V. DÖVLƏT XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
11.
Dövlət Xidmətinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən
vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir. Dövlət Xidmətinin rəisi
eyni zamanda Azərbaycan Respublikasının Bas Dövlət Baytarlıq
Nəzarəti
Müfəttişidir.
[39]
12.
Rəis Dövlət Xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların
həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
13.
Dövlət Xidmətinin rəisinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.
14.
Dövlət Xidmətinin rəisi:
14.1.
Dövlət xidmətinin işini təşkil edir və ona rəhbərlik edir;
14.2.
müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla Dövlət Xidməti
aparatının ştat cədvəlini və tabeliyində olan müəssisə və təşkilatların xərc smetalarını təsdiq
edir;
14.3. Dövlət Xidməti aparatının işçilərini və səlahiyyətləri daxilində tabeliyində olan
təşkilatların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, barələrində
qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri
görür;
14.4.
səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Dövlət
Xidmətinə məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər
smetalarını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə
təqdim edir;
14.5.
Dövlət Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsinə dair
hesabatlan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;
14.6.
tabeliyində olan təşkilatlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər,
göstərişlər verir;
14.7. Dövlət Xidmətini bütün dövlət və ictimai təşkilatlarda və məhkəmələrdə
vəkalətnaməsiz təmsil edir.
15. Baytarlıq sahəsində müasir elmi nailiyyətlərin istehsalatda tətbiqi üzrə tövsiyələr
hazırlamaq üçün Dövlət Xidmətində tərkibi alim və mütəxəssislərdən ibarət Elmi-Texniki
Şura yaradılır.
16. Dövlət Xidməti işçilərinin müəyyən edilmiş qaydada fərqləndirici nişanı olan xüsusi
geyim forması vardır.