267
Milli ədəbiyyat
140
illiyi
Süleyman Sani Axundov
1875-1939
OKTY
ABR
Süleyman
Rzaqulu bəy oğlu Axun-
dov 1875-ci il oktyabr ayının 21-də Şuşa
şəhərində bəy ailəsində doğulmuşdur. Hələ
körpə ikən Süleymanın təlim-tərbiyəsi ilə
bilavasitə dayısı, görkəmli maarif xadimi
Səfərəli bəy Vəlibəyov məşğul olmuşdur.
1885-ci ildə Qori Müəllimlər Seminari-
yasına daxil olmuş,
burada milli, klassik
rus və dünya ədəbiyyatı ilə dərindən ta-
nışlıq onun dünyagörüşünə faydalı təsir
göstərmişdir.
1894-cü ildə seminariyanı bitirərək
Bakıdakı III dərəcəli rus-tatar məktəbinə
müəllim təyin edilmişdir.
1906-cı ildə Bakıda çağırılan müəllim-
lərin I qurultayında fəal iştirak edən Süley-
man Sani ərəb əlifbasını islah
etmək üçün
faydalı təşəbbüs göstərmiş, həmin qurul-
tayda ana dilində proqram tərtib etmək
üçün ayrılan komissiyaya seçilmiş, 1908-
ci ildə A.Şaiq, M.Mahmudbəyov
və baş-
qa qabaqcıl maarif xadimləri ilə birlikdə
Azərbaycan pedaqoji fikri tarixində
mütərəqqi bir hadisə olan məşhur “İkinci
il” dərsliyini tərtib etmişdir.
1918-ci ildə Bakıda Sovet hakimiyyəti
qurulanda o, Azərbaycanda ilk maarif
komissarı kimi
maarif sahəsində böyük
həvəslə çalışmışdır.
1920-ci ildə Qarabağ İnqilab Komitə-
sinin qərarı ilə avqustun 9-da Qarabağ
vilayət maarif şöbəsinə müdir təyin edil-
mişdir. Qarabağ və Zəngəzurda məktəb,
uşaq evi, klub, qiraətxana və başqa mədə-
ni-maarif ocaqlarının açılmasında
fəal iş-
tirak etmişdir.
1922-ci ildə S.Sani M.Mahmudbəyov,
S.Əbdürrəhmanzadə, F.Ağa-zadə, A.Şaiq,
Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk
əlifbası” dərsliyini yazmışdır. Həmin ildə
o, “Azərbaycan ədib və şairlər ittifaqı”nın
sədrliyinə seçilmişdir.
Onun yaradıcılığı zəngin və çoxcəhət-
lidir. O, dramaturgiyamıza M.F.Axundovun
“Hacı Qara” əsərinin təsiri ilə yazdığı “Ta-
mahkar” komediyası ilə gəlmişdir. 1906-
cı ildə o, “Dibdat bəy” və “Türk birliyi”
komediyalarını yazmışdır.
XX əsr Azərbaycan uşaq ədəbiyyatının
formalaşmasında, inkişafında da onun
böyük xidməti vardır. Ədib, “Qorxulu na-
ğıllar” (1912-1914) ilə Azərbaycan uşaq
ədəbiyyatında forma, məzmun, üslub ye-
nilikləri gətirmisdir.
Onun bədii yaradıcılığının
yeni yüksə-
liş mərhələsi 1920-ci illərdən başlamış-
dır. “Laçın yuvası” (1921) dramı, bir
sıra pyeslər “Cərxi fələk” (1921), “Qa-
ranlıqdan işığa” (1921), “Eşq və inti-
qam” (1922) və komediya janrının ilk
nümunələri də “Molla Nəsrəddin Bakıda”
(1921), “Şahsənəm və Gülpəri” (1921),
“Bir eşqin nəticəsi” (1922), “Yeni həyat”
(1923) onun qələmindən çıxmışdır.
Süleyman Sani həm də orijinal nasirdir.
Onun 1923-1935-ci illərdə yazmış olduğu
“Qan bulağı”, “Ümid çırağı”, “Cəhalət
qurbanı”, Nə üçün?”, “Təbrik”, “Sona
xala”, “Namus”, “Mister Qreyin köpəyi”
və s. hekayələri Azərbaycan nəsrinin ilk
nümunələrindəndir.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
1932-ci ildə Süleyman Sani Axundovun
pedaqoji-ədəbi, həmçinin ictimai-mədəni
fəaliyyətini nəzərə alaraq ona “Əmək
qəhrəmanı” fəxri adı vermişdir.
Süleyman Sani Axundov 1939-cu il
mart ayının 29-da Bakıda
vəfat etmiş,
Fəxri Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: