10.5.
Orbitdə toqquşma və partlayışlar
24 iyul 1996-
cı ildə təxminən 660 km yüksəklikdə iyul
1995-ci
ildə buraxılmış günəşin sinxron orbitinə fransız
CERİSE peyki ilə, başqa bir fransız peyki – 1986-cı ildə or-
bi
tə çıxmış «Arian» raketinin üçüncü pilləsinin fraqmentləri
ilə toqquşması baş vermişdir. Toqquşma zamanı obyektlərin
nisbi
sürəti 15 km/s-a yaxın və ya 50000 km/saat olmuşdur.
İlk dəfə olaraq insanın kosmik fəaliyyətinin 39-cu ilində
Kosmosda
toqquşma problemi həqiqətə çevirldi. Təbii səma
cismləri kimi, həm də süni peyklərin dağılmış parçaları öz
müşahidə sistemini tələf edir.
185
Öz enerji
resursları tükənmiş peyklər orbitə buraxıldıqdan
20
ildən çox dövr etdikdən sonra dağılırlar və onlar kosmik
zibil («Tranzit», NOAA, «Kosmos», «
Vostokların» yuxarı
pi
lləsi) hesab olunurlar. Müxtəlif peyklər nəzarətdə olan
müx
təlif miqdar dağılmış hissələr verirlər (6-dan 50-yə
qədər və çox). Bəzi iri hissələr ayrı nömrə ilə kataloqa daxil
edilirlər.
Yerətrafı kosmosun çirkləndirilməsi raketlərin buraxıl-
ması üçün istifadə olunan gücün artması ilə artır. «Delta»
raketləri sistemlərinin ikinci pilləsinin partlayışları (yanaca-
ğın qalması və qazmanın mövcud şəraitindən asılı olaraq)
kosmosa 1300
müşahidə olunan və kataloqlaşdırılmış fraq-
mentlər əlavə etmişlər. Həmin bu səbəblər də keçən əsrin
90-
cı illərində «Titan», «Kosmos», «Proton», «Zenit», «Ro-
kot», «Peqas» tipli
raketləirn yuxarı pillələrinin partlamasına
səbəb olmuşdur. Yuxarıda qeyd etdik ki, geosentrik orbitdə
yerləşən peyklər təbii səma obyektləri tərəfindən xüsusi
bombardman olunurlar.
Bir
neçə kosmik layihələr həyata keçirilmişdir ki, aşağı
orbitdə pilotlarla idarə olunan kosmik zibilin mövcudluğu
öyrənilsin. Xüsusilə də 1990-cı ilin aprelində peykdə qoyul-
muş ümumi sahəsi 130 m
2
olan xüsusi
platformanın səthində
0,5 mm-
dən böyük həcmli hissəciklərin 35 min-dən çox
zərbəsi qeydə alınmışdır. Analizlər göstərmişdir ki, səthə
dəyən hissəciklərin «Kraterləri» həm süni, həm də təbii
mənşəli hissəciklərinin zərbələrinin nəticəsində yaranmışlar
(o
cümlədən də nüvə reaktorlarından dəyən zərbələr). Yerə
düşən iri kosmik zibilə (1 m
2
en
kəsiyi olan) gəldikdə isə,
onlar orta hesabla
həftə ərzində bir dəfədən az düşmürlər.
Əfsuslar olsun ki, zibillərin düşmə vaxtı, düşmə yerlərini
təyin etmək mümkün olmur.
Rusiya EA
və NASA-nın institutlarında aparılmış tədqi-
186
qatlar bu
fikrə gəlməyə imkan verdi ki, alçaq yerətrafı orbitdə
olan kosmik zibilin 40%-
dən çoxu - raketlərin ikinci pillələ-
rinin
və orbitdəki peyklərin partlaması nəticəsində əmələ gəl-
miş qəlpələrdir. Bəs onda geosentrik orbitdə dövr edən peyk-
lərlə nə hadisə baş verir? Geostasionar iş rejiminin vəziy-
yətində olan peyklər bütün hallarda korrektə olunduqları üçün
(
onları «aktiv» sayılırlar) nisbətən kiçik sürətə (– 5 m/s-dan
az)
malikdirlər. Öz aktivliyini itirmiş (onlar «passiv» adlan-
dırırlar) peyklərin orbitaları səma qanunları mexanizmlərinin
qanunları ilə dəyişməyə, təkamül etməyə başlayırlar: orbitin
yastılığı 52 illik dövrlə və 15
0
-lik amplituda
ilə dəyişir.
Geostasionar
orbitlərə peyklər 1963-cü ildən buraxılır, bir
ildən sonra isə onlardan bəziləri artıq aktiv ola bilmir və
onların orbiti dəyişir (təkamül edir). Bu ona gətirdi ki, 90-cı
llərdə onların orbitləri yenidən geosentrik orbitlərə yaxınlaş-
mışlar və XXI əsrin ilk onilliyindən bu proses kütləvi xa-
rakter
alır. Bu zaman fəaliyyət göstərən obyektlərin fəaliy-
yətini başa vurmuş obyektlərlə toqquşması üçün əlavə təh-
lükə yaradırlar ki, bunun da nəticəsində kosmik aləmin yeni
zibilləri əmələ gəlir. Ona görə də geostasionar orbitdə dövr
edən bütün peykləri və onların hərəkətini nəzarətdə saxla-
maq
lazımdır. Belə nəzarəti iri fotoqrafik kamera ilə geniş
profillə etmək mümkündür. Bir gecə ərzində onlar geo-
stasionar
orbitadakı bütün ərazidə stansiyadan görünən
tərəfə nəzarət etməyə imkan verirlər.
«Kosmik obyekt» terminini
müəyyənləşdirərkən, «Kos-
mik obyekt»
anlayışının tərkib hissəsi kimi, həmçinin onu
daşıyıcı vasitələr (daşıyıcı-raketlər) və onun hissələri (pillə-
lər və onların ayrı-ayrı hissələri) fəaliyyət göstərmirsə də,
Konsepsiya kosmosa aparat buraxan
və Kosmosu çirklən-
dirən dövlət üzərində potensial məsuliyyət saxlayır.
187
XI
FƏSİL
DÜNYANIN
SƏHİYYƏ PROBLEMLƏRİ
İnsanlar bütün tarix boyu müxtəlif kütləvi xəstəliklərdən
zərər çəkmişlər. XX əsrin sonu isə insanlar üçün daha
təhlükəli xəstəliklər törətmişdir.
Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) sağlamlığa belə tə-
rif verir: «
Sağlamlıq xəstəlik və fiziki defektlərin olmaması
ilə yanaşı, həm də fiziki, ruhi və sosial sağlamlıq deməkdir.
Vətəndaşların sağlamlığı milli və dünyəvi məfhumdur».
ÜST – eyni zamanda qeyd edir ki,
əhalinin sağlamlığı
50%
həyat tərzindən, 20% - genetik amildən, 10% səhiyyə
təşkilatından və 20% ətraf mühitin vəziyyətindən asılıdır.
Sağlamlıq probleminin qlobal xarakter daşıması digər
problem
lərdən əvvəl yaranmışdır. Ticarətin coşğun inkişaf
etdiyi
və Böyük Coğrafi kəşflər dövründən dünyada bir çox
epidemiyalar
yayılmış, lakin onlara qarşı milli mübarizə təd-
birləri kifayət qədər olmamışdır. Bu zaman bütün bəşəriy-
yətin sağlamlığını qorumaq üçün səylər tələb olunurdu.
XIX
əsrin ikinci yarısında L.Paster vaksinin köməyi ilə
yolxucu
xəstəliklərə tutulmamaq qabiliyyətini yaratmaq
prinsipini
əsaslandırdı və J.J.Meçnikovun ilk immunitet nə-
zəriyyəsi meydana gəldi. Bu elmi kəşflər qara çiçək, vəba,
taun, tetanus, tit
rətmə-qızdırma kimi bir çox qorxulu yo-
luxucu
xəstəliklərin qarşısını almağa imkan verdi. Yaxın
vaxtlara
qədər bəzi xəstəliklərin, məsələn, malyariya, qrip,
zöhrəvi xəstəliklərə qarşı effektiv vaksinlər yaratmağa
müvəffəq olunmamışdır.
Hazırda dünyanın bütün ölkələrində superurbanizasiya,
zülal
aclığı, ərzaq, içməli su problemi, demoqrafik partlayış
və s. qlobal problemlər başlayıb. Biosferdəki bu dəyişiklik-
lər yeyinti məhsullarını yararsız hala salıb, insan və hey-
188
vanlar
arasında infeksion və invazion xəstəliklər çoxalıb, ye-
ni,
indiyədək elmə məlum olmayan, uzunmüddətli müalicə
tələb edən dəhşətli, faciəli xəstəliklər (QİÇS, quş qripi,
atipik pnevmaniya,
sarı qızdırma, dəli dana-inək quduzluğu,
hepatitlər və s.) uşaqlar arasında müşahidə olunan genetik
xəstəliklər (talassemiya, hemofiliya, anumiliyalar, teratogen
xəstəliklər, immun çatışmazlıqları), o cümlədən ekoloji mü-
hitin
təsirindən bəzi xəstəliklər (şəkərli diabet və mineral ça-
tışmazlığı, uşaqların ölü və vaxtından əvvəl doğulması və s.)
müşahidə edilir və bəşəriyyəti təlatümə gətirir.
Statistika
məlumatlarına əsasən XX əsrdə bir çox yeni
xəstəliklər – onkoloji, SPİD (QİÇS), infeskion meningit, al-
koqolizm, narkomaniya,
quş qripi, donuz qripi və s. peyda
olmuşdur. Həm də xəstəliklər onsuz da ölüm hadisəsi (uşaq
ölümü) daha da çox
baş verən inkişaf etməkdə olan (İEO)
ölkələrdə geniş yayılmışdır. Bunlardan QİÇS ən müasiridir.
Spidin
yayılması səbəbləri müxtəlif faktlarla izah olunur və
ayrı-ayrı nəzəriyyələr irəli sürülür.
BMT-nin
QİÇS üzrə Birləşmiş Proqramının (UNAİDS)
məlumatına görə, xəstəlik müşahidə olunandan (1959,
Afrika)
indiyədək dünyada 60 milyondan çox insan bu
xəstəliyə yoluxub, indi hər gün 24 yaşınadək 6000 gənc və
15
yaşınadək 2000 uşaq və yeniyetmə bu xəstəliyə yoluxur.
Artıq planetin 10 mln. əhalisi bu bəladan dünyasını dəyişib.
Respublikamızda rəsmi 2012-ci ilin sonuna olan məlumata
əsasən QİÇS-lə xəstələnmiş 650 nəfər yerli və əcnəbi
vətəndaş qeydiyyata alınıb.
Bəşəriyyət əvvəllər alimlərin diqqət mərkəzindən yayınan
və hazırda çox ciddi real təhlükəyə çevrilən H5N2 virusunun
törətdiyi quş qripi xəstəliyi ilə qarşılaşıb. Bu xəstəlik 1918-
ci
ildən etibarən müşahidə olunmaqla indiyə qədər dünya
üzrə 40 milyon adamın ölümü ilə nəticələnib. Bu gün həmin
189
xəstəlik dünyanın bir çox ölkələrində, o cümlədən Azərbay-
canla
qonşu olan Türkiyə və İranda da quşlar arasında
yayılaraq respublikamız üçün də ciddi təhlükə yaradır.
Bu
xəstəliklə əlaqədar irəli sürülən nəzəriyyələrdən biri
son
illər Pitsburq Universitetinin (ABŞ) professoru –
radioloq Sternqlass
və Birminhem Universitetinin (AFR)
fiziki, doktor H.
Şqer tərəfidən formalaşdırılmışdır. Onların
söylədikləri nəzəriyyəyə əsasən QİÇS-in virusu hidrogen
bombalarının partladılması nəticəsində atmosferin yuxarı
qatlarına atılmış radioaktiv atom və başqa kimyəvi element-
lərdən və bəlkə də insanlar üçün zərərsiz ilkin – virusa ra-
dioaktiv stronsiumun
təsiri nəticəsində əmələ gəlmişdir. Bu
radioaktiv
nukleidlər Yer kürəsinə hava vasitəsilə daxil olur.
Mütəxəssislərə görə dünyada yüz milyonlarla insanın və-
ziyyəti yaxşı deyildir. İnkişaf etmiş və inkişaf etməkdə olan
ölkələrdə səhiyyənin səviyyəsində böyük uyğunsuzluqlar
vardır. Belə ki, Afrikanın şimal-şərqində yerləşən Efiopiya-
da
insanların yaşayış həddi 45 yaş, Yaponiyada isə 80 yaş
göstərilir. Cavan yaşlarında Hindistanda ölüm hər 1000 nə-
fərdən 80, İsveçdə isə 5 adam qiymətləndirilir. Bu ölkələrdə
ixtisaslaşmış həkimlər və səhiyyənin vəsaitlə (pulla) təmin
olunmasında da böyük fərqlər mövcuddur. Belə ki, inkişaf
etmiş ölkələrdə (İEÖ) 520 adama 1 həkim düşür, səhiyyəyə
Ümumi Milli
məhsulun 80%-i, inkişaf etməkdə olan ölkə-
lərdə isə 17 min adama 1 həkim, səhiyyəyə Ümumi Milli
məhsulun cəmi 1% yönəldilir.
Bir çox
alimlər dünyada sağlamlığın böhran həddinə çat-
masını göstərir. Bu əsasən inkişaf etməkdə olan ölkələrə aid-
dir. Bunun
səbəbi qidanın çatışmaması ilə əlaqədar əhalinin
çox
hissəsində xəstəliklər və vaxtsız ölüm hadisəsi, çirklən-
miş su xidmətinin adekvat olmaması; inkişaf etmiş ölkəlrədə
xərçəng (onkoloji xəstəliklərinin 80%-i ətraf mühitin vəziy-
190
yətindən asılıdır), ürək-damar və allergiya xəstəliklərinin
sta
tistikasında birinci yeri əsasən qeyri infeksion, inkişaf
etməkdə olan ölkələrdə isə infeksion xəstəliklər tutur.
Ekoloji
problemlərin tarixi faktiki olaraq yolxucu xəstə-
lik
lərlə daimi mübarizə tarixidir.
Pozulmuş ətraf mühitə canlı orqanizmlərin özlərini müha-
fizə mexanizmi də təsir edir. Başqa sözlə desək, insanın və
ev
heyvanlarının xəstəliyi əsas etibarilə ətraf mühitlə əlaqə-
dardır.
Bir çox
bakteriyaların viruslarının yayılması su və hava
va
sitəsilə baş verir.
«Qara ölüm» - «Çuma»
qədim zamanlarda bir çox xalqla-
rın, dövlətlərin və sivilizasiyaların həyatına son qoymuşdur.
Tarixi faktlara
müraciət etsək, görərik ki, 1348-ci ildə Çü-
ma
xəstəliyi İtaliyadan Avstriyaya, oradan da Bavariyaya
keç
mişdir. Sonra Venada tuğyan edib. Şəhərdə və onun ət-
raf
larında onun əhalisinin 1/3-i sağ qalmışdır. Cəsədlərdən
xilas olmaq üçün
onları, hərəsi min nəfər olmaqla ümumi
qəbirlərə atırdılar.
1350-ci
ildə Çuma xəstəliyi Frislandiya və Şelezviq-Qolş-
teyn
əyalətlərinə çatır. Burada epidemyia o qədər qüvvətli
olmuşdur ki, hətta bu hadisədən 20 il keçməsinə baxayaraq
evlər hələ də boş qalmışdı.
Çuma
xəstəliyi daha dəhşətli nəticələri İngiltərədə və xü-
susilə İrlandiyada qoymuşdur. Yoluxma elə qüvvətli olmuş-
dur ki,
xəstəyə bir dəfə toxunan insan tezliklə özü ölürdü.
Ölümün qorxusu
insanları öz yaxınlarını da sevməyə mane
olurdu
və ölənlər qarşısında axırıncı köməklərini də göstərə
bilmirdilər.
Şərqdə (Çində) başlamış «qara ölümün» yolu uzaq İslan-
diyada qurtarm
ışdır. Çumanın qarşısını heç nə ala bilmirdi
və onun kütləvi yayılması əsasən o dövrün antisanitariyyası
191
ilə əlaqədar olmuşdur. Tullantılar və sıçovullar da Çumanın
yayılmasına səbəb olurdular.
Bu
gözə gönməyən dünyəvi fəlakətlər, nəinki, milyonlarla
ins
anları məhv etmiş, həm də həyatın bütün mərhələlərinə
toxun
muş, sağ qalan insanların əqidəsinə böyük təsirlər et-
mişdir.
Bu gün
isə biz yaddan çıxarmamalıyıq ki, bu zəhər «sivi-
li
zasiyanın» töhvəsi idi. Q.Xeflind yazır ki, «Ximikatlar
yavaş» fəaliyyət göstərən bombadır.
Bizim
planetimizdə yavaş fəaliyyət göstərən bombalar:
təmizlənməmiş sular (onun məhvi – insanın məhvi demək-
dir), zibil, hava, ximikatlar, «
səs-küy»dür. Bütün bunlar
dəhşətli xəstəliklər törədirlər. Misal üçün: Əfsanəyə əsasən
qədim Çində cinayətkarı «musiqili qətlə» məhkum edirmiş-
lər. Məhkumu dözülməz səslər altında saxlayaraq, öldürür-
müşlər. Doğrudur səs insanın ixtiyarındadır, ona görə onunla
da
öldürə bilər.
Dünyada
sağlamlığın böhranının əsas aspektləri demo-
qrafik, sosial-iqtisadi, tibbi
və fərdi əhval-ruhiyyə hesab
olunur:
Demoqrafik aspekt. 1995-ci
ildə dünyanın əhalisi 5,6
milyard
təşkil edirdi, onun da 75%-i inkişaf etməkdə olan
ölkələrdə, 25% isə inkişaf etmiş ölkələrdə yaşayırdı. Keçən
əsrin 90-cı illərində dünya əhalisinin orta yaşı 62 il (inkişaf
etmiş ölkələrdə – 73 il, inkişaf etməkdə olan ölkəlrədə 60 il)
olmuşdur. Məsələn, Avropanın bütün ölkələrində orta yaş
60-a
yaxın, Afrikanın 44 ölkəsində – 48 yaş, cənub-şərqi
Asiyada,
Aralıq dənizinin şərq ölkələridə isə 60 yaşdan
aşağıdır.
İnkişaf etməkdə olan ölkələrdə insanların ömrü sürətlə
art
maqdadır. Məs. 1989-cu ildən sonra insan ömrünün uzun-
luğu inkişaf etməkdə olan ölkələrdə 29%, inkişaf etmiş ölkə-
192
lərdə isə 8,6% artmışdır.
Sosial-iqtisadi aspekt. Bu aspekti
səciyyələndirən göstə-
rilən əhalinin məşğulluğu, urbanizasiya, yoxsulluq, sağlam-
lıqda qeyri-bərabərlik, ərzaq təsnifatı və sağlamlıqdır.
Dünyada
səhiyyəyə Ümumdünya məlumatlarına əsasən
5,4%-i (4,8% az
inkişaf etməkdə olan ölkələrdə, 6,6% isə
inkişaf etmiş ölkələrdə) ayrılır. Əhalinin sağlamlığı onun
məşğulluğu ilə də bağlıdır. İşsizlik insanın həm fiziki, həm
də mənəvi sağlamlığına mənfi təsir göstərir.
Urbanizasiya
səviyyəsi sağlamlıq problemi ilə bilavasitə
bağlıdır. Məs. Nyu-York şəhərində baş verən bəlaların çoxu
XX-XXI
əsrlərin urbanizasiyası ilə əlaqədardır.
Şəhər mühiti bir qayda olaraq müxtəlif kommunal-məişət
sənaye tullantıları ilə güclü çirklənmişdir. Ətraf mühiti bura-
da
ən çox çirkləndirən mənbə nəqliyyat sayılır. Şəhərlərdə
fiziki çirk
lənmə, elektromaqnit, radiasiya, istilik çirklənməsi
də yüksək həddə çatmışdır.
Şəhər mühitinin çirklənməsi şəhərlərin sağlamlığına mən-
fi
təsir göstərir və allergiya, ürək-damar, onkoloji, nəfəs
yolları xəstəliklərinin artmasına səbəb olur.
Cəmiyyətin sağlamlığının həlli yolları tapılmayınca prob-
lem
lərdən biri də onun ölkələr arasında və ölkələr daxilində
qeyri-
bərabər olmasıdır. İnkişaf etməkdə olan ölkəlrədə əha-
linin 2/3
hissəsindən çoxu tibbi-sanitar xidmətindən məh-
rumdur.
İnkişaf etmiş ölkələrdə əhalinin sağlamlığını təmin
etmək üçün elm və texnikanın yeni nailiyyətlərindən istifadə
olunur, lakin bu tibbi
xidmətlərin bahalaşmasına səbəb olur.
Buna
görə də aşağı gəliri olan adamların ölüm hadisəsi
yüksək gəlirli adamlara nisbətən 2 dəfə yüksək olur.
Əhalinin ərzaq problemi insanların sağlamlığında mühüm
amil
sayılır. İnkişaf etmiş ölkələrdə adambaşına orta kalo-
rilik – 3400-3500 kalori
təşkil edir, bu isə qidanın zəngin
193
olmasını təmin etməklə,, bütövlükdə əhalinin sağlamlığına
yaxşı təsir göstərir.
Əhalinin sağlamlıq dərəcəsini qorumaq işində sağlam
həyat tərzini saxlamaq, əhalini ekoloji cəhətdən qorumaq və
təkmilləşmiş tibbi yardımdan istifadə etmək də mühüm şərt
hesab olunur.
Tibbi aspekt.
Cəmiyyətin sağlamlığının tibbi istiqaməti
xəstəlik, ölüm və əmək qabiliyyətini itirmək, əlilliyin, həm-
çinin az
inkişaf etmiş uşaqların doğulması kimi göstəricilərlə
səciyyənir.
Yuxarıda qeyd etdiyimiz kimi belə hallar inkişaf etməkdə
olan
ölkələrdə geniş yer tutur. Bu xəstəliklərin bir qismi ta-
mamilə yox edilmişdir (məs. Çiçək), digərləri isə, məs. və-
rəm, allergiya və başqa xəstəliklərə qarşı peyvənd edilmə-
məsi səbəbindən yayılmışdır. QİÇS, zöhrəvi xəstəliklər, nar-
komaniya, alkoqolizm,
quş və donuz qripi artmağa doğru
gedir.
Körpə uşaqların ölüm halları arzu olunmaz haldır.
Dünyada 1000
doğulan uşaqdan 70-i 1 yaşına qədər yaşa-
mır. Uşaqların 15%-ə qədəri aşağı səviyyədə doğulur. Dün-
ya
əhalisinin iş qabiliyyətini itirənlərin (o cümlədən psixi
pozqunluq
və başqa xəstəliklərlə əlaqədar) sayı (10%-ə ya-
xın) həyəcan doğurur.
Fərdi-əhval ruhiyyə (hal-əhval). Dünya əhalisinin sağ-
lam
lığının demoqrafik, sosial-iqtisadi və tibbi aspektləri əha-
linin
sağlamlığında obyektiv əks olunur. Fərdi-əhval-ruhiyyə
–
sağlamlığın vəziyyətinin sübutu göstəricisidir. O şəxsi his-
lərlə (duyğularla) – xoşbəxtliyin səviyyəsi ilə hal-əhval və s.
ilə ölçülür. Hazırda həyatın keyfiyyəti və onun xəstəliklə
əlaqəsi öyrənilir. Onların arasında aşağıdakılar ayrılır: ailə,
narahatlıq hissi, maddi təhlükəsizlik, sağlamlığa şəxsi müna-
sibət, faydalı iş, istirahət, inam və ideyalar (ən yüksək arzu,
194
məqsəd).
Fərdi əhval-ruhiyyə – insanın mənəvi sağlamlığının əsa-
sıdır. Mənəvi sağlamlıq sahəsinə özünə inam, düşüncə tərzi,
vərdişlər, hissiyyat, bütövlükdə sağlam psixika (ruhi aləm)
aiddir.
25-30 il bundan
əvvəl bəşəriyyət Spid haqqında məlu-
matlan
dırıldı. Bu illər ərzində tibbi-bioloji elmi geniş maliy-
yələşdirilərək öz imkanları daxilində əllərindən gələni etmiş-
lər. Əvvəla xəstəliyi törədən viruslar, onun əsas «Ocaqları»
və «Zəif yerləri» dəqiq öyrənilmiş, onun diaqnozunun sə-
mərəli üsulları, işlənib hazırlanmış, epidemiyaya qarşı təd-
birlər, yeni müalicə texnologiyaları və onlarla dərman pre-
paratları tətbiq etməklə səmərəli üsulları hazırlanmışdır. La-
kin bütün
görülən bu tədbirlər XX əsrin ən dəhşətli
«
Vəbası» öldürücü və qlobal xarakter almış və artıq dünya-
nın əksər ölkələrində yayılmış bu xəstəiyin müalicəsinə kö-
mək edə bilməmişdir. Pandeya immunadefisiti davam edir
və get-gedə əhalinin yeni təbəqələrini, xüsusilə kasıb və
sosial stabillik olmayan
ölkələrdə geniş yayılır. Hər il Yer
kürəsində BMT-nin məlumatına əsasən QİÇS-ə (SPİD)
(2000 il) 150000
nəfər tutulur. BMT-nin məlumatlarına
əsasən yalnız QİÇS infeksiyasına 5 milyon nəfər tutulmuş
və həm də onların əksəriyyəti inkişaf etməkdə olan ölkələrin
payına düşür. Statistikaya əsasən Cənubi Amerika əhalisinin
hər 8 nəfərindən biri QTÇS-lə infeksiyaya tutulmuşdur.
2000-ci ilin
axırına olan rəsmi məlumatlara əsasən bu
virusla
xəstələnənlərin sayı keçmiş SSRİ ölkələrində və
Şərqi Avropa ölkələrində 700 min nəfərə çatmışdır. Həm də
ki, bir
ildə bu rəqəm 75% artmışdır.
Qeyd
edək ki, bir çox ekspertlərin fikrincə, əsl həqiqətdə
bu virusa
məruz qalanların sayı ola bilsin ki, yazılanlardan ən
azı beş dəfə çoxdur. 2001-ci ildə noyabrın əvvəllərinə xəbər
195
ve
rilmişdir ki, Rusiyada 80 min uşaq bu virusa tutulmuşlar.
Rəsmi məlumatlara əsasən 2001-ci ilin martına kimi –
23905 – adam bu
xəstəliyə tutulmuşdur. Bu xəstəliyin belə
geniş yayılmasını Çin hökuməti də təsdiq etmişdir.
Çinin
Səhiyyə Nazirliyinin qeyri-rəsmi məlumatına görə
artıq 6000 mindən çox Çinli bu xəstəliyə tutulmuş və xəs-
tələnmə faizi ildə 30%-ə çatmışdır. Yeni müalicə üsulları
xəstəliyin inkişafını ləngitsə də, belə müalicə çox baha – 12-
15 min, (1
ilə) ABŞ dollarına başa gəlir. Həm də ki, təqribən
15%
xəstə ümumiyyətlə bu dərmanları qəbul edə bilmirlər.
Çünki, bu
dərmanları içdikdə onlarda qida-həzm orqanla-
rının, böyrəkdə daşlaşma xəstəliyi, qanda şəkərin qalxması
və yüksək xolestrin olmasına səbəb olur.
Heç
təəccüblü deyil ki, bəzi kasıb dövlətlərin başçıları bu
xəstəlikdən xilas olmaq üçün ekzotik üsullar təklif edirlər.
Belə ki, 2001-ci ilin yayında Keniyanın prezidenti əhalini
heç olmasa iki il
sekslə məşğul olmamağa çağırmışdır. Bu
ölkədə səhiyyə nazirliyinin məlumatına əsasən, 30 milyon-
luq
əhalinin 2,2 milyonu QİÇS-lə əhatə olunub və hər il bu
xəstəlik 700 nəfərin həyatına son qoyur. Afrikanın cənu-
bunda Svazilend
monarxı – kral daha qabağa getmiş və
qızlara beş il müddətinə sekslə məşğul olmağı qadağan edib.
2001-ci il
noyabrın 13-dən Malaziyanın Djoxor ştatında ailə
qurmaq
istəyənlər mütləq bu xəstəliyə qarşı testdən keçməli-
dirlər. Çünki təkcə keçən il bu ştatda bu xəstəliklə 8000 nə-
fər xəstələnib. Lakin bütün görülən tədbirlər hələlik bu xəs-
təliyin qarşısını almaq üçün kifayət deyil. Bu xəstəliyə qalib
gəlməyin yeganə yolu – səmərəli vaksin və ya virusu məhv
edə biləcək başqa bir yolu tapmaqdır.
Hazırda Hindistan və Braziliyada QİÇS-ə qarşı ucuzlu
dərmanlar buraxırlar. Amma ki, alimlərin fikrincə Hindis-
tanda istehsal olunan bu preparatlarla bu
xəstəliyin qarşısını
196
almaq olmaz. BMT-nin
Birləşmiş proqramının icraçı
direktoru (
QİÇS üzrə) Piter Piotun fikrincə, az inkişaf etmiş
ölkələrdə bu problemi BMT-nin sabiq Baş Katibi Kofi
Annan
ölkələri bu xəstəliyin qarşısını almaq üçün 7 milyard
dollar
ayırmağa çağırıb.
Azərbaycanda QİÇS-ə tutulanların dinamikası mütəxəs-
sisləri həyəcanlandırır. Əgər 1997-ci ildə Azərbaycanda
QİÇS-lə 13 nəfər xəstələnirdisə, 1998-ci ildə bu rəqəm – 68,
1999-cu
ildə – 81, 2000-ci ildə – 200 və 1 oktyabr 2001-ci
i
lə bu rəqəm 315 nəfərə çatmışdır. Bu gün bu rəqəm daha
çox olar.
Nəzərə alsaq ki, Azərbaycanda bu xəstəliyi giz-
lədən, xəbər verməyən və vermək istəməyən adamlar varsa
bu
rəqəm daha böyük olar. Məs. təkcə 2001-ci ilin noyabr
ayına kimi Azərbaycanda bu xəstəlikdən 24 nəfər vəfat
etmişdir. Bu o dövr üçün kiçik rəqəm olsa da, dəqiq demək
olar ki, bu virus respublikada
sürətlə çoxalır.
Hazırda Azərbaycanda bir neçə uşaq artıq bu xəstəlikdən
ölmüşdür. Dünyada 6 milyondan çox uşaq bu infeksiyaya
tutulub.
Onların da 2 milyonu ölmüşdür. Yalnız 2000-ci ildə
bu
xəstəlik 500 min insanın həyatına son qoymuş və həmin
ildə bu virusla xəstələnənlərin sayı 600 min nəfər artmışdır.
Bu virusla
xəstələnən uşaqların 90%-dən çoxu inkişaf etmiş
ölkələrdə yaşayır.
Hər il Dünyada infeksiyaya tutulanların yarıdan çoxu
uşaq doğum yaşlı qadınlardır. Azərbaycanda QİÇS infeksi-
ya
sına tutulmuş qadınlardan 5 uşaq doğulmuşdur. QİÇS
BMT-nin
uşaq hüquqlarını qoruyan Konvesiyasının məlu-
mat
larına əsasən hər gün dünyada bu qəddar virusla 16 min
nəfər xəstələnir ki, onların yarıdan çoxu 10-24 yaşlı gənc-
lərdir. Bu xəstəliyin gətirdiyi əzab və əziyyətlər əsasən bi-
zim öz
bədənimizin qiymətsiz immunitet sisteminin imkan-
larını yaxşı bilmədiyimizin nəticəsidir.
197
XII
FƏSİL
NARKOMANİYA VƏ TERRORÇULUĞUN QLOBAL
EKOLOJİ MAHİYYƏTİ
12.1. Narkomaniya
və terrorizmin təbii-tarixi inkişafı
Arxeoloji
tədqiqatlar sübut edir ki, bəşəriyyət kefləndirici
və beyini dumanlandıran maddələrlə çox qədim zamanlar-
dan
tanış olmuşdur. İlkin insanların yaşadığı yerlərdə apa-
rılan qazıntılar nəticəsində tapılan qalıqlar və bitkilərin
toxumlarının yuxarıda göstərilən xüsusiyyətlərə malik olma-
sını göstərir. İnsanların ilk zamanlar psixoloji inkişafını iz-
ləyən səyyah və etnoqraflar da belə halların olmasını təs-
diqləyirlər. Arxeoloqlar b.e.ə. X-VIII əsrlərdə xüsusi gizli
yerlərdə və insanlar dəfn olunan yerlərdə psixi cəhətdən
insanlara aktiv
təsiri olan bitkiləri tapmışlar. Kulturologiya
istiqamətində iri monoqrafiya yazan Peter Fersta (1985) öz
kitabında göstərir ki, psixi cəhətdən aktiv maddələri tarix
boyu bütün xalqlar
istifadə etmişər. Opium tərkibli maddə-
lərin Şumerlərin sivilizasiyasına gedib çıxmasına dair məlu-
matlara bizim eradan
əvvəl X əsrdə ərəb ədəbiyyatında rast
gəlinir. Bizim eranın VI əsrində perulular kok yarpaqlarına
bürünmüş ölü basdırmışlar. Onlar bunu ölən üçün «o
dünyasına lazımlı» hesab etmişlər. Çinlilər ilk dəfə efedrinin
aktivləşdirici xüsusiyyətini 5000 il bundan əvvəl təsdiq
etmişlər. Elə o vaxtlarda çinlilər marixuananı, cərrahiyyə
əməliyyatı vaxtı agrıkəsici vasitə kimi istifadə etmişlər,
sonralar
isə yunan tarixçisi Herodot onun psixoloji aktiv
pereparat rolunun
oynamasını təyin etmişdir. Opiumla ya-
naşı, qaşiş Avitsena (Zərdüşt) tərəfindən istifadə edilmişdir.
Sonralar Avropada daha
yüksək sürətlə narkotik maddələr-
dən istifadə olunmağa başlanmışdır.
Dirçəliş dövründən başlayan bütün imperiyalar xarici
198
sərvətlər axtarmaqla məşğul olmuşlar və demək olar ki, on-
ların hamısı Böyük Britaniya, Fransa və Hollandiya da daxil
olmaqla öz xarici
təcavüzkar siyasətlərində narkotikləri öz
xərclərini ödəmək üçün ucuz vasitə kimi istifadə etmişlər.
Bununla
əlaqədar İngiltərədə 1860-cı ildə opiumdan başqa
xəstəliklərə nisbətən iki dəfə çox insan ölmüşdür. Bu rəqəm
1880-ci
ildə əhalinin 14%-ni təşkil etmişdir.
Xəstələrə ağrı kəsici kimi morfinin geniş tətbiq olunması
Rusiyada XIX
əsrdə bu maddəyə həvəsi artırmış və onu
«
əskər xəstəliyi» adlandırmışlar, morfinizm isə tipik
alkoqolsuz narkomaniya
əhəmiyyəti daşıyırdı. 1937-ci ildə
Çində opium istifadəçilərinin sayı 4 milyon nəfərdən çox
olmuşdur. 1931-1942-ci illərdə Almaniyada dörd milyondan
çox narkoman
qeydə alınmışdır (buraya alkoqolla xəstə
olanlar aid
edilməmişdir). İkinci Dünya müharibəsindən
sonra
ABŞ və Finlandiyada heroindən geniş istifadə olun-
m
ası müşahidə olunmuşdur. ABŞ Senatının xüsusi Komis-
siyası 1956-cı ildə ABŞ-da 600 mindən çox narkoman oldu-
ğunu (alkoqol xəstələr nəzərə alınmır) göstərmişdir. Bəzi
ekspertlərin hesablamalarına görə ABŞ-da o vaxtlar faktiki
olaraq 1 milyona
qədər narkoman olmuşdur. Hindistanda
1952-ci
ildə rəsmi olaraq iki milyondan çox xəstə insan
olduğu qeyd olunmuşdur. İndoneziya və Myanmada (Birma)
dəqiq olmayan rəsmi məlumata əsasən yarım milyona qədər
opium istifa
də edən insan olmuşdur. BMT-nin narkotiklər
üzrə Komitəsinin məlumatına əsasən 1950-ci illərin əvvəl-
lərində opium istifadəsi ilə daha ağır vəziyyət İranda qeydə
alınmışdır. Orada əhalinin 20%-ə qədəri opium yetişdirmiş
və istifadəçisi olmuşlar. 1950-ci illərin sonuna yaxın İçveç-
rədə ağrıkəsici medikamentlərdən istifadə hərisliyi elə
artmışdır ki, o da alkoqolizm kimi kütləvi xarakter almışdır.
1980-ci
illərin sonlarında Yaponiyada yarım milyona yaxın
narkoman
olması göstərilmişdir.
199
ABŞ-da geniş qəşiş epidemiyası Vyetnam müharibəsi ilə
əlaqələndirilir. 1994-cü ildə Polşada müxtəlif qiymətləndir-
mələrə əsasən 10 mindən 21 minə qədər insan narkomaniya
ilə xəstə olub. Həm də ki, xəstələrin 90%-i narkotikləri vena
daxilinə yeritməyi üstün tutmuşlar.
1999-cu
ildə Ukraynada tibb müəssisələrində nəzarətə
götürül
müş narkomanların ümumi miqdarı 83 min nəfərə
çatmışdır ki, onların da 4 mindən çoxu həd-buluğa çatmamış
gənclər olmuşdur.
Asiya
ölkələri içərisində Hindistan xüsusi yer tutur. Bu
ölkə ərazisində, beynəlxalq razılaşmaya əsasən, hər il 678
tona
qədər opium başqa ölkələrə satılmaq üçün istehsal
olunur. Hindistanda heroin
istifadəçiləri əhalinin ümumi
sayınadan 1%-dən çox təşkil edir. Tayland və Birmanın
payına narkomanların 7%-i düşür.
Rusiyada
narkotiklərin yayılmasının öz xüsusiyyətləri
vardır. Rusiyada uzun illər narkomaniyanın inkişafı zəif idi:
1965-ci
ildə burada 10,0 min nəfər narkomaniya ilə xəstə
qeydə alınmışdı. 1975-ci ildə bu xəstələrin sayı 1,5 dəfə
artmış və 14,8 min nəfər, 1985-ci ildə narkormanların sayı
dəyişməmişdir. 1985-1988-ci illərdə keçmiş SSRİ-də narko-
maniya
ilə xəstələnənlərin sayı 3,7 dəfə artmışdır. 1988-ci
ildə SSRİ-də 50 minə qədər insan qeydiyyatda olmuşlar.
1985-1991-ci
illərdə narkomaniya ilə xəstələnənlərin sayı iki
dəfə artaraq, 1991-ci ilin əvvəlinə 28,3 min nəfərə çatmışdır.
XX
əsrin sonuncu onilliyində Rusiya siyasi, sosioloji və
iqtisadi
gərginliyə məruz qalmışdır. 1991-2000-ci illərdə
narkomaniya
ilə xəstələnlərin sayı 9 dəfə artmışdır. Rusiya-
da narkomaniya
ilə xəstələnənlərin sayı 270 min nəfərə
çatmışdır. 2000-ci ilin axırına Rusiyada 2 milyon insan
narkomaniya
xəstəsi olub.
Yazılanlardan göründüyü kimi keçmiş əsrlərdən fərqli
olaraq XX
əsrdə, xüsusilə onun sonlarında narkomaniyanın
200
ictimai
təhlükə dərəcəsi xeyli artmış və dünyəvi xarakter
almaqdadır.
Bu proses x
üsusilə gənclər arasında «Ağ ölümün» (tiryək,
həşiş, heroin, kakoin və s.) yayılmasına səbəb olmuşdur. Bu
xəstəliyin yayılma sürəti və coğrafiyası o, qədər sürətlə
dəyişir ki, bunların uzunmüddətli statistik rəqəmlərini belə
düzgün söy
ləmək çətindir.
Məlumdur ki, narkomaniya insanlara, xüsusilə gənc yaş-
la
rında çox böyük əxlaqi zərər vurur, onların mənəviyyatının
pozul
masına, müalicəsi çətin xəstəliklərə tutulmasına, ən
əsası isə ayrı-ayrı ölkə və regionlarda cinayətkarlığın və
digər xoşagəlməz proseslərin güclənməsinə səbəb olmuşdur.
Hazırda Kolumbiya, Əfqanıstan, İran, Tacikistan, Myanma,
Hindistan
və s. kimi ölkələrin dağlıq ərazilərində istehsal
olunan narkotik
maddələr ağılagəlməz yollar və üsullarla
dünyanın bütün ölkələrinə aparılır. Bu maddələrin Şimali
Amerika
və Avropanın bir çox ölkələrinə, Rusiyaya və digər
regionlara
daşınmasının getdikcə artması böyük təhlükə
doğurur. Narkotiklərin yayılması get-gedə daha yeni-yeni
ölkələri əhatə edir. Məlumdur ki, narkotik maddələr istehsal
edən regionlarda sosial-iqtisadi səviyyənin aşağı olması,
qeyri-siyasi
vəziyyətin mövcudluğu bu biznesin daha geniş
vüsət almasına imkan yaradır. BMT narkotik maddələrdən
istifadə edənlərə nəzarət üzrə xüsusi fond yaratmışdır.
Əfsuslar olsun ki, Azərbaycan da bu dünyəvi, qlobal bə-
ladan xilas ola
bilməmişdir. Azərbaycanın səlahiyyətli or-
qan
larının rəsmi məlumatına əsasən 2012-ci ilin sonuna
respublikada
narkomanların sayı 27 min nəfərə çatmışdır.
Ən təhlükəlisi isə budur ki, son illər respublikada narkotik
xəstələrin yaşı xeyli cavanlaşmışdır. Mütəxəssislərin fikrin-
cə narkotik maddələrin istifadəçilərinin artması səbəblərin-
dən biri də respublikanın geosiyasi mövqeyi göstərilir. Belə
ki,
Azərbaycan narkobiznesin kəsişmə nöqtəsində yerləşir.
201
Azərbaycan bir növ tranzit daşınma yollarında olduğu üçün,
ölkəyə gizli yolla Əfqanıstandan, İrandan, Tacikistandan və
s.
ölkələrdən gətirilən narkotik maddələr, başqa ölkələrə
ötürülsə də onların müəyyən hissəsi respublikada qalır.
Aşağıdakı qrafikdə (şəkil 12.1) narkotik maddələrin gizli
yayılmasının məlumat sosial modeli verilir.
Narkomaniyanın qeydiyyata alınması, narkotiklərin alveri
ilə əlaqədar cəzasını çəkmək – bu müvafiq «karyeranın»
final mərhələsidir. Hər şey risk qrupundan başlayır, narko-
tiklərin ilkin istifadəsi və ya narkotik vasitələrlə qeyri-qa-
nuni qazanc əldə etmək cəhdəlri. Bu «ilkin» qruplar,
statistikanın göstərdiyi kimi, sosioloji dəyişikliklər və
nəzarət, daha geniş, «final» «yüksək» qruplara nisbətən
«
həcmli» olduqları üçün yuxarıdakı piramida tərtib olunur
(
şəkil 12.1).
Şəkil 12.1. Gizli nakrotik maddələrin yayılmasının
məlumat-sosial modeli
Dispanser n
əzarətində olan,
narkomanlar
R
əsmi qeydiyyatda olmayan,
narkomanlar
Risk qruppu
Narkotik madd
ələrin istifadəçiləri
202
12.2. Narkomaniya
və terrorizmin yayıldığı əsas ölkələr
1950-ci
illərin əvvəllərində Birmada AMKT (Amerikanın
Mərkəzi Kəşfiyyat İdarəsi) gizli əməliyyatlara başladığı
vaxt, opiumun, yerli
istehsalı ildə 80 min tona çatırdı.
1991-ci
ildə Amerikanın hərbi müdaxiləsi Kolumbiyada
kokain
istehsalının sürətli artmasına səbəb oldu. (1991-ci
ildən 1999-cu ilədək kokain plantasiyalarının ərazisi bu
ölkədə 3,8-dən 12,3 min hektara çatmışdır).
Narkobiznesin bütün
mərhələ və aspektlərində transmilli
iqtisadi
cinayətlər narkotrofiklə (narkotiklərin beynəlxalq
ticarət və başqa ölkələrə ötürülməsi) əlaqələndirirlir.
Narkotrofik – narkobiznesin aktiv
forması olmaqla, qlo-
ballaşmaya meylli növüdür. Narkbiznesin zonaları olan
Cənubi Amerikada And üçbucağı (Boliviya, Kolumbiya,
Peru), Orta
Yaxın Şərqdə «Qızılı yarımay» (Əfqanıstan,
Pakistan,
İran) və Cənub-Şərqi Asiyanın «Qızıl üçbucağı»
(Myanma-Birma), Laos,
Tailandın şimal rayonları və Çinin
cənub əyalətləri) olsalar da bu zonalar dəyişə bilər və onların
mərkəzləri bir ölkədən başqasına keçə bilər. Amma zonalar
özü
nisbətən sabit qalırlar.
BMT-nin
məlumatlarına əsasən XXI əsrin başlanğıcında
Yer
kürəsində 185 milyon insan narkotik maddələrdən
istifadə etmişlər ki, bu da dünya əhalisinin 3%-ni təşkil edir.
Onlardan 28 milyon adam bitki
mənşəli natural xammal olan
– kakoin (13 mln.
nəfər) və opiumlardan (15 mln. nəfər), o
cümlədən Heroinlə (9 mln. nəfər) ibarət «sərt narkotiklər-
dən» istifadə etmişlər.
XX-XXI
əsrlərdə bitki mənşəli sərt narkotiklərə təklif və
ehtiyac
əsasən stabilləşsə də, sintetik mənşəli narkotiklərin,
xüsusilə amfetamin sıralı stimulyatorların (inkişafı artıran
kimyəvi maddələr, təkan vericilər) istifadəsi və istifadəçiləri,
203
xüsusilə Şimali Amerikada, Avropada və Şərqi Asiyada
demək olar ki, kütləvi xarakter alır.
Narkotik
istifadə haqqında əsas informasiya materialları
qlobal miqyasda
məlumatı olan BMT və Amerika Birləşmiş
Ştatları hesab olunur.
Hindistan
və İrandan fərqli olaraq və qeyri Asiya dövlət-
lərinə nisbətən, opiumun Əfqanıstan üçün əsas bitkisi olma-
sıdır. Hətta dağlıq Bədaxşanda da az da olsa da bu bitki
Əfqanıstandan əvvəl əkilmişdir. Əfqanıstanda opium XVIII
əsrdən əkilməyə başlamışdır.
1980-ci
ildə Əfqanıstan dünyada opium istehsalında apa-
rıcı mövqe tuturdu: on il ərzində – 1980-ci ildən 1990-cı ilə
kimi bu
ölkədə opium istehsalı, 200-dən 1570 ton/il olmuş-
dur,
yəni 8 dəfəyə qədər artmışdır. Halbuki ondan əvvəlki
on
illikdə Əfqanistanda opium istehsalı cəmi 3 dəfə art-
mışdır.
ABŞ Dövlət Departamentinin 2001-ci ildə siyahısına
salınmış 28 xarici terror təşkilatından, ən azı 12-si narkobiz-
nesin bu
və ya digər sahələrilə bilavasitə əlaqədardır. Sözsüz
ki, narkotik
vasitələrin istehsalı və ticarətilə əlaqəsi olan
təşkilatlar narkotik maddələrin istehsalçıları olan And
üçbucağı Kolumbiyadakı və Perudakı bəzi ekstremist qrup-
ların olması məlumdur. Müxtəlif səviyyəli təşkilatlardan
terrorizm
üsullarından istifadə edən və eyni zamanda
narkotiklərin tranziti ilə məşğul olan təşkilatlara Əl-Kaida,
ETA, Hizbullah,
Özbəkistan İslam hərəkatı, Kürdüstan
Fəhlə partiyası (PPK) və s. göstərmək olar.
Terrorizm bütün tarixi
dövrlərdə mövcud olsa da XX əs-
rin
sonlarında və XXI əsrin əvvəllərində daha da geniş-
l
ənmişdir. Hazırda dünyanın bir çox ölkələrində terrorçuluq
yolu
ilə öz məqsədlərinə çatmaq istəyən siyasi qüvvələr
çoxalmışdır. Türkiyədə kürdlərin, Suriyada və bir çox Ərəb
204
ölkələrində «müsəlman qardaşları» partiyası, Fələstin azad-
lıq təşkilatının bəzi qanadları, ingilislərlə irlandiyalılar ara-
sındakı terrorları və s. göstərmək olar.
Məlumdur ki, öz müstəqillyini əldə etdikdən sonra res-
publika
mıza qarşı terror aktları hamımızın yadındadır – met-
rodakı partlayışlar, avtobusların partladılması, ayrı-ayrı döv-
lət xadimlərinə edilən terror cəhdləri və s. geniş yaılmışdır.
2001-ci il
sentbyabırn 11-də ABŞ-da törədilən terror ha-
disələri və bununla əlaqədar olaraq həyata keçirilən
terrorizmlə qlobal mübarizə tədbirləri siyasi dairələrdə və
kütləvi informasiya vasitələrində «terrorizm»i geniş mənada
yaymaq kimi neqativ hala
çevrilərək, bütün zorakılıq halla-
rının əsaslandırılmasına çevrilmişdir.
Bununla
əlaqədar, müasir şəraitdə terrorizmi iki növə –
daxili
və xarici terrorizmə ayırmaq aktual görünmür.
H
ər şeydən əvvəl son vaxtlar terrorizm silahlı qarşıdur-
manın bir taktiki forması kimi lokal qeyri-assimetrik (lokal-
regional)
konfliktlər kimi istifadə olunur. Terrorizm meto-
dunu
seçmiş bu qruplaşmalar terror formalarını daha geniş
silahlı qarşıdurmalar şəklində aparılmaları konflikt zona-
larında əhalinin bir qismi tərəfindən müdafiə olunur. Bu
müdafiə cəhdləri ən kiçikdən, xeyli çox da ola bilər (məs. ən
təvəzökar qiymətləndirilmələrlə – Hamas təşkilatını bu gün
30-40%
fələstinli müdafiə edir. Terrorizmlə yanaşı XX əsrin
sonu-XXI
əsrin əvvəllərində taktiki lokal-regional silahlı
qarşıdurmalar terrorizmin yeni növünün – yəni superterro-
rizm (
və ya meqaterrorizm) növünün yaranmasını deməyə
zərurət yaradır. 11 sentyabr 2001-ci ildə ABŞ-da olan terror
həmin dövr üçün superterrorizm nümunəsi oldu.
ABŞ tərəfindən 11 sentyabr 2001-ci ilin superterroriz-
minə qarşı elan olunmuş «terrorizmlə qlobal müharibə» çağ-
rışı, sözsüz ki, terrorizmin başqa növlərilə birləşmiş oldu.
205
Terrorizm –
həmişə çox sadə zəif insanların yox, həm də
xeyli
zəif, keyfiyyətcə daha zəif tərəfin daha «güclü» tərə-
findəki hökumətin assimmetrik qarşıdurmasıdır. Hökumətə
qarşı adi hərbi vasitələrlə qarşıdurmaya malik olmayan, hər-
bi potensial
cəhətcə ondan (dövlətdən) xeyli zəif olan qrup-
laşmalar rəqibin «zəif yerindən» vurmağa çalışaraq, ölkə və-
təndaşlarını təhlükə altında qoyur.
Məsələn Əfqanıstan öpiumunun Avropa bazarlarına əsas
tranzit yolu ikidir: Birincisi, Pakistan
və İran ərazilərindən
keçən marşrutdur. Bu marşrut sonra Balkan yolu adlanan
«
şaxəyə» bölünür, ikincisi isə, şimal marşrutudur (ipək yolu
adlanan) ki, onun
müxtəlif qollarla Mərkəzi Asiyadan,
Rusiyaya
qədər və MDB-nin qərb ölkələrinə, oradan da
narkotiklər Şərqi və Qərbi Avropa ölkələrinə qədər uzanır.
BMT-nin
siyahısında olan qiymətləndirmələrə görə 2000-
ci
ildə İrandan 90% Əfqanıstan opiumu, 85% morfin və
41%-
dən çox Əfqanıstanda istehsal edilən geroin keçmişdir.
Hazırda Azərbaycan Dövlətinin səlahiyyətli orqanların
tərəfindən Respublikamızda terrorizmin bütün təzahürlərinin
qarşısı müvəffəqiyyətlə alınır.
206
ЯДЯБИЙЙАТ
1.
Azərbaycanda səhralaşma problemləri. Akad. B.Ə.Bu-
daqovun anadan
olmasının 75 illiyinə həsr olunmuş elmi-
praktik
konfransın materialları. Bakı, 2003.
2. Babayev M.P., Qurbanov E.A.
Səhralaşma-torpaq
deqra
dasiyanın tədqiqi (metodik tövsiyyə). Bakı: Elm, 2008,
47 s.
3.
Бабаев М.П., Гасанов В.Г., Джафарова Ч.М.
Теоретические основы современной классификации и
номенклатуры почв Азербайджана. Баку, 2001, 31 с.
4. Babayev M.P. «XXI
əsrin həqiqətləri ilə üz-üzə».
Azərbaycan Torpaqşünaslar cəmiyyətinin əsərləri. X cild, I
hissə, Bakı, 2005, s.18-25.
5. Budaqov B.
Ə. Coğrafiyanın qlobal qanunauyğun-
luğuna dair. Azərbaycan məktəbi. Bakı, 1984, №3.
6.
Əliyev C.Ə., Qazıbəyova E.A. Fotosintez və buğdanın
məhsuldarlığı, potensial ehtiyatlar. Bakı, 1994, 10 s.
7.
Əliyeva R., Mustafayev Q., Hacıyeva S. Ekologiyanın
əsasları. Bakı, 2006.
8.
Əyyubov F.D. Kosmosdan təbiətə nəzər. Bakı,
Azərnəşr, 1985, 64 s.
9.
Əzizov B.M., Abbaszadə A.A. Aekrokosmik
tədqiqatların əsasları. Bakı, 2004.
10.
Göyçaylı Ş.Y. Coğrafiya və coğrafi ekologiyanın
problemləri. Bakı, 2004.
11.
Göyçaylı Ş.Y., İsmayılov T. Təbiətdən istifadənin
iqtisadi
və ekoloji əsasları. Bakı, 2006.
12.
Göyçaylı Ş.Y. Coğrafi ekologiyanın əsasları. Bakı,
2010.
13.
Göyçaylı Ş.Y. Əhali coğrafiyası. Bakı, 1987.
14.
Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri.
Bakı, 2006, 160 s.
207
15.
Xəlilov T.Ə. Ekologiya və ətraf mühiti mühafizəsinin
əsasları. Bakı, 2009, 230 s.
16. Müseyibov M.A.
Azərbaycanın fiziki coğrafiyası.
Bakı, 1998.
17.
Məmmədov Q.S., Xəlilov M. Ekologiya və ətraf
mühitin m
ühafizəsi. Bakı, 2005.
18. Mustafayev Q.T.,
Sultanzadə F.V. İnsanın uğurları və
problemləri. Bakı: 2004, 298 s.
19.
Набиев Р.А., Кахраманов К.Ш. Глобальные
проблемы человечества. Баку, 2001, 267 с.
20.
Алекперов К.А. Эрозия почв и борьба с ней в
Азербайджане. Баку, Изд-во АН, 1961.
21.
Будько М.И. Глобальная экология. М., 1977, 328 с.
22.
Баландин Р.К., Бондарев Л.К. Природа и циви-
лизация. М., 1988, 392 с.
23.
Брук С.И. «Население мира». Эндемографический
справочник. Наука, 1986.
24.
Всемирный доклад о наркотиках: 2004. Краткий
обзор. М., УНП ООН. 2004 – Т.И. Анализ (18 с.).
25.
Вернадский. Биосфера. М., 1967, 376 с.
26.
Гасанов Э.Г. Борьба с наркотической преступ-
ностью. Международный и сравнительно-правововые
аспекты. М.: Юр. инфор. 2000, 208 с.
27.
Гумилев Л.Н. Этногенез и биосфера Земли. М.,
1989, 495 с.
28.
Глобализация наркобизнеса: угрозы для России и
других стран с переходной экономики / А.Н.Галинкин,
А.А.Лавут, В.И.Булавин и др. М.: Ин-т Латинской
Америки. РАН, 1999-1999, 139 с.
29.
Геоэкология Мирового океана. Л., 1990, 158 с.
30.
Глобальная экологическая перспектива – 3.
Прошлое, настоящее и перспективы на будущее. ЮНЕП.
М. Интердиалект, 2002.
208
31.
Гриберг Э.И. Загрязнение космоса и космическое
полеты // Природа, 1992, №8, с.12-17.
32.
Глобальные проблемы географической науки.
1988, с.31-38.
33.
Дрейер О.К., Лось Б.В. Глобальные проблемы и
«третий мир». М., 1991.
34.
Доклад Международного Комитета ООН по
контролю наркотиками за 2002. М., Весь мир. 2003, 104 с.
Глобальные проблемы географической науки. 1988, с.90-
96.
35.
Золотое Ю.М. Наркоманы в России : вызов в
национальной безопасности // Преступность как угроза
национальной безопасности: Материалы I Международ-
ной открытой сессии. «Modus Academicus», Ульяновск,
4-
5 декабря 1997 г. Ульяновск, 1997, с.60-80.
36.
Комюнике и первый доклад IC GCGE GECHANGE
–
«Глобальные изменения окружающей среды: угроза
для развития цивилизации. Лондон-Минск, 2010.
37.
Кошкина Е.А. Спектор Ш.И. и др. Медицинские,
социальные и экономические последствия наркомании и
алкоголизма. Per. S
e
Москва, 2008, 288 с.
38.
Конвенции ООН по борьбе с опустыныванием.
Женева, 1996, 78 с.
39.
Мамедов Г.И. Деградация почвенного покрова
Азербайджана и пути его восстановления. Экология и
Биология почв. Ростов-на Дону. 2005, с.288-293.
40.
Марчик Г.И., Кондратьев Н.Я. Приоритеты
глобальной экологии. М., Наука, 1992, 224 с.
41.
Медоуз Д.Х., Медоуз Д.Л., Рандере Й. Пределами
роста. М., 1991.
42.
Незаконная торговля наркотиками в России.
Итоговый отчет ин-та Зарубежного и Международного
уголовного права им. Макса. Планка – Фрайбург. 2000,
209
151 с.
43.
Народнонаселение стран мира. Справочник. М.,
1984.
44.
Основы теории народнаселения. М., Высшкая
школа. 1974, 328 с. (под ред. Д.И.Валентея).
45.
Одум Ю. Основы экологии. 1975. М., Мир, 740 с.
46.
Питер Д., Ник Т. Тайны древних цивилизаций. М.,
«Эксмо», 2009. 860 стр.
47.
Рыбников С. Запуск космических летательных
аппаратов и погода в регионах. ИР. М., Наука, 1991, №5,
с.20-23.
48.
Степанова Е.А. Незаконный оборот наркотиков и
его взаимосвязь с конфликтами и терроризмом: Афганис-
тан и Центральная Азия // М., Наука, 2003, с.57-72.
49.
Степанова Е.А. Роль наркобизнеса и политэко-
логии конфликтов и терроризма. ВЕС МИР Изд-во
Москва, 2008, с.312.
50.
Степанова Е.А. Борьба с терроризмом и операции
по поддержанию мира: Особенности взаимосвязи (Под
ред. А.Никитина. М.: Центр политических и между-
народных исследований (ЦПМИ).
51.
Страны и народы. Земля и человечество. Гло-
бальные проблемы. М., 1985, 428 с. Чижевский А.Л.
Земное эхо солнечных бур. 1976, с.33.
52.
Толба М. Опустывание – общечеловеческая
проблема. Проблемы освоения пустынь. 1978, №3, с.7-15.
53.
Шумилев А.Ю. Ивасенко В.Б. Новый закон и
наркотиках и терминология противодействия наркобиз-
несу: Справочное пособие: М., 1998, 79 с.
210
МЦНДЯРИЪАТ
GİRİŞ ............................................................................................ 3
I FƏSİL. Bəşəriyyətin ən əsas qlobal ekoloji problemləri .................. 5
1.1.
Ətraf mühitin mühafizəsi problemləri ........................................11
II
FƏSİL. Qlobal ekoloji böhranlar .................................................23
III
FƏSİL. Bəşəriyyətin sülh və tərksilah problemlərinin ekoloji
mahiyy
əti ................................................................................30
IV
FƏSİL. Demoqrafik problemlərin ekoloji nəticələri .....................34
4.1. Qlobal demoqrafik prosesl
ərin mahiyyəti ...................................34
4.2.
Əhali artımının nizamlanmasının ekoloji nəticələri .....................35
V
FƏSİL. Bəşəriyyətin ərzaq problemlərinin ekoloji nizamlanması ...40
5.1. Az
ərbaycanda taxılçılığın ekoloji şəraitinin qiymətləndirilməsi ...50
5.2. Dünya aliml
ərinin modelləri .....................................................53
VI
FƏSİL. Dünyanın enerji və xammal problemlərinin həllinin ekoloji
mahiyy
əti ................................................................................55
6.1.1. Enerji
ehtiyatlarından istifadənin balanslı inkişafda yeri. ..........57
6.1.2.
Hidroenergetikanın ekoloji səmərəliliyi. ..................................59
6.1.3. Atom enerjisind
ən istifadənin ekoloji məzmunu ......................60
6.1.4. Hidrogen enerjisisind
ən istifadənin səmərəliliyi. ......................63
6.1.5. Qeyri-
ənənəvi enerjidən istifadənin ekoloji səmərəliliyi. ..........63
VII
FƏSİL. Qlobal iqlim dəyişmələrinin ekoloji nəticələri ...............68
7.1. Qlobal istil
əşmə, yoxsa qlobal soyuqlaşma? ...............................68
7.1. Tufan (qasırğa, tornado) fırtına, çox şiddətli külək (uraqan),
şiddətli fırtınalar ......................................................................79
7.2. Ozon qatı və iqlim dəyişilmələri ................................................83
VIII
FƏSİL. Qlobal səhralaşma problemləri ....................................88
8.1. S
əhralaşma prosesi ...................................................................88
8.2. S
əhralaşmanı yaradan əsas amillər........................................... 103
211
8.3. Az
ərbaycanda səhralaşma problemi ......................................... 111
8.4.
Səhralaşmaya qarşı mübarizə yolları ....................................... 118
IX
FƏSİL. Dünya okeanının qlobal ekoloji problemləri ................. 122
9.1. Dünya
okeanı resurslarından istifadə problemləri ..................... 122
9.2. Hiosferin mühiti
n nizamlanmasında yeri .................................. 128
9.3. Sunamil
ərir törətdikləri fəlakətlər və onlardan qorunmaq tədbirləri
............................................................................................ 133
9.4. Sunamil
ərin gəlməsi haqqında xəbər edilməsi .......................... 151
9.5. T
əbiətdə sunami dalğalarının vurduğu zərərlər iqtisadi, ekoloji,
m
ənəvi mahiyyət kəsb edir ..................................................... 156
X F
ƏSİL. Kosmik proseslərin ekocoğrafi nəticələri .................... 167
10.1.
İnsanla kosmosun qarşılıqlı əlaqəsi ..................................... 167
10.2. Qlobal prosesl
ərin ekocoğrafi xüsusiyyətləri ....................... 171
10.3. Qlobal prosesl
ərin təbii (planetar) əsasları .......................... 173
10.4. Kosmik ekologiya v
ə kosmosun çirkləndirilməsi ................ 177
10.5. Orbitd
ə toqquşma və partlayışlar ....................................... 184
XI F
ƏSİL. Dünyanin səhiyyə problemləri ................................... 187
XII F
ƏSİL. Narkomaniya və terrorçuluğun qlobal ekoloji
mahiyy
əti ............................................................................. 197
12.1. Narkomaniya v
ə terrorizmin təbii-tarixi inkişafı ................ 197
12.2. Narkomaniya v
ə terrorizmin yayıldığı əsas ölkələr ............. 202
ЯДЯБИЙЙАТ ............................................................................ 206
212
X
əlilov Telman Abdul Həmid oğlu
Zeynalova M
aya Əsgər qızı
QLOBAL
EKOLOJİ PROBLEMLƏRİ
(Ali
məktəblər üçün dərs vəsaiti)
Нашир: Ъейщун Ялийев
Бядди редактор: Афяр Фяттащова
Техники редакторлар: Цлви Ариф, Асим Сяфяров
Дизайнер: Ирадя Ящмядова
Оператор: Тярлан Гулийева, Мялащят Гулийева
__________________________________
Йыьылмаьа верилмишдир: 22.10.2013
Чапа имзаланмышдыр: 25.03.2014
Сифариш № 658: Тираж 300, ш.ч.в. 13,25
«МБМ» няшриййатынын мятбяясиндя
чап олунмушдур
Document Outline - GİRİŞ
- I FƏSİL
- BƏŞƏRİYYƏTİN ƏN ƏSAS QLOBAL EKOLOJİ PROBLEMLƏRİ
- Ətraf mühitin mühafizəsi problemləri
- II FƏSİL
- QLOBAL EKOLOJİ BÖHRANLAR
- III FƏSİL
- BƏŞƏRİYYƏTİN SÜLH VƏ TƏRKSİLAH PROBLEMLƏRİNİN EKOLOJİ MAHİYYƏTİ
- IV FƏSİL
- DEMOQRAFİK PROBLEMLƏRİN EKOLOJİ NƏTİCƏLƏRİ
- 4.1. Qlobal demoqrafik proseslərin mahiyyəti
- 4.2. Əhali artımının nizamlanmasının ekoloji nəticələri
- V FƏSİL
- BƏŞƏRİYYƏTİN ƏRZAQ PROBLEMLƏRİNİN
- EKOLOJİ NİZAMLANMASI
- 5.1. Azərbaycanda taxılçılığın ekoloji şəraitinin qiymətləndirilməsi
- 5.2. Dünya alimlərinin modelləri
- VI FƏSİL
- DÜNYANIN ENERJİ VƏ XAMMAL PROBLEMLƏRİNİN HƏLLİNİN EKOLOJİ MAHİYYƏTİ
- 6.1.1. Enerji ehtiyatlarından istifadənin balanslı inkişafda yeri. İstilik enerji xammalları Qlobal enerji strategiyası və problemlər, əhalinin sayının artması, cəmiyyətin ayrı-ayrı təbəqələri arasında əmlak fərqlərinin yüksəlməsi, ərzaq və su ça...
- 6.1.2. Hidroenergetikanın ekoloji səmərəliliyi. Su elektrik stansiyalarından alınan enerji ətraf mühitə ziyan vurmur. Hidravlik elektrik stansiyalar çayın enerjisini istifadə edir. Üzvi yanacaqla işləyən elektrik stansiyalarına nisbətən su elektrik s...
- 6.1.3. Atom enerjisindən istifadənin ekoloji məzmunu. XX əsrdə atom enerjisi insan həyatına geniş daxil olmuşdur. Atom elektrik stansiyaları (AES) energetikanın zirvəsini təşkil edir. Bu bəşəriyyətin növbəti inkişaf mərhələsi üçün bünövrədir. Hazırda ...
- 6.1.4. Hidrogen enerjisisindən istifadənin səmərəliliyi. Hidrogen enerjisindən istifadə ətraf mühitin təmizliyinin qorunmasında böyük əhəmiyyəti olmaqla onun yaranmasından yalnız destillə suyunun buxarı alınır. Dünyada hidrogen istehsalı 200 mily...
- 6.1.5. Qeyri-ənənəvi enerjidən istifadənin ekoloji səmərəliliyi. Ənənəvi olmayan bir neçə mənbələrin elektrik enerjisindən istifadə edilməsini gələcəkdə genişləndirmək nəzərdə tutulur. Bu sahədə Günəş enerjisi daha perspektivli sayılır. Günəş enerj...
- Günəş enerjisinin elektrik enerjisinə çevrilməsinin iki üsulu: fotoelektrik və termodinamik məlumdur. Hazırda yüzlərlə kilovatt, həm meqovaltı siniflərinə məxsus olan fotoelektrik günəş elektrik stansiyaları (onların iş prinsipi adı istilik elektrik...
- VII FƏSİL
- QLOBAL İQLİM DƏYİŞMƏLƏRİNİN EKOLOJİ NƏTİCƏLƏRİ
- 7.1. Qlobal istiləşmə, yoxsa qlobal soyuqlaşma?
- 7.2. Tufan (qasırğa, tornado) fırtına, çox şiddətli külək (uraqan), şiddətli fırtınalar
- 7.2. Ozon qatı və iqlim dəyişilmələri
- VIII FƏSİL
- QLOBAL SƏHRALAŞMA PROBLEMLƏRİ
- 8.1. Səhralaşma prosesi
- 8.1.1. Səhralaşma göstəriciləri
- 8.2. Səhralaşmanı yaradan əsas amillər
- 8.2.2. Səhralaşmanın tipləri və səhralaşma indikatorları
- 8.3. Azərbaycanda səhralaşma problemi
- 8.3.1. Respublikanın düzən və dağətəyi düzən ərazilərdə deqradasiyaya və səhralaşmaya səbəb olan amillər
- I.Təbii
- Səhralaşmaya qarşı mübarizə yolları
- IX FƏSİL
- DÜNYA OKEANININ QLOBAL EKOLOJİ PROBLEMLƏRİ
- 9.1. Dünya okeanı resurslarından istifadə problemləri
- 9.2. Hiosferin mühitin nizamlanmasında yeri
- 9.3. Sunamilərin törətdikləri fəlakətlər və onlardan
- qorunmaq tədbirləri
- 9.4. Sunamilərin gəlməsi haqqında xəbər edilməsi
- 9.5. Təbiətdə sunami dalğalarının vurduğu zərərlər iqtisadi, ekoloji, mənəvi mahiyyət kəsb edir
- X FƏSİL
- KOSMİK PROSESLƏRİN EKOCOĞRAFİ NƏTİCƏLƏRİ
- 10.1. İnsanla kosmosun qarşılıqlı əlaqəsi
- 10.2. Qlobal proseslərin ekocoğrafi xüsusiyyətləri
- 10.3. Qlobal proseslərin təbii (planetar) əsasları
- 10.4. Kosmik ekologiya və kosmosun çirkləndirilməsi
- 10.5. Orbitdə toqquşma və partlayışlar
- XI FƏSİL
- DÜNYANIN SƏHİYYƏ PROBLEMLƏRİ
- XII FƏSİL
- NARKOMANİYA VƏ TERRORÇULUĞUN QLOBAL EKOLOJİ MAHİYYƏTİ
- 12.1. Narkomaniya və terrorizmin təbii-tarixi inkişafı
- 12.2. Narkomaniya və terrorizmin yayıldığı əsas ölkələr
- ЯДЯБИЙЙАТ
Dostları ilə paylaş: |