PİROGEN DƏYİŞİLMƏLƏR (suksessiyalar) (yun. pagos (PYR)
- od) – Bozqır, meşə yanğını və hər hansı yanğından sonra bitki
örtüyünün bərpa olunması dəyişilmələri.
PİROGEN DİSKLİMAKS – yanğınla pozulan klimaks. Yanğın
mühüm ekoloji faktor kimi ağacların sıradan çıxması hesabına kolların
dominantlığına səbəb olur.
PİROGEN KLİMAKSI – dövri olaraq yanğın baş verən sahələrdə
adaptasiya olunan ekosistemin tərkibcə sadə heyvanat aləmi və bitki
orqanizminə malik klimaksı. P. k. yanğın hadisəsi ilə nəzarət olunur.
PİROGEN SUKSESSİYA, PİROGEN DƏYİŞİLMƏ –yanğın
hadisəsindən sonra baş verən katastrofik suksessiya.
PİROLİZ – havasız şəraitdə, 400-dən 700
0
C-yə qədər temperaturda
bərk tullantıların, ilk növbədə məişət zibillərinin termik parçalama yolu
ilə işlənməsi. Piroliz zamanı isti qaz – şvelqaz (tərkibində çoxlu miq-
darda metan olan) ayrılır, ondan enerji mənbəyi kimi istifadə etmək
olar: piroliz məişət tullantılarını zibilyandıran zavodlarda olduğundan
daha tam işlənməsinə imkan verir. Bu zaman atmosferə təhlükəli qazlar
az atılır, onların külü də az qalır.
PİTOMNİK – bitki şitilləri, tingləri (tinglik) və heyvan artıran
təsərrüfat.
Dostları ilə paylaş: |