MİQRASİYA DÖVRÜ (yun. migratio – migro – köçürəm
sözündən) –müəyyən heyvan növlərinin kürüləmək yerinə, qışlamağa
və ya kökəlmək üçün hərəkət etdiyi müddət (dövr).
MİQRASİYA HƏDDİ – Miqrasiya edən heyvanların (quşlar,
balıqlar, məməlilər və s.) getdikləri məsafə həddi.
MİQSOQALİN SU HÖVZƏSİ (yun. mixis – qarışıq və hals - duz)
– tərkibində 0,5-30% duz olan su hövzəsi.
MİLLİ PARK – insan fəaliyyətinin təsirilə dəyişilməyən və ya az
dəyişilən, bitki və heyvanat aləmi xüsusi elmi-təhsil əhəmiyyətli
mühafizə olunan təbiət ərazisi. M.p. böyük sahə tutub təbiətin mənzərəli
yerində ayrılır, orada landşaftın bərpası, nadir və tükənməkdə olan bitki
və heyvanat aləmi qorunub saxlanması üçün işlər görülür. Qoruqlardan
fərqli olaraq M.p. əhalinin istirahəti üçün rekreasiya və mədəni
əhəmiyyət daşıyır. M.p. təbiətin mühafizə kateqoriyası kimi xaricdə
geniş yayılmışdır. Bu termin ilk dəfə 1872-ci ildə ABŞ-da konqresdə
qəbul olunmuşdur. M.p. Cənubi Amerikada (1903), Braziliyada (1919),
Fransada (1913), İsveçrədə (1914), İspaniyada (1915) və s. ölkələrdə
təşkil olunmuşdur. 1984-cü ilədək dünyada 2600-dən artıq M.p.
yaradılmışdır. Onların sahəsi 400 mln ha təşkil edir. 30 M.p.-ın sahəsi
bir milyon hektarı keçir. Onlardan Qrenlandiya M.p. (Danimarka) –
sahəsi 7,5 mln ha, Vud-Baffalo M.p. (Kanada) – 4,5 mln ha, Serenqeti
M.p. (Tranzaniya) – 2 mln ha təşkil edir.
2003-2004-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin
Sərəncamları ilə respublikamızda Şirvan M.P. (54,3 min ha), Ağgöl MP
(18 min ha), Hirkan MP (21 min ha), Ordubad MP (12 min ha) və
Altıağac MP (11 min ha) yaradıldı.
Dostları ilə paylaş: |