SÜNİ YAĞIŞYAĞDIRMA – 1) reagentlərin köməyilə buludlardan
yağış şəklində yağıntı əmələ gətirmək; 2) kənd təsərrüfatı bitkilərini su-
varma üsulu. Belə suvarmada su sahəyə maşınlar və apparatlar vasitəsilə
yağış kimi səpələnir. S.y. üsulu ilə suvarmada istənilən torpaq qatını
suvarmaq olur; əsasən qrunt suları yer səthinə yaxın olan sahələrdə
tətbiq edildikdə yeraltı suların səviyyəsinin qalxmasının və torpaqların
şorlaşmasının qarşısını alır. S.y. üsulu ilə suvarmada şırımlarla, yaxud
zolaqlarla suvarmaya nisbətən suya 30-35% qənaət olunur, k.t.
bitkilərinin məhsuldarlığı 15-20% artır.
SÜRÜ – 1) Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub
məməlilər qrupu; yəni müəyyən vaxtda eyni cür davranan, çox vaxt
fəallıq ritmi eyni olan və vahid hərəkət istiqamətinə malik heyvanlar. 2)
Ayrı-ayrı təsərrüfatlarda saxlamaq, kökəldilmək və otarılmaq üçün
formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır),
qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. 3) təsərrüfatda eyni cinsdən
olan heyvanların miqdarı.
Dostları ilə paylaş: |