II. DÖVLƏT XİDMƏTİNİN ƏSAS VƏZİFƏLƏRİ
8. Dövlət Xidmətinin əsas vəzifələri aşağıdakılardır:
8.1.
profİlaktiki, epizootiya əleyhinə, sanitariya və digər baytarlıq tədbirləri həyata
keçirməklə mal-qaranı və başqa heyvanları (xəzdərililəri, balıqlan, anlan, vəhşi heyvanları və
s.) xəstəliklərdən qorumaq;
8.2.
heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə baytarlıq
xidmətinin həyata keçirilməsini təmin etmək;
8.3.
əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;
8.4.
Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu
xəstəliklərdən səlahiyyətləri daxilində qorumaq;
8.5.
heyvan, heyvandarlıq məhsulları və xammal sahibləri tərəfindən Azərbaycan
Respublikasının baytarlıq təbabəti qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək;
8.6.
baytarlıq preparatlarının, yemlərinin və yem əlavələrinin, biostimulyatorların və
hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət etmək;
8.7.
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Dostları ilə paylaş: |