Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə349/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   345   346   347   348   349   350   351   352   ...   484
Ə d ə b i y y a t 
Əhmədli, Z. Əcəli də 
təbəssümlə qarşıla-
dı: Vida /Z.Əhmədli             
//Ədəbiyyat qəzeti.-
2010.- 18 iyun.- S.3.
Mirməmməd, G. 
O, fantaziyası 
tükənməyən sənətkar 
idi...  /G.Mirməmməd              
//Mədəniyyət.- 2010.- 18 
iyun. - S.6.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.anspress.com
www.az.wikipedia.org
www.hafta-ichi.az
22
Publisist


269
Milli ədəbiyyat 
90 
illiyi
Əbdül Hüseynov
1925
OKTY
ABR
Əbdül Ənbiyə oğlu Hüseynov 1925-
ci il oktyabr ayının 25-də Bakının 
Əmircan kəndində anadan olmuşdur. 
Hələ orta məktəbi bitirməmiş, könüllü 
olaraq müharibəyə getmiş, müharibədən 
qayıtdıqdan sonra bir müddət Ukrayna-
da, Türkmənistanda işləmiş, Krasno-
vodsk şəhərində rus dilində nəşr olunan 
“Krasnovodsk fəhləsi” qəzetinin baş re-
daktor müavini vəzifəsində çalışmışdır. 
1956-cı ildə Aşqabad Dövlət Universi-
tetinin hüquq-tarix fakültəsini bitirmiş-
dir. 
1958-ci ilə qədər Türkmənistan Res-
publikası Mədəniyyət nazirinin müavi-
ni olmuş, 1960-cı ildə Moskvaya köç-
müş və 1971-ci ildən diplomatik sahədə 
fəaliyyət göstərmişdir. 
Ə.Hüseynov tarixçi alim kimi uzun 
illər Türkiyədə,  İranda, Monqolus-
tanda işləmişdir. Yazıçının qələmindən 
bir-birinin ardınca “Mustafa xanın 
xəzinəsi”, “Arzamaslı qadın”, “İslam 
dünyasının cəngavəri”, “Taxta çıxan 
əkinçi”, “Qan qardaşları”, “Cənuba 
yürüş”, “Bəhrəmgurun məhəbbəti və 
kədəri”, “Müdrik adamın arzuları”, 
“Məhəbbət haqqında üç dastan”, “Üs-
yankar Xaqani”, “Xocalı  fəryadı”, 
“Müharibənin sədası” kimi tarixi ro-
manlar, ümumilikdə isə otuzdan çox ro-
man, povest və digər əsərlər çıxmışdır.
Onun  ədəbi qəhrəmanları müxtəlif-
dir.  Əbdül Hüseynovun başqaların-
dan seçilən nikbin və  təbii bir üslubu, 
özünəməxsus yazı manerası var. Yazı-
çının əsas məqsədi tarixi romanlarında 
həqiqətin gözünə dik baxmaq, heç nəyi 
saxtalaşdırmamaq, həyatın şirin və acı-
larını  qəlbinin süzgəcindən keçirərək 
yazmaqdan ibarətdir. 
Hələ Sovetlər dönəmində bir sıra 
məşhur azərbaycanlılarla, o cümlədən, 
TofiqTağızadə, Eldar Quliyev, Hüseyn 
Seyidzadə kimi rejissorlarımızla sıx 
əlaqə saxlamış, “Sönmüş ocaqların işı-
ğı”, “Babək”, “Koroğlu”, “Qaynana” 
kimi  filmlərin beynəlxalq arenaya çıx-
masında müstəsna xidmətləri olmuşdur. 
Rasim Ocaqovun “Tütək səsi”  filmi 
haqqında Amerikada nəşr olunan “Sine-
ma” jurnalında sanballı məqaləylə çıxış 
etmişdir. Onun əsərləri ingilis, ispan, 
alman, fransız,  ərəb dillərinə  tərcümə 
edilərək nəşr edilmişdir.  Ə.Hüseynov 
400-dən çox elmi-publisist məqalənin, 
“Türkiyədə  həmkarlar hərəkatı”, “Yıl-
maz Qüney-həyat və  qəhrəmanlıq”, 
“Türkiyənin ictimai-siyasi həyatında 
kütləvi informasiya vasitələrinin rolu” 
kimi monoqrafiyaların müəllifidir. 
Yazıçının ssenariləri  əsasında 7 
film çəkilmişdir. O, doğma vətəndən 
kənarda yaşasa da, ədəbiyyatımızı  və 
mədəniyyətimizi layiqincə  təmsil et-
mişdir. 
Ümumiyyətlə,  Əbdül Hüseynovun 
Azərbaycandan yazdığı  əsərlər Rusi-
ya ilə, Rusiyadan yazdığı  əsərlər isə 
Azərbaycanla  əlaqəlidir. Onun yaradı-
cılığı iki xalq, iki mədəniyyət arasında 
körpü təsiri bağışlayır.
Əbdül Hüseynov III dərəcəli 
“Şöhrət” ordeni, I dərəcəli “Böyük 
Vətən müharibəsi” ordeni, 16 medalla 
təltif edilmişdir. 
Yazıçı, kinodramaturq, tarix elmləri 
namizədi, şərqşünas alim Əbdül Hüsey-
nov ömrünün 90 yaşında da fəaliyyətini 
yorulmadan davam etdirir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin