Jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f


Kontaktsız yol açarlarının tətbiqinə aid misallar



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix22.05.2020
ölçüsü2,14 Mb.
#31418
1   2   3   4   5   6   7   8   9

2.5.4. Kontaktsız yol açarlarının tətbiqinə aid misallar  
 
1) Robet qolunun hərəkətinin məhtudlaşdırılması sxemi 
(şəkil2.26.) 
 
Şəkil2.26.Robotun  qolunun hərəkətinin məhtudlaşdırılması 
sxemi 
 
Sxemdən göründüyü kimi yol açarları robotun qolunun kənar 
vəziyyətlətləri haqqındakı informasiyanı idarəeumə sisteminə 
ötürür, idarəetmə sistemi ona tapşırılmış alqoritm üzrə uyğun 
hərəkət intiqalını söndürür və növbəti mərhələnin yerinə 
yetirilməsi informasiya verir. 
 
 
2) Xəttdə borunun keçməsini xəbərləyən sxem (şəkil2.27.) 
 

 
- 40 - 
 
Şəkil2.27. Xəttdə borunun keçməsini xəbərləyən sxem 
Sxemdən göründüyü kimi xəttdən boru keçdikdə yol açarının  
çıxışında siqnal yranır. Bu siqnal idarəetmə sisteminə ötürülərək 
növbəti əməliyyatın hazırlanmasını təmin edir. 
 
3) Reduktorun dövrlər sayının ölçülməsi sxemi 
(şəkil2.28) 
 
 
 

 
- 41 - 
 
Şəkil2.28. Reduktorun dövrlər sayının ölçülməsi sxemi 
Sxemdən göründüyü kimi reduktorun fırlanma hərəkəti dişli 
hissəyə ötürülür. Yol açarı dişli hissənin qarşısında elə 
yerləşdirilir ki, o fırlanarkən dişlər yol açarını həssaslıq 
zonasından keçsin. Hər bir diş yol açarının qarşısından keçərkən 
onun çıxışında bir impuls yaranır. Bu impulsları symaqla 
reduktorun valının dönmə bucağı və bucaq sürəti haqqında 
informasiya ala bilərik və bu informasiyalardan əks əlaqə 
dövrələrində istifadə edə bilərik. 
 
4)Dənavər maddələrin səviyyələrinin tənzimlənməsi 
(şəkil2.29.) 
 

 
- 42 - 
 
Şəkil2.29. Dənavər maddələrin səviyyələrinin tənzimlənməsi 
sxemi 
 
Sxemdən gorundüyü kimi material çəninin dib hissəsində və üst 
hissəsində səviyyəsi tənzimlənəcək maddəni hiss edə bilən yol 
açarları (induktiv yol açarı) yerləşdirilir. Maddənin səviyyəsi 
aşağı səviyyəni xəbərləyən yol açarına çatdıqda, yol açarı bunu 
hiss edir və idaretmə sisteminə xəbər verir. İdarəetmə sistemi 
maddənin doldurulmasını təmin edir. Maddənin səviyyəsi yuxarı 
səviyyəni xəbərləyən yol açarına çatdıqda yol açarı bunu hiss 
edir və bu haqqında idarəetmə sisteminə xəbər verir. 
İdarəetməsistemi öz növbəsində maddənin doldurulmasını 
dayandırır. 
 
 
5) Lövhə şəkilli materialın diyircəkli konveyrdən 
keçməsinə nəzarət (şəkil2.30.) 

 
- 43 - 
 
Şəkil2.30. Lövhə şəkilli materialın konveyrdən keçməsinə 
nəzarətin sxemi 
 
Sxemdən göründüyü kimi lövhə material yol açarının üxərində 
olduqda onun çıxışında siqnal bir səviyyəyə, üzərində olmadıqda 
isə digər səviyyəyəmalik olur. 
 
6)Bilavasitə maye ilə təmasda olmadan səviyyənin 
tənzimlənməsi (şəkil2.31.) 
 
Şəkil2.31. Bilavasitə maye ilə təmasda olmadan səviyyənin 
tənzimlənməsi sxemi 
 
Sxemdən göründüyü kimi plastik materiallardan hazırlanmış 
çənlərdə induktiv yol açarlarından istifadə etməklə mayenin 

 
- 44 - 
varlığını hiss etmək və səviyyəni tənzimləmək olar. Maye aşağı 
səviyyə açarına qədər düşdükdə açar mayenin olmadığını hiss 
edir və mayenin doldurulma qurğusuna mayenin doldurulması 
haqqında xəbər göndərir. Maye dolaraq yuxarı səviyyə açarına 
çatdıqda bu açar mayenin varlığını hiss edərək, mayenin 
doldurulma qurğusuna mayenin doldurulmasının dayandırılması 
haqqında məlumat göndərir. 
2.5.5. Xətti və bucaq yerdəyişmələrinə nəzarət qurğuları  
 
Enkoderlər 
Enkoderlər və ya xətti və dönmə bucağı vericiləri elə 
elektromexaniki qurğulardır ki, onların vasitəsi ilə xətti 
yerdəyişmə və ya dönmə bucağının qiymətini müəyyən etmək 
mümkün olur. Enkoderlər vasitəsi ilə xətti yerdəyişmə və ya 
dönmə bucağı  elektirik siqnalına çevrilir və bu siqnalın vasitəsi 
ilə xətti yerdəyişmə və dönmə bucağı, onların sürətləri və 
hərəkət istiqamətləri haqqında informasiy əldə etmək olur. 
 Enkoderlər olurlar: 
 
-inkremental enkoderlər; 
 
-mütləq enkoderlər. 
İş prinsipinə görə enkoderlər olurlar: 
-optik enkoderlər; 
-maqnit enkoderlər; 
-rezistiv emkoderlət; 
-induktiv enkoderlər. 
 
İnkremental enkoderlət elə enkoderlərdir ki, onlar işə 
başlayan andə hərəkətli obyektin ilkin yedəyişməsi nəzərə 
almadan yerdəyişməni impulslar ardıcıllığına və ya impuls 
rəqəm koduna çevirir. Başqa sözlə, bu enkoder işə qoşularkən 
yerdəyişmənin   ölçülməsi həminandan (sıfırdan) başlayır.  
 
Mütləq enkoderlər enkoderlərdir ki, onlar 
yerdəyişmənin hər bir qiymətinə uyğun bir impuls rəqəm kodu 

 
- 45 - 
versinlər. Bu enkoderlər işə başlayan anda başlanğıc koordinata 
nisbətən mövcud ilkin yerdəyişmənin qiyməti müəyyən edilə 
bilir, yerdəyişmənin istənilən məlum olur. Mütləq enkoderlərdən 
yüksək dəqiqlik tələb olunan sistemlərdə , məsələn, 
robototexnikada, rəqəmli proqramla idarə olunan dəzgahlarda 
istifadə olunur. 
Dönmə bucağının optik enkoderləri 
Dönmə bucağının optik enkoderlər ya rəqəmli proqramla 
idarəetmə qurğusunu, ya da rəqəmli indikasiya qurlğusunu  
mövqeləndirilən obyektin  dönmə bucağı haqqındakı 
informasiya  ilə təmin etmək üçündürlər. Dönmə bucağının 
rastrlı optik çevricisi də optik enkoderlərə aiddirlər. Rastrlı optik 
enkoderlərdə fırlanma hərəkəti ölçüsü kimi radian ölçü 
şkalasından idslltifadə edilir. Rastrlı enkoderlərdə rastr 
ştrixlərinin çəkilməsi yüksək dəqiqliklə yerinə yetirilir.  
 
1)Rastrlı inkremental optik enkoder 
Şəkil2.32-də  rastırlı  optik  enkoderin  sxemi  göstərilmişdir. 
Sxemdən göründüyü kimi enkoder biri-biri ilə kinematik əlaqədə 
olan, enkoderin valı ilə sərt birləşmiş 
 
 1 radial rastır şkalasından 
və  oxuma  qovşağısu  funksiyasını  yerinə  yetirən  2  hərəkətsiz 
rastır  analizatorundan  ibarətdir.  Radial  rastır  şkalası  iki 
konsentirik şkaladan ibarətdir: müntəzəm (requlyar) rastır şkalası 
və referent C işarəsi. 

 
- 46 - 
 
Şəkil2.32. Rastrlı optik enkoderin sxemi 
 
 
Rastr analizatorunda inkrement oxuma pəncərəsi və D 
referent nişanı yerləşir.  
İnkrement oxuma pəncərəsinin cığırlarının addımı rastr 
şkalasının addımına bərabər olur və  A,
   
̅  B,  ̅ kimi dörd 
şkaladan ibarətdir. Şəkil2.33-inkriment oxuma pəncərəsinin 
sxemi göstətilmişdir 
 
 
Şəkil2.33.  İnkrement oxuma pəncərəsinin sxemi 
 
Radial yerləşən hər cüt inkrement oxuma pəncərələrinin 
şkalaları biri-birinə nəzərən özlərinin addımlarının yarısı qədər 

 
- 47 - 
sürüşdürülmüşdür, amma cüt pəncərələrin fəza yerləşməsu isə 
biri-birinə nəzərən rastr addımının dörddə biri qədər 
sürüşdürülmüşdür. İnkerement pəncərələri ilə ardıcıl olaraq E 
açıq pəncərəsi yerləşdirilmişdir. D referent nişanı isə rastr 
şkalasının C rastr nişanı ilə mövqecə razılaşdırılmışdır. Oxuma 
qurğusu rastr və kod informasiyalarının oxunması funksiyasını 
yerinə yetirir. 
 
2) Rastrlı mütləq optik enkoderlər  
Rastrlı optik mütləq enkoderlər vasitəsi ilə fırlanma 
hərəkətinin yüksək dəqiqliklə ölçülməsi ilə bərabər, heç bir 
dəqiqlik itkisi olmadan müxtəlif xarakterli mövqeləndirilən 
obyektlər arasında sərt koordinat bağlantısı yaratmaq olar. Çox 
vaxt rastrlı optik mütləq enkoderlərə bucaq-kod çevriciləri də 
deyirlər. Dönmə bucağının mütləq enkoderlər dönməsinə nəzarət 
olunan obyektin hər bir vəziyyətinə uyğun olan rəqəm kodu 
verir. Bu zaman qarşılıqlı uyğunluğun birquymətluliyi istər 
obyektin hərəkətli olduğu zaman istərsə də, hərəkətsiz olduğu 
zaman təmin olunur. Beləliklə, verici həm qoşulu olduqda, həm 
də qoşulu olmadıqda bucaq vəziyyətinə uyğun kod itmir.  
Bucaq-kod çevricilərinin rastr şkalası (ölçü limbası) kod 
şkalası ilə təmin edilir. Ölçü limbasının sadələşdirilmiş kod 
şkalası şəkil2.34-də göstərilmişdir. Ölçü limbası və ya kod diski 
şkalanın quruluşuna uyğun olaraq ya işığı buraxaraq foto 
matrisanın bir sahəsini işıqlandırır, digər bir sahəsi isə qaranlıq 
qalır (işıq düşmür). Beləliklə matrisa üzərindəki qaranlıq işıqlı 
sahələr enkoderin çıxışında n bitli ikilik kodu şəkiləndə elektirik 
siqnallarına çevrilir 
 
 
 

 
- 48 - 
 
Şəkil2.34.  Ölçü limbasının kod şkalasının sxemi 
 
Dönmə bucağının optik mütləq enkoderinin sxemi şəkil2.35-
də göstərilmişdir. 
Sxemdən göründüyü kimi 1 şüalandırıcı diodundan işıq 2 optik 
filtirindən keçərək 3 kod diskinin üzərinə düşür. Kod diskinin 
ştrixlərinə uyğun olaraq işıqlı və qaranlq kölgələri 4 analiz edici 
örtük üzərinə düşür. Bu örtük öz növbəsində düşən şüaların  
fotoqəbuledicilərin üzərinə düşəcək hissəsini buraxaraq, 
oxumanın xətasız yerinə yetirilməsini təmin edir. Fotoqəbuledici 
üzərinə düşən işıqlı vəqaranlıq kölgələri diskret elektirik 
siqnalları koduna çevirir və interfeys vasitəsi ilə idarəetmə 
sisteminə ötürür. 

 
- 49 - 
 
 
 
Şəkil2.35.  Dönmə bucağının optik mütləq enkoderinin sxemi 
 
 
 
Dönmə bucağının maqnit enkoderləri 
 
Dönmə bucağının maqnit enkoderinin iş prinsipini izah edən 
sxem şəkil2.36-da göstərilmişdirş. Enkoder dönmə bucağı 
ölçüləcək valla birlikdə dönən mümkün qədər çoxqütblü 
maqnitdən və maqnit qütblərinin təsirinə reaksiya verəcək 
məsafədə Holl vericisindən ibarətdir. 

 
- 50 - 
 
Şəkil2.36.  Dönmə bucağının maqnit enkoderinin sxemi 
 
Maqnit valla birlikdə frlanarkən, maqnit qütbləri Holl vericisinin 
qarşısından keçərkən onun çıxışında siqnal yaranır və bu növ 
enkoderlərin vasitəsi ilə fırlanan valın bucaq sürətini və fırlanma 
ielstiqamətini ölçmək mümkün olur. 
 
Optik xətti yerdəyişmə enkoderləri 
 
Optik xətti yerdəyişmə enkoderlərinin və ya optik xətti 
yerdəyişmə çevricilərinin iş prinsipini izah edən sxem şəkil2.37-
də göstərilmişdir. Sxemdən göründüyü kimi, 1 şkalasının 3 
analizatiruna nəzərən hərəkəti zamanı əgər şkaladakı ştrixlə 
analizatordakı ştrix eyni xətt üzrə vəziyyət alarsa, bu zaman işıq 
şüası 2 fotoqəbuledicisinin üzərinə düşər.  Əgər şkaladakı ştrixlə 
analizatordakı ştrix eyni xətt üzrə vəziyyət almazsa, bu zaman 
işıq şüası 2 fotoqəbuledicisinin üzərinə düşməz. Buradan belə 
nəticə çıxır ki, şkala analizatora nəzərən hərəkət etdikdə 
fotoqəbuledici üzərində işıqlı və qaranlıq sahələr alınır və onlar 
növbələnirlər. Rastr şkalasının üzərində müntəzəm rastr və 
referent nişan adlanan iki cığır vardır. 

 
- 51 - 
 
 
Şəkil2.37. Optik xətti yerdəyişmə enkoderinin sxemi 
Rastr analizatoru 
     ̅,     ̅ kimi 4 ədəd inkrement 
hesablayıcısına və bir ədəd C referent pəncərəsinə malikdir. 
Rastr analizatorunun  
    ̅,     ̅ pəncərələri şkalanın müntəzəm 
rastrları ilə mövqecə razılaşdrılmışdır və onların ştrixlərinin 
addımları biri-birlərinə bərabərdir (20mkm və ya 40mkm). Rastr 
analizatorunun hər bir cüt pəncərəsi rastırları biri-birllərinə 
nisbətən addımlarının yarısı qədər sürüşdürülmüş, cüt 
pəncərələrin rastrlarının fəza vəziyyəti isə addımın dörddə biri 
qədər sürüşdürülmüş olur. Rastr pəncərələri ilə ardıcıl olaraq D 
açıq pəncərəsi yerləşmişdir. Analizatorun referent nişanı 
şkalanın referent nişanı ilə mövqecə razılaşdırılmış olur. Rastr 
analizatorunun pəncərələrinin yerləşmə sxemi şəkil2.38-də 
göstərilmişdir. 
 

 
- 52 - 
 
Şəkil2.38. Rastr analizatorunun sxemi 
 
Qeyd etmək lazımdır ki, analizatorun pəncərələri uyğun olaraq 
altı ədəd işıq diodları tərəfindən işıqlandırılır və rastr şkalası ilə 
analizatorun qarşılıqlı vəziyyətlərindən asılı olaraq oxuma 
başığında fotoqəbulrdiciləri müxtəlif dərəcədə işıqlanırlar. 
Oxuma başlığı elə qurulmuşdur ki, onun çıxışında İ

və İ

kimi 
periodik siqnallar yaranır. Şəkil2.39-da oxuma başlığının çıxış 
siqnalları göstərilmişdir. 
 
 
Şəkil2.39. Oxuma başlığının çıxış siqnalları 
 
Çıxış siqnallarının dəyişmə xarakteri elədir ki, onların 
periodlarının sayı yerdəyişmənin qiymətini, qarşılıqlı 
vəziyyətləri isə yerdəyişmənin istiqamətini müəyyən etməyə 
imkan verir. Bu siqnalları xüsusi üsulla emal edərək 

 
- 53 - 
yerdəyişməni rastrın addımından çox dəfələrlə dəqiqliklə 
müəyyən etmək olur. 
 
 
 
 
 
Xətti yerdəyişmənin maqnit enkoderləri 
Xətti yerdəyişmənin maqnit enkoderlərin işləmə prinsipi 
xüsusi oxuma bşlığ vasitəsi ilə, kontaktsız üsulla xüsusi ölçü 
etalonunda yazılmış növbələnən qütblü maqnit histrezislərinin 
oxunmasına əsaslanmışdır. Maqnit enkoderlərinin iş prinsipini 
izah edən sxem şəkil2.40-da göstərilmişdir. 
 
Şəkil2.40. Xətti maqnir enkoderlərinin iş prinsipini izah edən 
sxemi 
 
Adətən xətti maqnit enkoderlərində ölçü etalonu kimi elastiki 
maqnit lentindən istifadə edilir. Maqnitlenti daşıyan polad 
lentdən, onun üzərinə yapışdırılmış maqnit materialdan və 
maqnit materialı mexaniki zədələnmələrdən qorumaq üçün 
onüzəri nazik paslanmayan metal tənəqə ilə örtülmüşdür. 
Elastiki maqnit lentini quruluşu şəkil2.41-də göstərilmişdir. 
 

 
- 54 - 
 
Şəkil2.41. Elastiki maqnit lentinin quruluşu 
 
Xətti maqnit enkoderləri optik enkoderlərə nisbətən daha çox 
mexaniki möhkəmliyə malikdirlər. Onların temnperaturdan 
genişlənmə əmsalı metalın temperaturdan genişlənmə əmsalına 
bərabər olduğundan onlar dəzgahlarda və metal konstruksiyalı 
qurğularda geniş tətbiq olunurlar. Lakin bu vericilərin dəqiqliyi 
optik vericilərə nisbətən aşağı olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2.6. İnduktiv yerdəyişmə vericiləri 
 
Aşağıdakı vericilər induktiv yerdəyişmə vericilərinə 
aiddirlər: 
-dönən transformatorlar; 

 
- 55 - 
-selsinlər; 
-induktosinlər; 
-reduktosinlər. 
Dönən transformatorlar.  
Dönən transformatorlar rotorun dönmə bucağını 
mütənasib sinisordal gərginliyə çevirən dəyişən cərəyan 
mikromaşınlarıdır. Dönən transformatorun sadələşdirilmiş sxemi 
şəkil 2.42-də göstərilmişdir. Göründüyü kimi dönən 
transformatorun biri-birindən 90
  sürüşdürülmüş  C1-C2 və C3-
C4 stator dolaqlarına malikdir. Rotor da biri-biri ilə ardıcıl 
birləşdirilmiş iki dolaqdan ibarətdir, lakin sxemin göstərilməsini 
sadələşdirmək məqsədi ilə sxemdə bir dolaq göstərilmişdir və 
onlar P1 və P2 kimi göstərilmişlər. 
 
Şəkil2.42.Dönən transformatorun sxemi 
Rotorda və statorda yerləşmiş bərabər ölçülü pazlarda qarşılıqlı 
perpendikulyar dolaqlar yerləşdirilmişdir. Dönən 
transformatorlarda adətən birinci tərəf dolaqı kimi stator dolağı, 
ikinci tərəf dolağı kimi isə rotor dolağı  götürülür. Rotor dolağı 
döndərildikdə elə onun özündən dönmə bucağın mütənasib 
sinisoidal gərginlik götürülür. Rotor dolağından gərginliyin 
götürülməsi kontakt həlqəsi və fırçası vasitəsi ilə yerinə yetirilir. 
Stator dolağı isə yüksək tezlikli qida mənbəyinə qoşulur. Qida 

 
- 56 - 
gərginliyinin dəyişmə qanunu sinisoidal və ya düzbucaqlı ola 
bilər. Sxemdən göründüyü kimi dönən transformator şəbəkəyən 
qoşulduğu zaman onda rotorla qapanan fırlanan maqnit sahəsi 
yaranır. Maqnit sahəsi qidalanma gərginliyinin tezliyinə uyğun 
sürətlə fırlanır və rotor dolağında ampletudu demək olr ki, sabit 
olan dəyişən gərginlik induksiyalayır. Rotor dolağında 
induksialanan gərginlik çıxış siqnalı funksiyasını yerinə yetirir 
və fazaca qida gərginliyinə nisbətən sürüşmüş olur. Bu 
sürüşmənin qiyməti rotorun vəziyyətindən asılı olur. Əgər rotor 
vertikal vəziyyətdə olarsa, onda müsbət maksimal gərginlik 
induksiyalanır və bu zaman qida gərginliyi də müsbət maksimal 
qiymətini alır. Bu halda giriş və çıxış siqnalları fazaca üst-üstə 
düşmüş olurlar. Rotoru mexaniki olaraq döndərdikdə giriş və 
çıxış siqnalları (gərginlikləri) arasında faz sürüşməsi yaranmağa 
başlayır və bu faz sürüşməsinin qiyməti rotorun dönmə bucağına 
mütənasib olur. Başqa sözlə dönən transformator mexaniki 
dönmə bucağını gərginliklərin faz sürüşməsinə çevirir.  
 
Praktikada çox qütblü dönən transformatorlardan daha 
çox istifadə edilir.  Çox qütblü dönən transformatorların da iş 
prinsipi iki qütblü dönən transformatorların iş prinsipinə 
analojidir. 
 
Selsinlər 
 
Sellsinlər bir-biri ilə mexaniki əlaqəsi olmayan iki valın 
sinxron hərəkətini təmin edən elektrik mikromaşınlrıdır. 
Selsinlər bir fazlı təsirlənmə dolağına  və üç fazlı ikinci tərəf 
dolağına malik olurlar. Selsinlərin bəzi konstruksiyalarında 
(kiçik ölçülü selsinlərdə) bir fazlı təsirlənmə dolağı rotorda və üç 
fazlı ikinci tərəf dolağı isə statorda yerləşir, digər 
konstruksiyalarda isə əksinə,  bir fazlı təsirlənmə dolağı statorda, 
və üç fazlı ikinci tərəf dolağı isə rotorda yerləşir. Selsinlərin 

 
- 57 - 
rotorunu döndərərkən onların təsirlənmə və ikinci tətəf dolaqları 
arasındakı qarşılıqlı induktivlik səlist olaraq dəyişir. 
 
İş prosesində dönmə bucağını məsafəyə ötürmək üçün iki 
selsindən istifadə edilir. Onlardan birinin rotoru dönmə bucağı 
ötürüləcək valla mexaniki əlaqələndirilir və selsin verici 
adlandırılır. İkinci selsinin rotoru isə dönmə bucağını qəbul 
edəcək vala birləşdirilir və selsin qəbuledici adlandırılır.  
 
Selsinlərin iki iş rejimi mövcuddur: indikator rejimi; və 
transformator rejimi. 
İndikator rejimində selsin vericinin və selsi 
qəbuledicinin təsirlənmə dolaqları eyni qida mənbəyjinə 
qoşulurlar. Üç fazlı ikinci tərəf dolaqlarının eyni adlı sıxacları 
isə biri- birləri ilə birləşdirilir. Şəkil2.43-də selsinlərin indikator 
rejimimdə birləşmə sxemi göstərilmişdir. 
 
Şəkil2.43. Selsinlərin indikar rejiminin sxemi 
Əgər selsin vericinin və selsin qəbuledicinin rotorları özlərinin 
statorlarına nəzərən eyni vəziyyətlər tutarlarsa, vericinin və 
qəbuledicinin uyğun dolaqlarında induksialanan e h q-i biri-
birinə bərabər olur, yəni 
e11=e21; 
e12=e22 ; 
e13=e23. 

 
- 58 - 
Və nəricədə,  i1=0; i2=0;  i3=0 olur, başqa sözlə selsin 
qənuledicinin rotoruna heç bir burucu mament yaranmır, 
qəbuledici və vericinin rotorları tərpənməz qalırlar. Vericinin 
rotoru müəyyən bucaq qədər döndərildikdə e h q-nin yuxarıda 
yazılan bərabərliyi pozulur və i1, i2, i3 cərəyanları axmağa 
başlayır, hansı ki, qəbuledicidə bu cərəyanlar td2 təsirlənmə 
dolağının yaratdığı maqnit seli ilə qarşılıqlı təsirdə olaraq 
rotorun dönməsinə səbəb ola bilən burucu mament yaradır. 
Yaranan burucu mamentin təsirindən qəbuledicinin rotoru 
dönməyə başlayır və dönmə qəbuledicinin rotorunun vericinin 
rotoru ilə eyni vəziyyət alana qədər davam edir. Rotorlar eyni 
vəziyyətdə oldukda cərəyanlar sıfır olur və dönmə prosesi sona 
çatır. Beləliklə vericinin rotoru hansı tərəfə dönürsə, 
qəbuledicinin rotoru həmin dönməni izləyir və bu proser 
fasiləsiz olaraq davam edir. 
 
Transformator rejimində selsin vericinin təsirlənmə 
dolağı qida mənbəyinə qoşulur və selsin qəbuledicinin 
təsirlənmə donmə bucağına mütənasib e h q-i çıxarılır. 
Selsinlərin transformator rejimi şəkil2.44-də göstərilmişdir.  
 
Şəkil2.44. Selsinlərin transformator rejiminin sxemi 
Sxemdən göründüyü kimi qəbuledicinin təsirlənmə dolağı qida 
mənbəyinə qoşulur ondan i

cərəyanı axaraq onda Ф
t
 maqnit seli 
yaradır, bu maqnit seli öz növbəsində ikinci dolağı kəsrəl onda 

 
- 59 - 
uyğun olaraq e11, e12 və e13 e h q-i induksialayır. Nəticədə 
rabitə xətlərindən i1, i2 və i3 cərəyanları axır. Bu cərəyanlar 
qəbuledicinin ikinci tərəf dolaqlarınpdan axaraq onlarda Ф1, Ф2, 
Ф3 maqnit maqnit sellərini yaradır, bu maqnit selləri öz 
növbəsində qəbuledicinin təsirlənmə dolağını kəsərək onda 
vericinin rotorunun dönmə bucağına mütənasib e h q-i 
induksiyalayır.  
 
Selsinlərin transformator rejimindən qəbuledicinin 
burucu mamentinin tənzimlənən obyekti döndərməsi üçün yetərli 
olmadığı halda istifadə edilir. Əvvəlcə vericinin rotorunun 
dönmə bucağı qəbuledicinin təsirlənmə dolağında e h q-nə 
çevrilir, gücləndirilir və obyekti hərəkətə gətirən icra 
mexanizmnə verilir. 
İnduktosinlər 
 
İnduktosinlərin 
dairəvi 
induktosinlər 
və 
xətti 
induktosinlər  kimi  iki  növü  vardır.  Onlar  konstruksiyca  biri-
birindən  fərqlənsələr  də  iş  prinsipləri  eynidir  və  metalkəsən 
dəzgahlarda  əks  əlaqə  vericisi  kimi  geniş  tətbiq  edilirlər.  Biz 
xətti  induktosinin  iş  prinsipini  nəzərdən  keçirək.  Xətti 
induktosinin iş prinsipini izah edən sxemlər         şəkil 2.45-də 
göstərilmişdir.  Xətti  induktosin  hərəkətsiz  I  hissəsindən  və 
hərəkətli (slayder) II hissələrindən ibarətdir. 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin