278
Siyasət.Hüquq.Hərbi iş
160
illiyi
Səməd bəy Mehmandarov
1855-1931
OKTY
ABR
Səməd bəy Sadıq bəy oglu Mehman-
darov 1855-ci il oktyabr ayının 16-da
Lənkəranda anadan olmuşdur. Əslən
Şuşalıdır. Bakıda ibtidai təhsil almış, 16
yaşında Peterburqdakı II Konstantin ar-
tilleriya məktəbinə daxil olmuşdur. 1875-
ci ilin dekabrında podporuçik rütbəsi
almış və üçüncü dərəcəli “Muqəddəs
Stanislav”
ordeni ilə təltif olunmuş-
dur. 1890-cı ildə kapitan, 1898-ci ildə
podpolkovnik, 1901-ci ildə polkovnik,
1904-cü ildə general-mayor rütbəsi al-
mışdır. Rus-Yapon müharibəsində bö-
yük rəşadət göstərdiyinə görə 1908-ci
ildə ona general-leytenant rütbəsi veril-
mişdir.
I Dünya
müharibəsi başlanarkən
Varşava ətrafında xidmət edən general
S.Mehmandarovun komandir oldugu
21-ci piyada diviziyasının tərkibində
dörd alay var idi: 81-ci Abşeron ala-
yı, 82-ci Dağıstan alayı, 83-cü Samur
alayı və 84-cü Şirvan alayı. Visla çayı
yaxınlığındakı İvanoqorod şəhərində
21-ci diviziya 52-ci
piyada diviziya-
sı tərkibində 205-ci Şamaxı və 206-cı
Salyan alayları da var idi.
Diviziya komandiri S.Mehmandarov
Lodz istiqamətində aparılmış döyüşdə
alman generalı Makenzenin ordusu
üzərində qələbə əldə etmişdi.
1915-ci ildə korpus komandiri təyin
edilmişdi. 1917-ci ilin əvvəlində Rusi-
yanın bütün hərbi ordenləri ilə,
eləcə
də İngiltərənin, Fransanın, Rumıniya-
nın bir neçə hərbi ordeni ilə təltif edil-
mişdi.
1917-ci il fevral burjua inqilabı baş
verərkən S.Mehmandarov Qafqazda
idi. Həmin ilin aprel ayında o, vəzifəsini
həmişəlik tərk edib istefaya çıxmış, bir
müddət Vladiqafqaz şəhərində yaşamış,
sonra Azərbaycana gəlmişdir.
S.Mehmandarov AXC hökumətində
1918-ci ildən
hərbi nazir vəzifəsini
tutmuş və qısa müddətdə 30 min-
lik ordu yaratmağa nail olmuşdu.
1919-cu ilin yazında ingilis hərbi
hissələri Azərbaycanda oldugu dövrdə
S.Mehmandarov AXC hökuməti baş-
çısı N.Yusifbəyliyə göndərdiyi rəsmi
məktubda,
ingilis hərbi dəstələrinin
Azərbaycanda talanlar etməsi, kəşfiyyat
işi aparmalarına etiraz olaraq İngiltərə
hökumətinin I Dünya müharibəsi
illərində ona verdiyi ordenləri geri qay-
tarmağı xahiş etmişdi.
Sovet hakimiyyəti qurulduqdan
sonra N.Nərimanovun şəxsi
zəmanəti
əsasında hərbi fəaliyyətini davam etdir-
miş və Azərbaycanda yaradılmış hərbi
komandirlər məktəbində 1921-1928-ci
illərdə müəllimlik etmişdir.
S.Mehmandarov 1924-1927-ci
illərdə Azərbaycanda hərbi sahədə aparı-
lan geniş islahatlarda və tədbirlərdə fəal
iştirak etmişdir. 1928-ci ildə səhhətinə
görə ordudan tərxis olunmuş və ona
fərdi dovlət
təqaüdü verilməsi müəyyən
edilmişdir.
General-polkovnik türk və fars
dillərini yüksək səviyyədə bilirdi. Öm-
rünün son üç ilində islam tarixi və
fəlsəfə ilə məşğul olmuşdur.
General Səməd bəy Mehmandarov
1931-ci il fevral ayının 12-də Bakı
şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: