QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə765/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   761   762   763   764   765   766   767   768   ...   1096
PLANKTONOFİTLƏR – bax fitoplankton. 

PLANKTON  (yun. planktos - azan)  – Su qatlarında passiv həyat 

keçirən və suyun axımına müqavimət gösətərə bilməyən orqanizmlər. 

P.-da bitkilər fitoplankton (o cümlədən bakterioplankton) və heyvanlar – 

zooplankton yaşayır. P.-dakı orqanizmlərin ölçüsü bir neçə mkm-dən bir 

neçə m-dək olur. Bir çox su heyvanları üçün yemdir. Böyük ehtiyatlara 

malik dəniz P-.undan istifadə məsələsi perspektivlidir. 



PLANKTONOFAQ, PLANKTOFAQ planktonlarla qidalanan 

orqanizm (bəzi qurdlar, molyusklar, balıqların çoxu, məməlilərdən boz 

kit, kaşalot və b.). 

PLANKTONOLOGİYA – hidrobiologiyanın plankton tədqiq edən 

bölməsi. 



PLANTAJ, PLANTAJ ŞUMU – torpaq qatını tam çevirməklə 50-

70 sm və daha çox dərinlikdə aparılan şumlama. 



PLANTASİYA  (lat. plantatio – bitki əkmək) – 1) iri əkinçilik 

təsərrüfatı: tropik ölkələrdə və subtropik zona ölkələrində ixrac olunan 

ərzaq və texniki bitkilər (şəkər qamışı, kofe, çay, düyü, banan, ananas, 

tütün, pambıq və s.) becərmək üçün təşkil olunur. 2) xüsusi kənd 

təsərrüfatı bitkiləri əkilmiş torpaq sahəsi (məs., çay P.-sı və s.). 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   761   762   763   764   765   766   767   768   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin