MULTİPLEKSOR
Multipleksor verilən ünvan(kod şəklində) əsasında çıxış
siqnalını idarə edən qurğudur. Multipleksordan əsasən bir neçə
sensorlardan alınan informasiyaları idarəetmə sisteminə ötürmək
üçün istifadə olunur. Multipleksorun informasiya və idarəetmə
X
1
X
2
X
3
&
y
0
&
y
1
&
y
2
&
y
3
&
y
4
&
y
5
X
1
X
2
X
3
X
4
X
4
- 167 -
kimi 2 girişi vardır. Informasiya girişinə sensorlardan gələn
informasiya mənbələri qoşulur. İdarəetmə girişinə isə hər hansı
bir informasiya girişini çıxışa verilməsini ünvanını ifadə edən
kod verilir. Şəkil4.19-da 8 girişli multipleksorun sxemi
göstərilmişdir.
Şəkil4.19. 8 girişli multipleksorun sxemi
- 168 -
Burada f0 – f7 informasiya girişləridir. Bu (f0 – f7) 8 ədəd üç
mərtəbəli koddan istifadə olunur(x1 – x3). x1, x2, x3 girişlərinin
kombinasiyasından(kodundan) aslı olaraq uyğun girişin çıxışa
verilməsi müəyyənləşir. Multipleksorun işinin həqiqilik cədvəli
aşağda göstərilmişdir.
x1 x2 x3 F
x1 x2 x3 F
0
0
0
f1
1
0
0
f5
0
0
1
f2
1
0
1
f6
0
1
0
f3
1
1
0
f7
0
1
1
f4
1
1
1
f8
REGİSTRLƏR
Registrlər rəqəmlərin yazılması və saxlanılması üçün
nəzərdə tutulur. Bundan başqa registrlər həm də ardıcıl şəkildə
verilən informasiyanı paralel şəklə çevirə bilər, yəni yazılmış
informasiyanı bir və ya bir neçə addım sola və ya sağa sürüşdürə
bilər. Registrlərin əsas xarakteristikası onların mərtəbələrinin
sayı və tez təsirliliyidir. Registrin mərtəbələrinin sayı rəqəmləri
saxlamaq üçün olan trigerlərin sayı ilə müəyyən edilir.
Registrlərin tez təsirliliyi isə onların takt tezliyi ilə müəyyən
edilir. Takt tezliyi informasiyanın yazılma və sürüşdürülmə
tezliyini göstərir.
Saxlama registrləri: Saxlama registrləri bir mərtəbəli
asinxron RS trigeri üzərində qurulur. Triger rəqəmin bir
mərtəbəsini yadda saxlamaq üçün istifadə edilir. N mərtəbəli
ədəd üçün olan registrdə N ədəd trigerdən istifadə olunur. A
Şəkil 4.20-də saxlama registri göstərilmişdir. Çəkdiyimiz
sxemdə saxlama registri informasiya girişinə takt
impulsu(sürüşdürmə impulsu) girişinə və sazlama malikdir.
- 169 -
Oxuma hər mərtəbəni trigerlərindən paralel olaraq və həmçinin
axırıncı mərtəbədən başlayaraq yerinə yetrilə bilər. Sürüşdümə
impulsu bütün trigerlər üçün birləşdirilmiş C girişinə verilir.
Sazlama girişləri də birləşdirilmişdir və R girişinə verilir.
Registri informasiya yazılmamışdan əvvəl onun “sıfra sazlama”
girişinə impuls verilərək ilkin vəziyyətə gətrilir. Ardıcıl kodlarla
informasiyanın yazılması zamanı aşağı mərtəbədən başlayaraq
informasiya girişlərinə impulslar verilir.
Kod kombinasiyasının mərtəbədən mərtəbəyə keçməsi
üçün takt girişinə impuls vermək lazımdır. İnformasiyanın
oxunması da ardıcıl yerinə yetrilərsə, bu zaman oxunma
yazmada olduğu kimi mərtəbə mərtəbə yerinə yetrilir.
Şəkil 4.20. Saxlama registrinin sxemi
RƏQƏMSAL SAYĞACLAR
- 170 -
Rəqəmsal sayğaclar onun girişinə verilən impulsları
saymaq və onu yadda saxlamaq üçündür. Sayğaclar EHM-lərdə
və RPİ(Rəqəmli Programla İdarəetmə) sistemlərində əmrlər
ünvanlarının ardıcıllığının yaratmaq üçün və yerinə yetrilən
tsiklik əməliyyatların sayını hesablamaq üçün istifadə olunur.
Sayğaclar giriş impulslarını cəmləyən, çıxan və reversiv olurlar.
Girişə impuls daxil olması ilə cəmləyici sayğacda göstəriş
bir vahid artır, çıxan sayğaclarda isə bir vahid azalır. Reversiv
sarğac isə hər iki rejimdə işləyə bilir. Sarğacları qurmaq üçün
aşağı mərtəbə trigerlərinin düz çıxışını, yuxarı mərtəbə trigerin
hesabi girişini birləşdirir. Aşağı mərtəbə trigerin hesabi girişinə
isə C0 giriş impulsları verilir (şəkil4.21.).
a) Prinsipial sxem
b) İş dioqramı
- 171 -
c) Şərti işarəsi
Şəkil 4.221.ayğacın sxemi
3 mərtəbəli cəmləyici sayğacın reallaşdırılması sxemi
yuxardakı sxemdə verilib. İlkin vəziyyətdə bütün çıxışlarda “0”
səviyyə olur.(Q1, Q2, Q3) Q1 trigeri onun girişinə hər “1”
impuls verdikdə öz vəziyyətini dəyişdirir. Q1 trigerində Q1 “1”
vəziyyətindən “0” vəziyyətinə keçərkən növbəti sürüşdürmə
siqnalı “0”-dan “1” vəziyyətinə keşərkən isə sürüşdürmə
impulsu yaranır.
5. Əlaqə qurğuları
5.1. Sənaye şəbəkələri sistemi
Uzun illər müddətində verilənlərin ötürülməsi və qəbul
edilməsi sistemlərində mərkəzləşmiş sxem ənənəsi üstünlük
təşkil etmişdir. Belə sxemdə bir ədəd güclü hesablama qurğusui
olur və böyük kabellər toplusu vasitəsilə mərkəzi hesablama
qurğusu (HQ) vericilərlə və icra mexanizmləri ilə birləşdirilr.
Belə sxem üzrə əlaqələndirmə zamanı yüksək qiymətli EHM-
dən istifadə olunur və çox miqdarda bahalı kabel xətləri istifadə
olunur. Buna baxmayaraq avtomatlaşdırma səviyyəsini
yüksəltmək mümkün olmur, sistemə yeni bir qurğunun
R
T
1
2
0
2
3
2
1
CT
2
Q
1
Q
2
Q
3
- 172 -
qoşulması mümkün olmur, etibarlılıq aşağı olur və s. Bu
səbəbdən də mərkəzləşmiş EVM-lə idarəetmə sxemi adətən
iqtisadi cəhətdən ya az səmərəli olurdu ya da iqtisadi cəhətdən
qəbulolunmaz olurdu. Mikroprosessor qurğularının inkişafı
mərkəzləşmiş əlaqə sxeminə alternativ həllin yaradılmasına
imkan verdi. Alternativ həll isə çoxlu qovşaqlardan ibarət
sisemlər arasında rəqəmli üsulla işləyən rəqəmli sənaye
şəbəkəsinin yaradılması oldu (fieldbus). Hal-hazırda yüzlərlə
müxtəlif tipli sənaye şəbəkələri, sənaye protokolları və sənaye
interfeysləri avtomatlaşdırma sistemlərində tətbiq olunurlar.
Bunlara misal olaraq aşağıdakıları göstərmək olar. Modbus,
PROFİBUS, İnterbus, Bitbus, CAN, LON, Foundation Fieldbus,
DH+, Control Net, Device Net, Ethernet vəs.
Sənaye şəbəkələrindən istifadə edilməsi imkan verdiki, elə
qovşaqlardan istifadə edilsin ki, onlar arasında əlaqə (kimi) 2
telli az kütləli kabellərlə yerinə yetirilsin və bu qovşaqlarda tam
funksiyalı qurğuların (kontrollerlər, intellektual giriş və çıxışlar)
yerləşdirmək mümkün olsun.
Sənaye şəbəkəsinin hər bir qovşağı bir neçə funksiya yerinə
yetirə bilər, bunlara aşağıdakıları aid etmək olar:
- Sənaye şəbəkəsinin digər qovşaqlardan əmrlərin və
verilənlərin qəbul edilməsi.
- Onlara qoşulmuş vericilərin verilənlərinin oxunması.
- Onun üçün proqramlaşdırılmış alqoritmin (üzrə) yerinə
yetirilməsi.
- Vericilərdən alınan informasiyaların rəqəm formasına
çevrilməsi
- İcra mexanizmlərin qoşulması üçün idarəedici təsirlərin
verilməsi
- Toplanmış informasiyanın şəbəkənin digər elementlərinə
ötürülməsi
- 173 -
Sənaye şəbəkələri bazasında qurulan TPAvİS-lərin ənənəvi
mərkəzləşmiş sistem üzrə qurulmuş TPAvİS-lərə nəzərən bəzi
fərqləndirici xüsusiyyətləri vardır:
1) Kabel məhsuluna kifayət qədər qənaət olunması. Km-lə
bahalı mis kabel əvəzinə 1 neçə yüz m ucuz naqil
cütündən istifadə etmək. Kabelləin çəkilməsi ilə əlaqədar
olan xərcləri azaldır.
2) İdarəetmə sisteminin etibarlılığın artırılması. Verilənlərin
rəqəmli üsulla ötürülməsi verilənlərin
analoq üsulla ötürülməsindən dəfələrlə etibarlıdır. Rəqəm
formasında ötürülmə küylərə daha (az)
qeyri-həssasdır və yaşarlılıq keyfiyyəti daha yüksəkdir.
3) Çevik və asan motivikasiya olunan olması. Belə
şəbəkələrdə istənilən anda giriş və çıxışların sayını
artırmaq, sistemə yeni qovşaqlar qoşmaq olar.
Şəkil 5.1-də lokal sənaye şəbəkəsi göstərilmişdir.
Şəkil 5.1. Lokal sənaye şəbəkəsinin sxemi
- 174 -
5.2. AS-interfeys
As-interfeys (Actuatoos/Sensors interface)-icra
mexanizmlərinin və vericilərin interfeysi olub
avtomatlaşdırmanın açıq sənye şəbəkəsinin aşağı səviyyəsidir.
AS interfeys imkan verir ki, vericilər və icra mexanizmləri
qurulmuş şəbəkənin vasitəsilə idarəetmə sisteminə 2 telli kabel
vasitəsilə qoşulsun. AS interfeysin budaqlanma sxemi şəkil 5.2-
də göstərilmişdir. Şəkildən göründüyü kimi AS interfeysi
müxtəlif komponentləri bir-birilə birləşə bilir. Bu
komponentlərəsasən aşağıdakılardır:
- Aparıcı qurğu (PLC SİMATİC)
- Aparılan qurğu (AS-interfeysin modulları-standart
periferiya qurğularının və mexanizmlərinin qoşulması
üçün interfeys, vericilərin və icra mexanizmlərinin
qoşulması üçün interfeys)
- AS-interfeysin yeni və təkrarlanan budaqları
- AS interfeysin kabelləri
- AS interfeysin qida bloku
- Ünvanların tapşırılması üçün cihaz
- AS interfeys üçün proqram
AS interfeys sistemində xüsusi modulları qoymaqla sistemə
geniş iş olunan vericilər və icra mexanizmləri qoşmaq olar.
- 175 -
Şəkil 5.2. AS interfeysin budaqlanma sxemi
5.3. Profibus
Sənaye şəbəkəsi oblastında adətən müxtəlif həllər tələb
olunur. Bəzi hallarda informasiyanın dəyişdirilməsi mürəkkəb və
uzun xəbərlə və orta sürətlə yerinə yetirilməlidir. Digər halda isə
qısa xəbərlə cəld informasiya dəyişməsilə olmalıdır. Başqa bir
halda isə partlamaya və yanğına təhlükəli şəraitdə işləmək lazım
olur.
- 176 -
PROFİBUS müəsisənin komunikasiya problemlərini
kompleks həll edən sənaye şəbəkələri toplusudur.
PROFİBUS-un bu təsnifatı altında 3 müxtəlif əvəzoluna bilən
protokollar başadüşülür:
- PROFİBUS-FMS
- PROFİBUS/DP
- PROFİBUS/PA
PROFİBUS-FMS sənaye şəbəkəsinin sxemi şəkil 5.3-də
böstərilib.
Şəkil 5.2. PROFİBUS-FMS şəbəkəsinin sxemi
Dostları ilə paylaş: |