PLETOBİOSFER (yun. pletho - doldururam) – biosferin ən fəal
horizontu (quruda 25-30 m qalınlığında, hidrosferdə – təxm. 200 m
dərinliyində).
PLEYSTON (yun. pleystikos – üzən və on - quru) – bir hissəsi su-
da, bir hissəsi isə suyun səthində olan hidrobiontların məcmusu. P-nun
azad üzvi nümayəndələri külək tərəfindən qarışdırılır: dənizlərdə külli
miqdarda yosunlar bu cür həyat tərzi keçirir.
PLUTONİUM – təbiətdə rast gəlinməyən olduqca təhlükəli radioak-
tiv element, atom elektrik stansiyaların reaktorlarında əmələ gəlir. Ra-
dioaktiv tullantıların tərkibinə daxil olur. Hazırda AES-lərin ərazilərində
və hərbi obyektlərdə dünyada 200 ton P. mövcuddur. Bu, bir çox
ölkələrdə həyəcan doğurur və daim atom enerjisi üzrə Beynəlxalq agen-
tliyin diqqət mərkəzindədir.
PNEVMATORLAR – Bataqlıq bitkilərinin əlavə qaz mübadiləsi
keçirmək üçün yerüstü orqanları (“tənəffüs kökləri”).
Dostları ilə paylaş: |