284
Riyaziyyat.Fizika.Astronomiya
85
illiyi
Yəhya Məmmədov
1930-2000
OKTY
ABR
Yəhya Cəfər oğlu Məmmədov 1930-cu il
oktyabr ayının 10-da Naxçıvanda
anadan ol-
muşdur.
1954-cü ildə ADU-nu fərqlənmə diplo-
mu ilə bitirərək aspiranturada saxlanılmış,
1957-ci ildə vaxtından əvvəl namizədlik
dissertasiyası müdafiə etmiş, universitetdə
müəllim, baş müəllim, dosent kimi fəaliyyət
göstərmişdir. 1966-cı ildə doktorluq disserta-
siyasını müdafiə edərək
həmin il universitetin
hesablama riyaziyyatı kafedrasının müdiri se-
çilmiş, 35 il bu vəzifəni uğurla icra etmişdir.
O, 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi
işlər üzrə prorektoru, 1987-1989-cu illərdə
isə rektor vəzifələrində çalışmışdır. 1967-ci
ildə professor, 1983-cü ildə Azərbaycan EA-
nın (indiki AMEA) müxbir üzvü seçilmişdir.
Alim prorektor kimi 17
illik gərgin fəa-
liyyəti ərzində universitetdə elmin inkişafına,
onun beynəlxalq nüfuzunun yüksəlməsinə,
bir çox elmi-tədqiqat laboratoriyalarının ya-
radılmasına, elmi tədqiqatların inkişafına,
onların səmərəliliyinin artırılmasına, elmin
istehsalat və tədris prosesi ilə əlaqələrinin
yaxınlaşdırılmasına xüsusi diqqət və qayğı
göstərmişdir.
Alimin rəhbərliyi altında Azərbaycan, Ru-
siya, Özbəkistan,
Türkmənistan, Əlcəzair, Mi-
sir, Polşa, Almaniya, Türkiyə kimi ölkələrin 32
nəfər nümayəndəsi namizədlik dissertasiyası
və onlardan 7 nəfəri doktorluq dissertasiyası
müdafiə etmiş, 60-dan çox namizədlik və dok-
torluq dissertasiyalarına opponentlik etmiş-
dir. Y.C.Məmmədov Moskvada (1966), Var-
şavada, Krakovda (1974) və digər ölkələrdə
keçirilən beynəlxalq konfranslarda məruzələr
etmiş, Polşa, Çexiya, Almaniya, Bolqariya,
Türkiyə və İranda mühazirələr oxumuşdur.
O, 109
elmi məqalənin, 5 dərsliyin və 7 mo-
noqrafiyanın müəllifidir.
Tədqiqatları əsasən diferensial və inteqral
tənliklər, qeyri-xətti funksional analiz, he-
sablama riyaziyyatı və başqa sahələri əhatə
edir. Y.C.Məmmədov sağ tərəfi birtərəfli
qiymətləndirməyə tabe olan qeyri-xətti
operator-diferensial tənliklərin təqribi həlli
üçün
yeni üsullar vermiş, eləcə də abs-
trakt qeyri-xətti Volter operator-tənliklər
nəzəriyyəsinin yaradıcılarından biri olmuş-
dur. Y.C.Məmmədov həllin tez yığılan iterasi-
yalar şəklində axtarılan ekvivalent tənliklərə
gətirilməsi üçün maraqlı üsul təklif etmişdir.
Bu üsul riyazi ədəbiyyatda “Məmmədov üsu-
lu” adlandırılır. Onun
elmi işləri, araşdırma-
ları və əsərləri Azərbaycan elminə misilsiz
töhfələr vermiş, alimin elmi nailiyyətləri yal-
nız respublikada deyil, ölkədən kənarda da
uğurla tətbiq olunmuşdur.
1976-cı ildə Azərbaycan Dövlət müka-
fatı laureatı olmuş, 1980-1981-ci illərdə (2
dəfə) Azərbaycan Respublikası Ali Soveti-
nin Fəxri fərmanları, 1981-ci ildə “Xalqlar
dostluğu”
ordeni ilə təltif olunmuş, həmçinin
“Azərbaycanın Əməkdar elm xadimi” fəxri
adını almış, 1988-ci ildə akademik Vavi-
lov adına medalla, iki dəfə (1971, 1986-cı
illərdə) SSRİ Ali Təhsil Nazirliyinin medalla-
rı ilə təltif edilmişdir. O, 1981-ci ildə ABŞ-in
Minneopolis şəhərinin Fəxri vətəndaşı adına
layiq görülmüşdür.
Professor Yəhya Məmmədov 2000-ci il
yanvar ayının 26-da vəfat etmişdir.
2010-cu ildə BDU-da Y.Məmmədovun
anadan olmasının 80
illiyi münasibəti ilə
“Yəhya Məmmədov auditoriyası”nın açılış
mərasimi, həmçinin ona həsr olunmuş “Ri-
yaziyyat və Mexanikanın aktual problemləri”
adlı beynəlxalq konfransın plenar iclası keçi-
rilmişdir.
Dostları ilə paylaş: