283
Riyaziyyat.Fizika.Astronomiya
70
illiyi
Vaqif Nəsirov
1945
OKTY
ABR
Vaqif İbad oğlu Nəsirov 1945-ci il
oktyabr ayının 4-də Masallı rayonunun
Mollaoba kəndində anadan olmuşdur.
1963-cü ildə Boradigah qəsəbə onbirillik
məktəbini qızıl medalla bitirmişdir. 1967-
ci ildə V.İ.Lenin adına APİ-nin (indiki
ADPU-nun) fizika fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir.
1967-1968-ci illər ADPU-nun Ümu-
mi fizika və astronomiya kafedrasının
baş laborantı, 1971-1973-cü
illər Ümu-
mi fizika və astronomiya kafedrasının
assistenti, 1973-1978-cü illər “Elektrik
və optika” kafedrasının baş müəllimi,
1978-1994-cü illər “Elektrik və optika”
kafedrasının dosenti olmuşdur. 1978-ci
ildə Fransa Kimyəvi-fizika Cəmiyyətinə
üzv seçilmişdir.
1972-ci ildə “KNO3, AgNO3, və
TINO3 mono
kristallarında polimorf
çevrilmələrin tədqiqi”
mövzusunda
namizədlik dissertasiyasını Bakı Dövlət
Universitetində müdafiə edərək fizika-
riyaziyyat elmləri namizədi adını almış-
dır.
1983-1987-ci illərdə Əlcəzair De-
mokratik Respublikası Bumerdes Yün-
gül Sənaye İnstitutuna ezam olunmuş
və həmin institutun Fizika kafedrasına
rəhbərlik etmiş, əlcəzairli tələbələrə fi-
zikanı fransız dilində tədris etməklə ya-
naşı, Ümumi fizika
kursunun müxtəlif
bölmələrindən 4 dərs vəsaiti (fransız
dilində) yazmışdir.
1993-cü ildə AMEA-nın doktorluq
dissertasiyasını müdafiə edərək fizika-
riyaziyyat elmləri doktoru alimlik dərə-
cəsi almışdır.
1994-cü ildən ADPU-nun Elektrik və
optika kafedrasının professorudur.
Üzvi
və qeyri-üzvi birləşmələrin
kristallarda polimorf çevrilmələrin me-
xanizminin araşdırılması, polimorf
çevrilmələrin morfologiya və kinetika-
sının tədqiqi, polimorf modifikasiyala-
rın kristal quruluşunun rentgenoqrafik
tədqiqi alimin əsas tədqiqat sahəsidir. İlk
dəfə olaraq polimorf çevrilmə zamanı
kristal daxilində kristalın ritmik, pilləli,
elastiki böyümələrini, qarşılıqlı çevrilən
modifikasiyalar arasında kristalloqrafik
istiqamət əlaqələrinin saxlanılması, qar-
şılıqlı çevrilən modifikasiya kristalla-
rının böyümə sürətlərinin ossilyasiyası
effektlərini
müəyyən etmiş, optik şəffaf
kristalların daxilində monokristallar
yetişdirilməsi metodikasını işləyib ha-
zırlamış, polimorfizmə malik kristallarda
polimorf çevrilmə yolu
ilə monokristallar
yetişdirilməsinin metodikasını işləmişdir.
Alim yüzdən artıq elmi-metodiki əsərin
o cümlədən 24 adda kitabın müəllifidir.
Dəfələrlə beynəlxalq seminar, simpozium
və konfranslarda iştirak etmişdir.
O, həmçinin ədəbi fəaliyyətlə də
məşğul olmuş, bir sıra
bədii-publisistik
əsərlərin müəllifidir. Onun “Sonradan
bilmişəm”, “Qardaş harayı”, “Dünya çətin
düzələ”, “Dərd budur”, “Anamın duaları”,
“Etiraf”, “Şairlər vaxtsız qocalır” şeirlər,
“Öz odunda yanan ürək”, “Ömrün qürbət
payı”, “Əsrin loğmanı” bədii-publisistik
kitabları geniş oxucu
kütləsinin rəğbətini
qazanmışdır. Azərbaycan Yazıçıları Birli-
yinin üzvüdür.
2004-cü ildə Yusif Məmmədəliyev
mükafatına layiq görülmüş, 2012-ci ildə
“Azərbaycan Respublikası Qabaq
cıl
təhsil işçisi” döş nişanı ilə təltif olunmuş-
dur.
Dostları ilə paylaş: