276
Milli Qəhrəmanlar
65
illiyi
İmamverdi Əliyev
1950-1991
OKTY
ABR
İmamverdi Barat oğlu Əliyev 1950-ci
il oktyabr ayının 1-də İmişli rayonunun
Qulubəyli kəndində anadan olmuşdur.
1969-cu
ildə Kürdmahmudlu kənd
orta məktəbini bitirmiş, sonra İmişli ra-
yonu Hərbi Komissarlığının göndərişi
ilə Saatlı rayonunda
sürücülük kursuna
getmişdir.
1970-ci ildə həqiqi hərbi xidmətə ça-
ğırılmışdır.
1972-ci ildə ordudan tərxis olunduq-
dan sonra Bakı şəhəri
Yasamal rayonu-
nun Daxili İşlər Şöbəsində sürücü-milis
nəfəri kimi işə başlamış, oxumaq arzusu
ilə 1973-1977-ci illərdə Bakı Maliyyə-
Kredit Texnikumunda təһsil almışdır.
1978-ci ildə isə Bakı Xüsusi Milis
məktəbinin kursantı olmuşdur.
Zabit
rütbəsi ilə 1980-ci ildə İmişli rayon
DİŞ-də mühafizə bölməsində baş ins-
pektor vəzifəsində çalışmışdır.
1987-ci ildən İmişli rayonunda qa-
nunçuluğun keşiyində durmuşdur.
Daһa
sonra məlum Qarabağ
hadisələri başladıqda, 1991-ci il 15
noyabr tarixində Cəbrayıl rayonunun
müdafiəsində dörd erməni tankını məһv
etmiş, Hadrud rayonunun Şaqax kəndi
yaxınlığında iki yüz azğın
düşmənə qar-
şı on altı saat döyüşmüş, 28 nəfər erməni
quldurunu məhv etmişdir. Bu döyüşdə
İmamverdi Əliyev özü də şəһid
olmuş-
du.
Azərbaycan Respublikası Prezidenti-
nin 8 oktyabr 1992-ci il tarixli 264 say-
lı Fərmanı ilə Əliyev İmamverdi Barat
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
İmişli rayonunda dəfn edilmişdir.
Rayonda İmamverdi Əliyevin adını da-
şıyan küçə var.
Doğulub boya-baş çatdığı Qulubəyli
kənd orta məktəbi hal-hazırda
igid dö-
yüşçünün adını daşıyır. İmişli rayon Da-
xili İşlər Şöbəsi binasının önündə büstü
qoyulmuşdur.
Dostları ilə paylaş: