277
5
Milli Qəhrəmanlar
55
illiyi
Elşad Hüseynov
1960-1992
OKTY
ABR
Elşad Eynulla oğlu Hüseynov 1960-
ci il oktyabr ayının 8-də Masallı rayo-
nunun Xıl kəndində anadan olmuşdur.
1978-ci
ildə burada məktəbi bitirib
sovxozda işləmiş, 1979-1981-ci illərdə
Batumidə hərbi xidmətdə olmuşdur.
1981-ci ildə ordudan tərxis olunduq-
dan sonra Vətənə dönmüş və Bakının
Səbail rayonunda DİŞ-nin
nəzdindəki
mühafizə şöbəsində milis nəfəri kimi
işə qəbul olunmuşdur.
1986-cı ildə N.Rzayev adına Bakı
Xüsusi Orta Milis məktəbinin qiyabi
şöbəsinə daxil olmuş və 1989-cu ildə
təhsilini başa vurmuşdur.
Ermənilərin doğma torpaqlarımıza
basqınlarını görən
Elşad müharibəyə
getmək istəyi ilə bir neçə dəfə müraciət
etdikdən sonra cəbhəyə yola düşmüş-
dür.
Elşad Cuvarlı,
Ağbulaq və bir çox
başqa kəndlərin azad edilməsində
rəşadətlə vuruşmuşdu. Onun şücaəti
erməni qəsbkarlarını lərzəyə salmışdı.
15 iyun 1992-ci il, döyüşçülərimiz
Fərrux
kəndini düşməndən azad
edərkən, Elşad döyüşün qızğın yerində
olmuş, mövqeyini dəyişmək istəyərkən
düşmən gülləsinə tuş gəlmişdi.
Cəsur polis işçisi 1992-ci il iyun ayı-
nın 15-də Ağdam-Fərrux
istiqamətində
gedən döyüşdə qəhrəmancasına şəhid
olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı Fərmanı ilə Hüseynov El-
şad Eynulla oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı”
fəxri
adına layiq görülmüşdür.
Masallı rayonunda adını daşıyan
küçə var və Xıl kəndində büstü qoyul-
muşdur.
Dostları ilə paylaş: