Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə356/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   352   353   354   355   356   357   358   359   ...   484
Ə d ə b i y y a t
Azəri, L. Mədəniyyət 
tariximizdə iz qoyanlar 
Məşhur Seyidzadələr 
nəslinin iki görkəmli 
nümayəndəsinin yubile-
yi qeyd olundu /L.Azəri         
//Mədəniyyət.- 2012.- 7 
noyabr.- S. 13.
Əliyeva, İ. Ağrılı 
taleyi olan korifey 
sənətkar /İ.Əliyeva //
Azərbaycan.- 2012.- 20 
oktyabr.- S. 11.
Xəlilzadə, F. Bir 
rejissorun taleyi: 
Hüseyn Seyidzadə 
- 100 /F.Xəlilzadə                    
//Azərbaycan.- 2010.- 
12 oktyabr.- S. 8.
Şanlı Seyidzadələr 
nəslinin iki görkəmli 
nümayəndəsinin 100 
illiyi qeyd edilmişdir                   
//Azərbaycan . - 2012.- 
4 noyabr.- S. 5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.edebiyyat.info
15
Rejissor


275
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
85 
illiyi
Elmira Şaxtaxtinskaya 
1930-1996
 
OKTY
ABR
Elmira Həbibulla qızı  Şaxtaxtinska-
ya 1930-cu il oktyabr ayının 25-də Bakı 
şəhərində anadan olmuşdur. Onun ana-
sı Leyla xanım Cənubi Azərbaycanın 
hökmdarı Bəhmən Mirzə Qacarın nəvəsi 
olmuş, atası Həbibulla Şaxtaxtinski adlı-
sanlı kimyaçı olmuşdur. Belə bir ailədə 
dünyaya gəlmiş Elmira xanım hələ uşaq 
yaşlarından milli incəsənətimizin vurğu-
nu olmuşdur.
Orta təhsilini Bakı  şəhərində al-
mış, 1950-cı ildə  Ə.Əzimzadə adına 
Azərbaycan Dövlət Rəssamlıq Məktə-
binin təsviri incəsənət şöbəsini bitirmiş-
dir. 1956-cı ildə V.İ.Surikov adına Mosk-
va Dövlət Rəssamlıq  İnstitutuna daxil 
olmuşdur. Qrafika şöbəsində oxuyan El-
mira xanım siyasi plakat janrı üzərində 
seçim etmişdi.
1956-cı ildə Moskvada təhsilini başa 
vuran Elmira xanım Bakıya dönərək fəal 
surətdə yaradıcılığa başlamış, yorulmaq 
bilmədən çalışdığı 40 illik yaradıcılığı 
ərzində o, müxtəlif mövzulara həsr olun-
muş 100-dən artıq plakat yaratmışdır. 
Əməyə, sülhə, mübarizəyə, idmana və 
digər mövzulara həsr olunmuş  əsərlər 
arasında “Bizə sülh lazımdır”, “Yeni 
rekordlara doğru”, “Təcavüzə son qoy-
maq - mədəniyyəti müdafiə etmək” və b. 
əsərlərinin adını çəkmək olar. 
O, ekologiya mövzusunda - “İnsan, 
Yer üzündə həyatı qoru”, “Bakı ən yaşıl, 
ən gözəl olacaq” və s. silsilə plakatlar ya-
ratmışdı.
Dəzgah rəsmləri və akvarellərindən 
“Çexoslovakiyada”, “Sosialist Bakısı” 
seriyası, “Bolqarıstanda”, “Qutablar” və 
“Novruz bayramı” tabloları rəssama bö-
yük şöhrət gətirmişdir.
XX əsrin 70-ci illərində çəkdiyi “Azər-
baycan qədim mədəniyyət diyarıdır” pla-
kat silsiləsində Azərbaycanın orta əsrlərdə 
yaşamış elm, ədəbiyyat və incəsənət 
xadimlərindən N.Tusi, M.Gəncəvi, 
İ.Nəsimi, C.Urməvi,  Ə.Naxçıvani, Sul-
tan Məhəmməd və b.-nın, XX əsrin 80-
ci illərində isə Ü.Hacıbəyli, S.Vurğun, 
H.Cavid, S.Bəhlulzadə, Q.Qarayev, 
F.Əmirov və b. portretlər qalereyasını 
yaratmışdır.
Elmira xanım bir sıra məsul vəzi-fələrdə 
çalışmış, SSRİ və Azərbaycan Rəssamlar 
İttifaqının  İdarə Heyətinin üzvü, Azər-
nəşrin bədii redaktoru, Nəşriyyat və Po-
liqrafiya üzrə Dövlət Komitəsinin baş 
rəssamı, eləcə də “Plakat” nəşriyyatının 
Zaqafqaziya üzrə komissiyasının üzvü 
olmuşdur. E.Şaxtaxtinskaya yaradıcılı-
ğının əsas mövzusu “Azərbaycan qədim 
mədəniyyət diyarıdır” adlı silsilə əsərləri 
olmuşdur.
Rəsmləri dünyanın bir sıra şəhərlərində 
nümayiş olunmuşdur. 
Görkəmli rəssam “Şərəf” ordeni ilə 
təltif edilmiş, 1963-cü ildə “Azərbaycan 
SSR-in  Əməkdar incəsənət xadimi”, 
1977-ci ildə isə “Azərbaycanın SSR-in 
Xalq rəssamı” fəxri adlarına layiq görül-
müşdür.
Şaxtaxtinskaya Elmira 1996-cı il okt-
yabr ayının 15-də Moskvada vəfat etmiş, 
Bakıda, Fəxri Xiyabanda dəfn olunmuş-
dur.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin