145
Virciniya kralı Apocan İngiltərədə təhsil alsaydı, bəlkə də o, ən yaxşı riyaziyyatçı və
mömin ola bilərdi. Bunların arasındakı fərq müəyyən qədər təhsilli ingilis ilə onların
işini məhdudlaşdıran adətləri və baxışlarıdır. Buradan belə bir nəticə çıxır ki, insan
hər hansı şəraitdə yaşayırsa, şərait onun inkişafına təsir edir. Deməli, hər şey təhsil və
tərbiyədən asılıdır”.
Con Lokkun fikrincə uşaqlarda olan bəzi zərərli
keyfiyyətlər cəmiyyətdən
gəlir. Ona görə də hər bir valideynin uşağını evdə tərbiyə etməsi yaxşı olardı.
Onun pedaqoji görüşlərində ailə tərbiyəsi mühüm yer tutur. C.Lokk
tərbiyəçidən tərbiyə etdiyi uşağın bütün fərdi xüsusiyyətini öyrənməyi tələb edirdi. O,
insan xarakterində bir sıra mənfi və müsbət keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb
edirdi ki, uşaqda müsbət keyfiyyətlərin inkişafına imkan yaratsın. Pis adətləri lap
kiçik vaxtdan yerindəcə boğmaq lazımdır.
Lokk tərbiyəyə yaradıcı bir proses kimi baxırdı. Ona görə uşağın fərdi
xüsusiyyəti həyatı boyu dəyişməz qalmır, səmərəli pedaqoji təsirin gücü ilə uşaq
psixikasını dəyişdirmək olmaz. Con Lokkun fikrincə, uşaq xarakteri axan çaya
bənzəyir. Çayın qarşısında bənd vurub onun istiqamətini, məcrasını dəyişdirmək
mümkün olduğu kimi, insan xarakterini də tərbiyənin gücü ilə dəyişdirmək olar.
Beləliklə, Lokk XVII əsrdə geniş vüsət tapmış tərbiyəni
hər şey hesab edən
nəzəriyyənin başında durur, onun yaradıcısı hesab olunurdu. Jan Jak Russo, Pestalotsi
də onun nəzəriyyəsindən qidalanmışdır. Con Lokkun zəmanəsi üçün xarakterik olan
insan xarakteri və psixikası anadan gəlməlidir, Allahın iradəsindən asılıdır - deyən
nəzəriyyəyə qarşı çıxaraq göstərirdi ki, insan heç bir əqli qabiliyyətlərlə doğulmur.
Insanları tərbiyənin gücü ilə xoşbəxt və ya xeyirxah etmək olar.
Con Lokk əxlaq tərbiyəsini dinlə sıx bağlayır və deyirdi ki, ilk günlərdən
uşaqlarda Allaha məhəbbət tərbiyə edilməlidir.
Con Lokkun pedaqoji sistemində fiziki tərbiyə mühüm yer tutur. O, uşaqları
lap
körpəlikdən möhkəm bədənli, sağlam tərbiyə etməyi lazım bilirdi. “Tərbiyə
haqqında fikirlər” əsərini o, belə bir yunan kəlamı ilə başlayır: “Sağlam bədəndə
sağlam ruh olar”. Sağlam olmayan adam heç bir zaman irəli gedə bilməz və
cəmiyyətə fayda verə bilməz. Əlbəttə, həmin fikir qismən doğru olsa da onunla
razılaşmamaq olmaz.
146
C.Lokkun fikrincə centlmenin bədəni körpə yaşdan möhkəmləndirilməlidir.
O, hər gün soyuq suda çimməli, yüngül ayaqqabı geyinməlidir. O, yazır ki, anaların
əksəriyyəti mənə etiraz edib deyirlər ki, mən diri ikən uşaqları öldürürəm, halbuki
Seneka ilin bütün fəsillərində bulaq suyu ilə yuyunurmuş. Uşaqların sağlam
böyüməsində havanın böyük əhəmiyyəti var. Bir həkim kimi bunu yaxşı bilən Lokk
uşaqların günün çox hissəsini havada keçirmələrini zəruri sayırdı.
Uşaqların sağlamlığında paltarın, ayaqqabının da dar və gen olması müəyyən
əhəmiyyət kəsb edir. Uşaqlara dar paltar geyindirmək onların sağlamlığına ziyan
vurur. Döş qəfəsini sıxır. Belə uşaqların ağzından pis iy gəlir. Hamıya məlumdur ki,
çinlilər qız uşağının ayağını qəlibə salırlar. Həmin qəlib uşağın ayağının
normal
inkişafına mane olur. Onların ayaqları çox balaca olur. Buna görə də kişilərə nisbətən
qadınlar az ömür sürürlər. Ona görə ki, qan dövranı bədəndə düzgün getmir. C.Lokk
məsləhət görürdü ki, 2-3 yaşa qədər uşağa ət vermək olmaz. Valideynlər isə düşünür
və belə hesab edirlər ki, həm özləri, həm də uşaqlar ət yeməsələr acından ölə bilərlər.
O deyirdi ki, uşaqların dişlərinin xəstə olması onlara körpə vaxtı çoxlu ət verməklə
bağlıdır. Mənim centlmenim ət
yeməli olsa, heç olmasa gündə bir dəfə yesin.
Centlmen üçün çörək, yağ, pendir ən yaxşı səhər yeməyidir.
Sağlamlıq üçün yuxu da əsas şərtdir. Əgər uşaq evdə bərk yatmağa
öyrənməyibsə, yolda yuxusuzluqdan əziyyət çəkəcəkdir.
Uşaqları elə tərbiyə etmək lazımdır ki, böyüyəndə hər dəqiqə döyüşə bilsin.
C.Lokkun centlmeni nəzakətli və döyüşkən kimi tərbiyə etməsi onun yaşadığı dövrün
iqtisadi-siyasi hadisələri ilə bağlı idi. O zaman İngiltərə başqa ölkələrə hücum edir,
müstəmləkəçilik siyasəti yeridirdi. Gənc nəslin tərbiyəsi haqqında fikirlər söyləyən
Lokk da hakim sinfin mənafeyini müdafiə edir, centlmeni həm nəzakətli,
həm də
döyüşməyi bacaran kimi tərbiyə etməyi tələb edirdi.
C.Lokk əxlaq tərbiyəsinə xüsusi əhəmiyyət verir. Uşağı qayğıkeş tərbiyə
etmək lazımdır. Tərbiyə uşaqların yaddaşını möhkəmləndirməli, biliklərlə
silahlandırmalı, təkcə dünyagörüşü inkişaf etdirməklə kifayətlənməməli, həm də
xeyirxah insan tərbiyə etməlidir.
Uşaqlarda höcətçilik, yalançılıq, qəddarlıq kimi mənfi keyfiyyətlərin
inkişafına yol vermək olmaz. Uşaqları elə öyrətmək lazımdır ki, onlar bir-birinə
147
güzəştə getməyi bacarsınlar. Uşağı öyrətmək lazımdır ki, ona başqası tərəfindən
verilən hədiyyəni almasın. Bəzən uşaq öz arzusuna çatmaq üçün göz yaşından da
istifadə edir. Bunun qarşısını almaq lazımdır. Göz yaşı iki səbəbdən olur: biri – o bir
şeyi istədikdə vermirlər, bu zaman o göz yaşı tökür, ikincisi, çəkdiyi əzabdan da göz
yaşı tökür. Uşağın üzünə baxdıqda onun nə üçün ağladığını bilmək olur. Birinci
ağlamağın qarşısını almaq lazımdır. Cəsurluq və qorxaqlıq
da insan xarakterinin
əlamətlərindəndir. Cəsurluq bütün xeyirxahlığın keşikçisidir. Qorxaq adam heç vaxt
öz insanlıq ləyaqətini yerinə yetirə bilməz. Qorxaqlığın qarşısını lap kiçik yaşlardan
almaq lazımdır. Elə əşyalar olur ki, uşaq görəndə qorxur. Odur ki, elə etmək lazımdır
ki, uşaq qorxmasın.
Uşaqlarda olan mənfi keyfiyyətlərdən biri də qəddarlıqdır. Çox zaman uşaq
əlinə düşən zəif canlını – quşu, kəpənəyi incidir. Körpə vaxtı belə heyvanlarla
qəddarcasına rəftar edən uşaq böyüyəndə adamlara da qarşı amansız olacaqdır. Buna
görə də uşaqlarda mərhəmət hissi tərbiyə etmək lazımdır. Belə qayğı uşaqlarda erkən
yaşdan xeyirxahlıq və qayğıkeşlik tərbiyə edir. Uşaqlarda olan mənfi keyfiyyətlərdən
biri də laqeydlikdir. Bu elə bir mənfi keyfiyyətdir ki, irqindən, cinsindən asılı
olmayaraq bütün insanlar arasında yayılmışdır. Uşaqları bu
təhlükədən qorumaq
lazımdır.
C.Lokk tərbiyədə nüfuza da böyük əhəmiyyət verirdi. Bu nüfuz nəinki
uşaqlara, hətta onlara baxan dayələrə də təsir etməlidir. O yazır ki, uşaq kiçik yaşda
olarkən ata nüfuzunun böyük əhəmiyyəti vardır. Lakin, bu nüfuz despotçuluğa
çevrilməməlidir. Yeri gəldikcə uşağın arzusunu, tələbini də nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: