Partiya Komitəsinin, 1978-ci ildə Sum-
qayıt şəhər Partiya Komitəsinin, 1979-cu
ildə Gəncə şəhər Partiya Komitəsinin bi-
rinci katibi vəzifələrində çalışmışdır.
1981-ci ildə Bakı Ali Partiya məktəbini
bitirmişdir. Tələbəlik dövründə Komso-
mol Komitəsinin katibi olmuşdur. 1962-ci
ildə Azərbaycan tələbələrinin təmsilçisi
kimi Moskvada keçirilən XIV Ümumit-
tifaq Komsomol Qurultayına nümayəndə
seçilmiş, Azərbaycanın və SSRİ-nin bir
sıra gənclər təşkilatının üzvü olmuşdur.
1981-1983-cü illərdə Azərbaycan KP
MK-nın ideoloji məsələlər üzrə, 1983-
1988-ci illərdə tikinti məsələləri üzrə,
1988-1990-cı illərdə iqtisadiyyat məsələ-
ləri üzrə katibi vəzifələrində çalışmışdır.
1990-1992-ci illərdə Azərbaycan Res-
publikasının Baş naziri olmuşdur.
1992-ci ildən xarici siyasət və diplo-
matiya sahəsində fəaliyyət göstərmişdir.
1992-1993-cü illərdə Azərbaycan Res-
publikasının BMT-də (Nyu-York) ilk
daimi nümayəndəsi və ilk fövqəladə və
səlahiyyətli səfiri, 1993-1998-ci illərdə
Azərbaycan Respublikasının Xarici İşlər
naziri, 2004-cü ildən Azərbaycan Respub-
likasının Macarıstan Respublikasında və
2010-cu ildən isə Polşa Respublikasında
fövqəladə və səlahiyyətli səfiri vəzifəsində
çalışır.
Macarıstan və bir neçə SSRİ ordeni,
Azərbaycan, Qazaxıstan medalları ilə təl-
tif olunmuşdur.
H.Həsənov 23 il müxtəlif parlament-
lərin nümayəndəsi olmuşdur. 1977-1995-
ci illərdə Azərbaycan Ali Sovetinin,
1979-1984-cü illərdə SSRİ Ali Soveti-
nin, 1995-2000-ci illərdə Milli Məclisin
nümayəndəsi və Milli Məclisin Beynəlxalq
əlaqələr üzrə Komissiyasının üzvü kimi
fəaliyyət göstərmişdir.
Müstəqil Azərbaycanın ilk Əsas Qanu-
nunu hazırlayan Konstitusiya komissiya-
sının üzvü olmuşdur.
H.Həsənov elmi və bədii yaradıcılıq-
la da məşğuldur. O, Azərbaycan Dövlət
Dram Teatrının səhnəsində tamaşa-
ya qoyulmuş M.F.Axundovun həyat və
fəaliyyətinə həsr edilmiş “Brüsseldən
məktublar” pyesinin müəllifidir. “Tari-
xin hədəfi” (Tarixin fəlsəfəsi), “Nəriman
Nərimanovun milli dövətçilik baxışları və
fəaliyyəti”, “Türklüyümüz, Misir amuleti
və ieroqlifləri Azərbaycanda” adlı monoq-
rafiyaların, “Azərbaycanın Avropaya in-
teqrasiyası” əsərinin və məqalələr toplula-
rının müəllifidir.
2004-cü ildə Bakıda namizədlik, 2006-
cı ildə Tiflisdə doktorluq dissertasiyasını
müdafiəsi etmişdir.