Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında
yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq
edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında
yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin fəaliyyətini təmin etmək
məqsədilə qərara alıram:
[2]
1.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə
təsdiq edilsin (əlavə olunur - əlavə 1).
2.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Meliorasiya və Su Təsərrüfatı Agentliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə
olunur - əlavə 2).
[3]
3.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 3).
[4]
4.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə
4).
5.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd
Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə
olunur - əlavə 5).
[5]
6.
"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2
sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə təsdiq edilmiş əlavə № 2 - "Xüsusi razılıq
(lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı"nın 10-cu və 11-ci bəndlərində
"Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri "Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri ilə əvəz edilsin.
7.
Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən Fərmanları
qüvvədən düşmüş hesab edilsin:
7.1.
"Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı;
7.2.
"Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında
Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci
il 14 aprel tarixli 313 nömrəli Fərmanı;
7.3.
"Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım
üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli Fərmanı;
7.4.
"Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə
Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 7
fevral tarixli 275 nömrəli Fərmanı.
8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
8.1.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və onun
yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin işçilərinin say
həddini bir ay müddətində müəyyən etsin;
[6]
8.2.
normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.3.
bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı
Komissiyasının müvafiq sənədlərinin, Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına
Yardım Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinə təhvil verilməsini təmin etsin;
8.4.
Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmandan irəli
gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
10. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.