356
raq izafi rütubətləndirilməsi, torpaq profilinin yaxşı diferensiasiyası, turş
reaksiya ilə əlaqədar üst qatların lildən, iki və üçvalentli metalları yuyu-
lub illüvial qatda toplanması və silisiumla zənginləşməsi ilə
səciyyələnir. P.t. Azərbaycanda kiçik sahələrdə Lənkəran, Astara
rayonlarında yayılmışdır. P.t.-ın münbitliyini yüksəltmək üçün
əhəngləmək, üzvi və mineral gübrələr vermək, çoxillik otlar əkmək və s.
tədbirlərdən istifadə edilir.
POLİAUKSOTROF ORQANİZM –
normal böyüməsi üçün çoxlu
miqdarda ekoloji faktorlara ehtiyacı olan orqanizm.
POLİBİONT – mühitin bir neçə fazasında və ya aqreqat
vəziyyətində (hava, su, torpaq-qrunt və s.) həyat sürmək qabiliyyəti olan
orqanizm (növ).
Dostları ilə paylaş: