Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə353/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   349   350   351   352   353   354   355   356   ...   484
272
Musiqi.Opera.Balet
65 
illiyi
Ağasəlim Abdullayev
1950
OKTY
ABR
Ağasəlim Sahib oğlu Abdullayev 
1950-ci il oktyabr ayının 15-də Bakı 
şəhərində anadan olmuşdur. 5 saylı 
musiqi məktəbində  təhsil almış, Asəf 
Zeynallı adına Orta İxtisas Musiqi Tex-
nikumunun tar (H.Məmmədovun sin-
fi) sinfində  təhsilini davam etdirmiş, 
1971-ci ildə oranı bitirmişdir. Sonra 
Azərbaycan Dövlət Konservatoriyası-
na qəbul olmuş  və  Səid Rüstəmovun 
tələbəsi kimi 1976-cı ildə  təhsilini ta-
mamlamışdır. 
Ağasəlim Abdullayev 1970-ci ildən 
Azərbaycan Dövlət Televiziya və Ra-
dio Verilişləri Komitəsinin S.Rüstəmov 
adına xalq çalğı alətləri orkestrinin so-
listi, Baba Salahovun rəhbərlik etdiyi 
xalq çalğı alətləri ansamblının konsert-
meysteri, 1982-ci ildən B.Salahov adına 
“Araz” xalq çalğı alətləri ansamblının 
rəhbəridir. 
Ağasəlim Abdullayevin rəhbərlik 
etdiyi ansambl həmişə seçilmişdir. 
Dövlət tədbirlərindən başlamış,  ən 
ucqar kəndlərdə qurulan məclislərə 
qədər, respublikamızı  səhnə-səhnə 
gəzib dolaşmışdır. Ardıcıl olaraq hərbi 
hissələrə baş  çəkmiş,  əsgərlər qarşı-
sında konsertlər vermişdir. Moskva, 
Sankt-Peterburq, Kiyev, Minsk və Tal-
lin şəhərlərində keçirilmiş musiqi festi-
vallarında, YUNESKO-nun təşəbbüsü 
ilə 1987-ci ildə  Səmərqənddə  təşkil 
edilmiş Ümumdünya muğam simpozi-
umunda “Araz” xalq çalğı alətləri an-
samblı Azərbaycan musiqisini layiqincə 
təmsil etmişdir.
2000-ci ildən Azərbaycan Milli 
Konservatoriyasının dosentidir. Reper-
tuarında “Bayatı-Şiraz”, “Rast”, “Xaric 
segah”, “Şüştər”, “Şahnaz” və s. mu-
ğamlar əsas yer tutur. 
Görkəmli xanəndələrdən Ağaxan 
Abdullayev, Arif Babayev, Şövkət 
Ələkbərova,  Əbülfət  Əliyev, Yaqub 
Məmmədov, Hacıbaba Hüseynov, Sara 
Qədimova, Rübabə Muradova, Zeynəb 
Xanlarova, Ruzə  İbişova, Səxavət 
Məmmədov, Alim Qasımov, Qəndab 
Quliyeva, Səkinə İsmayılova və başqa-
larını müşayiət etmişdir.
Ağasəlim Abdullayevin solo çı-
xışları dinləyicilər tərəfindən həmişə 
hərarətlə qarşılanır. Çünki ifası zamanı 
tarzən həmişə musiqi dilində obraz ya-
ratmağa önəm verir, hissin-düşüncənin 
təsvirinə və dərkinə çalışır, axıra qədər 
yumşaq tempdən kənara çıxmır. Simləri 
öz hökmünə tabe etdirməklə  bərabər, 
incə çalğı texnikası hesabına həm də tar 
ifaçılığının qayım-qədim  ənənələrini 
qoruyub saxlaya bilir.
Mahir tarzən səhnələrdə gözəl çı-
xışlarla yanaşı eyni zamanda, qırx il-
dir ki, fasiləsiz olaraq pedaqoji iş apa-
rır, gənclərə musiqinin, tar ifaçılığının 
sirlərini öyrədir. 
Tarzən Ağasəlim Abdullayevin mu-
siqi mədəniyyətimizin inkişafındakı 
xidmətləri dövlətimiz tərəfindən yüksək 
qiymətləndirilmiş, o, 2005-ci ildə “Azər-
baycan Respublikasının Əməkdar artis-
ti”, 2007-ci ildə isə “Xalq artisti” fəxri 
adlarına layiq görülmüşdür.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin