağılmışdır. 159 insan tələf olmuşdur, onlardan 95-i 
Xilas 
buxtasında həlak olmuşlar. Bu dalğaların gücü bəzən 960 
km-
ə çata bilir (cəd. 9.5.). 
1960-
cı ü mayın 22-də Çili ətrafında əmələ gəlmiş sunami 
dalğaları, 11 m hündürlükdə su bombası kimi Havay adaları-
n
a çırpılır. Nəticədə 31 nəfər tələf olub. Ölkəyə 30  milyon 
dollar ziyan dəymişdir. Ümumiyyətlə, keçən əsrdə hər yeddi 
ildən  bir  orada  sunami  baş  verib.  İkinci  dünya  müharibə-
sindən  sonra  Havay  adalarında  sunamidən  ölənlərin  sayı 
zəlzələdən ölənlərdən çox olub. 
1964-
cü ildə Alyaskadakı zəlzələ sunami yaradır. Dalğa-
n
ın hündürülüyü 24 m olmuşdur. Mart ayının 27-də dalğalar 
Alyaska sahil
lərindəki (Sakit okeanm Şimal-Qərb sahillərin-
də) Kreysen Siti şəhərinə çatır və şəhər suyun altında qalır. 
11 nəfər həlak olur, ölkəyə 7 milyon dollar zərər dəyir. Qa-
çıb  xilas  olmuş  insanlar  şəhərə  qayıtdıqda  orada  şəhər  yox 
idi. Tarixdə Vaşinqton ətrafında 300 il bundan əvvəl sunami 
olması məlumdur. Alimlərin fıkrincə Amerikanın şimal-qərb 

158 
sahillərində 50 ildən bir güclü sunami olur. 
Kenon Biç şəhəri kurort şəhəridir. Yay aylarında burada 
turist
lərlə birlikdə 20 minə qədər insan olur. Orada sunami-
lərdən qorunmaq üçün müasir hazırlıq işləri görülüb. Suna-
mi  təhlükəsi  olan  hallarda  sirena  (siqnal)  çalır  və  məktəb 
şagirdləri təcili çölə çıxaraq bir neçə dəqiqəyə yaxınlıqdakı 
hündürlüyə  çıxırlar  və  xilas  olurlar.  Orada  axırıncı  sunami 
30 il bundan əvvəl baş verib. Az insan tələfatı olub. 
Vaşinqton  Ştatındakı  Lonq  Biç  şəhəri  sunami  dalğaları 
üçün daha təhlükəlidir. Məs. orada 1994-cü ildə baş vermis 
sunami vax
tı əhali təhlükəli əraziləri operativ tərk etmiş və 
insan tələfatı olmamışdır. 
Hazırda Dövlət qoruyucusunda qurulmuş 6 metrlik qurğu 
qabaqcadan  sunaminin  hündürlüyünü,  gücünü  və  vaxtını 
xəbər verməyə imkan verir. 
Tektonik hərəkətlər nəticəsində Havay adalarında 96 km 
uzunluğu  olan  nəhəng  çat  əmələ  gəlmişdir  ki,  o  istənilən 
vaxt  adanı  iki  yerə  bölə  bilər.  Bundan  başqa  meteoridlərin 
düşməsi nəticəsində sunami yarana bilər. 50 il bundan əvvəl 
belə bir sumami qeydə alınmışdır. 
Keçmiş  ittifaq  ərazisində  güclü  sunamilər  1737,  1780, 
1898, 1918, 1923, 1953-
cü illərdə qeyd edilmişdir. Sunami-
lərin  qorxusu  müxtəlifdir  və  dalğanın  hərəkət  yolundakı 
okea
nın dərinliyi ilə  müəyyən olunur. Keçmiş İttifaqda  su-
na
milərin  yerləşməsini  müəyyənləşdirmək  üçün  iki  əsas: 
seysmi
k və hidroakustik üsuldan istifadə edən xəbərdaretmə 
xidməti  mövcud  idi.  Seysmik  və  hidrostatik  dalğaların  ya-
yılma  sürəti  sunamilərin  sürətindən  xeyli  çox  olduğundan, 
xəbərdarlıq  xidməti  əksər  hallarda  həyəcan  siqnalını  30-40 
dəqiqə qabaqcadan verə bilər. 1952-ci il noyabrın 4-dən 5-nə 
keçən  gecə,  səhər  saat  4-ə  yaxın  Şimali  Kurilsk  şəhərinin 
sakinləri 7 ballıq zəlzələ ilə yuxudan oyanırlar. Qorxmuş 

159 
 
 
C
ədv
əl
 9
.5
 

160 
insanlar  evlərdən  çıxırlar.  Təkanlar  dayandıqdan  sonra  in-
sanlar  evlərinə  qayıtmağa  başlayırlar.  Yalnız  sunamilərlə 
keç
mişdə tanış olanlar, o cümlədən balıqçı-koreyalılar bax-
mayaraq ki, sakit dəniz var idi, onlar birinci təkanı hiss edən 
kimi dağa qaçmışlar. Zəlzələdən 45 dəqiqə sonra okean tə-
rəfdən  bərk  uğultu  eşidildi  və  bir  neçə  saniyəyə  şəhərə 
yüksək dalğalar çırpıldı. Dalğa qüvvətli sürətə malik idi və 5 
m yüksəkliklə şəhərin mərkəzinə doğru irəliləyir və şəhərin 
içərisindən keçən çayın dərəsinə qədər çatır. Bir neçə dəqi-
qədən sonra dalğa öz yolunda dağıtdığı hər şey ilə birlikdə 
dənizə çəkilir. Dalğanın geri çəkilməsi o qədər intensiv idi 
ki,  dənizin  dibi  bir  neçə  yüz  metrlərlə  çılpaqlaşır,  sakitlik 
başlayır. 
15 dəqiqədən sonra şəhərə yüksəkliyi daha hündür 10 m 
olan ikinci dalğa çırpılır. Bu dalğa qabağına çıxan hər şeyi 
dağıdaraq  daha  çox  ziyan  vurur.  Dalğaların  ardınca  yalnız 
ev
lərin sement bünövrəsi qalmışdı. Şəhərin içindən keçən bu 
dalğa ətrafındakı dağların yamaclarına qədər qalxaraq şəhər-
dəki dərəyə tökülür. Burada dəhşətli bir su dövranı baş verir. 
Bu  suyun  tərkibində  tikinti-töküntüləri  və  kiçik  gəmilər  də 
sürətlə  fırlanır.  Bir  neçə  dəqiqə  ərzində  bu  su  dövranında 
çoxlu insan məhv olmuşdur. 
Geriyə qayıdan dalğa arxadan sahil valını vurur və dağın 
ətrafına fırlanaraq Kuril boğazına soxulmuşdur. Sahil valı və 
dağ  bir  neçə  dəqiqəyə  adaya  çevrilir.  İkinci  dalğadan  bir 
neçə  dəqiqə  sonra  daha  zəif  üçüncü  dalğa  gələrək,  sahilə 
çoxlu tör-
töküntü  gətirir.  Səhər  saat  9-da  okeanın  səthi 
qüvvətli hərəkətə gəlir və bütün gün ərzində yavaşıyır. 1737-
ci  ildə  Avaçidə,  Kuril  Lopatasında  və  adalarda  baş  vermis 
zəlzələ  zamanı  dəhşətli  subasma  olmuşdur.  Oktyabrın  6-da 
gecə  yarı  15  dəqiqədə  bir  neçə  təkan  olur  və  bunun 
nəticəsində çoxlu kamçatkalıların obaları və köçlərini yuyub 

161 
aparmışdır. 
Günəş  sunamiləri.  Günəşin  səthində  ləkələrin  olması 
hamıya  bəllidir.  Onlar  Günəşdə  fiziki  proseslər  nəticəsində 
yaranırlar, yanacaq yanarkən termonüvə prosesləri zəifləyir. 
Alimlər belə  fıkirləşirlər  ki,  ləkələr  səsin  sürətinin  kəskin 
azalması  ilə  əlaqədar  olan  kosmik  yaranmadır.  Belə  ki,  bu 
ləkələrin  yaxınlığında  səsin  sürəti  adi  haldan  xeyli  azdır. 
Məlumat, rabitə, idarəetmə, elm, cəmiyyət (MAUSU) Bey-
nəlxalq Akademiyasının prezidenti Y.İ.Borovkov bu fıkirləri 
çoxdan  söyləsə  də  2003-cü  ildə  Los  Anjelesli  fiziklər  öz 
günəşətrafı «Soxo» zondunun köməkliyi ilə ölçülər apararaq 
həmin fikirləri təsdiqləmişlər. 
Ləkə-Günəş  ətrafında  daima  yaranan  günəşətrafı  «qara» 
dəlikdir. Bu dəlik Günəşdən 2-10 mln. km məsafədə yaranır. 
Bu  «qara  dəliklərin»  (deşiklərin)  Yer  səthinə  istiqamətlən-
məsi  Yerdə  çoxsaylı  katoklizmaların,  tayfunların  yaranma-
s
ına şərait yaradır. Bundan əlavə bu «qara» ləkələr Yer sət-
hindəki  havada  daha  xırda  dəyişikliyin  yaranmasına  səbəb 
olur.  Bu  ona  görə  baş  verir  ki,  Yer  Günəşin  fokusunda 
dayanmışdır. Fərz etsək ki,  Günəş iri  uzunfokuslu linzadır, 
onda Yer planeti onun fokusunda olur. 
Alimlər  hesablamışlar  ki,  L/GD  -  Günəşdən  yerə  qədər 
olan orta məsafənin Günəşin diametrinə (GD-1,39 mln.km) 
nisbəti  (L-149,  5  mln.  km),  sonra  isə  Günəşin  diametrinin 
Yerin diametrinə nisbəti (YD-12,756 min km), yəni GD/YD 
eyni qiymət-108 alırsa da, belə münasibət Ay üçün də alınır: 
LA/GD=108 olur. Günəş şüalarının fokuslaşmasından qızır. 
Bizim Günəş sisteminin başqa planetləri isə  Günəşin foku-
sunda deyillər və ona  görə də onlarda həyat yoxdur və ola 
bilməz. 
26 dekabr 2004-cü il sunam
isi  xüsusilə  qüvvətli  olmuş-
dur, çünki, o 
gün Ay tam görünürdü. Ona görə də okeanın 

162 
suyu sahildən 500 m-ə qədər uzaqlaşır, sonra bu nəhəng su 
kütləsi qüvvətlə sahilə çırpılaraq qarşısındakı hər şeyi dağı-
dır. Təsəvvür oyanırdı ki, qovulan dalğa 4000 m dərinlikdə 
baş  vermis  sualtı  zəlzələnin  nəticəsində  yaranmışdır.  Bu 
Sumatra adası yaxınlığında Birma və İndoneziya plitələrinin 
tərpənməsindən  baş  vermişdir.  Əslində  isə  sualtı  qayıqla 
enib  baxsaq  heç  bir  tərpəniş  olması  görünmür.  Şri-Lanka 
adas
ında  çəkilmiş  şəkildə  əyri-üyrü  dəmir  yol  relslərin 
olması  göstərir  ki,  bu  böyük  su  kütləsinin  sahilə  hidravlik 
qüvvəsi  vasitəsilə  çırpılması  nəticəsində  baş  vermişdir.  Bu 
zərbə  isə  Yerə  gələn  Günəşətrafı  «qara  dəliyin»  proyeksi-
yas
ının  Cənub-Şərqi  Asiyanın  ekvatorial  vilayətlərinə  düş-
məsindən baş verir. 
2004-cü ilin 26 dekabr
ında  baş  verən  zəlzələ  bilavasitə 
Günəşin ləkəəmələgətirən aktivliyi vaxtına düşmüş, həm də 
ki, bu ayın tam bədrlənmiş vəziyyətinə təsadüf edirdi. 
Buna  oxşar  mənzərə  2004-cü ilin yanvar ayının  9-da 
Sankt-
Peterburqda olmuşdur. Günəşətrafı «qara deşiyin» pro-
yeksiyası  yüksək  təzyiq  zonası  -  antisiklon  yaratmış  və  şə-
hərdə  az  rast  gəlinən  qış  subasması  baş  vermişdir.  Nəzəri 
olaraq be
lə  kataklizmaları  əvvəlcədən  hesablamaq  mümkün 
deyil. Birincisi o
na  görə  ki,  Günəş  üzərindəki  ləkənin  fizi-
kas
ını bilmirik. İkincisi, həm Günəş, həm də Yer fırlanır. Ona 
görə  də  hansı  ləkənin  bilavasitə  Yerə  istiqamətlənməsini 
demək çətin olur. Bundan əlavə Yerin peyki olan Ay da Yerin 
kosmosdakı  vəziyyətinə  təsir  edir.  Amma  hər  halda  alimlər 
Günəşdə  ləkəyaradan  aktivliyin  monitorinqini  apara  bilirlər. 
Rusiyada  kristalların  böyüdülməsi  indikatoru  yaradılmışdır. 
Bu  cihazın  içərisindəki  xüsusi  məhsul  Günəşdəki  təzyiqin 
temperaturun və lazer şüalarının dəyişilməsini hiss edir. 
2004-cü il dekabr
ın  4-də  Moskva  vaxtilə  saat 14
25
-
də 
Günəş  səthində  birinci  partlayış  başlayaraq,  Yer  səthinə 

163 
doğru yüklənmiş hissəciklərin böyük kütləsi atılır. Bundan 8 
dəqiqə sonra Amerika süni peyki  GOES rentgen şüalarının 
zərbəsini qeydə alır. Rentgen şüaları adətən S, M və X adlı 
üç sinfə bölünür. Hər bir sinif özündən əvvəlkindən 10 dəfə 
qüvvətli  olur.  Elə  buna  görə  də  dekabrın  5-də  rentgen 
şüalanması şkalanın ən yuxarısına, 9-10 ballara çatmışdır. 
Be
lə  rentgen  şüalarının  partlayışı  tarixdə  çox nadir hal-
larda baş verir. Xoşbəxtlikdən partlayış dalğası birbaşa Yer 
səthinə yönəlməmişdi. Dekabrın 7-də baş vermis ikinci part-
layış daha ciddi olmuşdur. Bu zərbə Günəş üzərində 3,5 mil-
yard km
2
 
ərazidə yayılmışdır. Bu ərazi isə Yerin ərazisindən 
8
5 dəfə çoxdur. 
Bu iki partlayışdan gələn maqnit dalğaları, əgər 2004-cü 
il dekabr
ın 10-13-ü arasında olsaydı, onda o dalğalar birbaşa 
Yerə  istiqamətlənmiş  olardı.  Bu  partlayış  dalğaların  Yer 
səthinə bir başa istiqamətlənmədiyinə görə bəşəriyyət əziy-
yət  çəkməmiş,  bir  neçə  süni  peyklərdə  olan  elektron  cihaz-
ların korlanması ilə nəticələnmişdir. Qüvvətli sunami 1952-ci 
ilin payızında Kuril adaları və Kamçatkanın şərq sahillərini 
tutmuşdur.  Sualtı  zəlzələnin  ocağı  nisbətən  uzaq  deyildi 
(Kuril-
Kamçatka  dərinliyi  ərazisində).  Dalğa  tezliklə  Kuril 
adalar
ına  və  Paramuşir  adasına  yaxınlaşaraq,  ən  çox  18  m 
yüksəkliyə qalxmışdır. 
Paramuşir  adasında  peçlər  uçmuş,  ev  əşyaları  tökülüb 
sınmış, insanlar çölə qaçmışlar. 
Paramuşirdə noyabrın 4-dən 5-nə keçən gecə əhali zəlzələ 
nəticəsində tələsik oyanaraq evlərdən çölə çıxmışlar. Peçlər, 
qab-
qacaq,  ev  əşyaları  dağılmış  və  qırılmışlar.  Bir  neçə 
dəqiqədən  sonra  məlumatsız  əhali  evlərinə  dönmüşlər. 
Amma sunamilər haqda məlumatı olanlar, əsasən balıqçılar 
dənizin  sakit  olmasına  baxmayaraq,  dağlara  qalxmışlar. 
Zəlzələdən  45  dəqiqə  sonra  okean  tərəfdən  güclü  uğultu 

164 
eşidildi və bir neçə saniyə sonra Şimali Kurilə böyük sürətlə 
nəhəng dalğa irəlilədi. Dalğaların ən hündür hissəsi şəhərin 
mərkəzi hissəsində olmuş və çayın dərəsinə qədər çatmışdır. 
Bir neçə dəqiqədən sonra dalğa dənizə doğru geri qayıdır 
və  özü  ilə  dağıtdığı  hər  şeyi  aparmışdır.  Boğazın  dibi bir 
neçə  yüz  metr  məsafədə  boşalır,  sakitlik  yaranır.  15-20 
dəqiqədən sonra şəhərə daha qüvvətli 10 metr hündürlükdə 
olan ikinci 
dalğa gəlir. Bu dalğa daha  böyük dağıdıcı qüv-
vəyə  malik  olmuş,  bütün  tikililəri  dağıtmışdır.  Dalğanın 
arxas
ında yalnız evlərin bünövrəsi görünürdü. 
Dalğa şəhərdən keçərək, dağın yamacına çatmış, sonra isə 
geri-
çökəkliyə  çəkilmişdir.  Burada  su  dövrəsi  yaranmış  və 
dövr
etmədə  tikililərin  qalıqları  və  kiçik  gəmilər  iştirak  et-
mişlər. Geri çəkilərkən dalğa sahil zonanı arxadan vurmuş-
dur
.  Orada  arxada  qalmış  bir  neçə  evi  də  dağıdaraq  Kuril 
körfəzinə dolmuşdur. 
İkinci  dalğadan  bir  neçə  dəqiqə  sonra  üçüncü  daha  zəif 
dalğa gəlir ki, bu da özü ilə sahilə çoxlu qırıntılar gətirir. 
1960-
cı  ildə  Çili  yaxınlığında  baş  vermis  sunami  də 
dəhşətli olmuşdur. Bu sunami nəticəsində nisbətən az adam 
ölsə də, əsasən Maulin çayının mənsəbində təqribən 1000-ə 
yax
ın adamın batması güman olunur. Çili sahillərinə bir ne-
çə nəhəng dalğa hücum edir. Dənizdə ilk qabarma çox hün-
dür olmur. 4-
5  m  hündürlüyə  qalxan  dalğa  5  dəqiqə  sakit 
qalır.  Sonra  isə  dalğa  geri  çəkilir.  Geri  çəkilmə  sürətli  ol-
maq
la  bərabər,  sovrulan  su  səsinə  oxşar  qüvvətli  səslə 
müşahidə olunur. İkinci dalğa 20 dəqiqə sonra sahilə çırpılır. 
Sürət 5-200 km/s, hündürlük isə 8 m olur. 
Be
ləliklə  yuxarıda  yazılanlarda  göründüyü  kimi  təbiətdə 
elə təbii fəlakətlər vardır ki, onlar insanların fəaliyyətindən 
asılı olmayaraq yaranır və bunların qarşısını almaq mümkün 
olmur, həm də ki, böyük itkilərlə başa gəlir. 

165 
Sunamilərə  qarşı  qismən  müdafiə  olunmaq  üçün  tədbir-
lərə:  süni  sahil  qurğularının  (dalğakəsən,  tökmələr  və  s.), 
okean sahili boyu meşə zolağının salınması zəruridir, 40-50-
ci il
lərdə ABŞ, Yaponiya və Keçmiş SSRİ-də əhalini qabaq-
cadan  xəbərvermə  qulluğu  yaradılıb  ki,  onlar  sunamilərin 
yax
ınlaşması  haqda,  sahil  seysmoqrafları  ilə  təchiz  olu-
nurlar. 
Yer kürəsinin bütün tarixi boyu vulkan püskürmələri, zəl-
zələlər, sunamilər və tektonik aktuallıqla əlaqədar baş verən 
başqa  təbii  fəlakətlər  dövrü  olaraq  insanlar  və  heyvanlar 
aras
ında böyük tələfatlara səbəb olmuşdur. 
Beləliklə  fəlakətli  proseslərdən  biri  olan  sunami  dalğa-
lar
ının törətdiyi təzadlarla əlaqədar apardığımız araşdırmalar 
aşağıdakı nəticələri söyləməyə imkan vermisdir: 
1. 
Sunamilər okean və başqa su hövzəbrində suyun təla-
tümə  gəlməsi  nəticəsində  yaranan  uzun  dalğalardır.  Əksər 
sunami
lərin yaranmasına  səbəb  qüvvətli  sualtı  zəlzələlər 
hesab olunur. Sunamil
lərin 80%-dən soxu Sakit okeanın hər 
iki sahil
lərində baş verir. 
2. 
Qüvvətli  sunamilərlə  müşahidə  olunan  daha  çox 
dağıdıcı zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer 
tavası o biri litosfer tavasının altına girməkdə olur. 
3. 
Dağıdıcı  sunamilərin yaranmasının  əsas  şərtlərindən 
biri okean
ın həmin sahələrində dərin çatın olmasıdır ki, onun 
uzunu boyunca zəlzələ ocağı yaranır, belə ki, onlar seysmik 
zona hesab olunur. 
4. 
Adətən dalğanın gəlməsindən bir az əvvəl gözlənilmə-
dən  dənizin  sürətli  çəkilməsi  baş  verir.  Su  sahildən  min 
metr
lərlə dənizə doğru çəkilir və yaxud suyun sürətlə sahil-
dən uzaqlaşması və dibin çılpaqlaşması baş verir. Bu zaman 
dalğanın  səsi  kəsilir.  Bir  neçə  dəqiqədən  sonra sahil zona-
sındakı şəhərlərə və başqa balıqçı qəsəbələrinə divar kimi su 

166 
dal
ğası  gəlir  ki,  bu  dalğa  da  öz  yolunda  hər  şeyi  yuyub 
aparır. 
5. 
Sunamilərin  gəlməsini  xəbər  verən  sistemlər  əsasən 
seys
mik məlumatların aparılması nəticəsində mümkün olur. 
Xəbərdaredici sistemlərin əsas əhəmiyyəti əhali arasında ak-
tual informasiya
nın yayılmasıdır. Ən mühümü odur ki, əhali 
sunami
lərin necə təhlükəli olmasını təsəvvür edilmiş olsun. 
6. 
Günəşin səthində ləkələrin olması hamıya bəllidir. Lə-
kə-Günəş  ətrafında  daima  yaranan  günəşətrafı  «qara  dəlik-
lərdir».  Bu  «qara  dəliklərin»  Yer  səthinə  istiqamətlənməsi 
Yerdə çoxsaylı katoklizmaların-tayfunların, tornadonun, su-
nami
lərin,  siklon  və  antisiklonların  yaranmasına  təsir 
göstərir. 
7. 
Nəzəri cəhətdən belə kataklizmaları əvvəlcədən hesab-
lamaq mümkün olmasa da, be
lə  ehtimal olunur ki, alimlər 
Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara bilərlər. 

167 
Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin