9. Dövlət Xidməti ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları
9.1.
ölkədə heyvan xəstəliklərinin profilaktikası və ləğvi üzrə tədbirlərin yerinə
9.2.
baytarlıq-sanitariya baxımından yüksək keyfiyyətli heyvan mənşəli məhsulların və
9.3.
ölkəyə yoluxucu və ekzotik xəstəliklərin keçirilməsinin və yayılmasının qarşısını
9.4.
səhiyyə orqanları ilə birlikdə insan və heyvanlar üçün ümumi olan xəstəliklərə qarşı
9.5.
heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair milli proqramların
9.6.
qanunvericiliyə uyğun olaraq dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə
daxilində daşınmasına və tranzitinə, heyvanların, heyvan mənşəli məhsulların və xammalın,
quş, balıq və arıçılıq məhsullarının idxalına və ixracına qanunvericiliklə müəyyən edilmiş
hallarda və qaydada baytarlıq nəzarətini həyata keçirir;
9.7.
baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, hormonların, bioloji
stimulyatorların istehsalına və dövriyyəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada
nəzarət edir;
9.8. baytarlıq təbabətinə aid təlimat, göstəriş, tövsiyə və qaydaların qüvvədə olan
qanunvericilik aktlarına və beynəlxalq normativlərə uyğunlaşdırılmasına dair təkliflər
hazırlayır və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;
9.9. heyvanların xəstəliklərdən qorunması üçün lazım olan bioloji preparatlara,
ləvazimatlara, alətlərə, müalicə, dezinfeksiyaedici və digər vasitələrə olan tələbatı
müəyyənləşdirir və bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə
təkliflər verir;
9.10.
epizootiya əleyhinə tədbirlər planı hazırlayır və təsdiq edilmək üçün Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;
9.11.
xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatını yaradır;
9.12.
beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı (OİE) və digər beynəlxalq
təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsini səlahiyyətləri
daxilində təmin edir;
9.13.
heyvan xəstəlikləri ilə mübarizədə dünya baytarlıq təcrübəsində qəbul olunmuş
müxtəlif vasitələrdən istifadə edilməsini təmin edir;
9.14.
baytarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf
mühitin çirklənməsinin qarşısını almaq və nəticələrinin aradan qaldırılması istiqamətində
səlahiyyətləri daxilində tədbirlər görür;
9.15.
baytarlıq elminin inkişafı, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün
səlahiyyətləri daxilində zəruri tədbirlər həyata keçirir;
[37]
9.16.
heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsul
emal edən müəssisələrin, bazarların, xammal anbarlarının baytarlıq sanitariya nəzarətini
həyata keçirir, həmin obyektlərin tikintisinin və yenidən qurulmasının, habelə yerqazma
işlərinin baytarlıq ekspertizasının aparılmasını təmin edir;
9.17.
mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq bütün hüquqi
və fiziki şəxslərə baytarlıq xidmətinin göstərilməsini təşkil edir;
9.18.
tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatların,
müəssisə və idarələrin, fiziki şəxslərin heyvandarlıq, quşçuluq, balıqçılıq və arıçılıq
təsərrüfatlarında xəstəliklərə qarşı baytarlıq tədbirlərinin aparılmasına nəzarət edir;
9.19.
baytarlıq preparatlarının, yem və yem əlavələrinin istehsalı zamanı standartlara,
texniki şərtlərə və baytarlıq tələblərinə riayət edilməsinə, qanunvericiliklə müəyyən edilmiş
qaydada heyvan xəstəliklərinin profilaktikası və müalicəsi zamanı bioloji, kimyəvi və digər
baytarlıq preparatlarının istifadə olunmasına nəzarəti həyata keçirir;
9.20.
başqa dövlətlərdən yoluxucu və ekzotik heyvan xəstəliklərinin və törədicilərinin
ölkəyə gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə müvafiq baytarlıq
tədbirlərinin həyata keçirilməsini təmin edir;
9.21. Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitinin məqsədli istifadəsi üçün
müvafiq proqramlar və xərc smetaları tərtib edib Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinə təqdim edir;
9.22. büdcə vəsaitinin istifadəsi barədə müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat verir;
9.23. dövlət büdcəsi və digər mənbələr hesabına alınmış baytarlıq preparatlarının
saxlanmasına (daşınmasına) və istifadəsinə nəzarəti təşkil edir;
9.24.
müəyyən edilmiş hallarda qanunvericiliyə uyğun olaraq baytarlıq sahəsində
beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və onlarla əməkdaşlığı
həyata keçirir;
9.25.
müəyyən edilmiş qaydada baytarlıq sahəsində uçot və hesabatların aparılmasını
təmin edir, heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparır;
9.26.
qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.
Dostları ilə paylaş: