Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə



Yüklə 390,62 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix25.12.2016
ölçüsü390,62 Kb.
#3171
1   2   3   4   5   6
IV. DÖVLƏT XİDMƏTİNİN HÜQUQLARI

 

10.  Dövlət  Xidməti  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  vəzifələri  yerinə  yetirmək  və 



funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

10.1. hüquqi  və  fiziki  şəxslər  tərəfindən  baytarlıq  təbabəti  sahəsində  Azərbaycan 



Respublikasının  qanunvericiliyinə  əməl  edilməsinə  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada nəzarəti həyata keçirmək;

 

10.2.


      

baytarlıq  preparatlarının  istehsalına,  keyfiyyətinə,  sınaqdan  keçirilməsinə, 

saxlanmasına,  daşınmasına,  satışına,  idxal  və  ixracına  qanunvericiliklə  müəyyən  edilmiş 

hallarda  və  qaydada  səlahiyyətləri  daxilində  nəzarət  etmək,  yeni  baytarlıq  preparatlarına, 

avadanlıqlarına və yem əlavələrinə rəy vermək;

 

10.3.



      

dövlət  sərhədində (dövlət  sərhədinin  buraxılış  məntəqələrində  istisna  olmaqla), 

nəqliyyatda,  bazarda,  yarmarkalarda  və  sərgilərdə,  istehsal  və  satış  yerlərində  dövlət 

baytarlıq  nəzarətində  olan  yüklərə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  dövlət 

baytarlıq nəzarətini təşkil etmək

[38]

 

10.4.



 

heyvan  saxlayan,  habelə  heyvan  mənşəli  məhsulların  və  xammalın  emalı, 

saxlanılması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə 

və baytarlıq-sanitariya tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək;

 

10.5.


 

xüsusi  təhlükəli  heyvan  xəstəlikləri  baş  verdikdə  karantin  qoyulan  ərazidə 

qoruyucu-karantin,  xüsusi  baytarlıq  və  digər  tədbirlərin  aparılması  qaydalarını 

müəyyənləşdirmək,  bu  xəstəliklərin  yayılma  təhlükəsi  olan  zonalarda  qanunvericiliklə 

müəyyən  edilmiş  hallarda  və  qaydada  məhdudiyyət  və  xəbərdarlıq  təyinatlı  tədbirlər 

görmək;


 

10.6.


 

heyvandarlıq  binalarının,  heyvandarlıq  məhsulları  və  xammalı  istehsal  və  emal 

edən  müəssisələrin  texnoloji  normativlərinə,  baytarlıqda  işlədilən  kimyəvi,  bioloji  və 

farmakoloji preparatların dövlət standartları və texniki şərtləri layihələrinə rəy vermək;

 

10.7.


 

mal-qaranın  və  digər  heyvanların  yoluxucu  xəstəlikləri  müəyyən  edildikdə  və  ya 

belə  xəstəliklərin  baş  verməsi  təhlükəsi  yarandıqda  qanunvericiliyə  uyğun  olaraq  bütün 

müəssisələrə,  vətəndaşlara  heyvanların  kəsilməsi  və  ya  məhv  edilməsi,  heyvan  mənşəli 

məhsulların  və  xammalın  zərərsizləşdirilməsi  və  ya  utilizasiya  edilməsi  haqqında  icrası 

məcburi olan göstərişlər vermək;

 

10.8.


 

Dövlət  Xidmətinin  fəaliyyəti  üzrə  ayrılan  məqsədli  büdcə  vəsaitinə  sərəncam 

vermək;

 

10.9.



 

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.  

 

 

 





Yüklə 390,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin