Jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix22.05.2020
ölçüsü2,14 Mb.
#31418
1   2   3   4   5   6   7   8   9

 
 ERP – Enterprise   Resource   Planning .  Müəssə  resuslarının   
planlaşdırılması . Bu   səviyyədə    maliyə   iqtisadi   

 
- 18 - 
göstəricilərin    hesabatı   və   analizi   yerinə   yetirilir     və     
admistrativ strateji    məsələlər   həll    edilir . 
    MES – Manufacturing    Execution   Systems . İstehsalın  
yerinə   yetirilməsi   sistemi   bu  səsiyyədə    məhsulun    
keyfiyyətinin   idarəedilməsi   məsələsi   texnoloji   prosesin   
əməliyyatlarının   ardıcıllığının   planlaşdırılması   və   nəzarəti .  
İnsan   və   material   ehtiyyatlarının   idarə olunması  ( prosesin   
daxilində ).  İsthsal   avadanlığının   texniki   qulluğunun   yerinə    
yetirilməsi . Baxılan   bu   səviyyələr    istehsalın 
avtomatlaşdırılmış    idarəetmə   sistemi   məsələlərinə   
uyğundur .   Qalan   üç   səviyyədə   isə    həll   olunan    
məsələlər    TPA
v
İS   səviyyəsində həll   olunan   məsələlərə    
uyğundur . 
     SCADA  - Supervisiory    Control   and  Data   Acquisition . 
Məlumatın   yığılması   və   dispeçer  ( süpervizor )  
idarəedilməsi   sistemi .  Bu   səviyyə   texniki   operativ   
idarəetmə   səviyyəsi olub , dioqnoztika , adaptasiya   və  digər   
belə  məsələləri   həll   edir . 
     HMİ  - Human – machine   interface .  Texnoloji   prosesin   
vizuallaşdırılmasını   yerinə yetirir  ( insan – maşın   əlaqəsi) . 
    İnput / Output – idarəetmə   obyektinə   giriş   və  çıxış . Bu   
səviyyədə   sistemə  giriş   idarəedici    siqnallar   verilir   və   
imformasiya    alınır . 
 
 
2. AVTOMATLAŞDIRMA SISTEMLƏRININ GIRIŞ 
QURĞULARI 
    Giriş    qurğuları   ya   operator  tərəfindən   güc   dövrələrin   
və   idarəetmə    dövrələrinə   yönəlmiş     siqnalları   daxil   

 
- 19 - 
etmək   üçün    ya   da   idarəetmə   obyektindən   gələn   və   
imformasiya   daşıyan   siqnalları   daxil   etmək   üçün   istifadə   
olunur  .   Güc   dövrələrinin   giriş  qurğuları  əsasən   işlədicini   
dövrəyə   qoşmaq   üçün   idarəetmə   dövrələrinin    giriş   
dövrələrində   həm   idarəetmə   dövrələrinin    qoşulması   və  
rejmin   seçilməsi   üçün istifadə edilir. 
 
2.1. Güc dövrələrində imformasiyanı əllə   daxil   etmək  
 üçün kommutasiya   qurğuları 
     Əllə   daxil  etmə   kommutasiya   qurğuları , güc   
dövrələrinin   bilavasitə    kommutasiyası və   idarəetmə    
dövrəsi   qurğularının   kommutasiyası   üçün  istifadə   olunur .  
Bu   qurğuların geniş    yayılanlardan    bir  neçəsini   nəzərdən    
keçirək. 
       1.  Giriş   açarları – giriş   açarları   həm  güc   dövrələrini , 
həm  də  idarəetmə   dövrələrini qoşmaq   üçün   istifadə   olunur 
. Bu   açarlar   adətən  , həm  də   qoruyucu   funksiyasını   yerinə 
yetirir .  Yəni   parametr   öz   həddi   qiymətinə    çatdıqda   
dövrəni   açır .   Məişatdə   bu  açarlar  avtomat   adlanır. 
       2.  Rubilnik – rubilnik   tipli   açarlar   1   fazlı   və   3   fazlı  
dövrələri   açıb – bağlamaq    üçün istifadə   olunur . Adətən   
sistemin   girişində   qoyulur .  Bunlar  2  növdə  ola   bilərlər : 
əriyən   qoruyuculu    və   qoruyucusuz. Şəkil 2.1-də  üç 
qütblü   qoruyucusuz  rubulnikin sxemi   göstərilmişdir . 
                  

 
- 20 - 
 
Şəkil 2.1. Üç qütblü rubillnikin sxemi 
 
      3.  Paketli   çeviricilər – paketli  çeviricilər   həm   güc   
dövrələrində  dövrəni  açib – bağlamaq üçün , həmdə   idarəetmə   
dövrələrində    rejimlərin    seçilməsi   üçün    istifadə   oluna   
bilər . Paketli    çeviricilər   üst – üstə   yığılmış   dönən   
açarlardan    ibarətdir . Bunlarda   kontaktların qapanması   və    
açilması    orta   yumuruqlu   oxun   dönməsi   ilə   yerinə   
yetirilir . Paketli   ve ricilərin   2 – dən     5 - ə   qədər   fiksasiya   
olunmuş , kommutasiya   dövrələrinin   sayı  isə   48-əqədər   ola   
bilər .  Şəkil 2.2-da   paketli   çevricinin   ümumi   görünüşü    
verilmişdir . 
 
 
                                     

 
- 21 - 
 
Şəkil 2.2.  Paketli çevricinin sxemi 
 
2.2.  İdarəetmə   dövrələrinin    kommutasiya    qurğuları 
        1.  Paketli  çevricilər : Güc   dövrəsindəki   paket  
çevricidən   fərqi    yalnız   onun   daha    kiçik cərəyanlara   
hesablanması   ( kontaktorları    daha  kiçik   olur  )   və   
qavoritinin   kiçik  olmasıdır .  Paket   çeviricilərin    vasitəsi   ilə   
idarəetmənin    uyğun  dövrəsi    seçilir  . 
        2.  Tumblerlər :  Tumblerlər    1  və  ya   2   qütblü   
olmaqla     3  vəziyyətli   çeviricidir  (   bəzi hallarda   2  
vəziyyətli  ,  yəni   orta  neytral    vəziyyət   olmur ).  Tumblerlər   
adətən  idarəetmə panelinin   üzərində   yerləşir   və   2   
rejimdən    biri   seçmək   üçün   istifadə   olunur  .  Şəkil 2.3-də 
tumblerin   sxemi   göstərilmişdir  . 
    

 
- 22 - 
 
Şəkil  2.3. Tumblerin sxemi 
 
3.  İdarəetmə   düymələri : İdarəetmə   düymələri   əsasən   2  
növdə   olurlar . 
a)Normal  açıq   (NA – Start) 
b)Normal   bağlı  (NB – stop ) 
     Düymələrdə    kontaklardan   1 –i  hərəkətli ,  digəri   isə   
hərəkətsiz   olur .  Start    düyməsində    düymə   basıldıqda     
hərəkətli   kontakt , hərəkətsiz   kontakta   toxunaraq    qapayır .  
Stop düyməsində   isə   ilkin   halda   kontaktlar   qapalı   olur .    
Düymə  basıldıqda    kontaktlar aralanır   və   dövrə   qırılır . 

 
- 23 - 
 
 
Şəkil 2.4. İdarəetmə düyməsinin sxemi 
 
Şəkil  2.5-də  start  düyməsinin  elektirik  sxemi  və  ümumi 
görünüşü verilmişdir. Start düyməsi basıldıqda hərəkətli kontakt 
hərəkətsiz  kontaktla  təmasda  olaraq  qoşulduğu  dğvrəni  qapayır 
və düymə buraxıldığı anda isə açılaraq dövrəni qırır. 
 
Şəkil 2.5. Start düyməsinin sxemi və ümumi görünüşü 
 
Şəkil 2.6-da stop düyməsinin elektirik sxemi və ümumi 
görünüşü verilmişdir. Düymə basılandan əvvəl onun kontaktları 
qapalı olur, basıldıqda isə açılır və qoşulduğu dövrəni qırır, 
buraxıldıqda isə kontakt qapanaraq dövrəni qapayır. 

 
- 24 - 
 
Şəkil 2.6. Stop düyməsinin sxemi və ümumi görünüşü 
 
      4.  Kontaktsız   sensorlu   düymələr   və   operator   
panelləri:  Bu  qurğular   əslində    insan-maşın   interfeysidir   
və   bu   panellər   həmdə   imformasiyanın   əks   etdirməsi   
funksiyasını yerinə   yetirir . Şəkil 2.7-də  simens   firmasının   
sensor   paneli   göstərilmişdir . 
 
 
 
 
Şəkil  2.7. Kontaktsız sensor  paneli 

 
- 25 - 
 
Kontaktsız   sensor  düymələrini   aşağıdakı   növlərə   ayırmaq   
olar . 
1.  Düyməli panellər. Bu panellər müasir komutasiyalı 
panellərə  alternativdir. Bunlar qabaqcadan yığılmış 
olurlar və şinlə işləyirlər, kifayət qədər qənaətlidirlər. 
2.  Mikropanellər. SMATİK S7-200 kontrellerləri ilə 
birlikdə istifadə etmək üçün            layihələndiriliblər. Ya 
mətn displeyləri, ya da sensorlu ekran kimi istifadə 
olunur.Mikropanellər xüsusi proqram təminatı ilə 
proqramlaşdırılırlar.  
3.  Mobil  panellər. Fəridi operator paneli olub, HMİ 
(insan-maşın interfeysi) funksiyasını yerinəyetirir və 
bilavasitə idarəetmə obyektinin (avadanlığın) yanında 
istifadə oluna bilir. 
4.  Mətn   panelləri. Yalnız informasiyanı əksetdirmək 
üçün mətn panelləri kimi vəya idarəetməni və 
manitorinqi yerinə yetirmək üçen istifadə oluna bilirlər. 
5.  Multi   panellər. Sensorlu ekran və ya ekranlı klaviatura 
kimi olurlar. İdarəetmə və manitornq panelləri kimi 
istifadə olunurlar.Əlavə proqram artırmalarının 
sazlanmasına imkan verirlər. 
     
          2.3.  Nəzarət    qurğuları    və   vericilər 
     Vericilər : Vericilər   avtomatikanın    elə   elementləridir  ki 
, bunlar   texnoloji   parametri   və   ya    idarəetmə    obyektinin    
rejiminin    dəyişməsini    hiss    edərək     avtomatlaşdırma   
sisteminin    növbəti   elementlərinə    ötürürlər . Adətən    
vericilərin   çıxış   kəmiyyətləri    olurlar : Müqavimət   ( aktiv , 
induktiv , tutum ) ,  cərəyan   şiddəti , EHQ  ,  gərginlik düşgüsü 

 
- 26 - 
, tezlik, faz   sürüşməsi   və .s.  Vericilərin   əsas   parametrləri   
və   xarakteristikaları   aşağıdakılardır . 
1) Statik   xarakteristika  ( qərarlaşmış   rejimdə  çıxış   
kəmiyyətinin   giriş   kəmiyyətindən  asıllığı ) . 
2)  Həssaslıq   və   ya   çevirmə   əmsalı :  Çıxış    
kəmiyyətinin   artımının   girişin   dəyişməsinə olan   nisbəti . 
3)  Həssaslıq  həddi :   Çıxış   siqnalına   çevrilə   bilən   
giriş   kəmiyyətinin   ən   kiçik   qiyməti . 
4)  Dəqiqlik   ( ölçmə   xətası ) . 
 
2.4.  Vericilərin    təsnifatı 
1)  Giriş   parametrlərinə  görə : 
  
- Qeyri   elektrik   kəmiyyətlərini   elektrik   kəmiyyətinə   
çevirən  ( təzyiq , səviyyə , temperatur, yerdəyişmə   vericiləri ) . 
  
-  Bir  elektriki  parametri   digər   elektriki   parametrə   
çevirən   vericilər . 
2)    Çevirmənin   növünə   görə : 
 -  Analoq  : (  potensial , tezlik , cərəyan , faz ). 
  
-  Diskret   vericilər : ( amplitud – impuls , tezlik – 
impuls , məntiqi ) . 
3)   Giriş  kəmiyyətini   çıxış  kəmiyyətinə   çevirmənin   
xarakterinə   görə : 
  
-  Generator   tipli :  bu  vericilər  elə  vericilərdir  ki , 
giriş  kəmiyyəti  çıxışda   EHQ    çevrilsin və   əlavə   enerji   
mənbəyindən   istifadə   olunmasın  (  termocütlər , 
pyezoelektriki    və  fotoelektriki   vericilər  ) . 
  
-   Parametrik   vericilər  :  Bu   elə  vericilərə   deyilir   ki 
,  girişdə  qeyri – elektrik  kəmiyyətlərin dəyişməsi   çıxışda   
elektriki   kəmiyyətlərin   dəyişməsinə   səbəb   olur . 
  
-   Tezlik   vericiləri :   Bu   elə   vericilərdir  ki , müxtəlif   
fiziki   kəmiyyətlərin   girişdə   dəyişməsi   çıxış   siqnalının   
tezliyinin   dəyişməsinə    səbəb   olur . 

 
- 27 - 
4)   Qurulma   strukturuna   görə :    
  
-   Ardıcıl   strukturlu :   Belə   vericilərdə    həssas   
elementlərdən   çıxış   çevricisinə   qədər   bütün   elementlər    
ardıcıl   qoşulur . 
  
-  Diferensial   sxem   üzrə   qurulmuş    vericilər :  Belə  
quruluşlu    vericilərdə   çıxış    paralel budaqlara    malik   olur    
və   bu   budaqlardakı   parametrlər   müqaisə   olunaraq    
cəmlənir   və yaralı   çıxış   siqnalı   əmələ   gətirir . 
5)    Kompensasiyalı   vericilər :   
Bu   vericilərdə   çıxış   kəmiyyəti   eyni   tipli   kəmiyyətlə  
kompensasiya   olunur    və    bu  üsulla  texnoloji    parametr    
ölçülür . 
 
2.5.   Nəzarət    qurğularının   növləri 
 2.5.1. Kontaktlı yol açarları.   
Kontaktlı yol   açarları  (YA)   avtomatikanın    diskret    
elementi   olub ,  rele   xarakteristikalıdır  və   qurğuların   işçi   
orqanlarının   hərəkətli   hissələrinin   vəziyyətinə   nəzarət   
etmək   üçündür .  İcra   mexanizimlərinin   hərəkətli   hissəsində   
qoyulmuş    dayaq   hərəkəti   zamanı   YA-na    çatdıqda    ona   
təsir   göstərərək onun kontaktını ya açaraq, ya da bağlayaraq    o 
çıxış   siqnalı   yaradır  ( 0  və  ya  1 ) . Kontaktlı yol açarlnın 
sxemi şəkil 2.8-də göstərilmişdifr. 

 
- 28 - 
 
Şəkil2.8. Kontaktlı yol açar 
 
Şəkil2.9-da kontaktlı yol açarlarının sxemi və ümumi görünüşü 
göstərilmişdir. 
 
 
Şəkil2.9. Kontaktlı yol açarlarının elektrik sxemi və ümumi 
görünüşləri 
 
2.5.2. Kontaktsız yol açarları.  
Kantaktsız  yol açarları obyektlə mexaniki təmasda 
olmadan, yol açarının həssas hissəsinə o hiss edə biləcəyi 
maneənin yaxınlaşmasına reaksiya verərək, çıxış komutasiya 
açarını ya açır, ya da bağlayır. Çıxış açarı yarımkeçirici üzərində 
qurulur. 
 
İdarəetmə sistemlərində kontaktsız yol açarlarında əsasən 
əks əlaqə vericisi kimi istifadə edilir. Başqa sözlə, hərəkətli 
hissənin hərəkətinin sona çatmasını idarəetmə xəbər verir, o isə 

 
- 29 - 
öz növbəsində hərəkətin dayandırılması haqqında əmr verir. 
Kantaktsız yol açarlarının sadələşdirilmiş funksional sxemi 
şəkil2.10-də göstərilmişdir. 
 
 
Şəkil2.10. Kontaktsız yol açarlarının sadələşdirilmiş funksional 
sxem 
 
Hərəkətli obyekt kontaktsız açarın həssaslıq zonasına daxil 
oldukda onun işləməsinə səbəb olur və komutasiya elementi 
yükü ya açır ya da balğlayır. Kontaktsız yol açarlrının yükü kimi 
kontrollerlərin, elektron sxemlərin girişləri və rele və ya 
kontaktorların dolaqları ola bilərlər.  
Kontaktsız yol açarları həssas elementin iş prinsipinə görə 
olurlar: induktiv; tutum; optik; ultrasəs; maqnetik. 
 
-induktiv kontaktsız yol açarları   
 
 İnduktiv kontaktsız yol açarlarının həssas elementi induktivlik 
dolağı formaslnda olur, hansı ki maqnit dövrəsinin açıq tərəfi 
aktiv hissə hesab olunur. Aktiv sahənin qarşısında elekromaqnit 
sahəsi yaranır. Bu sahəyə metal parça yaxınlaşdırıldıqda dolağın 
induktivliyi dəyişir, generatorun rəqsləri sönür, demodulyasiya 
olunan gərginluk düşür, triger vəziyyətini dəyişdirir, komutasiya 

 
- 30 - 
elementi bir komutasiya vəziyyətindən digərinə keçir. Şəkil 
2.11-də induktiv kontaktsız yol açarının funksional sxemi 
göstərilmişdir. 
 
Şəkil2.11. İnduktiv kontaktsız yol açarlarının  funksional sxem 
 
Kontaktsız yol açarları nikellənmiş latun və plasmas gövdəli 
hazırlanırlar və onların işədüşmə məsafəsi 1mm-dən 150mm-ə 
qədər olur. Şəkil2.12-da metal parçanın yaxınlaşmsndan asılı 
olaraq induktiv yol açarının işə düşməsinin xarakteri 
göstərilmişdir. 
 
 
Şəkil2.12. İnduktiv kontaktsız yol açarlarının işədüşmə sxem 
 
Bəzi hallarda mövqeləndirmənin dəqiqliyini yüksəltmək 
məqsədi ilə yarıqlı induktiv yol açarlarından istifadə olunur. 
Şəkil2.13-da yarıqlı kontaktsız induktiv yol açarının sxemi 
göstərilmişdir. 

 
- 31 - 
 
Şəkil2.13. Yarıqlı induktiv kontaktsız yol açarlarının  sxem 
 
 
-tutum kontaktsız yol açarları 
 
Tutum kontaktsız yol açarlarının həssas elementi 
funksiyasını kandesatorun lövhəsinin çıxarılmış aktiv səthi 
yerinə yeturir. Tutum kondaktsız yol açarlarının sadələşdirilmiş 
funksional  sxemi şəkil2.14-də göstərilmişdir. 
 
Şəkil2.14. Tutum kontaktsız yol açarlarının  funksional sxem 
 

 
- 32 - 
Metaldan və ya dielektirikdən olan obytkt aktiv sahəyə 
yaxınlaşdıqda kondensatorun tutumu dəyişir, generatorun 
parametrləri dəyişir və komutasiya elementinin çevrilməsi baş 
verir. Vericinin işləmə d ara məsafəsi təsir obyektinin 
diekektirik sabiti 
 
 
-n qiymətindən asılıdır. Şəkil 2.15-də təsir 
obyektinin aktiv satəyə yaxınlaşmasının sxemi və işləmə d ara 
məsafəsinin dielektirik sabiti 
 
 
-dən asılılığı göstərilmişdir. 
 
 
 
Şəkil2.15. a) təsir obyektinin aktiv sahəyə yaxınlaşma sxemi 
b) d işləmə məsafəsinin 
 
 
 dielektirik sabitindən asılılığı 
 
-optik kontaktsız açarlar 
 
Optik kontaktsız açarlarlar şüalandırıcıya və optik qəbulediciyə 
malik olurlar. Şüalandırıcı infraqırmızı şüalar şüalandırır və bu 
şüalar optiq qəbuledici tərəfindən qəbul edilərək elektirik 
siqnalına çevrilir. Optik kontaktsız açarların funksional sxemi 
şəkil2.16 –də göstərilmişdir. 

 
- 33 - 
 
Şəkil2.16. Tutum kontaktsız yol açarlarının  funksional sxem 
 
Optik kontaktsız açarın qəbuledicisi şüalandırıcıdan 
şüalandırılan şüaları qəbul etmək üçün olan həssas elementdən, 
linzalardan və lazım olan elektirik sxemindən ibarətdir. 
Əksetdirici şüalandırıcıdan düşən şüaları əks etdirərək, 
qəbulediciyə tərəf yönəltməkdən ibarətdir. 
Optik kontaktsız açarlar həssaslıq zonası (S
d
), işləmənin 
minimal məsafəsi, işləmənin maksimal məsafəsi, kor zona kimi 
parametrlərlə xarakterizə olunurlar. Optik kontaktsız açarların 
optik sisteminin işini izah edən sxem şəkil2.17-də göstərilmişdir. 
 
 
Şəkil2.17. Optik sistemin işini izah edən sxem 
 
Optik kantaktsız açarlar olurlar: 
-şüalandırıcdan düşən şüaları bilavasitə qəbul edən və ya T 
tip; 
-əksetdiricidən qayıdan şüaları qəbul edən və ya R tip; 
-obyekdən əks olunaraq səpələnən şüaları qəbul edən və ya 
D tip. 

 
- 34 - 
T tip optik kontaktsız açarların xarakteristik cəhəti ondan 
ibarətdir ki, şüalandırıcı və qəbuledici ayrı-ayrı gövdələrdə 
yerləşdirilmişlər, şüa şüalandırıcıdan qəbulediciyə yönəldilmiş 
olur və bu şüanın qarşısı təsir obyekti vasitəsi ilə kəsilə bilər. Bu 
tip vericilərdə şüalandırıcı və qəbuledici ayrı-ayrı qida 
mənbələrindən qidalana bilərlər və komutasiya elementi 
qəbuledicidə yerləşmiş olur. Şəkil2.18-də T tip optik kontaktsız 
açarın sxemi göstərilmişdir. 
 
Şəkil2.18. T tip optik kontaktsız açarın sxemi 
 
R tip optik kontaktsız açarlarda şüalandırıcı və qəbuledici eyni 
bir gövdədə yerləşdirilir. Qəbuledici xüsusi əksetdirici tərəfindən 
əks oluna şüaları qəbul edir. İş prosesində ya təsir obyekti 
qəbulediciyə düşən şüanın qarşəsını kəsir, ya da əkaetdirici təsir 
obyektinə bərkidilir.  R tip optik kontaktsız açarın sxemi 
şəkil2.19-da göstərilmişdir. 
 
Şəkil2.19. R tip optik kontaktsız açarın sxemi 
 

 
- 35 - 
D tip optik kontaktsız açarlarda şüalandırıcı və 
qəbuledici eyni bir gövdədə yerləşdirilir. Qəbuledici təsir 
obyektindən əks olunaraq səpələnən şüaları qəbul edir. Obyekt 
ox istiqamətində və ya oxa nisbətən müəyyən bucaq altında 
hərəkət edə bilər. 
 D tip optik kontaktsız açarın sxemi şəkil2.20-də göstərilmişdir. 
 
 
Şəkil2.20. D tip optik kontaktsız açarın sxemi 
 
 
 
2.5.3. Kontaktsız yol (yaxınlaşma) açarlarının qida dövrəsinə 
qöşulma sxemləri 
 
“Sensor” markalı kontaktsız açarlar qidalanma növünə 
görə iki cür istehsal olunurlar: 
10-30V diapazonunda sabit gərginliklə qidalanan yol 
açarlar; 
20-250V diapazonunda dəyişən gərginliklə qidalanan yol 
açarları  (istehsalatda onlara adətən sensorlar deyirlər) dövrəyə 
qoşulması onların çıxış uclarının rənglərinə görə təyin edilir. 
Sensorların hər ölçü tipləri üçün dövrəyə qoşulma sxemi 
istifadəçinin təlimat vərəqəsində göstərilir

 
- 36 - 
Sabit cərəyanla qidalanan sensorlafr çıxışların sayına görə iki, 
üç, dörd çıxışlı olurlar. 
 
Şəkil 2.21-də iki çıxışlı yol açarlarının dövrəyə qoşulma 
sxemləri göstərilmişdir. 
 
Şəkil 2.21. Sabit cərəyanla qidalanan iki çıxışlı sensorların 
dövrəyə qoşulma                sxemi 
a)na çıxışlı; b)nb çıxışlı; c) çemrilən çıxışlı 
Sxemlərdən göründüyü kimi bütün hallarda yuk vericiyə ardıcıl 
qoşulur.  
a) sxemində sensora təsir olana qədər (sensor işləyənə 
qədər) dövrə qapanmayır və yalnız sensora təsir baş verdikdə 
dövrə qapanır. 
 
b) sxemində sensora təsir olana qədər (sensor işləyənə 
qədər) dövrə qapalı olur və yalnız sensora təsir baş verdikdə 
dövrə qırılır. 
 
c) sxemində sensora təsir olana qədər (sensor işləyənə 
qədər dövrə həm açıq, həmdə qapalı qoşula bilər və yalnız 
sensora təsir baş verdikdə onun çıxışı digər vəziyyətə keçir. 
 
Şəkil 2.22-də üç və dörd çıxışlı yol açarlarında yükün 
qida mənbəyinin minusu ilə çıxış arasında dövrəyə qoşulma 
sxemləri göstərilmişdir (PNP çıxışlı). 
 
Şəkil 2.22. PNP çıxışlı yol açarlarının qoşulma sxemləri 

 
- 37 - 
  a)na çıxışlı; b)nb çıxışlı; c) çemrilən çıxışlı 
 
Şəkil 2.23-də üç və dörd çıxışlı yol açarlarında yükün 
qida mənbəyinin pilyusu ilə çıxış arasında dövrəyə qoşulma 
sxemləri göstərilmişdir (NPN çıxışlı). 
 

 
- 38 - 
 
 
Şəkil 2.23. NPN çıxışlı yol açarlarının qoşulma sxemləri 
a)na çıxışlı; b)nb çıxışlı; c) çemrilən çıxışlı 
 
Dəyişən cərəyanla qidalanan müasir yol açarları yükun 
qoşulmasına görə iki cür olurlar: 
1) Yük qida mənbəyinə ardıcıl qoşulan; 
2) Yük və qida mənbəyinin müstəqil qoşulma sxemi olan. 
Şəkil 2.24-də dəyişən cərəyanla qidalanan və yük qida 
mənbəyinə ardıcıl qoşulan yol açarlarının sxemləri 
göstərilmişdir.  
 
 
Şəkil 2.24.Yükün qida mənbəyinə ardıcıl qoşulma sxemi 
a)na çıxışlı; b)nb çıxışlı; c) çemrilən çıxışlı 
 
Şəkil 2.25-də dəyişən cərəyanla qidalanan, yük və qida 
mənbəyinin müstəqil qoşulma sxemi olan yol açarlarının sxemi 
göstərilmişdir. 
 

 
- 39 - 
Şəkil 2.25.Yük və qida mənbəyinin müstəqil qoşulma sxemi
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin