Ş
ŞABALIDI TORPAQLAR – quru çöllərin (bozqırların) zonal tor-
paq tipi. Azərbaycanda düzənlik və dağətəyi sahələrdə yayılmışdır;
çəmən şabalıdı torpaqlarla birlikdə ərazinin 20%-dən çoxunu təşkil edir.
Bitkiləri quru bozqır tiplidir. Azərbaycanda taxıl əkinlərinin və
üzümlüklərin çoxu bu torpaqların payına düşür. Son vaxtlar Ş.t. boz-
qəhvəyi torpaq tipi kimi də göstərilir.
ŞAQULİ MİQRASİYA – zoohidrobiontların daha əlverişli şərait
axtarmaq (qida, işıq, temperatur və s.) üçün müntəzəm olaraq vaxtaşırı
kütləvi surətdə şaquli istiqamətdə yerini dəyişməsi.
Dostları ilə paylaş: |