271
Musiqi.Opera.Balet
80
illiyi
Xəyyam Mirzəzadə
1935
OKTY
ABR
Xəyyam Hadı oğlu Mirzəzadə 1935-
ci il oktyabr ayının 5-də Bakıda anadan
olmuşdur. 1957-ci ildə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservato-
riyasını bitirmişdir. Həmin
ildən orada
çalışır. 1969-1983-cü illərdə kompo-
zisiya kafedrasının müdiri olmuşdur.
1979-cu ildə professor elmi rütbəsini
almışdır.
Onun əsərləri Avstriya, İngiltərə,
Macarıstan,
Hollandiya, Almaniya, İta-
liya, Fransa və s. ölkələrdə ifa olunur.
30-dan artıq kinofilmə və 15 dram ta-
maşasına, estrada və caz pyeslərinə, po-
pulyar mahnılara musiqi bəstələmişdir.
“Ağlar və qaralar” (2000) baleti, ka-
mera orkestri üçün “Musiqi” (1964),
“Üç xoreoqrafik şəkil” (1969), “Simfo-
nik orkestr üçün” I Simfoniya (1957),
II Simfoniya (Triptix, 1970), Kiçik lirik
süita (1963), Oçerklər-63
simfonik po-
ema (1963), “Muğan çöllərində” süitası
(1967); xor, solist və simfonik orkestr
üçün “Çiçəklən, Vətənim” (1964, E.
Mahmudovla birgə), Partiya haqqında
oda (1975-sözləri: B.Vahabzadənindir);
ağacdan nəfəs alətləri üçün “Sekstet”
(1962); misdən nəfəs alətləri üçün
“Kvartet” (1970), simli kvartet üçün
I Kvartet (1956), II Kvartet (1961),
Dörd miniatür (1958), Noraşen rəqsləri
(1972); skripka
və fortepiano üçün So-
natina (1950), Poema və sketso (1952)
əsərlərin müəllifidir.
Gənc bəstəkarların və ifaçıların
iştirakilə dünyanın bir sıra ölkələrində
keçirilmiş müsabiqələrin münsiflər
heyətinin üzvü olmuş professor
Mirzəzadə
bəstəkarların müxtəlif
səviyyələrdə keçirilən müşavirə, ple-
num və qurultaylarında,
elmi attestasi-
ya komissiyalarının işində fəal iştirak
etmişdir.
Onun yaradıcılığı milli musi-
qi sənətimizdə qabarıq şəkildə ifadə
olunmuş yeni intellektual-psixoloji
mərhələnin təməlini qoymuşdur.
Bir çox filmlərə musiqi bəstələmişdir.
1959-cu ildə İ.Qasımovun ssenarisinə
əsasən çəkilmiş “Bizim küçə” filmi
bəstəkarın musiqi bəstələdiyi ilk filmdir.
Bundan sonra “Bu, Qum adasında ol-
muşdur”, “Yeddi oğul istərəm...”, “Ba-
kıda küləklər əsir”, “Arxadan
vurulan
zərbə”, “Bağ mövsümü”, “Kinorejis-
sor Arif Babayev”, “Havalansın Xanın
səsi”, “Çay daşı”, “Güllələnmə təxirə
salınır!...”, “Müstəqillik yollarında”,
Arxada qalmış gələcək”, “Ev”, “Dü-
yün” və s. təxminən 40-a yaxın filmə
musiqi bəstələmiş, kinoda T.Tağızadə,
A.Babayev, M.Dadaşov, Ə.Atakişiyev,
Y.Qusman kimi rejissorlarla, həm də
gənclərlə işləmişdir.
Xəyyam Mirzəzadə 1970-ci ildə
Azərbaycan
Lenin Komsomolu Mü-
kafatı laureatı olmuş, 1972-ci ildə
“Azərbaycanın Əməkdar incəsənət xa-
dimi” fəxri adını almış, 1975, 1986-cı
illərdə 2 dəfə SSRİ Dövlət Mükafatı la-
ureatı olmuş, 1987-ci ildə “Azərbaycan
SSR Xalq artisti” fəxri adına layiq gö-
rülmüşür. 2000-ci ildə “Şöhrət”, 2010-
cu ildə “Şərəf” ordenləri ilə təltif edil-
mişdir.
2011-ci ildə Tofiq İsmayılovun rejis-
sorluğu və ssenarisi əsasında
bəstəkar
haqqında “Maestro. Özüm və zaman
haqqında. Bəstəkar Xəyyam Mirzəzadə”
sənədli bioqrafik film çəkilmişdir.
Dostları ilə paylaş: