280
Siyasət.Hüquq.Hərbi iş
60
illiyi
Səttar Mehbalıyev
1955
OKTY
ABR
Səttar Suliddin oğlu Mehbalıyev 1955-
ci il oktyabr ayının 28-də Naxçıvan Mux-
tar Respublikası Şərur rayonunun Qıvraq
kəndində anadan olmuşdur.
1979-cu ildə D.Bünyadzadə adına
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu
(indiki ADİU) bitirmiş, 1973-cü ildə Bakı
şəhərində dəmir-beton məmulatı zavo-
dunda qəlibçi, 1976-cı ildən Bakı İsteh-
salat Tikiş Birliyində fəhlə, əmtəəşünas,
mühəndis-iqtisadçı və baş mühasibin mü-
avini vəzifələrində çalışmışdır.
1980-1993-cü illərdə Avtonəqliyyat
və Şosse Yolları İşçiləri Həmkarlar İtti-
faqı Respublika Komitəsində müfəttiş-
təlimatçı,
maliyyə şöbəsinin müdiri
işləmişdir.
Respublikamız müstəqillik qazan-
dıqdan sonra ölkənin bütün sahələrində
olduğu kimi həmkarlar ittifaqlarında da
islahatların həyata keçirilməsi zərurəti
yaranmışdır. 1992-ci ildə S.Mehbalıyevin
rəhbərliyi ilə Azərbaycan Həmkarlar İt-
tifaqları Şurasının
və ümumilikdə həm-
karlar ittifaqlarında struktur islahatlarının
aparılması və yeni nizamnamənin hazır-
lanması məqsədi ilə təşkilat komissiya-
sı yaradılmış və 1993-cü ilin fevralında
Azərbaycan Həmkarlar İttifaqı Konfede-
rasiyasının (AHİK) təsis qurultayı keçiril-
mişdir. Təsis qurultayının iştirakçılarının
yekdil təklif və səsi ilə Səttar Möhbalıyev
AHİK-in sədri seçilmişdir. 1998, 2003,
2008, 2013-cü illərdə AHİK-in I-II, III və
IV qurultaylarında yenidən bu vəzifəyə se-
çilmişdir. 2006-cı ildə Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqının Məclisində İttifaqın
sədri olmuşdur.
S.Mehbalıyev AHİK-in
sədri seçil-
dikdən sonra həmkarlar ittifaqında isla-
hatların aparılmasında, onun əmlakının
qorunub saxlanılmasında, “Həmkarlar
İttifaqları haqqında” Azərbaycan Res-
publikası Qanununun qəbul edilməsində,
həmkarlar ittifaqlarının nüfuzunun
möhkəmləndirilməsində,
transmilli
şirkətlərdə həmkarlar ittifaqının yaradıl-
masında müstəsna əmək sərf etmişdir.
S.Mehbalıyevin səyi nəticəsində AHİK
MDB məkanında Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasına ilkin üzv
olan təşkilatlardan biridir.
O, Azərbaycan Respublikasının ictimai-
siyasi həyatında fəal iştirak edir.
Milli Məclisin deputatı,
respublika-
da aparılan islahatlarla bağlı yaradılmış
bir sıra dövlət komissiyalarının üzvüdür.
Elmi məqalələri var. Bir sıra dərsliklərin
və tədris metodiki vəsaitlərin müəllifidir.
İqtisad elmləri doktoru, professordur.
Polşa-Azərbaycan parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri,
Azərbaycan-Fransa,
Azərbaycan-Moldova
parlamentlərarası əlaqələr üzrə işçi qru-
punun üzvü, Azərbaycan Respublikası
Milli Məclisinin İqtisadi Siyasət Daimi
Komitəsinin, Beynəlxalq Həmkarlar İtti-
faqları Konfederasiyasının Sədrlər Şurası-
nın, Ümumhəmkarlar İttifaqları Konfede-
rasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
“Şöhrət” ordeni, Ümumhəmkarlar İtti-
faqları Konfederasiyasının gümüş medalı,
Rusiya Federasiyasının Rabitə İşçilərinin
Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi
Komitəsinin Rəyasət Heyətinin qızıl or-
deni, Neftqaztikinti həmkarlar ittifaqları
Beynəlxalq Federasiyasının diplomu və
mükafatı ilə təltif edilmişdir.
Dostları ilə paylaş: