"Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 2004-cü il 23 oktyabr
tarixli 467 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
quşların, balıqların, vəhşi heyvanların və başqalarının) müxtəlif xəstəliklərdən qorunmasını
və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən
qorunmasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən
qorunmasını təmin edən, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq-
sanitariya keyfiyyətinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
3.
Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin normativ hüquqi aktlarını, qərar və əmrlərini və
bu Əsasnaməni rəhbər tutur.
4. Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını bilavasitə və
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə,
ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə əlaqəli şəkildə həyata keçirir.
5.
Dövlət Xidməti müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan
dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin
təsviri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və öz adı əks olunmuş
möhürə, müvafiq ştamplara və blanklara malikdir.
6.
Dövlət Xidmətinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
7.
Dövlət Xidməti Bakı şəhərində yerləşir.
Dostları ilə paylaş: