281
Tarix
105
illiyi
İsmayıl Hüseynov
19
10-1969
OKTY
ABR
İsmayıl Abbas oğlu Hüseynov 1910-
cu il oktyabr ayının 15-də Tiflisdə ana-
dan olmuşdur. 1928-ci ildə
Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) Şərq
fakültəsinin
hüquq şöbəsinə daxil olmuş və 1933-
cü ildə təhsilini başa vurmuşdur. Həmin
ildə Moskva şəhərində SSRİ MİK-si ya-
nında Millətlər İnstitutunun tarix ixtisa-
sı üzrə aspiranturasına daxil olmuşdur.
M.Lomonosov adına Moskva Dövlət
Universitetində 1941-ci ildə namizədlik,
1947-ci ildə isə doktorluq
dissertasiya-
larını müdafiə etmişdir. O, tarix elmləri
doktoru adını alan ilk azərbaycanlı ol-
muşdur.
İsmayıl Hüseynov iki dəfə (1941-
1944; 1958-1960) Azərbaycan Elmlər
Akademiyası (indiki AMEA) Tarix İns-
titutunun direktoru olmuş, 1960-1966-cı
illərdə isə akademiyanın İctimai Elmlər
Bölməsinin
akademik-katibi vəzifəsində
çalışmışdır. O, 1949-cu ildə Elmlər Aka-
demiyasının müxbir üzvü, 1958-ci ildə
isə həqiqi üzvü seçilmişdir.
XX əsrin 30-cu illərində ədəbi ya-
radıcılıqla da məşğul olmuş,
bir neçə
şeir kitabı nəşr edilmişdir. 1942-1944-
cü illərdə Böyük Vətən Müharibəsində
iştirak etmiş, hərbi qəzet redaktorunun
müavini olmuşdur.
İsmayıl Hüseynov yüzə yaxın elmi
əsərin müəllifidir. Zaqafqaziyada so-
sialist inqilabının qələbəsi və sosia-
lizm quruculuğu tarixi problemləri,
Azərbaycan
sosialist millətinin
təşəkkülü və inkişafı məsələləri elmi
fəaliyyətində mühüm yer tutmuşdur.
Onun 1941-1945-ci illər müharibəsi
dövründə çap etdirdiyi “Görkəmli
dövlət xadimi Şirvanşah İbrahim” və
“Şah İsmayıl Səfəvi” əsərləri həmin
dövlət xadimlərinə Azərbaycan tarix-
şünaslığında obyektiv qiymət verilməsi
baxımından mühüm hadisə idi. Aka-
demik Ə.S.Sumbatzadənin
qeyd etdiyi
kimi, Səfəvi dövlətinin erkən dövründə
Azərbaycan dövləti olması haqqında ta-
rixşünaslıqda ilk dəfə İ.A.Hüseynov fi-
kir söyləmişdir. İ.A.Hüseynov 3 cildlik
“Azərbaycan tarixi”nin nəşrə hazırlan-
ması işinə rəhbərlik edənlərdən, onun
müəlliflərindən və redaktorlarından biri
olmuşdur. O, 40-dan artıq namizədlik
və doktorluq dissertasiyalarının elmi
rəhbəri və məsləhətçisi olmuşdur.
Akademik İsmayıl Hüseynov 1944-
1948-ci illərdə pedaqoji
fəaliyyətlə
məşğul olmuş və Azərbaycan Dövlət
Universitetinin SSRİ tarixi kafedrasına
rəhbərlik etmişdir.
O, 1960-cı ildə İsveçdə, 1964-cü ildə
Hindistanda, 1965-ci ildə isə Avstriyada
tarixçilərin və şərqşünasların beynəlxalq
konqreslərində məruzələrlə çıxış etmiş,
Azərbaycan tarix elmini layiqincə təmsil
etmişdir.
Akademik İ.A.Hüseynov Azərbaycan
SSR Ali Sovetinin “Fəxri fərmanı” ilə
təltif olunmuş və 1969-cu ildə “Əməkdar
elm xadimi” fəxri adına layiq görülmüş-
dür.
Görkəmli tarixçi alim İsmayıl Hüsey-
nov 1969-cu il noyabr ayının 8-də vəfat
etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: